15
aleyhi - deyir ki: “
Veyl – Cəhənnəmdə irindən bir vadidir”. Ata b. Yəsar
–
rahmətullahi aleyhi - deyir ki: “
Veyl – Cəhənnəmdə elə bir vadidir ki,
dağlar içinə atılsa istiliyindən əriyərlər”. “Mən onu sərt bir yoxuşa
sürükləyəcəyəm”. (əl-Muddəssir 17).
Səud – atəşdən bir dağın adıdır.
Kafir 70 il ona çıxar, çıxdıqdan sonra təkrar 70 il də Cəhənnəmə geri enər.
Beləcə Cəhənnəmdə əbədiyyən əzab çəkər”. Əbu Hureyrə – radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu:
«Hüzun - quyusundan Allaha sığının». Səhabələr: «Ey Allahın Rəsulu!
Hüzun - quyusu nədir?» deyə soruşdular. Peyğəmbər: «Cəhənnəmdə bir
vadidir. Cəhənnəm o, vadidən hər gün 100 dəfə Allaha sığınır» deyə
buyurdu. Səhabələr: «Ey Allahın Rəsulu! Ora kimlər girəcəkdir?» deyə
soruşdular. Peyğəmbər: «Əməllərində riya edən kimsələr (Başqa
rəvayətdə: Riyakar Hafizlər üçün)» deyə buyurdu
47
. Bəkr b. Huneys –
rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəmdə bir vadi vardır. Cəhənnəm o,
vadidən hər gün 7 dəfə Allaha sığınır. O, vadidə bir quyu vardır. Vadi və
Cəhənnəm ondan gündə 7 dəfə Allaha sığınır. O, quyuda elə bir ilan
vardır ki, Vadi, Quyu və Cəhənnəm ondan gündə 7 dəfə Allaha sığınırlar.
Hafizlərin fasiq olanları ora düşər. Onlar: “Rəbbimiz bütə ibadət
edənlərdən öncə bizdən başladı”. Onlara: “Bilənlər bilməyənlər kimi
deyildir” deyilər. Amr b. Şuey atasından, o da babasından rəvayət edir ki,
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Təkəbbürlülər
(zalımlar) Qiyamət günü adam şəkilində kiçik qarışqalar boyda məşhərə
toplanacaqlar. Onları hər tərəfdən zillət bürüyəcəkdir. Onlar
Cəhənnəmdəki Buləs - adlı zindana aparılacaqlar. Onları alovların atəşi
bürüyəcək və onlara Cəhənnəm əhlinin bədənindən axan irindən
içirdiləcəkdir»
48
. Ata b. Yəsar – rahmətullahi aleyhi - deyir ki:
“Cəhənnəmdə
70 min vadi vardır. Hər vadidə
70 min bölüm vardır. Hər
bir bölümdə 70 min hücrə vardır. Hər hücrədə Cəhənnəm əhlinin üzünü
yeyən bir ilan (Başqa rəvayətdə: Dəvə boynu kimi qalın ilanlar və
Həbəşistan qatırı kimi əqrəblər) vardır (Başqa rəvayətdə: Kafir və
Münafiqlər bunların hamısına girmədən işləri bitməz)”
49
. Həsən b. Yəhyə
əl-Huşani
– rahmətullahi aleyhi - deyir ki: “Cəhənnəmdə hər evin, hər
mağaranın, hər halqanın, hər ipin, hər zəncirin üzərində sahibinin ismi
vardır”. Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Bu rəvayəti Süleymana
danışdıqda ağladı və: “Vay olsun sənə! Bunların hamısı bir insana aid olsa
47
Tirmizi 2384, İbn Məcə «Muqəddimə» 23, İmam Əhməd “Zuhd”.
48
Buxari «Ədəbul Mufrad» 557.
49
İbn Əbi Dunyə.
16
necə olur?” dedi. Halqa boynuna, iplər ayağına, zəncirlər boynuna taxılsa
sonra atəşə, sonra da mağaraya atılar...”. Bunlardan Allaha Sığınırıq!
CƏHƏNNƏM HARADADIR
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Dəniz
Cəhənnəmin özüdür»
50
. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət
edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: «…Doğrusu
dənizin altında atəş, atəşin altında da dəniz vardır»
51
. İbn Abbas, Abdullah
b. Səlam, Qatadə –
radıyallahu anhum – deyirlər ki: “Cənnət - yeddi qat
göydədir, Cəhənnəm isə - yeddi qat dənizin altında (Başqa rəvayətdə:
Yerin yeddinci qatında)”
52
. Abdullah b. Amr – radıyallahu anhu – deyir
ki: “Kafirlərin ruhları yerin dibində yedinci təbəqədədirlər”. İmam
Əhməd, Yala b. Umeyyə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: “Dəniz Cəhənnəmdir”. Yala bu
mövzu haqqında soruşulanda: “...Biz zalımlar üçün elə bir atəş
hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir...”. (əl-
Kəhf 29). İbn Abbas –
radıyallahu anhu – rəvayət edir ki:
“Dənizlər od
tutub yanacağı (və ya dolub daşacağı) zaman”. (ət-Təkvir 6) ayəsi
barədə: Günəş, Ay və Ulduzlar dənizə salınar. Sonra bir külək əsər, onları
alov olana qədər üflər”
53
. İbn Cərir, Səid b. Museyyibdən, o da Əli –
radıyallahu anhu – dan rəvayət edir ki: Yəhudilərdən bir nəfərdən:
“Cəhənnəm haradadır” deyə soruşuldu. O: “Dənizdir (Başqa rəvayətdə:
Dənizin altında)” deyə cavab verdi. Əli: “O, doğru dedi” sonra: “Dənizlər
od tutub yanacağı (və ya dolub daşacağı) zaman”. (ət-Təkvir 6). “Və
dolub daşan (alovlanan) dənizə ki”. (ət-Tur 6) ayəsini oxudu. Səid b. Əbi
əl-Həsən əl-Basri – rahmətullahi aleyhi - nin qardaşı deyir ki: “Dəniz
Cəhənnəmin təbəqələrindən bir təbəqədir”.
Bəzi alimlər Cəhənnəmin də göydə olduğunu qeyd edirlər: Mucahid:
“Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey (mükafat, cəza)
vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-
məhfuzda yazılmışdır)”. (əz-Zariyyat 22) ayəsinin təfsirində: “Burada qəsd
edilən Cənnət və Cəhənnəmdir” dedi. İmam Əhməd, Peyğəmbər -
sallallahu aleyhi və səlləm - buyurdu: “İsra gecəsi Cənnət və Cəhənnəmi
səmada gördüm bu ayəni oxudu: “Göydə də ruzinin (yağış, qar) və vəd
olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud
50
Əhməd 4/223.
51
Əbu Davud «Cihad» 3/9.
52
Əbu Nuaym, İbni Xyzeymə, İbn Əbi Dunyə.
53
İbn Əbi Dunyə, İbn Əbi Hətim.