Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   26   27   28   29   30   31   32   33   34

Skot Han: Əziz Anam
anlamağımız  İsa  Məsihi  və  Onun  bizi  xilas  etmə  cəhdini 
nə dərəcə anladığımızı ortaya çıxarır.
Doğru-dürüst bir övlad olaraq yaşamaq üçün ən yaxşı 
Məryəmi  dinləyərək  və  Onun  sevdiyi  kimi  sevmək 
lazımdır. Dinləmək etmək deməkdir, "İsa sizə nə desə onu 
edin!"  dəvətinə  qulaq  asmaq  deməkdir.  Sevmək  demək 
xaça  qədər  olsa  belə  İsanın  yanından  ayrılmamaqdır. 
Sevmək demək, hər vəziyyətdə günaha qarşı İsanı seçmək 
deməkdir.
Cənnətdə  və  evinizdə  olan  ilahi  analıqda  Həvva  və 
əhd  sandığının  prototipi  reallaşır.  İlahi  analıq,  müdriklik 
mövzusunda  yetkinləşmək  istəyənlər  üçün  Kilsə 
doqmaları  ana  südü  kimidir.  İlahi  analıq,  ürəyimizin 
dərinliyində mistika və ilahiyyatla qovuşduğu nöqtədir.
İlahi  analıq  məsihçiləri  və  onların  qardaşı  olan  İsa 
Məsihi  görüşdürən  yerdir.  Yenidən  təkrarlayacağam: 
"adelphos" sözü "eyni ana bətnindən olan"mənasını verir. 
O  halda  qardaşlığı  mümkün  edən  anadır.  Məryəm  üçün 
Oğlunu  bizə  verməsi  çox  əhəmiyyətlidir.  Lakin  İsanın 
anasını,  Ataya  qarşı  günah  işləyib  özünü  çarmıxa  çəkən 
insanlara  verməsi  xəyal  belə  edə  bilməyəcəyimiz  bir 
davranışdır!  Bizə  anasını  belə  verdikdən  sonra  bizdən 
əsirgəyəcək heç bir şeyi olmadığına əmin ola bilərik.
101


Skot Han: Əziz Anam
7-ci fəsil
MƏQSƏDƏ ÇATMIŞ KİLSƏ
KİLSƏNİ KİM ANA EDİR ?
Kilsənin  Müqəddəs  Kitabı,  ənənəvi  və  doqma  olan 
təlimləri  vasitəsilə  bir  ana  gerçəyi  ilə  qarşılaşırıq. 
Müqəddəs Bakirə Məryəmi tanıyırıq. Yenə də bu nöqtədə 
çox  diqqətli  davranmalıyıq.  Çünki  Kilsə  bizə  Məryəmi 
vermir,  əksinə,  Kilsəni  bizə  verən  Məryəmdir.  Daha 
doğrusu, Kilsənin anası olaraq Məryəm ilahi Oğlunu bizə 
Kilsə  vasitəsilə  verir  və  yenə  Kilsə  vasitəsilə  İsa  Məsih 
üçün bacı və qardaşlarını yetişdirir.
Müqəddəs Kitabdakı xarakterlər bizim Məryəmi Yeni 
Həvva,  bütün  yaşayanların  anası,  Rəbbin  Əhd  Ailəsinin 
anası olaraq görməyimizi təmin edir. Tipologiya Məryəmi 
ayrıca  İsa  Məsihin  Gəlini  olduğunu  göstərir.  Ancaq 
Müqəddəs  Kitabın  ən  axırında  Vəhy  Kitabında  Gəlin  və 
Ana eyni zamanda Kilsə ilə uyğunlaşdırılmışdır.
Vəhy  Kitabı,  İsa  Məsih  və  qardaşlarına  doğum 
sancıları çəkən qadınla, tarixin ən zirvə nöqtəsində duvağı 
açılan  Quzunun  Gəlini  arasındakı  sirli  birliyi  göstərir. 
Ana,  Gəlin  və  Qadın  Məryəmdir.  Ana,  Gəlin  və  Qadın 
Yeni Yerusəlim olan Kilsənin başıdır, mərkəzidir.
YAXŞI NƏSİHƏT VERƏN ANAMIZ
Məryəmin  Kilsə  ilə  olan  bənzərliyinin  sirli  bir  şey 
olduğunu söylədim, amma bu bənzərlik sözdə bir bənzəyiş 
deyil.  Müqəddəs  Kitabdakı  xarakter  tipləri  adi  ədəbi 
xüsusiyyətlər  daşımaz,  çünki  Müqəddəs  Kitab  ədəbi  bir 
əsər  deyil,  tarixin  özüdür.  Xarakter  tipləri  yalnız  tarixi 
deyil,  həm  də  peyğəmbər  hadisələrindən  xəbər  verir. 
102


Skot Han: Əziz Anam
Bundan  başqa  Müqəddəs  Kitab  gerçəkdir  və  gerçəyin  o 
biri  tərəfi  sonsuzluq,  əbədilikdir.  Bu  səbəblə  Məryəmdən 
Kilsənin anası və ya Kilsənin ilk nümunəsi şəklində bəhs 
etdiyimiz zaman  canlı bir  şəkildə həqiqətən  mövcud olan 
və  Rəbbin  kainat  nizamında  əsas  olan  mütləq  bir 
həqiqətdən danışırıq.
Kilsə II Vatikan Məclisinin sənədlərində (1962-65-ci 
illər) bu mövzunu parlaq şəkildə ifadə etmişdir. Bu Məclis 
Məryəm  haqqında  geniş  şəkildə  heç  bir  sənəd  nəşr 
etmədisə  də,  nəşr  olunmuş  sənədlərə  başdan-ayağa 
baxıldığı zaman Kilsə tarixində edilən universal məclislər 
arasında  Məryəmlə  əlaqədar  heç  bu  cür  detala  rast 
gəlinmir. Gerçəkdə, II Vatikan Məclisi Məryəmlə əlaqədar 
daha  əvvəl  edilmiş  bütün  məclislərdəkindən  daha  çox 
məlumat əhatə edir.
Bəzi  alimlər  bu  Məclisdəki  ən  əhəmiyyətli  sənədin 
Lumen  Gentium  (Kilsənin  Doqmatik  Konstitusiyası)  ol-
duğunu  söyləyir.  Burada  Məclisə  qatılan  keşişlər  Mər-
yəmlə  əlaqədar  olan  ən  möhtəşəm  qiymətləndirmələr 
apardılar.  Bu  sənədin  nəticə  hissəsinin  başlığı  "  Rəbbin 
Anası  Müqəddəs  Bakirə  Məryəmin  rolu  Kilsənin  və  İsa 
Məsihin Sirrində” adlanır.
"Kilsənin 
Məclisi" 
İlahi 
Xilaskarın 
xilas 
işini 
reallaşdırdığı  Kilsədəki  təlimi  izah  edərkən  həm  Vücud 
alan  Söz  sirrindəki  Bakirə  Məryəmin  rolunu,  həm  də 
xüsusilə  iman  edənlər  başda  olmaqla,  İsanın  bütün 
insanların  və  Rəbbin  Anası  Məryəmə  qarşı  xilas  olan 
insanların  vəzifələrini  diqqətlə  açıqlamağı  hədəf 
almışdır." (Lumen Gentium 54)
Bu  sənəddə  əlinizdəki  kitabda  ortaya  qoyduğumuz 
müzakirələr silsiləsinə bənzər bir yol izlənmişdir. Məryəm 
103


Skot Han: Əziz Anam
ilahiyyat,  tipologiya,  doqma  və  son  olaraq  Kilsənin 
ilahiyyatı  işlərinin  işığı  altında  izah  edilmişdir.  Məclis 
Məryəmin  Əhdi-Cədiddəki  bənzərsiz  və  əhəmiyyətli  rolu 
ilə  yanaşı,  Əhdi-Ətiqdəki  Məryəmi  işarə  edən  hissələrin 
olduğunu  təsdiqləmişdir  (nömrə.  55).  Mübahisənin  sona 
çatmasına  baxmayaraq,  Kilsənin  həyatında  Məryəmin 
daimi davam edən rolu hələ araşdırılır.
ANA VƏ ÜZVLƏR
Məryəm nə şəkildə Kilsə ilə əlaqədədir?
"İsaya  aid  olanların  anasıdır.  Məryəm  İsa  Məsihin  baş 
olduğu  Kilsədə  Onun  üzvləri  olan  imanlıların  doğulması 
üçün  yaxşılığa  ortaq  olur."  (Lumen  Gentium  53, 
müqəddəs Augustinə aid sözlərdən götürmə).
"Müqəddəs  Bakirənin  Kilsə  ilə  güclü  bir  əlaqəsi  vardır." 
(nömrə. 63)
"Məryəm  Kilsənin  bənzərsiz  və  seçmə  bir  üzvüdür." 
(nömrə. 53)
"O,  Kilsənin  iman  və  məhəbbət  xüsusiyyətini  daşıyan  ən 
qüsursuz nümunəsidir.” (nömrə. 53)
"Müqəddəs  Ruhun  istiqamətləndirdiyi  Katolik  Kilsəsi, 
övlad  sevgisi  və  bağlılığı  ilə  Məryəmə  ən  sevilən  ana 
olaraq dəyər verir." (nömrə. 53)
O  halda  Məryəm,  Rəbbin  bütün  ailəsinə  analıq  edir. 
Bu  ailənin  nümunə  götürüləcək  fərdidir  və  uşaqlarının 
doğulması  və  tərbiyəsində  təsirli  bir  şəkildə  iştirak  edir. 
104


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə