32
4
“Kim unudub məni yol ayrıcında-
gəlsin qucaqlasın,
gəlsin aparsın…”
Zərdüşt Şəfi
İntihardan dərhal sonra onun haqqında internet sayt-
larında və qəzetlərdə dostlarının kədərli nekroloqları görün-
məyə başladı. Təxminən bir ay çəkən bu prosesdən sonra ar-
tıq hər kəs öz işində idi. İntihar hadisəsindən dörd ay keç-
mişdi. Gənc qələm adamları əvvəlki kimi toplaşır, içki məc-
lisləri qururdular. Yenə də Bakının küçələrində tıxacdı.
Beynəlxalq təşkilatların ölkə ilə bağlı veridiyi hesabatlarda
heç nə dəyişməmişdi.
Bir sözlə günəş əvvəlki kimi şərqdən doğur, qərbdə
batırdı. Hərdən dostları Nicatı içki masası ətrafında xatırla-
yır və kövrəlirdilər. Nicatın dəfnindən sonra təkcə Şahin
onun qəbrini ziyarətə getmişdi. Yazı-pozu adamında o uzun-
luqda yolu getməyə pul hardadı? Heç kəsə xəbər etmədən
maşını düz qəbiristanlığa sürmüş, Bakıdan alıb gətirdiyi bir
qucaq qərənfili onun tənha məzarının üstünə düzmüş, daşın
üstündə oturub Nicatla keçirdiyi maraqlı günləri, içkili-şeir-
li-qadınlı məclisləri xatırlamışdı.
Sonra maşının yük yerindən şərab şüşüəsini çıxarıb
açmış, iki siqaret yandırmışdı. Siqaretin birini Nicatın qəbri-
nin baş tərəfinə qoymuşdu, birini özü sümürmüşdü. İki plas-
tik stəkana şərab süzüb, birini sinə daşının üstünə qoyub, öz
stəkanını başına çəkmişdi. Ağlamışdı...
33
Şahin doğurdan da bunu edə bilər. Keçən dəfə deyirəm:
- Qardaş, mən ölsəm neyniyərsən?
Deyir qardaş, vallah sən romanda yazdığın kimi, bir şüşə çaxırdan,
viskidən alıb gələrəm qəbrinin üstünə, siqaretdən çəkib, içkidən içib
ağlayaram...
Bəli, məhz qəribə olduğu üçün, ətrafındakı standart
adamlardan fərqləndiyi üçün dostluqları alınırdı.
Şahin Nicatla bağlı ağrılı xatirələri çözələyir, intihar
hadisəsindən sonra baş verənləri beynində saf-çürük edirdi.
Nicat haqqında yazılan bütün yazıları toplayıb, öz hesabına
kitab çıxarmağı düşünürdü. Bu fikrini bir neçə nəfərə bildir-
mişdi. Nicatın dostları dəstək verəcəklərini desələr də, orta-
lıqda real iş yox idi. Hə... Deyəsən yazıçı dostlarından biri
onun haqqında roman yazmağa hazırlaşırdı. – Nə idi onun
adı? – Şahin xatırlamağa çalışdı – Hə Nicat, Elxan Daşdəmir.
Şahin qeyri-iradi tərzdə qəbirlə söhbətləşməyə başla-
dı...Şahin inancında sabitqədəm olsa da, dostuyla vidalaşma-
ğın, söhbətləşməyin yolunu tapmışdı.
Mövhumatın qatı dumanı arasında görünməz olan
bu dağ kəndində, qəbrin başında oturub siqaret çəkə-çəkə,
qırmızı şərab içə-içə xəyala daldı...
***
... Nicatın dəfnindən dönəndə, yolda siqareti siqaretə
calayan Elxan Daşdəmir intiharla bağlı müxtəlif versiyalar
irəli sürürdü. Onun fikrincə Nicat intihar etməmişdi. Onu öl-
dürmüşdülər. Elxanın fikrincə Nicatı öz yaxın ətrafından
kimsə öldürə bilərdi. Bununla bağlı gülməli və qəribə versi-
34
yalar irəli sürürdü. Orxanın maşınında yerini rahatlayıb dil-
boğaza qoymurdu:
– Kitabının müzakirəsi çox gərgin keçmişdi. İki cəbhə yaran-
mışdı. Həm peşəkar tənqidçilər, həm də bloqqerlər roman
haqqında yazırdı. Ciddi müzakirələr getdi. Yaxın dostları isə
nəinki onu tək qoymuşdu, hətta orda-burda arxasınca da-
nışırdı. Bütün bunlar onun əsəblərini korlamışdı. Üstəlik şe-
irdən romana keçməsini çoxlarının gözü götürmürdü. Hətta
biri yazmışdı ki, qələm adamı ya şeir yazar, ya da roman.
Hər ikisini yazmaq qeyri-peşəkarlıqdır.
Orxan özündən çıxdı:
– Nə gicləyirsən? Deyirsən tənqidçilər və ya bloqqerlər öldü-
rüb Orxanı? Bəlkə jurnalistlər?
– Yaxşı, qışqırma. Elə demədim. Bu sadəcə bir versiyadır.
Axı Nicat həssas adam idi. Bütün bunlara dözməyib intihar
edibsə...
– Hə, bütün bunlara dözməyib intihar edibsə günahkar ədə-
bi mühitdəki dostlardır, eləmi? – Orxan gənc yazarın fikirlə-
rini tamamladı.
– Dedim axı, bu sadəcə bir versiyadır.
– Başqa nə düşünürsən? Yaxşısı budur bütün bunları mətbu-
ata çıxarmadan, mənimlə fikirlərini bölüş. Hər halda mən
Nicatın həkimi olmuşam və onun ölümü barədə versiyala-
rını analiz edə bilərəm.
– Qadın məsələsi ola bilərmi?
– Qadın məsələsi? – Orxan suala, sualla cavab verdi.
– Əlbəttə. Gör neçə qadınla münasibəti var idi. Görüşdüyü
qadınların arasında evlisi də vardı, nişanlısı da. Bəlkə onu
namus üstündə, qisas məqsədi ilə öldürüblər? Ya da etdiyi
hərəkətlərdən utandığı üçün, özü intihar edib.
35
– İnandırıcı deyil. Axı o heç kəsi yoldan çıxarmayıb. Üstəlik,
son vaxtlar bütün qadınlarla əlaqələrini kəsmişdi. Bu versi-
yan inandırıcı deyil. Üstəlik mən onun belə kiçik səbəblər-
dən intihar etdiyinə və ya sənin dediyin kimi, öldürüldüyü-
nə inanmıram.
– Orxan, sən yaxşı insansan, yaxşı həkimsən. Amma yazıçını,
xüsusilə intihar etmiş bir yazıçını anlamaq o qədər də asan
deyil. Onun təbəddülatlarını mən çox müşahidə eləmişəm.
Üstəlik sonuncu dəfə intihara cəhd edəndə qapını sındırıb,
onu xilas eləmişəm.
– Bunu bilmirdim. Nə vaxt olub bu hadisə?
– İki-üç il bundan əvvəl. Mənim qonşuluğumda ev kirayələ-
mişdi. Bir axşam içib həm qazı açıq qoymuşdu, həm də da-
marlarını kəsmişdi.
– Sonra?
– Bax bu sualın cavabını deyəndən sonra özün də əmin ola-
caqsan ki, o intihar edə bilməzdi. Ölmək istəmirdi. Çünki da-
marlarını kəsən kimi mənə SMS yazmışdı, vida SMS-i.
Hadisədən 10 dəqiqə sonra özümü yetirdim və qapını sındır-
dım. Qohum-qardaş, dost-tanış yığışdı və Nicatı xilas etdik.
– Haqlısan, o özünü öldürə bilməzdi. Çünki onun bütün inti-
har cəhdləri göz qabağında olub və onu xilas ediblər. Ölmək
istəsə heç kəsin əli çatmayan bir yer seçərdi. Sözün düzü in-
tihar etmək üçün əvvəllər seçdiyi bütün üsullar uğursuz idi.
Mənə elə gəlir ki, o hansısa hadisəyə etirazını bu uğursuz
cəhdlərlə edirdi. Üstəlik sağ qalacağını da əvvəlcədən he-
sablayırmış.
– Mən şəxsən Nicatın intihar etməyinə inana bilmirəm.
– Amma onun ağacdan sallanıb yellənən cəsədini gözlərimlə
görmüşəm. Fotoları da kənddə hamınıza göstərdim. Üstəlik
məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi-bioloji və tibbi-
Dostları ilə paylaş: |