Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

ola  bilər.  Lakin  bütün  bunlara  baxmayaraq,  Dağısta­

nın  şelf zonasında  aşkar  edilmiş  4  perspektivli  blok 

bəzi  neft  şirkətlərinin  maraq  dairəsindədir.  Bu  sahə­

nin  tədqiqi  üçün  “Dağneft”  aksioner  birliyi  ABŞ-ın 

“JP Redd” və Kanadanın  “Conarco”  neft kompaniya­

ları  ilə  birgə  “Caspoil”  konsorsiumunu  yaratmışdır. 

Dəniz şəraiti  üçün  lazım  olan avadanlığın  çatışmazlı­

ğı  kəşfiyyat  və  qazıma  işlərinin  aparılmasına  müəy­

yən  qədər mane olur.

Xəzərin  İran  sahili  neft  ehtiyatlarının  aşkar  edil­

məsi məqsədi ilə hələ keçən əsrin 70-ci  illərində təd­

qiq olunmuşdur.  İran  tərəfinin  dəvəti  ilə Azərbaycan 

mütəxəssisləri  şelf  zonasında  qazıma  işləri  aparmış, 

lakin  gözlənilən  nəticələr əldə olunmamışdır.

Xəzər regionunda yeni geosiyasi  vəziyyətin yaran­

ması  və nəticədə  bura  iri  neft şirkətlərinin cəlb olun­

ması  dənizin  İran bölgəsinə marağın  artmasına səbəb 

oldu.  “Lasmo”,  “Dutch/Shell”  və  “Monument  oil” 

xarici  neft şirkətləri  dənizdə -  Azərbaycanın  İran sər­

hədinə  yaxın ərazisində  aşkar edilmiş  Muğan-1,  Mu- 

ğan-2  və  sahilin  şimal-şərq  hissəsində  olan  Qorqan 

yataqlarına  maraq  göstərmişlər.  Bu  layihələrlə  eyni 

zamanda Yaponiya və Çin  şirkətləri  də maraqlanırlar.

Xəzər  dənizindəki  iri  neft  yataqları  əsasən  seys­

mik  aktiv  zonalarda  yerləşir.  Bununla  əlaqədar  kəş­

fiyyat,  qazıma  və  neft  hasilatı  zamanı  burada  az güc­

də mütəmadi  yeraltı təkanlar baş verir.

Bəzi  hallarda seysmoloji  amil  həddən artıq şişirdi­

lir.  Bunun səbəbi başlıca olaraq  maraqlı tərəflərin Xə­

zər regionuna  iqtisadi və siyasi  baxışlarından irəli gə­

lir.  Belə  ki,  Rusiya  və  İran  mütəxəssisləri  Xəzərin 

seysmik fəal sahədə olduğunu təsdiqləyərək onun di­

bi  ilə inşa olunacaq  neft-qaz kəmərlərinin ətraf mühit 

üçün  təhlükə yaradacağını qeyd  edirlər.

26  dekabr  2004-cü  ildə  Hind  okeanında  baş  ver­

miş zəlzələ və onun nəticəsində yaranmış sunami Cə­

nub-Şərqi  Asiya  sahillərində 300 mindən  çox  insanın 

ölümünə  səbəb  olmuşdur.  Belə  dəhşətli  sunamilər 

əsasən  açıq  okeanlarda yaranır və onun  dağıdıcı  qüv­

vəsi sahillərdə özünü  büruzə verir.  Lakin  İran alimlə­

ri siyasi  maraqlara  uyğun olaraq  belə sunamilərin  Xə­

zər dənizində də baş verəcəyi haqda fikir söyləmişlər. 

Bu  sahədə  isə  çalışan  hər  bir mütəxəssis  bilir  ki,  qa­

palı  dənizdə  belə  gücdə  sunamilər  qətiyyən  yarana 

bilməz.  Elmi  əsası olmayan  bu cür  “mülahizələr”  po­

tensial  investorların, xüsusilə də neft sektorundakı  iri 

şirkətlərin  regiona  marağını  azaltmağa  yönəlmiş  bir 

cəhddir.


Xəzər  regionunda  neft-qaz  hasilatının  getdikcə 

artması,  təbii  ki,  ətraf  mühitə  texnogen  təsirin  güc­

lənməsinə  səbəb  olacaqdır.  İmkan  daxilində  bunun 

qarşısını  almaq  üçün  bıı  gün  ən  vacib  məsələlərdən 

biri  kimi  bu  sahədə dövlətlərarası əməkdaşlığı geniş­

ləndirmək  lazımdır.  Yalnız  bu  istiqamətdə  aparılan 

praktik  fəaliyyət  Xəzər  dənizinin  ekosisteminin  mü­

hafizəsində səmərə verə  bilər.




Xəzərin  bioloji  ehtiyatları

Karbohidrogen  ehtiyatları  ilə  yanaşı,  Xəzər  bitki 

və  heyvanat  aləmi  təsərrüfatları  baxımından  da  mü­

hüm  əhəmiyyət  kəsb  edir.  Bioloji  ehtiyatların  dəniz­

də  yayılmasını  dənizin  hidroloji  xüsusiyyətləri,  qida 

maddələrinin  qeyri-bərabər paylanması  və üzvi  mad­

dələrin  minerallaşma səviyyəsi  müəyyən edir.

Xəzər  dənizində  heyvanat  aləminin  1839  növü 

mövcuddur.  Onlardan  təxminən  78%-ni  onurğasızlar 

təşkil  edir.  Bitki  aləmi  isə  dənizdə,  əgər  belə demək 

mümkünsə,  733  növlə  təmsil  olunur;  onların  da  bö­

yük əksəriyyəti,  yəni  99%-dən çoxu  yosunlardır.

Sözsüz  ki,  Xəzər dənizi  ilk növbədə özünün  balıq 

ehtiyatları  ilə  fərqlənir.  Mütəxəssislərin  fikrincə, Xə­

zər dənizində  124-dən  156-dək  balıq  növü  var.  Qara

və  Aralıq  dənizləri  ilə  müqayisədə  Xəzərin  ixtiofau- 

nası müxtəliflik baxımından bir o qədər də zəngin de­

yil.  Bununla  belə,  Xəzər dənizi  ixtiofaunanın yüksək 

məhsuldarlığı  ilə  Cənubi  Avropa  dənizlərindən 

fərqlənir.  Növ  və  yarımnövlər  arasında  Xəzər  dəni­

zində  başlıca  yeri  xulkimilər  (35,6%),  çəkikimilər 

(22,7%) və siyənəkkimilər (17,8%)  tutur.  Onların  pa­

yına dənizdə olan  ixtiofaunanın  76%-dən çoxu düşür. 

İxtiofaunanın  fərqləndirici  cəhətlərindən  biri  də  on­

ların  təxminən  46%-nin  endemik  şəkildə  olmasıdır.

Daha çoxsaylı  endemik  formalar siyənəkkimilər qru­

punda yayılmışdır.

Endemik canlı orqanizm kimi suiti Xəzər dənizin­

də özünəməxsus  yer tutur.  Belə  ki,  suiti  ovunun  bu­

rada təxminən  üç yüz  ilə qədər vətəgə ovu  tarixi  var. 

Hələ keçən əsrdə Xəzərdə ildə yüz minlərlə suiti  ov- 

lanırmış.  Son  onillikdə  ekoloji  vəziyyətin  gərginləş­

məsi  ilə  bağlı  suitinin  sayı  xeyli  azalmışdır.  Eyni  za­

manda,  suitinin  akvatoriyada  yayılma  sahəsi  də  qısa­

laraq  əsasən  Şimali  və  Orta  Xəzər  bölgələri  ilə  məh­

dudlaşmışdır.

Şimaldan  cənuba  doğru  suyun  duzluluğunun  də­

yişilməsi  (artması)  və  mineral  maddələrin  paylanma 

xüsusiyyətləri  balıqların qida məhsullarının yaranma­

sına,  növünə  və  həcminə  birbaşa  təsir göstərir.  Vətə­

gə  balıqlarının  coğrafiyası  da buna  uyğun olaraq  mü­

əyyən edilir.

Xəzərdə balıqların əsas kütləsi sahilyanı zonalarda 

məskən salmışdır. Onlar başlıca olaraq dənizin 50 - 75 

metr dərinliklərində yaşayırlar.

Vətəgə  balıqlarını  burada  əsasən  kilkə,  nərəkimi- 

lər və siyənəkkimilər təşkil edir. Nərəkimilərin yayıl­

ma  sahəsi -  Şimali  Xəzərin  şelf zonası,  Orta  Xəzərin 

qərb  hissəsi  və  Cənubi  Xəzərin  şərq  hissəsidir.  Qış 

dövründə nərəkimilər əsasən Orta və Cənubi Xəzərə 

çəkildikləri  halda, yazda  su  tədricən  isindikcə şimala 

doğru hərəkət edirlər.

Nərəkimilər  kürü  tökmək  üçün  başlıca  olaraq  Şi­

mali  Xəzər və  Volqa  çayına  miqrasiya  edirlər.  Digər 

iri çaylar istiqamətlərində  nərəkimilərin  hərəkəti  nis­

bətən  azdır.  Bütiin  bunlara  uyğun  olaraq  nərəkimilə­

rin  ovlanmasının  paylanma  dərəcəsi  xeyli  fərqlidir. 

Ən çox nərə ovu Xəzər - Volqa bölgəsinin  payına dü­

şür. Bu göstərici 69% təşkil edir.  Digər yerlərdə nərə­

kimilərin  ovu  müvafiq  olaraq  Xəzər  -  Uralda  21%, 

Xəzər -  Kürdə isə 0,9%  təşkil edir.

Nərəkimilərin  ovunun  ildən-ilə azaldığını və dün­

ya  üzrə onun  ovunun  95%-nin  Xəzər dənizinin  payı­

na  düşdüyünü  nəzərə  alsaq,  onda  bu  nadir  balıq  nö­

vünün mühafizəsinin necə böyük əhəmiyyət daşıdığı 

aydın olar. Yalnız son on  il  ərzində nərəkimilərin  ovu 

təxminən  10 dəfə, o cümlədən son 5  ildə 2 dəfə azal­

mışdır.  Əgər  1985-ci  ildə  nərəkimilərin  ovu  28,5  min




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə