Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

mln.  ton  həcmində  neft və  neft  məhsullarının  daşın­

ması  gücünə  malikdir.  Lakin  limandan  hələ  ki  ildə 

yalnız 3 mln. tona yaxın neft daşınır.  Bura neft əsasən 

Xəzər dənizinin şərq sahilindən (Aktau və T ürkm ən­

başı  limanlarından) gətirilir.  Tranzit  neft  tam  gücün­

də istifadə olunmayan Mahaçqala - Novorossiysk neft 

borusuna doldurulur.

İran  sahilində  nəqliyyatın  gələcək  inkişafı  Ənzəli 

və  Nouşəhr  limanlarının  fəaliyyəti  ilə  yanaşı,  Neka 

terminalının istismarı və Neka - Tehran neft kəməri­

nin istifadəsi ilə bağlıdır. Xəzərin İran sahili nisbətən 

təmiz  olduğu  üçün  burada  neft  tullantıları  müşahidə 

edilmir.  Lakin  Neka  terminalına  neftdaşımaların 

artması  və  terminalın  genişləndirilməsi  sahil  ərazilə­

rində ekoloji təhlükə yaradır.

Azərbaycanla  həmsərhəd  olduğu  üçün  İranın  şi­

mal  qonşularla  iqtisadi  əlaqələrində  Gülüstan  ostanı 

xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yalnız 2003-cü il 

ərzində  Gülüstan  ostanı  ərazisindən  dəyəri  82  mln. 

dollar həcmində 214 min ton  tranzit yüklər daşınmış­

dır.

Neft  hasil  edən  digər Xəzəryanı ölkələrdən  fərqli 



olaraq Türkmənistanda neft və qaz kəmərlərinin coğ­

rafiyası  əsasən  yerli  əhəmiyyət  daşıyır və  bunlar Çə- 

ləkən  -  Nebitdağ və Barsagəlməz - Okərəm sahələri­

ni  əhatə  edir.  Sahil  boyunca  isə  İrana  Körpəcə  - 

Qurdquyu  qaz  kəməri  uzanır.  Ətraf  mühit  üçün  ən 

çox təhlükə yaradan boru kəmərləri isə dəniz yatağın­

dan sahilə  uzanan  kəmərlərdir.

Xəzər  regionunda  bir-birinin  ardınca yeni  neft  və 

qaz kəmərlərinin  inşası, karbohidrogen ehtiyatlarının 

hasilatı  və  daşınması  həcminin  günü-gündən  artması 

dəniz mühitinə və onu əhatə edən ərazilərə texnogen 

təsiri  gücləndirir.  Odur  ki  Xəzəryanı  ölkələr  bir gün 

belə  itirmədən  ekoloji  məsələlərin  həllində  əmək­

daşlığın dərinləşməsinə xüsusi fikir verməlidirlər.



83

XƏZƏRİN  SAHİL  ƏRAZİLƏ 

MƏNİMSƏNİLMƏSİ  və 

ANTROPOGEN  TƏSİRİN 

ARTMASI


Sahil  ərazilərində  əhalinin 

məskunlaşma  xüsusiyyətləri

Ta  qədim  zamanlardan  Xəzər  dənizi  sahillərində 

müxtəlif qəbilələr və xalqlar yaşamış və burada  möh­

təşəm  dövlətlər  yaratmışlar.  Aparılmış  arxeoloji  qa­

zıntılar da sahil ərazilərində qədim sivilizasiya ocaqla­

rının  olmasını  təsdiq  etmişdir.  Belə  inkişaf  etmiş 

mərkəzlərin  izlərinə  xüsusən  qərb  sahillərində  rast 

gəlmək  mümkündür.  Azərbaycanın  Dəvəçi  rayonu 

ərazisində  tapılmış  qədim  Şabran  şəhərini  (e.ə.  III 

əsr)  və  Dağıstanın  Qarabudaqkənd  rayonunun  Vəli- 

kənd kəndini (e.ə. VI əsr) buna misal göstərmək olar.

Xəzər  dənizinin  coğrafi  mövqeyi  və  onun  sahil 

ərazilərində təbii şəraitin müxtəlif olması, əlbəttə, re­

gionun etnogenez palitrasına da əsaslı təsir göstərmiş­

dir.  Bununla  bağlı  məşhur  rus  alimi  L.Qumilyovun

sözləri  yada  düşür.  O  özünün  “Xəzər  ətrafı  minillik 

ərzində” əsərində yazır:  “Antrosferanın mozaikliyinin 

əsas səbəbi  landşaftların müxtəlifliyindədir”.  Bu  belə 

bir  fikri  bir  daha  təsdiq  edir  ki,  Xəzər  dənizində  və 

sahil  ərazilərində baş verən  təbii  proseslər ətraf ərazi­

lərdə məskunlaşmış insanların yaşayış tərzinə birbaşa 

təsir etmişdir.

