Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

GUAM əməkdaşlıq bidiyinin yaradılması və Avro­

pa  İttifaqı  tərəfindən  dəstəklənən  INOGATE  (neft 

və  qaz  kəmərləri)  proqramının  realizə  edilməsinin 

Xəzər  regionunda  nəqliyyat  şəbəkəsinin  inkişafına 

əhəmiyyətli dərəcədə təsiri olmuşdur.  İqtisadi əlaqə­

lərin  inkişafında  Azərbaycan  öz  coğrafi  mövqeyinə 

görə  xüsusi  rol  oynayır.  Ölkəmiz  Cənubi  Qafqazı 

Mərkəzi  Asiya  ölkələri  ilə  birləşdirdiyi  üçün  burada 

nəqliyyat sisteminin daha da təkmilləşdirilməsinə tə­

ləbatdan irəli gələn ehtiyac yaranmışdır.

Azərbaycan  nəqliyyat  sistemində  inkişaf ilk  öncə 

neft boru xətlərinin çəkilməsində öz əksini tapmışdır. 

Neft hasilatının gələcək artımı ixrac neft kəmərlərin­

dən  istifadə  məsələsini  gündəliyə  çıxarırdı.  Bu  ba­

xımdan ilk olaraq hələ SSRİ dövründə istifadə olunan 

Qroznı -  Bakı neft kəmərinin təmiri və bu kəməri əks 

istiqamətdə  Bakı  -  Qroznı  -  Novorossiysk  marşrutu 

üzrə istismarı  diqqəti cəlb etdi.

Uzunluğu  1397  km  olan  Bakı  -  Novorossiysk  neft 

kəməri  1997-ci  ildə  istismara  verildi.  Neft  kəməri  il­

də  5  mln.  ton  neft  ixrac  etmək  gücünə  malikdir.  La­

kin  neftin  tranziti  üçün  Rusiya  tərəfi  yüksək  tariflər 

tətbiq  etdiyinə görə  bu  istiqamətdə  ildə cəmi  2  -  2,5 

mln.  ton  neft  ixrac  olunur.  Neft  kəməri  Dağıstan  və 

Çeçenistan ərazilərindən keçdiyi üçün onun təhlükə­

sizliyi  xüsusi  narahatlıq  doğurur.  Belə ki,  bu ərazilər­

də  boru  bir  neçə  dəfə  partladılmış  və  nəticədə  ətraf 

mühitə  böyük ziyan dəymişdir.

Son  beş  il  ərzində  Mozdok  -  Qazıməmməd  qaz 

kəməri  Xəzər  sahili  boyunca  uzanaraq  Azərbaycanın 

“mavi  yanacağ”a  tələbatını  müəyyən  qədər  təmin 

edir.  2003-cü  ildə  bu  istiqamətdə  Rusiyadan 4  mlrd. 

m3 təbii  qaz idxal olunmuşdur.  Lakin  Dağıstan ərazi­

sində təkcə 2004-cü il ərzində terror aktları nəticəsin­

də boru 4 dəfə partladılmış və ətraf mühitə ziyan dəy­

mişdir.


Şimali  Qafqaz  istiqamətində  uzanan  boru  kəmər­

lərinin  istismarında  tez-tez  ortaya  çıxan  problemlər 

digər nəqliyyat dəhlizlərindən  istifadə məsələsini  ak­

tuallaşdırdı.  Artıq  1999-cu  ildə uzunluğu 827 km olan 

Bakı  -  Supsa  neft  kəməri  istifadəyə  verildi.  Borunun 

inşasına 590  mln., Supsa limanının tikintisinə  isə 565 

mln.  dollar  xərclənmişdir.  Əgər  2001-ci  ildə  Bakı  -

71

Supsa boru xətti  ilə 5,2  mln.  ton  neft  ixrac edilmişdi­

sə,  2002-ci  ildə  bu  göstərici  6,7  mln.  tona  çatmışdı. 

Regionda  istismarda  olan  boru  kəmərlərindən  fərqli 

olaraq  Bakı  -  Supsa  neft  kəməri  nisbətən  təhlükəsiz­

dir və Xəzər  regionu  neftini  ən qısa yolla Avropa  ba­

zarına çıxarmağa  imkan yaradır.

Azəri - Çıraq  - Günəşli yataqlarından yaxın illərdə 

böyük həcmdə  neftin  hasil  olunacağını  nəzərə alaraq 

1999-cu  ildə Azərbaycan, Türkiyə və Gürcüstan  Bakı 

- Tbilisi - Ceyhan marşrutu  üzrə neft kəmərinin  inşa­

sı haqda müqavilə imzaladılar.  2005-ci  ildə işə salına­

caq  bu  neft  kəmərinin  uzunluğu  1730  km  olacaq; 

onun  468  km-i  Azərbaycan  ərazisindən,  225  km-i 

Gürcüstandan  və  1037  km-i  Türkiyə ərazisindən  ke­

çəcək.  Dəyəri  3,9  mlrd,  dollara  çatan  bu  kəmər  vasi­

təsilə  ildə  50  mln.  ton  neft  Aralıq  dənizi  sahillərinə 

çatdırılacaq.

Azərbaycan  tərəfi Xəzər dənizinin  şərq  sahillərin­

dən böyük həcmdə neft qəbul edilməsi üçün mövcud 

infrastrukturda  təkmilləşdirmə  və  yenidənqurma  iş­

ləri  aparmaqdadır.  Məlum  olduğu  kimi,  idxal  nefti 

qəbul etmək üçün Azərbaycan sahilində üç limandan 

istifadə  olunur;  bunlardan  ikisi  Səngəçalda,  biri  isə 

Diibəndidə yerləşir.

Bakıdan  40  km  cənub-qərbdə  Səngəçal  terminalı 

yerləşir. Terminala neft Azəri - Çıraq - Günəşli yataq­

larından  uzunluğu  177  km  olan  sualtı  neft borusu  va­

sitəsilə  gətirilir.  Hazırda  terminalda  4  iri  rezervuar 

(çən)  istifadə  olunur.  Hər  bir  rezervuarın  həcmi  500



Bakı - Ceyhan nefc kəməri 

layihəsinin iştirakçıları

Я  B İP İ-34,76%

Я  A R D N Ş -2 5 %

Я  Stacoyl

 -

8,71%

■  

Yunokal

 -  


8,9%

Я  TPAO

 -  


6,87%

Я  E N İ -5 %

Я  İT O Ç U -3,4%

■  


Amerada  Hess

 -  


2,36% 

TocalFinaElf -  5%


min  barrel  təşkil  edir.  Dəniz  yatağının  mənimsənil­

məsinin  birinci  mərhələsinə  uyğun  olaraq  hərəsi  800 

min  barrel  neft  tutan  daha  iki  rezervuarın  tikilməsi 

nəzərdə  tutulmuşdur.  Eyni  zamanda,  Azəri  yatağın­

dan  Səngəçal  terminalına  qədər  daha  bir  sualtı  neft 

kəməri  salınacaqdır.

Səngəçal  terminalı  dənizdən  çıxarılan  nefti  topla­

dıqdan  sonra  onu  paylaşdıracaqdır.  Terminala  eyni 

zamanda  Şahdəniz yatağından  iki  boru  vasitəsilə  qaz

və  kondensatın  ötürülməsi  də  nəzərdə  tutulmuşdur. 

Səngəçal  terminalında  böyük  həcmdə karbohidrogen 

xammalı  toplandığı  üçün  ətraf  mühitin  mühafizəsi 

məsələlərinə xüsusi fikir verilir.  İlk növbədə, əlbəttə, 

terminalın  təhlükəsizliyi  təmin  edilməlidir  və  bu  iş 

daim diqqət  mərkəzindədir.

Xəzər regionunda inşa edilən  ən əhəmiyyətli  bo­

ru  xətlərindən  biri  Şahdəniz - Ərzurum  qaz kəməri­

dir.  Şahdənizdən  karbohidrogen  xammalının Türki­

yəyə ixrac edilməsi  üçün 2001-ci  ildə Azərbaycan və 

Türkiyə  arasında  müvafiq  müqavilə  imzalanmışdır. 

