www.vivo-book.com
12
xalça xoşunuza gəldimi? Gözəl naxışları var, düz
demirəmmi? Hə, hə, mən hər şeyi başa düşürəm. Özüm də
həftədə cəmi-cümlətanı on dörd dollar qazananda, ev-eşiyə
avadanlıq almalı olmuşam. Bir şey də var ki, adam öz ev-
eşiyinə ən yaxşı şeylər almaq istəyir, düz demirəmmi? Hə,
əlbəttə ki, bu cəmi-cümlətanı yeddi sent ondan bahadır. Bir
şeyi də nəzərdə tutun ki, ucuz şeydənsə, bahalı şey almaq
sərfəlidir. Bilirsiniz, nə var, Co, – şöbə müdiri
alicənablığından coşaraq səsini məhrəmanə şəkildə alçaldıb
dedi, – mən sizə xətir eləyərəm, bunu ancaq sizin xətrinizə
edərəm. Qiyməti sizə görə beş sent aşağı salıram, ancaq
sizdən çox-çox xahiş edirəm, – o Co ilə əlbir adam kimi
əlavə etdi, – heç kəsə deməyin ki, neçəyə almısınız.
Co ilə Cenevyeva məsləhətləşib öz qərarlarını deyəndə
şöbə müdiri dilləndi.
– Hər şeyi sarıyıb, tikib evinizə göndərəcəyəm. Bu,
sözsüz ki, qiymətə daxildir. Yenə yeni evdə nə vaxt
qonaqlıq keçirəcəksiniz? Nə vaxt qanad açıb uçursunuz?
Sabah? Elə sabah? Lap yaxşı, lap yaxşı!
www.vivo-book.com
13
Şöbə müdirinin sevincdən gözləri axdı. Sonra bir ata
kimi onlara mehriban-mehriban gülümsündü.
Co şöbə müdirinin suallarına təmkinlə cavab verirdi,
Cenevyeva bilər-bilməzə qızardı; onların ikisinə də bu
söhbət yersiz görünürdü. Ona görə ki, bu söhbət meşşanların
fikrincə ədəb qaydalarını pozurdu, bu söz-söhbət onların
şəxsi məhrəmanə hisslərinə toxunurdu, şöbə müdirinin
sualları zəhmət adamının ləyaqətlə yaşamaq, mənəvi paklığa
can atmaq istəyi bununla razılaşmırdı.
Mister Klauzen onlara iltifatla, şəfqətlə baxa-baxa,
şirin-şirin gülümsəyərək liftəcən ötürdü, bu vaxt bütün
pirkeşiklər əmir alıbmış kimi hamı düzgün biçimli Coyun
dalınca baxırdı. Onlar lifti gözləyərkən mister Klauzen
qayğılı-qayğılı soruşdu:
– Co, bugünkü görüşünüz necə olacaq? Özünüzü necə
hiss edirsiniz? Öhdəsindən gələrsinizmi?
Co cavab verdi:
– Əlbəttə, özümü yaxşı hiss edirəm.
– Doğrudanmı? Lap yaxşı! Ağlıma gəldi ki, bəlkə toy
ərəfəsində əsəbiləşib elədiniz. Ha, ha! Axı ağır məsələdir.
www.vivo-book.com
14
Sizi yaxşı başa düşürəm, özüm də vaxtı ilə adaxlı olmuşam.
Bədəniniz qaydasındadırmı? Hə, əlbəttə, soruşmağın adı
yoxdur, onsuz da hər şey aydındır... Ha! Ha! Oğlum,
müvəffəqiyyətlər diləyirəm! Müvəffəqiyyət qazanacağına
şübhə etmirəm. Sən qalib gələcəksən!
O, Cenevyevaya liftə minməkdə nəzakətlə kömək edib:
– Miss Priçard, sağ olun! Bizi unutmayın. Sizi
görməyimə həmişə, ürəkdən şadam.
Qız liftlə aşağı düşəndə məzəmmətlə dedi:
– Hamı səni Co çağırır. Niyə “mister Fleminq”
demirlər? Məncə, bu saymazlıqdır.
Co liftçi oğlana qüssə ilə baxırdı, görünür, onun
dediyini eşitmədi.
Qız oğlanı həmişə heyran qoyan mehribanlıqla soruşdu:
– Co, sənə nə olub?
Oğlan cavab verdi:
– Heç nə. Elə belə, çox istərdim ki...
– İstərdim ki... nəyi? – Qız elə qılıqla soruşdu, gözləri
elə səmimiyyətlə baxdı ki, bu baxışlar qarşısında heç kəs
biganə qala bilməzdi, ancaq Co hələ də kənara baxırdı.
www.vivo-book.com
15
Oğlan qızın üzünə qətiyyətlə nəzər salaraq dedi:
– İstəyim budur ki, sən heç olmasa, bir dəfə məni
rinqdə görəsən.
Qız çiyinlərini nifrətlə çəkdi. Coyun qanı qaraldı. Onu
bir şey narahat edirdi ki, rəqibi onunla Coyun arasına girib
oğlanı ondan uzaqlaşdırır.
– Böyük məmnuniyyətlə... – deyə qız özünü zorlayaraq
tələsik dilləndi, oğlana ürəkdən canı yandığını göstərməyə
çalışdı. Qadın canıyananlıq göstərəndə, dünyanın ən
qüvvətli kişiləri belə məğlub olub başlarını sadəlövhlüklə
qadının sinəsi üstünə qoyurlar.
– Doğrudanmı? Razısan?
Co diqqətlə onun gözlərinin içinə baxdı. Cenevyeva
onun niyə həyəcan keçirtdiyini başa düşdü: oğlan sanki ona
meydan oxuyurdu, qızın onu nə qədər sevdiyini bilmək
istəyirdi.
Oğlan sakitcə dedi:
– Bu mənim həyatımın ən xoşbəxt dəqiqəsi olardı.
Cenevyevanı nə məcbur etdi ki, bu gözlənilməz qərara
gəlsin? Sevən ürəyin uzaqgörənliyi, ya Coyun istəyincə
www.vivo-book.com
16
onun dərdinə şərik olmaq, ya da ki, rəqibinin üstün cəhətini
görmək, onunla üz-üzə gəlmək fikrinə düşdü. Ya da ki, qızın
yeknəsəq, fərəhsiz həyatını naməlum mühit maraqlandırdı,
özünə möhkəm cəzb etdi. Müxtəsər ya elə, ya belə qız
indiyədək hiss etmədiyi qətiyyətlə oğlan kimi sadəcə cavab
verdi:
– Razıyam.
Onlar mağazadan çıxanda oğlan boynuna aldı.
– Mən bilmədim ki, sən razılaşarsan, yoxsa ki, səndən
xahiş etməyə cürət etməzdim.
– Niyə ki, mümkün deyil? – qız narahatlıqla soruşdu,
qorxdu ki, onun qətiyyətindən əsər-əlamət qalmaz.
– Olar, mən hər şeyi düzəldərəm. Heç ağlıma gəlməzdi
ki, sən razılaşarsan. Heç ağlıma gəlməzdi. – Co hələ də
heyrətindən özünə gələ bilməmişdi, öz-özünə bu sözləri
təkrar edirdi, qızı tramvaya mindirdi, bilet almaq üçün
cibindən qəpik-quruş çıxartdı.
II FƏSİL
Dostları ilə paylaş: |