Qədim  dövrdə  Xəzər  dənizi  haqda  tam  və  hərtə­

rəfli  coğrafi  biliklər olmasa da,  bəzi səyyahlar öz yazı­

larında onun  haqqında səthi də olsa,  bəzi  məlumatlar 

vermişlər.  Eramızdan  əvvəl  V  minillikdə  Herodot

özünün  “Tarix”  əsərində Xəzər dənizi  haqqında belə 

yazmışdır:  “Bu dənizin bir sahilindən digərinə, məsə­

lən,  şimaldan-cənuba  avarlı  qayıqla  on  beş  günə,  ən 

geniş yerdə -  eninə isə səkkiz günə üzürlər. Qərb sa­

hilləri  boyu  hündür Qafqaz  sıra  dağları  yerləşir.  Qaf­

qazda çox sayda  müxtəlif qəbilələr yayılmışdır”.

Xəzər  dənizinin  yerləşmə  xüsusiyyəti  onu  əhatə 

edən  ərazilərdə  müxtəlif  Avrasiya  sivilizasiyalarının 

kəsişməsini  müəyyən  etmişdir.  Qədim  dövrlərdə  Ki- 

aksar,  Kir,  Dara,  Makedoniyalı  İsgəndər,  Çingiz  xan, 

Batı,  Toxtamış  və  Teymurləng  kimi  məşhur  sərkər­

dələrin qoşunları bu regionda olmuşlar. Tarixdən mə­

lumdur  ki,  həmin  qoşunların  tərkibi  çoxsaylı  qəbilə­

lərdən  ibarət  idi.  Sahil  ərazilərini  tutduqdan  sonra 

müdafiə qalalarının  inşasında onlar azsaylı yerli  qəbi­

lələrdən  istifadə  etmişlər.  Təbii  ki,  sonrakı  mərhələ­

də gəlmə qəbilələr burada tədricən məskən salmış və 

beləliklə  də  sahil  ərazilərində  etnik  tərkibin  dəyişil­

məsində  mühüm  rol  oynamışlar.

Xəzər  dənizini  əhatə  edən  bölgələrdə  tarix  boyu 

müxtəlif dövlətlər  mövcud  olmuşdur.  Bu  dövlətlərdə 

yaşamış qədim qəbilələrin  və xalqların  nümayəndələri 

əsrlər keçdikcə tədricən assimilyasiyaya məruz qalaraq 

yox olmuşlar.  Onlar sonrakı  dövrlərdə yaranmış  nisbə­

tən  cavan  xalqların  əsasını  qoymuşlar.  Yox  olmuş  bu 

xalqlardan  skifləri,  sarmatları,  sakları,  hunları,  massa­

getləri,  xəzərləri,  qıpçaqları,  peçeneqləri,  oğuzları  və 

digərlərini  göstərmək  olar.  Xəzər  regionunda  müasir 

dövrdə məskunlaşmış  türkdilli  xalqların -  azərbaycan­

lıların,  türkmənlərin,  qazaxların,  kumıkların,  tatarların 

formalaşmasında  məhz  assimilyasiyaya  uğrayıb  yoxa 

çıxmış həmin xalqlar başlıca rol oynamışlar. Son minil­

likdə  Xəzərətrafı  bölgələrdə  türk  mənşəli  xalqların 

məskunlaşması  üstünlük  təşkil  etmişdir.  Sahil  ərazilə­

rində təxminən 25 - 30% digər xalqların nümayəndələ­

ri -  gilanlılar,  kalmıklar, farslar və ruslar yaşamışlar.

Xəzər dənizinin  coğrafi  adına gəlincə,  bu  ad  sabit 

qalmamış,  zaman-zaman  dəyişmişdir.  Hətta  eyni  za­

manda bu  dənizi  müxtəlif cür adlandırmışlar.  Hər ye­

ni  qoyulan  ad  əsasən  regionda  yaşayan  xalqların  və 

yaxud  ölkələrin  adma  uyğun  olmuşdur.  Tarix  boyu 

ona gah Hirkan, Xvalın, Alban, Kaspi, Bakı, Dərbənd, 

gah  da Gilan,  Mazandaran,  Fars, Avar və s.  demişlər.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə