319
isə küçələrə atmaq istəyirdi. Bu da Azərbaycan ziyalısı...
Mövqe, vəzifə insanları nə qədər dəyişdirirmiş. Axı, o, adi
müəllim ömrü yaşasaydı, bu cür hərəkətlər etməzdi. İndi o,
yenə Neft Akademiyasında çalışır.
Mən bir yaşımdan valideynsiz qalmışam, ömür yolum
eniş-yoxuşlu olub, bacımın himayəsində yaşamışam. Ən
kədərli anlarımda mahnı bəstələmişəm. Kədər və iztirabdan
doğulan, qətrə-qətrə göz yaşlarımdan yoğrulan mahnılar... Bu
mahnılarda mənim həyata keçməyən arzularım, qırılmış ümid
və istəklərim əks olunur. Musiqi təhsilim yoxdur. Onları niyə
bəstələyirəm, nəyimə lazımdır? Bilmirəm.
Astronomiyaya meyl göstərməyim elmi işimlə bağlıdır.
Ona görə də çoxları məni astronom hesab edir. Dissertasiya
işim tam hazırdır. Müdafiəyə təqdim etməliyəm. Elmlər
Akademiyasında tələb olunan məbləğ mənim əmək haqqımdan
dörd dəfə böyükdür. Bu pulu ödəməyə mənə iki xeyirxah
insanın təklifi olub. Dövlət Neft Akademiyasının dosenti Əli
Talıbov və mənim kimi yüzlərlə köməksizin himayəçisi, büllur
kimi qəlb sahibi olan əməkdar müəllim Şəfiqə xanım Əliyeva.
Mən bu təkliflərdən imtina etmişəm. Allah onların hər ikisinə
can sağlığı versin.
Cavablarım yəqin ki, çox geniş oldu.
Filosof,
astronom,
teoloq,
yazıçı-publisist,
şair,
bəstəkarsınızmı? - sualına isə cavab verə bilməyəcəm. Çünki
əslində mən
heç özüm də bilmirəm ki, mən kiməm?
- Həqiqət xanım, siz tədqiqatçı alim olmaqla yanaşı, həm də
Azərbaycan Ziyalılar Cəmiyyətinin məsul katibisiniz. Bir
ziyalı kimi deyə bilərsinizmi, bu günün ziyalısının vəziyyəti
necədir?
- Əvvəlla, mən alim deyiləm, sadəcə müəllim və
tədqiqatçıyam. Bu günün ziyalısının vəziyyətinə gəldikdə,
iqtisadi durumun çətinliyi onlardan da yan ötməyib. Ziyalılar