ya da uyğun bildiyin bir sinaqoqda,
sakit bir hücrədə
bir az dünyanın işlərindən,
vəd etdiklərindən;
hurilərindən,
cənnətdən,
müjdələrindən
cəhənnəmdən,
əzabdan
hikkələrindən...
mükafatından danışaq...
elə tənhayam ki, əgər varsansa
bir sevgi şeiri,
ya kədərli bir musiqi dinləyib
ağlayaq...
fələstində, myanmarda
suriyada ölən uşaqlara
terrorda öldürülən məsumlara,
toronadoda, zəlzələdə
tələf olanlara
yas saxlayaq...
ya da əgər varsansa
içkimiz bitməsin...
yay gəlməsin...
silahlar səslənməsin,
sevgililər getməsin,
analar qocalmasın,
uşaqlar ölməsin!
18
əgər varsansa əsməsin bu iyrənc küləklər
əgər varsansa yığışdır müqəddəslik,
ucalıq söhbətlərini...
əgər varsansa çöksün diktaturalar,
dağılsın qanlı rejimlər...
rahatlaşsın yorğun beyinlər,
kədərli ürəklər
hindistanda səndən daha müqəddəsdir
inəklər...
əgər varsansa çıx get,
rahat yaşasın insanlar,
sən olan yerdə sükunət
bir də yalançı ümid var...
sənsiz daha xoşbəxt olar,
bu dünya, bu ölkə, bu şəhər...
çıxıb gedəcəyin bir yer yoxdursa
çəkilib özünə yaşa, birtəhər...
əgər varsansa, susma
danış mənimlə, sakitləşsin ağrım....
əgər varsansa görün,
toxun mənə,
toxun mənə tanrım!
19
aldatmaq...
ağlatmaq...
ovutmaq
E. üçün...
məni aldatmaq asandı:
bir gülüş,
bir öpüş,
ya da süzgün gözlərlə baxıb
saçlarınla oynamağın,
“sən yaxşı insansan”- deməyin,
bir də dəniz qədər dərin gözlərində
oxuduğum sevgi.
yandırar...
yandırar...
yaxar,
bu gözəlliklər ki, var
aldadar məni, gülüm, aldadar...
məni ağlatmaq asandı,
buludlu havalar,
həzin bir musiqi,
gözlədiyim bir telefon zəngi
alar məni özümdən
uzaqlara uçurar.
gecənin gec saatlarında
dinlədiyim bütün mahnılar
ağladar məni gülüm, ağladar...
20
məni ovutmaq asandı,
əllərimi tutub,
gözlərimə baxıb,
dağılmış saçlarıma
çəkdiyin bir tumar
və ya titrəyən səsinlə
telefonun o başından:
“səni çox istəyirəm”- deməyin,
səsindəki həzinlik,
gözlərindəki xumar
ovudar məni gülüm, ovudar...
21
ayrılığın ildönümü
bir şüşə ucuz şərab
bir-iki qutu siqaret
və bir az da dul qadın təbəssümü götürüb
çıxaram marketdən
evin soyuq divarları qəh-qəhə çəkdikcə
ciyərlərimə çəkərəm
acı siqaret tüstüsünü...
göz yaşına qarışmış şərabı
hüznlə çəkərəm başıma.
güzgüdə çuxura düşmüş gözlərimə
divarda saralmış rəsminə baxaram
illər təkcə məni dəyişdirib deyəsən,
nə yaxşı ki sən
saralmış rəsmlərdə
dəyişmirsən.
səssizcə axıb keçər zaman
gecənin necə düşdüyünü
hiss eləmədən
sabahın necə açılacağını
düşünmədən
başımı ataram yastığa
bir az göz yaşları və ümid
beləcə bitirərəm gərgin bir günü
(əslində insan beləcə qısaldır ömrünü)
hər il beləcə qeyd edərəm
ayrılığın ildönümünü.
22
oğurluq
K. üçün
sən çox erkəndən gələrdin,
mən hələ yuxudan qalxmamış.
evə çatmamış zəng edib
məni yuxudan oyadardın
mən səni qarşılayardım
sakitcə
sən otağa,
mən hamama keçərdim.
sonra adama bir stəkan çay içərdik.
bərk-bərk köksümə sıxardım səni.
oğurluq səadətin qoxusunu çəkərdim
ciyərlərimə
oğurluq sevginin sərxoşluğu yayılardı
bədənimə
öpüşərdik ...
sən üstündəki paltarı
mən üzümdəki həyanı soyunardım
sevişərdik...
sən çox erkəndən gələrdin,
şəhər hələ yuxudan qalxmamış
bir telefon zənginə diksinib
qapıya yüyürərdim
hər dəfə üzündə eyni məsum təbəssüm,
baxışlarında ağır bir kədər olardı...
sənin üzün gülməzdi,
23
mənim də halım birtəhər olardı...
qonşu bağından oğurladığı almanı
gizləyən uşaq kimi,
üzünü əllərimin içində gizləməyə çalışardım.
etdiyim günahın bədəli,
ömür boyu sənə həsrət qalmaqdı,
sən gedəndən sonra bacardığım yeganə iş
hönkür-hönkür ağlamaqdı.
gecələr qoxun çökmüş yastığa
üzümü söykəyib hıçqırardım...
hər gecə yuxuma girərdi gözlərin
diksinib yerimdən qalxardım...
dəli kimi başımı divarlara çırpardım...
nə içki, nə siqaret
təsəlli deyilmiş sənsiz gecələrdə...
mən bir içim xoşbəxtlik dadardım,
sənin gəldiyin günlərdə...
sən çox erkəndən gələrdin
şəhər yuxudan qalxmamış...
biz sevişərdik və sən çıxıb gedərdin işinə...
hər gedişindən sonra bir darıxmaq dolardı
içimə...
mən ağlayardım...
sən gedərdin....
ecələr qoxun çökmüş yastığı qucaqlayardım
bir dəli darıxmaq dolardı içimə...
səninsə ərin var yanında,
bir də bizə xəyanət etdiyin kişilər...
nə vecinə, quzum
nə vecinə...
24
Dostları ilə paylaş: |