Müqaviləyə  əsasən,  Şahdəniz  yatağından  178  mlrd, 

m ’  qaz  və  34  mln.  ton  qaz  kondensatının  hasili  nə­

zərdə  tutulmuşdur.  Yəni  yataqdan  ildə  6,6  mlrd.  m! 

hesabı  ilə  təbii  qaz  15  il  ərzində  Türkiyəyə  ixrac 

olunacaq.

Şahdəniz layihəsinin həyata keçirilməsi üçün  ilkin 

mərhələdə 2,3  mlrd, dollar investisiya qoyulacaq.  Bu, 

yatağın  tam gücdə istismar edilməsinə imkan yarada­

caq. Artıq Abşeron sahilində TPG-500 dəniz stasionar 

platforması  inşa  edilir.  Platforma  istifadəyə  verildik­

dən sonra suyun dərinliyi  105  metr olan müqavilə sa­

həsində  15 buruğun qoyulması nəzərdə tutulmuşdur. 

Eyni  zamanda,  hasil  edilən  xammalın  sahilə  çatdırıl­

ması  üçün  26  düymlük  qaz  kəməri  və  12  düymlük 

kondensat kəməri istifadəyə veriləcək. Uzunluğu  100 

km-ə çatan  boru  kəmərləri  platformanı  Səngəçal  ter­

minalı ilə birləşdirəcək.

Şahdəniz  -  Ərzurum  qaz  kəməri  Azərbaycan  və 

Gürcüstan  ərazilərində  inşa  olunan  Bakı  -  Tbilisi  - 

Ceyhan  neft  kəmərinə  paralel  tikiləcəkdir.  Boru  kə­

mərinin  uzunluğu  Azərbaycanda 442  km  olduğu  hal­

da,  Gürcüstanda  248  km  təşkil  edir.  Boru  kəmərinin 

diametrı 42 düymdür. Türkiyənin  “Botaş”  dövlət şir­

kəti  tərəfindən  maliyyələşdirilən  boru kəmərinin  də­

yəri 900 mln.  dollardır.  Maliyyələşdirmə vəsaitlərinin 

vaxtlı-vaxtında  ayrılması  qaz  kəmərinin  2006-cı  ilin 

sonuna  qədər  istifadəyə  verilməsinə  imkan  yarada­

caq.


Şahdəniz - Ərzurum qaz kəməri istismara verildik­

dən sonra yataqdan qaz hasilatının  tədricən artırılma­

sı  nəzərdə  tutulur.  Əgər  2007-ci  ildə  qaz  hasilatı  4 

mlrd,  m’ olacaqsa,  2008-ci  ildə 5,8  mlrd,  m’ və  2009- 

cu  ildə  7,2  mlrd,  m’-ə  çatacaqdır.  Layihənin  birinci 

mərhələsinə  uyğun  olaraq  qaz  hasilatının  həcmi  yal­

nız 2011-ci  ildə 8,5  mlrd,  nr'-ə çatdırılacaq.  Ümumiy­

yətlə,  Şahdəniz  -  Ərzurum  qaz  kəmərinin  tam  gücü 

ilə  istifadəsi  ildə  16  mlrd,  m3  qazın  nəqlini  nəzərdə 

tutur.


Xəzər  dənizində  neftdaşımaların  gələcəkdə  art­

masını nəzərə alaraq Azərbaycan  Dövlət Xəzər Dəniz 

Gəmiçiliyi  Rusiyanın  Nijni  Novqorod  şəhərindəki 

“Krasnoye  Sormovo”  zavoduna  4  neftdaşıyan  tanke­

rin  inşasına  sifariş vermişdir.  Onlardan  üçü (“Heydər 

Əliyev”,  “Babək”  və  “Cəlil  Məmmədquluzadə”)  ar­

tıq  istifadəyə  verilmişdir.  Orta  hesabla  hər bir tanker 

ildə  1  mln.  ton  neft daşımaq  imkanına  malikdir.

Qazaxıstanın  sahil  ərazilərindən  Rusiyaya  uzanan 

əsas ixrac neft kəmərlərindən  birincisi Atırau - Sama­

ra kəməri olmuşdur.  Bu  kəmərlə ildə  10 mln. ton neft 

daşınırdı.  2002-ci  ildən  başlayaraq  bu  marşrutla  daşı­

nan  neftin həcmi artırılaraq  ildə  15  mln.  tona çatdırıl-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə