Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

Skot Han: Əziz Anam
İsa  Məsih,  Ata  və  uşaqları  arasında  baş  keşiş  olaraq 
vasitəçilik  edərkən  Məryəm  də  Kraliça  Ana  və 
müdafiəçimiz  olaraq hərəkət edir  (bax 1Kral.  2:19). Papa 
II  İoan  Pavel  bu  xidmətdən  "analıq  vəzifəsi"  deyə  bəhs 
edir.  Çünki  Ata  üçün  Məryəm  Onun  Oğluna  analıq  edir. 
Biz  günahkarlar  üçün  isə  Xilaskarımıza  analıq  edir.  Oğlu 
üçün  də  İsanın  qardaşlarına  analıq  edir.  Rəbbin  Xilas 
layihəsində  Məryəmin  rolundan  danışarkən  "ana"  sözü 
yalnız  bir  ad  deyil,  bir  vəzifənin  yerinə  yetirilməsi 
mənasını verən bir hərəkətdir.
Rəbbin  və  uşaqlarının  anası  olaraq  Məryəm  yalnız 
qarşısında  səcdə  edərək  deyil,  Müqəddəs  Ruhda  mövcud 
olan  Oğlu  hədiyyə  olaraq  qəbul  etməklə  bizə  Atanı  necə 
ucaldacağımızı  öyrədir.  Bu  səbəblə,  insanların  İncili 
əslində  necə  qəbul  etdikləri  haqqında  bir  mühakimə 
yürütmək  istəyirsinizsə,  bu  insanların  Rəbbə  Ata, 
Məryəmə  də  ana  olaraq  nə  qədər  dəyər  verdiklərinə  bir 
baxın.
ALLAH ATAMIZDIR
Xristianlıq  üçün  böyük  bir  fundamental  fərq  budur. 
Məsihçilər  Rəbbə  yalnız  tanrı  olaraq  inanmaqla 
kifayətlənmirlər.  Dünyada  üç  əsas  tək  Tanrılı  din 
mövcuddur.  Xristianlığı  digərlərindən  fərqləndirən  ən 
əhəmiyyətli  cəhət  məsihçilərin  Rəbbə  Ata  adını  vermə 
cəsarətini  göstərmələridir.  Qədimdə  İsrail  xalqı  Rəbbin 
atalığından  danışardı,  amma  bu  söz  yalnız  bir  bənzətmə 
idi.  Rəbb  onları  təhlükələrdən  qoruyaraq  və  ehtiyaclarını 
qarşılayaraq onlara atalıq etdi.
Yalnız  xristianlar  Rəbbi  Ata  olaraq  adlandırırlar, 
çünki  Əhdi-Cədid  vasitəsilə  Rəbb  özünü  əbədiyyən  Ata 
deyə  tanıtdı.  Ata  olan  Rəbb  təlimi  Müqəddəs  Üçlüyün 
94


Skot Han: Əziz Anam
açıqlanmasını  tələb  edir,  çünki  yalnız  əbədi  bir  Oğula 
sahib olsa, əbədi Ata ola bilər.
Yəhudilik  Rəbbə  yaxşı  qullar  qazandıran  imanlılar 
yetişdirdiyindən  soyludur.  Eyni  şəkildə  "İslam"  sözü  də 
Allaha  tam  tabeçilik  mənasını  verir.  Lakin  xristianlıq  nə 
qulluq,  nə  də  kor-koranə  bir  tabeçilikdən  yaranmaz. 
Xristianlıq  övlad  sevgisindən,  Ata  üçün  əbədi  Oğula 
duyulan  sevgidən  və  paylaşdığımız  ilahi  sevgidən 
meydana  gəlir.  Sevən  bir  övlad  ən  sadiq  və  ürəkdən 
xidmət edən bir quldan belə daha yaxşı xidmət edər.
İnanan  kəslərin,  yalnız  İncilə  əsasən  Katolik 
anlayışına  sarılıb  anladıqları  zaman  sevən  övlad 
olacaqlarını  söyləyəcək  qədər  də  cəsarətli  olacağam. 
"Ümidin  çərçivəsindən  keçərkən"  adlı  kitabında  Papa  II 
İoan  Pavel,  məsihçilərin  günah  etdikləri  zaman  nə 
olduğunu,  günahla  bu  ilahi  övlad  xüsusiyyətindən 
uzaqlaşdıqlarını  izah  etmişdi.  İlkin  günah  təşəbbüsləri 
atalıq  sevgisi  ilə  yaradılan  dünyanın  içindən  keçərkən 
şüaları məhv edərək sevgi olan Rəbb haqqındakı gerçəyin 
yerinə  şübhə  toxumlarının  saçılmasına  səbəb  olur, 
nəticədə  insanı  ağa  və  kölə  münasibətlərinin  yer  tutduğu 
pis hisslə yalqız qoyur."
İnanıram  ki,  ağa  kölə  münasibəti  -  işə  götürən  işçi 
münasibəti  deməyi  seçərəm  -  hazırki  xristianlıq  içində 
məşhurdur.  İnanan  insanlarda  bunun  xəbərdarlıq 
əlamətləri  nələrdir?  Belə  insanlar  Rəbb  üçün  ən  gözəl 
sifətlərini  göstərirlər,  amma  gerçəkdə  nə  düşündüklərini 
əsla ONA söyləməzlər. Dediklərinə görə Rəbblə çox şəxsi 
bir  əlaqələri  vardır,  amma  Rəbbdən  çətin  suallar 
soruşmağı  dinsizlik  olaraq  qəbul  edərlər.  Rəbbin  istəkləri 
qarşısında  içlərində    donquldansalar  da,  yenə  də  Rəbbin 
krallığından  bəhs  etməkdən  geri  qalmazlar.  Böyük  bir 
vasvasılıqla  əmrlərini  yerinə  yetirərlər,  amma  Onunla 
95


Skot Han: Əziz Anam
Kilsə  və  anası  ilə  bir  ailə  olduqları  gerçəyini  ağıllarına 
gətirməzlər. Elə isə, bu kəslər necə İsa Məsihin dediyi ata 
mənasını  verən  "Abba"  deyə  Rəbbə  səslənməyə 
başlayacaqlar?
TİCARƏTÇİ KİMİ FİKİRLƏŞMƏYİN
Bu  sözləri  işlədərkən  yenə  ürəyimdə  bənzər  bir  ağrı  hiss 
edirəm,  çünki  illərcə  Rəbb,  qurtuluş,  ədalət  kəlmələrini 
anlamaq üçün çox əlləşdim. Protestant bir keşiş və dindar 
insanlar  yetişdirən  bir  professor  olaraq  sanki  Rəbb 
Romalıların məhkəməsində oturubmuş, İsa günahlarımızın 
cəzasını çəkdiyi üçün, günahkar olduğumuzu bilə-bilə bizə 
bəraət  qazandırırmış  kimi,  müqəddəs  Pavelin  Romalılara 
və  qalatiyalılara  məktublarını  oxuyan  Kalvin  və  Lutherin 
izni ilə getdim.
Ancaq romalılara və qalatiyalılara yazılan məktubları 
dərindən  oxuduqca,  hər  şeydən  əvvəl  bunu  yazanların 
Yəhudi  olduqları  düşüncəsinə  vardım.  Onların  fikir 
səviyyələri,  dil  və  dəyərləri  Roma  İmperatorluğunun 
mühakimə  sistemi  ilə  deyil,  əhdlərlə  yoğrulmuşdu.  Uzun 
bir müddət əhdin ticarət müqaviləsi kimi qanuni bir vasitə 
olduğunu düşündüm. Bununla belə vaxt keçdikcə Katolik 
Kilsəsinin  hələ  başlanğıcdan  bəri  öyrətdiyi  şeyə  fikir 
verməyə  başladım. Evlilik  və fahişəlik  bir-birilərindən  nə 
dərəcədə  fərqlidirlərsə,  əhd  və  ticarət  müqaviləsi  də 
bir-birilərindən  o  dərəcə  fərqli  şeylərdir.  Müqavilədə 
mövzu  əşya,  mal,  xidmət,  haqq  və  vəzifələrin  dəyişməsi 
haqdadırsa, əhddə mövzu kəslərin dəyişməsi haqqındadır . 
Bir müqavilədə bir əşya sənindir, digəri mənim; əhddə isə 
mən  səninəm,  sən  də  mənim  anlayışı  yatır.  Bu  səbəblə 
Rəbbin etdiyi əhdlər həmişə eyni şeyi söyləyir: Mən sizin 
96


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə