11
ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmaya-
caq, onda milli vətənpərvər duyğuları, hissiyyatı olmayacaqdır”.
Bununla da Heydər Əliyev milli – mədəni ənənələrimizin,
milli vətənpərvər duyğularımızın, hissiyyatımızın doğma
ana dilimizdən, məhz dilimizdən qaynaqlandığını, demək
olarsa, asılı olduğunu nəzərə çatdırırdı.
Heydər Əliyevin doğma ana dilimizə qayğısı Azərbay-
can müəllimlərinin, dilçi alimlərin qarşısına mühüm və-
zifələr qoyur, onların məsuliyyətini artırırdı. Ümummilli
liderimiz nitqlərinin birində deyirdi: “Biz Sovetlər İttifaqı-
nın tərkibində idik və rus dili hakim dil idi. O vaxt gənclərin,
valideynlərin çoxu öz övladlarını rusdilli məktəblərə qoyurdu.
Bu da təbii idi, çünki geniş təhsil almaq, Azərbaycandan kə-
nara çıxmaq üçün o dildə təhsil almaq lazım idi. Bunlar hamı-
sı doğma dilimizin tam inkişaf etməsinə müəyyən qədər maneə
törədirdi”. Göründüyü kimi, Heydər Əliyev doğma ana di-
limizdə təhsilin inkişaf etməsinə xüsusi önəm verirdi. Bu
da istər – istəməz Azərbaycan dili müəllimlərinin məsuliy-
yətini artırırdı. Orta məktəb üçün Azərbaycan dili dərsliyi
yazan və ali məktəblərdə bu fənni tədris edənlərin rolunu
artırırdı. Məsuliyyətimizin ən əsası odur ki, biz orta mək-
təb şagirdlərinə və ali məktəb tələbələrinə doğma ana di-
lində nitq vərdişlərinə yiyələnməyi, savadlı yazmağı, fikir-
lərini sərbəst və səlis şəkildə ifadə etməyi öyrətmək işini
bacarmalıyıq. Eyni zamanda doğma ana dilini öyrətmək
metodikasında dəyişiklik yaratmalıyıq. Azərbaycan dilini
əcnəbi vətəndaşlara öyrətmək metodikasını tapmalı və bu
istiqamətdə dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına
12
xüsusi fikir verməliyik. Təsadüfi deyildir ki, Heydər Əli-
yev bu istiqamətdə müraciətlə deyirdi: “... Azərbaycan dilini
yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları
yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn
nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı
daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli – mənəvi
dəyərlərimizi daim yaşatsınlar”.
Heydər Əliyevin dil quruculuğu sahəsindəki xidmətlə-
rini Mustafa Kamal Atatürklə müqayisə etmək olar:
a) Hər ikisi dilin inkişafını təmin etmək üçün xüsusi
qurum yaratdı. Mustafa Kamal Atatürk Türk Dil Qurumu-
nu, Heydər Əliyev isə Dövlət Dil Komissiyasını.
b) Hər ikisi dilə dövlət dili statusu verdi. Mustafa Ka-
mal Atatürk türk dilini Türkiyə Cümhuriyyətinin dövlət
dili, Heydər Əliyev isə Azərbaycan dilini Azərbaycan Res-
publikasının dövlət dili kimi statuslu etdi.
c)
Hər ikisi əlifbada islahat apardı. Mustafa Kamal Ata-
türk əski əlifbanın latın qrafikalı əlifba ilə əvəz olunmasını
təmin etdi. Heydər Əliyev isə kiril əlifbasından latın qrafi-
kalı əlifbaya keçmək işini 18 iyun 2001-ci il tarixli fərmanı
ilə qətiləşdirdi.
ç) Mustafa Kamal Atatürk bosniyalıları, çərkəzləri,
meqrelləri, gürcüləri, svanları, kürdləri və digər millətləri
türkçülük məfkurəsi ətrafında birləşdirdi. Heydər Əliyev
isə talışları, ləzgiləri, tatları, kürdləri və digərlərini azər-
baycançılıq ideologiyası ilə birləşdirdi və Azərbaycan cə-
miyyətinin normal harmoniyasını yaratdı.
d) hər ikisi öz ölkəsini türkologiyanın mərkəzinə çevirdi.
13
Mustafa Kamal Atatürk də, Heydər Əliyev də türkoloji
konfransların, qurultayların, tədbirlərin keçirilməsini döv-
lət səviyyəsində ənənə şəklinə saldılar.
Heydər Əliyevin dilimizə qayğısı Azərbaycan dilinin
inkişafında mühüm bir mərhələdir. Milli dil siyasətimizin
həyata keçməsində, Azərbaycan dilinin hərtərəfli inkişafın-
da bu mərhələ hələ çox təhlil olunmalı və öyrənilməlidir.
14
Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik
H
eydər Əliyev müzakirə olunan hər bir
məsələnin geniş təhlilinə şərait ya-
ratmaqla yanaşı, aparılan təhlilləri yekunlaş-
dırmaq, ümumiləşdirmək baxımından da qey-
ri– adi məntiqə və istedada malik idi. O, səbrlə,
təmkinlə insanları dinləməyi bacarır, söylənilən
hər bir fikri yaddaşında saxlayırdı. Bu məna-
da Heydər Əliyevin güclü yaddaşı vardı. O,
kimin nə vaxt nə dediyini yaddaşının gücü ilə çox
dəqiq şəkildə başqalarına çatdırır və bununla da
hamını heyrətə gətirirdi. Bunu onun 1995-ci ilin
oktyabr ayının 31-də Elmlər Akademiyasında
ziyalıların nümayəndələri ilə görüşü və noyabrın
2-də olan müzakirələr də təsdiq edir.
15
Heydər Əliyev qəbul olunan qərarlarda hər kəsi inan-
dırmağa çalışırdı. O, çalışırdı ki, qəbul olunan qərarlar hər
bir kəsi razı salsın, qane etsin. Ona görə də müzakirə olunan
məsələlərdə, o cümlədən dövlət dilinin adı məsələsində
dəfələrlə müzakirənin aparılmasına geniş imkan yaradırdı.
Heydər Əliyev dövlət dilinin adı ilə bağlı olan müzakirələr
barədə ümumiləşdirmə apararaq deyirdi: “Oktyabrın
31-də Elmlər Akademiyasında bütün ziyalıların nümayəndələri
bu məsələni müzakirə etdilər. 25-dən çox adam çıxış etdi. Mən
bununla qane olmadım. Noyabrın 2-də konstitusiya komissiya-
sının iclasını tamamilə buna həsr etdim. Biz beş saata qədər mü-
zakirə apardıq. O müzakirədən sonra bəlkə də qərar qəbul etmək
olardı. Görürsünüz ki, mən bu gün konstitusiya komissiyasının
və işçi qrupunun üzvlərinin burada iştirakı ilə müzakirəni yenə
də davam etdirirəm”.
Heydər Əliyev dil, millət anlayışına izah verir, onun
hər birinin dialektik mahiyyətini açırdı. Bu anlayışları dilçi,
tarixçi, filosof kimi şərh edirdi. Məsələn, “Dil, millət fəlsəfi
məfhumdur, tarixi anlayışdır. İnsanlar dünyada mövcud olan-
dan onlar hansısa dillərdə danışıblar. Bir halda ki, insanlar olub,
demək, onların bir – biri ilə əlaqəsi üçün dil də olubdur”. Başqa
bir fikrə diqqət edək: “İnsanlar dünyada mövcud olandan
müəyyən tayfalar, qruplar yaranıbdır, bundan sonra onlar güc-
lənib, millət şəklinə gəlib çıxıblar. Ona görə həm millət anlayışı,
həm dil anlayışı, yenə deyirəm, fəlsəfi məfhumdur, fəlsəfi, tarixi
anlayışdır. Dialektikanın qanununa görə bu iki anlayış daim inki-
şafda, dəyişiklikdə olubdur”. Bax budur Heydər Əliyevin dilə,
millətə baxışının fəlsəfəsi, dialektikası, elmi və məntiqi ya-
naşması.
Heydər Əliyev elmi nöqteyi – nəzərdən hazırlıqlı oldu-
Dostları ilə paylaş: |