Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

mışdır.  Qazaxıstanda  neft hasilatının intensiv  inkişafı 

həm  fəaliyyətdə olan  boru  kəmərlərinin  gücünün  ar­

tırılmasına  səbəb olmuşdur,  həm  də yeni  kəmərlərin 

inşasını zəruriləşdirmişdir.

Qazaxıstanda çoxvektorlu  boru kəmərlərinin  inşa­

sı  siyasəti  1992-ci  ildə Xəzər boru  kəməri  konsorsiu­

munun  yaradılması  ilə  başlandı.  Bu  müqavilə  Qaza­

xıstan  neftinin  Qara  dəniz  sahillərinə  çıxarılması



Qazaxıstanın Xəzər dənizi sahilindəki 

əsas neft kəmərləri

Neft  komorlori

Uzunluğu

Ncftdaşıma gücii, 

ildə (mln.  ton)

Uzen-Jetıbay-Aktau

142

8

Uzen-Atırau-Samara



1500

15

Kalamkas-Karajanbaş-Aktau



62

15

Prorva-Gülsarı



103

5

Tengiz-Atırau-Həştərxan-Qroznı



678

30

məqsədi ilə Qazaxıstan,  Rusiya və Oman hökumətlə­



ri  arasında  imzalanmışdır,  istifadəyə veriləsi  neft  kə­

mərinin  marşrutu Tengiz - Atırau -  Komsomolskaya - 

Kropotkino - Novorossiysk istiqamətində olmalıdır.

Neft  kəmərinin  ümumi  uzunluğu  (Atırau  bölgə­

sindən  Novorossiysk  terminalına  kimi)  1580  km  təş­

kil  etmiş  və  onun  inşası  üçün  2,4  mlrd,  dollar sərma­

yə  qoyulmuşdur.  Boru  vasitəsilə  ildə  maksimum  67 

mln.  ton  neft  daşınması  mümkündür.  Lakin  ilkin 

mərhələdə  bu göstərici cəmi  28,2  mln.  ton olacaqdır.

Tengiz - Novorossiysk neft kəmərinin inşası 2001- 

ci ilin mart ayında tamamlanmış və həmin ilin noyabr 

ayında Novorossiysk şəhərindən Tengiz nefti ilə dol­

durulmuş  ilk tanker Avropa istehlakçılarına göndəril­

mişdir.  Bununla belə, gözlənilən neft ixracının  həcmi 

əldə  olunmamışdır.  Bu  boru  vasitəsilə  2003-cü  ildə 

dünya  bazarına  14,8  mln.  ton neft ixrac edilmişdir.

2001-ci  ildə  istifadəyə  verilmiş  Tengiz -  Novoros­

siysk  marşrutu  üzrə  Xəzər  boru  kəməri  konsorsiumu 

50  mln.  tondan  çox  neft  ixrac  etmişdir.  2004-cü  ildə 

neft  ixracı  bu  istiqamətdə  22,5  mln.  tona  çatmış  və 

2005-ci ildə bu göstərici 32 mln. tona qədər artacaqdır.

Qazaxıstanın  sahil  ərazilərindən  neft boru  kəməri 

ilə  yanaşı,  dəniz  nəqliyyatı  vasitəsilə  də  ixrac  edilir. 

Bununla əlaqədar limanların fəaliyyətinə xüsusi  əhə­

miyyət verilir.  Belə ki,  qısa müddət ərzində Aktau  li­

manında  yenidənqurma  işlərinin  aparılması  nəticə­

sində  onun  yükötürmə  gücü  iki  dəfə  artaraq  ildə  12 

mln.  tona  çatmışdır.  2015-ci  ildə  Qazaxıstanın  ildə 

150 mln. tondan çox neft hasil edəcəyini nəzərə alsaq, 

onda Aktau  limanından  Bakı,  Mahaçqala və Neka  is­

tiqamətində də neftdaşımaların həcminin  kifayət qə­

dər artacağını  gözləmək olar. Odur ki  Azərbaycan  tə­

rəfi hələ qabaqcadan Rusiyada yeni tankerlərin tikin­

tisini  sifariş  vermişdir.  Tankerlərin  hər  biri  ayda  orta 

hesabla 7 dəfə Aktau limanından neft daşınmasını tə­

min edəcəkdir.

Məlumdur ki, Qazaxıstanın sahil  ərazilərində  neft 

hasilatının  artımı  əsasən  Tengiz  yatağı  hesabınadır. 

Elə  bu  səbəbdən  də Tengiz yatağında  ekoloji  moni­

torinqin aparılması bölgənin  ən mühüm  məsələlərin­

dən  biridir.

Dediyimiz  kimi,  Xəzərin  Qazaxıstan  sektorunda 

zəngin  neft  ehtiyatlarının  aşkarlanması  bu  bölgədən

müxtəlif istiqamətlərdə və  bir neçə nəqliyyat növün­

dən  istifadə edərək xammal  ixracına imkan verir. Qa­

zaxıstan Xəzəryanı dövlətlərə nefti Aktau limanından 

tankerlər vasitəsilə daşıyır.

