308
gülüş yazıçılarının əsərlərindən ibarət yeni kompozisiyasını
tamaşaçılara təqdim edəcəyəm. Milli Dram Teatrının
aktyorlarından Nizami Mirsalayev, Naibə Əlibəyova, Əli
Qurbanov, Hicran Məmmədova, Firuz Xudaverdiyev və mən
özüm də burada iştirak edəcəyəm. Əsərin rejissoru Səlim
Həsənovdur. Bundan əlavə, yeni əsəri, “Sizi gözləyirik”adlı
komediyanı tamaşaçılara təqdim edəcəyik. Bu əsərdə biz
tamaşaçının teatrdan necə soyuduğunu, hərənin evində bir
videonun olması teatr zalının boş qalmasına gətirib çıxarır.
Adamların özlərinə qapılması, get-gedə teatrlardan təcrid
olunması, bu əsərin əsas ideyasını təşkil edir. Bir sözlə, teatr
zalı tamaşaçı nəfəsilə isinməlidir hər zaman. Biz bu əsərdə
gülüş yolu ilə evdə oturub televizora, videoya baxan, teatra
getməyən tamaşaçıları tənqid atəşinə tuturuq.
- Deməli, gülüş ustası Arif Quliyev gülüş üzərində yaradıcılıq
tədqiqatlarını davam etdirir. Arif müəllim, qarşıdan Sizin 50
illik yubileyiniz gəlir. Bu yubiley münasibətilə həm sizi sevən
tamaşaçılar adından, həm qəzetimizin kollektivi adından,
həm də öz adımdan səmimi qəlbdən təbrik edirik. Sizə
həyatda ən ümdə olan can sağlığı, uzun ömür, sənət zirvəsini
fəth etməkdə tükənməz yaradıcılıq uğurları arzulayırıq. Qoy
sizin tamaşaçılara bəxş etdiyiniz gülüşlər bundan sonra da öz
təravətini itirməsin!
- Çox sağ olun, Camal müəllim. Mən də öz növbəmdə həm
istəkli tamaşaçılarıma, həm də qəzetin kollektivinə öz
minnətdarlığımı bildirirəm. Və arzu edirəm ki, tamaşaçılar
təkcə məni görəndə üzlərində təbəssüm yaranmasın, qoy bu
təbəssümlər, gülüşlər heç zaman onların çöhrələrindən əskik
olmasın. Mən inanıram ki, biz işğal olunmuş torpaqlarımızı
qaytarandan sonra daha da ürəkdən güləcəyik.
309
“Son söz” qəzeti, iyun 2000-ci il.
Şərəfli ömür yolu
( Müsahibimiz qocaman pedaqoq, 70 illik yubileyi qeyd
edilən, İsmayıllı RXTŞ-nin metodist müəllimi Mehralı
Nəcəfovdur.)
- Mehralı müəllim, Sizi qağıkeş, işgüzar, qətiyyətli metodist
müəllim kimi tanıyırlar.
- 1957 - ci ildə Talıstan kənd məktəbinə Azərbaycan dili və
ədəbiyyatı müəllimi təyin olunmuşdum. Doğrusu, bu dilbər
guşədə həyatım ən gözəl günlərini yaşayır, həvəslə işləyirdim.
310
Bir ay keçdi. Məni dərs hissə müdiri təyin etdilər. İndi də
hörmətlə yad etdiyim Abdulla Əhmədov, Ziyad Cəbrayılov,
Əlibala Mirzəyevlə işlədim. İstirahət günlərində Talıstan
çayının yatağı ilə İsmayıllı şəhərini içməli su ilə təmin edən
Ağbulaq gölünə və məşhur Cavanşir qalasına yollanırdım. Göz
yaşı kimi duru suyu, axar Ağbulaq gölü, sıldırım qayalar
döşündən keçən cığırlar, təmiz hava insana sanki bir məlhəmdi.
Ona görə, bir dəfə də olsun başım ağrımadı buralarda.
- Mehralı müəllim,o zaman xalq maarifinin qarşısında hansı
tələblər qoyulurdu, hansı təcrübədən istifadə olunurdu?
- Müəllimin yaşayışı çox yaxşı idi. Müəllim yüksək maaş
alırdı. Sabahkı günə ümid də vardı. Müəllim elin gözü,
düşünən beyni idi. Stavropolların təcrübəsi, “ikiilliksiz
işləmək”, “sağlam və savadlı nəsil tərbiyə etmək” kimi şüarlar
irəli sürülürdü. Uğurlarımız böyük idi. Təzəcə ailə qurmuşdum.
Bir ərzində özümə ev tikdim. Müvəffəqiyyətlərim barədə o
zamanın pedaqoji mətbuatında baş məqalələrdə, Əliyar
Qarabağlı, Yəhya Qarabağlı, Qulamhüseyn, Beqdelinin və
başqalarının yazılarında qiymətləndirilmişdim. Bu məni
həvəsləndirirdi. O zaman gözəl maarifçilər vardı – İsrayıl
Nəsənov, Hacalı Ramazanov, Ənvər Balayev, Ağami Bağırov,
Baba Həsrətov, İzhar Kazımov, Piri Şıxəliyev, Sovqat Nuriyev.
Məni 1960-cı ildə çəkib İsmayıllı şəhərindəki 1 № -li orta
məktəbə gətirdilər.
- Bu gün doğma Azərbaycanımızın müstəqil dövlət kimi
varlığı artıq reallıqdır. Rəsmi Dövlət dili və ədəbiyyatının
bugünkü tədrisi haqqında nə deyə bilərsiniz?
- Dilimiz türk dilləri ailəsinin oğuz qrupuna mənsubdur.
Dilimizi nə türk, nə də tatar dili ilə eyniləşdirə bilmərik.
Ədəbiyyatımızı da həmçinin. “Kitabi - Dədə Qorqud”u,
311
Nəsimisi, Nizamisi, Füzulisi, Sabiri ... olan xalq və onun
ədəbiyyatı. Ədəbiyyatımızın təlimi üçün yeni məzmun axtarıb
tapılmalıdır. Ədəbiyyat kitabları az da olsa, çap olunur.
“Müntəxabat” yox. 2000-ci il gəlib çatdı. Sinifdənxaric oxu
materialları hələ də kiril əlifbasıyladır.
- Proqrama daxil edilən bəzi mövzular haqqında nə deyə
bilərsiniz?
- Məcburi öyrədilən və əzbərlənən mövzular tez də unudulur.
Bəzi mövzular şagirdləri maraqlandırmır. Dövrə görə yaranan
əsərlər vətəndaşlıq hüququ qazanmır. Təqsirkar dövrdür.
- Ədəbiyyat dərslərində ifadə və inşa yazılar geniş yer tutur.
Şagirdlərin gözəl xətlə yazmasına nail olmaq müəllimlərin
mühüm işlərindən biridir. Bu barədə fikriniz necədir?
- Bu suala jurnalist Məmmədəli Əliyevin “Azərbaycan
məktəbi” jurnalının səhifələrində çap olunmuş məqaləsində
deyilən fikirlərlə cavab verəcəyəm: “...Məktəbin dil-ədəbiyyat
müəllimi Mehralı Nəcəfov dərsin mövzusunu yazı taxtasına
yazdı. Doğrusu, onun yazdığı 3 kəlmə son dərəcə gözəl, əsl
mənasında tamaşa idi. Elə bil kolliqrafiya qaydalarına çox
dürüst riayət edən mahir rəssam əli lövhəyə aləmdən gözəl
incilər həkk etmişdir.”
- Kim istəməz ki, onun şifahi və yazılı nitqi aydın olmasın.
İnsan üçün savadlı yazmaq böyük nemətdir. Şagirdləriniz
necə yazır?
- Unudulmaz metodist Yəhya Qarabağlı “Nəsihət deyil,
nümunə” adlı məqaləsinin birində yazırdı:“Mən Mehralı
müəllimin şagirdlərinin yazısına baxdım. Baxdım və heyran
oldum. Yazılar inci kimi, mirvari kimi. Dəftərlərə elə bil adam
Dostları ilə paylaş: |