36
5
"Qadınlar özlərini gücsüz olanlara ideal kimi,
güclü olanlara bir əşya kimi təqdim edərlər".
Cesare Pavese
Orxan yazıçının hipotezlərini, versiyalarını dinlədik-
dən sonra qərara gəldi ki, intihar faktını psixiatr kimi araş-
dırsın. Sözün açığı dünyanın heç bir yerində yazıçı psixiatrla
əlbir olub roman yazmır. Bu ilk olacaqdı. Həm də Orxanın
özünə də belə oyunbazlıqda iştirak etmək maraqlı idi.
Əvvəlcə Elxana hər şeyi danışmaq, onun bu romana təsadü-
fən düşdüyünü izah etmək istədi. Sonra uzun-uzadı fikirlə-
şib, fikrindən daşındı. Bildi ki, Elxana belə söhbətləri etmə-
yin faydası yoxdu. Qarşısına roman yazmaq məqsədini qo-
yubsa, yazacaq. Üstəlik ona başa salmaq çox çətin idi ki, ya-
zılmaqda olan bir romanın personajısan. O hətta roman
personajı kimi də, roman yazmağa iddialı idi. Elxan Daşdə-
miri qətiyyən güləşçi obrazına razı salmaq olmazdı. Neynir-
sən elə, o yazıçı kimi özünü bu romanda da göstərmək istə-
yəcəkdi.
Orxan vicdanlı bir həmmüəllif kimi, yazıçı dostunun
xətrinə Elxana da söz vermişdi ki, şübhələrini və əldə etdiyi
nəticələri onunla bölüşəcək. Eyni zamanda bu romanın mü-
əllifi üçün də onun fikirləri önəmli idi. Orxan indi hər iki tə-
rəfə oynayırdı. Həm Elxan, həm də romanın müəllifi üçün
işləyirdi. Eyni zamanda onun özünə də bəzi şeyləri araş-
dırmaq vacib idi. Daha doğrusu yazıçı dostu ilə yazdığı ro-
manın içində yazıçı Elxan Daşdəmirdən yaxasını qurtara bil-
mirdi.