1996-cı  ildə Qazaxıstan  və  İran  neft daşınması  üz­

rə  müqavilə  imzalayaraq  “swaps”  sistemi  əsasında 

əməkdaşlıq  etməyə  başlamışdılar.  Müqaviləyə  əsa-




V

ч " '* #


«*•*"  А

sən,  Qazaxıstan  tərəfi  İranın  Xəzər sahilindəki  Neka 

terminalına  hər hansı  bir  həcmdə neft daşıyır və İran 

tərəfi  də  buna  uyğun  olaraq  eyni  həcmdə  nefti  İran 

körfəzindəki  limanlarından  Qazaxıstan  neftinin  alıcı­

larına  verməyi  öhdəsinə  götürür.  Artıq  1997-ci  ildə 

Aktau  -  Neka  marşrutu  üzrə  Qazaxıstandan  İrana  2 

mln.  ton  neft  daşınmışdı.  Bu  ölkələrin  neftdaşıyan 

tankerləri  olmadığı  üçün  Azərbaycanın  Xəzər  Dəniz 

Gəmiçiliyinin  tankerlərindən  istifadə  edilirdi.  Lakin 

sonrakı  illər  bu  istiqamətdə  neftin  daşınması  dayan­

dırılmışdır.  Bunun əsas səbəbi isə Qazaxıstan neftinin 

yüksək  dərəcədə  kükürdlü  olmasıdır.  Hazırda  İran 

tərəfi bu əlaqələrin bərpası  üçün ölkənin şimal bölgə­

lərindəki  neftayırma  zavodlarında  kükürdii  neftdən 

ayırmaq  üçün  əlavə  texnoloji  qurğuların  quraşdırıl­

ması  ilə  məşğuldur.

Qazaxıstanda neft hasilatının  kifayət qədər artma­

sı  digər  Xəzəryanı  dövlətlərə  də  dəniz  nəqliyyatı  ilə 

neft daşımağa imkan vermişdir.  Belə ki,  1996-cı  ildən 

başlayaraq  Qazaxıstandan Aktau  -  Dübəndi  marşrutu 

üzrə Azərbaycana xam neft daşınır.  Bu müddət ərzin­

də  nəql  edilən  neftin  həcmi  10  min.  tona  çatmışdır. 

Lakin son  illər neftdaşımalar bu  istiqamətdə azalmış­

dır.  Əgər  2001-ci  ildə  həmin  marşrut  üzrə  2,04  mln. 

ton  neft  daşınmışdısa,  2002-ci  ildə  bu  göstərici  cəmi 

0,5  mln.  ton  olmuşdur.  Bunun  əsas  səbəbi  Tengiz  - 

Novorossiysk  neft borusu  üzrə  ixracın  təmin  edilmə­

si zəruriyyətindən irəli gəlmişdir.  Ehtimal etmək olar 

ki, yaxın gələcəkdə həmin istiqamətdə neftdaşımalar 

yenidən artacaqdır. Çünkü  bu  istiqamətdə əlaqələrin 

inkişafı  “Qazaxıstanın  2030-cu  ilə qədər strateji  inki­

şaf proqramf’nda açıq göstərilmişdir.

Artıq  2004-cü  ildə  Azərbaycan  dövləti  tərəfindən 

Orta Asiya  regionundan  Qara  dəniz  sahillərinə Azər­

baycan  ərazisi  ilə  keçən  nəqliyyat  dəhlizinin  inkişafı 

istiqamətində də  mühüm  işlər görülüb.  Xəzər  Dəniz 

Gəmiçiliyi  tərəfindən  müasir  neft  tankerləri  alınıb, 

mövcud  olanları  isə  təmir  edilib.  Azərbaycan  Dövlət 

Dəmir  Yolu  idarəsi  də  bu  yaxınlarda  ölkənin  qərb 

hissəsində  -   Böyük  Kəsik  stansiyası  istiqamətində 

dəmiryol xəttinin,  bundan  başqa, dartıcı lokomotivlə­

rin  əsaslı  təmirini  başa  çatdırıb,  müasir rabitə və  mo­

nitorinq  vasitələrini  istifadəyə verib.  Görülən  tədbir­

lər  hesabına  daşınma  imkanları  xeyli  artmışdır.  Res­

publikamızın  coğrafi  və  infrastruktur  imkanlarının 

genişlənməsi  ölkəmizin  nəqliyyat  dəhlizi  statusunu 

bir daha  önə  çəkib.  Bu  istiqamətdə  aparılan  işlərdən 

biri  də  “Səngəçal”  neftaşırma  terminalının  genişlən­

dirilməsi və beynəlxalq nəqliyyat vasitələrinin inkişa­

fı  sahəsində  həyata keçirilən  layihələrə qoşulmasıdır. 

Terminalın  neft  və neft  məhsullarının  birdəfəlik  tu­

tum  qabiliyyətinin  320.000  tona  çatdırılması  üçün 

əlavə  120.000 ton tutumu olan 4 ədəd rezervuar alına­

raq quraşdırılacaq sahəyə nəqli başlanıb. Artıq dekab­

rın sonunda suyun dərinliyi 9 metr olan və  12  min m3 

tutumlu  gəmiləri  qəbul  edə  bilən  əlavə  2  yanalma 

körpüsü  istifadəyə verilib.

Bunlardan əlavə, dəmir yolu vaqonlarının yüklən­

məsi  və  boşaldılması  obyektləri  yeniləşdirilib,  Qərb 

modellərinə və beynəlxalq standartlara əsaslanan təh­

lükəsizliyin və ətraf mühitin idarə olunması proqram­

ları yaradılıb.

Qazaxıstan  neftinin  öz ərazisindən  keçməsi  məq­

sədi ilə Rusiya tərəfi 2002-ci ildə Qazaxıstanla razılaş­

ma  əldə  edərək  Aktau  -  Mahaçqala  -  Novorossiysk 

neft marşrutu  üzrə neftin  ixracını təmin etməyi öhdə­

sinə götürmüşdür.  Bu razılaşmaya görə, neft tankerlə­

ri  vasitəsilə  Aktaudan  Mahaçqalaya  ildə  2,5  mln.  ton



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə