19
2
“İnsanların çoxu həyatının sonunda geriyə dönüb
baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Təqdir
etmədən və zövq almadan keçib gedən şeyin əslində
həyatları olduğunu gördüklərində təəccüblənirlər. Beləcə,
ümidlərlə aldadılan insan ölümün qucağına qaçar.”
A.Şopenhauer
Cinayət-axtarış bölməsinin əməkdaşları və prokuror-
luğun təhqiqat qrupu cinayət baş verən əraziyə çatanda artıq
ağacın ətrafında xeyli adam yığışmışdı. Küknarın yarpaqları
arasından sızan günəş şüaları cəsədin göyərmiş üzünün,
şişib çənəsinə qədər sallanmış dilinin aydın görünməyinə
mane olsa da ətrafda toplaşanlar bu qəribə adamı tanımışdı.
Cəsədi ilk dəfə görən yaxınlıqdakı ticarət mərkəzinin keşik-
çisi idi. Deyəsən o zəng edib məlumat vermişdi. Müstəntiq
keşikçini yanına çağırdı:
– Cəsədi nə vaxt görmüsən?
– Səhər saat 7-də. Növbəni təhvil verməmişdən qabaq mar-
ketə siqaret almağa getmişdim. Geri qayıdanda yolumu
uzatmaq üçün binanın bu tərəfindən fırlandım. Dayanıb si-
qaret yandıranda bunu gördüm. - keşikçi başı ilə cəsədi gös-
tərdi. Dərhal posta qayıdıb sizə zəng elədim.
– Hmm...Gecə şübhəli bir şey görməmisən ki bu tərəflərdə?
– Yox görməmişəm. Mənim postumdan bura görünmür.
– Aydındır. Bu camaat kimdir?
– Məhlə camaatıdı. İşə gedənlərdi çoxusu. Əraziyə yaxın-
laşmasalar da dayanıb baxırlar. Bilirsən də, rəis, camaat belə
şeylərə baxmağı xoşlayır. Keçən dəfə yolun o tayında nazir