ola bilər. Lakin bütün bunlara baxmayaraq, Dağısta
nın şelf zonasında aşkar edilmiş 4 perspektivli blok
bəzi neft şirkətlərinin maraq dairəsindədir. Bu sahə
nin tədqiqi üçün “Dağneft” aksioner birliyi ABŞ-ın
“JP Redd” və Kanadanın “Conarco” neft kompaniya
ları ilə birgə “Caspoil” konsorsiumunu yaratmışdır.
Dəniz şəraiti üçün lazım olan avadanlığın çatışmazlı
ğı kəşfiyyat və qazıma işlərinin aparılmasına müəy
yən qədər mane olur.
Xəzərin İran sahili neft ehtiyatlarının aşkar edil
məsi məqsədi ilə hələ keçən əsrin 70-ci illərində təd
qiq olunmuşdur. İran tərəfinin dəvəti ilə Azərbaycan
mütəxəssisləri şelf zonasında qazıma işləri aparmış,
lakin gözlənilən nəticələr əldə olunmamışdır.
Xəzər regionunda yeni geosiyasi vəziyyətin yaran
ması və nəticədə bura iri neft şirkətlərinin cəlb olun
ması dənizin İran bölgəsinə marağın artmasına səbəb
oldu. “Lasmo”, “Dutch/Shell” və “Monument oil”
xarici neft şirkətləri dənizdə - Azərbaycanın İran sər
hədinə yaxın ərazisində aşkar edilmiş Muğan-1, Mu-
ğan-2 və sahilin şimal-şərq hissəsində olan Qorqan
yataqlarına maraq göstərmişlər. Bu layihələrlə eyni
zamanda Yaponiya və Çin şirkətləri də maraqlanırlar.
Xəzər dənizindəki iri neft yataqları əsasən seys
mik aktiv zonalarda yerləşir. Bununla əlaqədar kəş
fiyyat, qazıma və neft hasilatı zamanı burada az güc
də mütəmadi yeraltı təkanlar baş verir.
Bəzi hallarda seysmoloji amil həddən artıq şişirdi
lir. Bunun səbəbi başlıca olaraq maraqlı tərəflərin Xə
zər regionuna iqtisadi və siyasi baxışlarından irəli gə
lir. Belə ki, Rusiya və İran mütəxəssisləri Xəzərin
seysmik fəal sahədə olduğunu təsdiqləyərək onun di
bi ilə inşa olunacaq neft-qaz kəmərlərinin ətraf mühit
üçün təhlükə yaradacağını qeyd edirlər.
26 dekabr 2004-cü ildə Hind okeanında baş ver
miş zəlzələ və onun nəticəsində yaranmış sunami Cə
nub-Şərqi Asiya sahillərində 300 mindən çox insanın
ölümünə səbəb olmuşdur. Belə dəhşətli sunamilər
əsasən açıq okeanlarda yaranır və onun dağıdıcı qüv
vəsi sahillərdə özünü büruzə verir. Lakin İran alimlə
ri siyasi maraqlara uyğun olaraq belə sunamilərin Xə
zər dənizində də baş verəcəyi haqda fikir söyləmişlər.
Bu sahədə isə çalışan hər bir mütəxəssis bilir ki, qa
palı dənizdə belə gücdə sunamilər qətiyyən yarana
bilməz. Elmi əsası olmayan bu cür “mülahizələr” po
tensial investorların, xüsusilə də neft sektorundakı iri
şirkətlərin regiona marağını azaltmağa yönəlmiş bir
cəhddir.
Xəzər regionunda neft-qaz hasilatının getdikcə
artması, təbii ki, ətraf mühitə texnogen təsirin güc
lənməsinə səbəb olacaqdır. İmkan daxilində bunun
qarşısını almaq üçün bıı gün ən vacib məsələlərdən
biri kimi bu sahədə dövlətlərarası əməkdaşlığı geniş
ləndirmək lazımdır. Yalnız bu istiqamətdə aparılan
praktik fəaliyyət Xəzər dənizinin ekosisteminin mü
hafizəsində səmərə verə bilər.
Xəzərin bioloji ehtiyatları
Karbohidrogen ehtiyatları ilə yanaşı, Xəzər bitki
və heyvanat aləmi təsərrüfatları baxımından da mü
hüm əhəmiyyət kəsb edir. Bioloji ehtiyatların dəniz
də yayılmasını dənizin hidroloji xüsusiyyətləri, qida
maddələrinin qeyri-bərabər paylanması və üzvi mad
dələrin minerallaşma səviyyəsi müəyyən edir.
Xəzər dənizində heyvanat aləminin 1839 növü
mövcuddur. Onlardan təxminən 78%-ni onurğasızlar
təşkil edir. Bitki aləmi isə dənizdə, əgər belə demək
mümkünsə, 733 növlə təmsil olunur; onların da bö
yük əksəriyyəti, yəni 99%-dən çoxu yosunlardır.
Sözsüz ki, Xəzər dənizi ilk növbədə özünün balıq
ehtiyatları ilə fərqlənir. Mütəxəssislərin fikrincə, Xə
zər dənizində 124-dən 156-dək balıq növü var. Qara
və Aralıq dənizləri ilə müqayisədə Xəzərin ixtiofau-
nası müxtəliflik baxımından bir o qədər də zəngin de
yil. Bununla belə, Xəzər dənizi ixtiofaunanın yüksək
məhsuldarlığı ilə Cənubi Avropa dənizlərindən
fərqlənir. Növ və yarımnövlər arasında Xəzər dəni
zində başlıca yeri xulkimilər (35,6%), çəkikimilər
(22,7%) və siyənəkkimilər (17,8%) tutur. Onların pa
yına dənizdə olan ixtiofaunanın 76%-dən çoxu düşür.
İxtiofaunanın fərqləndirici cəhətlərindən biri də on
ların təxminən 46%-nin endemik şəkildə olmasıdır.
Daha çoxsaylı endemik formalar siyənəkkimilər qru
punda yayılmışdır.
Endemik canlı orqanizm kimi suiti Xəzər dənizin
də özünəməxsus yer tutur. Belə ki, suiti ovunun bu
rada təxminən üç yüz ilə qədər vətəgə ovu tarixi var.
Hələ keçən əsrdə Xəzərdə ildə yüz minlərlə suiti ov-
lanırmış. Son onillikdə ekoloji vəziyyətin gərginləş
məsi ilə bağlı suitinin sayı xeyli azalmışdır. Eyni za
manda, suitinin akvatoriyada yayılma sahəsi də qısa
laraq əsasən Şimali və Orta Xəzər bölgələri ilə məh
dudlaşmışdır.
Şimaldan cənuba doğru suyun duzluluğunun də
yişilməsi (artması) və mineral maddələrin paylanma
xüsusiyyətləri balıqların qida məhsullarının yaranma
sına, növünə və həcminə birbaşa təsir göstərir. Vətə
gə balıqlarının coğrafiyası da buna uyğun olaraq mü
əyyən edilir.
Xəzərdə balıqların əsas kütləsi sahilyanı zonalarda
məskən salmışdır. Onlar başlıca olaraq dənizin 50 - 75
metr dərinliklərində yaşayırlar.
Vətəgə balıqlarını burada əsasən kilkə, nərəkimi-
lər və siyənəkkimilər təşkil edir. Nərəkimilərin yayıl
ma sahəsi - Şimali Xəzərin şelf zonası, Orta Xəzərin
qərb hissəsi və Cənubi Xəzərin şərq hissəsidir. Qış
dövründə nərəkimilər əsasən Orta və Cənubi Xəzərə
çəkildikləri halda, yazda su tədricən isindikcə şimala
doğru hərəkət edirlər.
Nərəkimilər kürü tökmək üçün başlıca olaraq Şi
mali Xəzər və Volqa çayına miqrasiya edirlər. Digər
iri çaylar istiqamətlərində nərəkimilərin hərəkəti nis
bətən azdır. Bütiin bunlara uyğun olaraq nərəkimilə
rin ovlanmasının paylanma dərəcəsi xeyli fərqlidir.
Ən çox nərə ovu Xəzər - Volqa bölgəsinin payına dü
şür. Bu göstərici 69% təşkil edir. Digər yerlərdə nərə
kimilərin ovu müvafiq olaraq Xəzər - Uralda 21%,
Xəzər - Kürdə isə 0,9% təşkil edir.
Nərəkimilərin ovunun ildən-ilə azaldığını və dün
ya üzrə onun ovunun 95%-nin Xəzər dənizinin payı
na düşdüyünü nəzərə alsaq, onda bu nadir balıq nö
vünün mühafizəsinin necə böyük əhəmiyyət daşıdığı
aydın olar. Yalnız son on il ərzində nərəkimilərin ovu
təxminən 10 dəfə, o cümlədən son 5 ildə 2 dəfə azal
mışdır. Əgər 1985-ci ildə nərəkimilərin ovu 28,5 min