Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

Volqa  çayının  aşağı  hissəsini  əhatə  edən  Həştər­

xan  vilayəti  bütövlükdə  əlverişli  təbii  iqlim  şəraitinə 

malikdir.  Burada  illər  boyu  ənənəvi  olaraq  balıqçılıq 

təsərrüfatı kifayət qədər inkişaf etmişdir. Təbii ki,  bu 

ərazidə  məskunlaşmış  əhali  əsasən  balıqçılıqla  məş­

ğuldur.  Məhz buna görə də Volqa çayının delta sahə­

sində çoxlu sayda kiçik balıqçı qəsəbələri yayılmışdır.

Məlum olduğu  kimi, Aşağı  Volqa Xəzərin nərə ba­

lıqlarının kürü tökdüyü ən əsas sahədir. Odur ki Xəzə­

rin  bu  bölgəsində  balıq  ovunun  intensiv  artımı,  heç 

şübhəsiz,  ekoloji  baxımdan  bioloji  tarazlığın pozulma­

sına  səbəb  olurdu.  Bununla yanaşı,  Həştərxan  vilayə­

tində 70-ci illərin ortalarında zəngin qaz-kondensat eh­

tiyatının aşkar edilməsi və hasilatı ətraf mühitə son də­

rəcə  mənfi  təsir göstərirdi.  Qaz-kondensatın  tərkibin­

də  böyük  həcmdə  kükürdün  olması  bölgədə əhalinin 

yaşayış  şəraitinin  pisləşməsinə  bilavasitə  təsir  edirdi. 

Ona görə  də Xəzər regionunda  “əhalinin  ekoloji miq­

rasiyası”  ilk  dəfə  məhz  Həştərxan  qaz-kondensat 

kompleksi yaxınlığındakı yaşayış məntəqələrində mü­

şahidə olunmuşdur.  Bunun qarşısını almaqçün vilayət­

də  yüksəkkükürdlü  mədənlərin  bəziləri  konservasiya 

edilmişdir.  Nəticədə  işsizlərin  sayı  artmış  və  bölgədə 

sosial gərginlik daha da mürəkkəbləşmişdir.

Həştərxan  vilayətində  son  illər əhalinin  mexaniki 

artımı  Şimali  Qafqazda  baş  verən  proseslərlə  birbaşa 

bağlıdır.  Belə ki, Çeçenistan və onu əhatə edən ərazi­

lərdə  hələ  də  davam  edən  etnik  münaqişələr  və  ter­

ror aktları  rusların  və  digər  rusdilli  xalqların  buradan 

köçməsinə  təsir göstərmişdir.  Köçənlərin  əksəriyyəti 

Həştərxana  üz  tutmuşdur.  Vilayətdə gəlmələrin  sayı­

nın artması  işsizlik problemini daha da mürəkkəbləş­

dirmiş və  bu  da öz  növbəsində  kriminogen vəziyyəti 

xeyli  gərginləşdirmişdir.  Belə  ki,  qeyri-qanuni  balıq 

ovu  günü-gündən  artır.  Başqa  sözlə,  Şimali  Xəzərin 

bioloji  ehtiyatları  vəhşicəsinə  istismar olunur və  böl­

gənin  ekoloji  tarazlığına  bərpa  olunmayacaq  dərəcə­

də zərbə vurulur.

Həştərxan  vilayətindən  fərqli  olaraq  Rusiyanın 

Xəzərsahili zonasının digər bölgəsi -  Kalmıkiya əhali­

nin seyrək yaşadığı sahədir.  Burada gözəçarpan yega­

nə  yaşayış  məntəqəsi  Lagan  qəsəbəsidir.  Yerli  əhali 

əsasən balıqçılıq və qismən qoyunçuluqla məşğuldur.

Rusiyanın  Xəzər  sahilində  yerləşən  üçüncü  inzi­

bati bölgəsi  Dağıstandır. Sahil rayonları Dağıstan əra­

zisinin yalnız Vıo-i qədər olsa da, respublika əhalisinin 



'li-ı burada  məskunlaşıb.  Üstəlik,  Dağıstanın əsas  sə­

naye  müəssisələri  də  burada  yerləşdirilmişdir.  Belə­

liklə,  respublikanın  şəhər  əhalisinin  təxminən  80%-i 

sahil ərazilərində yaşayır.  Respublikanın ən  iri  şəhər­

ləri  hesab  olunan  Mahaçqala,  İzberbaş,  Dərbənd, 

Kaspiysk və  Daqestanskiye Oqni  burada yerləşir.

Dağıstan  Rusiyanın  ən  cənub  bölgəsidir; qərbdən 

Çeçenistanla  və cənubdan  Azərbaycanla  həmsərhəd­

dir. Çeçenistanda davam edən hərbi münaqişə Dağıs­

tanda baş verən  proseslərə birbaşa təsir göstərir.  Eyni 

zamanda  belə  bir cəhəti  də  qeyd  etmək  lazımdır  ki, 

hələ sovetlər dövründə  Dağıstan,  Çeçenistan  və  Kal- 

mıkiya  Rusiya  Federasiyası  subyektləri arasında sosi­

al-iqtisadi  inkişafına  və  əhalinin  yaşayış  səviyyəsinə 

görə ən geridə qalmış muxtar respublikalar idilər. Əl­

bəttə,  SSRİ  süquta  uğradıqdan  sonra  bu  respublika­

larda  vəziyyət  (xüsusən  Çeçenistanda)  daha  da  ağır­

laşdı.


Rusdilli  əhalinin  Dağıstandan  köçməsi  əsasən  şə­

hər əhalisinin  azalmasında  özünü  göstərməli  idi.  La­

kin  şəhər  əhalisi  nəinki  azalmadı,  əksinə,  daha  da 

artmağa başladı.  Bunun səbəbi bir tərəfdən Rusiyadan 

və  digər  MDB  dövlətlərindən  Dağıstan  xalqlarının 

cmiqrasiyası  olmuşdursa,  digər  tərəfdən  respublika­

nın dağ ərazilərindən əhalinin şəhərlərə köçməsi  idi.



Dağıstan  Şimali  Qafqazda  siyasi  və  sosial-iqtisadi 

baxımdan  qeyri-stabil  region  olaraq  qalmaqdadır. 

Həştərxan  vilayətinə  xas  olan  işsizlik və  kriminogen 

vəziyyət burada  daha  qabarıq şəkildədir.  Burada  bra- 

konyer balıq ovu xeyli  “vüsət almışdır”.

Xəzərin  şərq  sahilləri  landşaft  tipinə  görə  əsasən 

səhra və yarımsəhradır. Əhalinin dispers şəkildə məs­

kunlaşmasını  şərtləndirən  də  məhz  mövcud  təbii  iq­

lim  şəraitidir.  Uzun  illər köçəri həyat tərzi sürən yer­

li  tayfalar tədricən  kiçik yaşayış  qəsəbələri yaradaraq 

oturaq  həyata  üstünlük  verməyə  başlamışlar.  Burada 

yaşayan  əhali əsasən  maldarlıqla (atçılıq, qoyunçuluq 

və dəvəçilik) və qismən  balıqçılıqla məşğul  idilər.

Neft  sənayesinin  60-cı  illərdən  başlayan  intensiv 

inkişafı  Qazaxıstanın  Xəzərboyu  sahilində  əhali  artı­

mına  güclü  təkan  verir.  Manqışlaq  yarımadasında 

kəskin iqlim şəraitinə baxmayaraq, zəngin neft yataq­

larının istismarı  bura çoxlu sayda  ixtisaslı  mütəxəssis­

lərin gətirilməsini tələb edirdi. Odur ki Manqışlaq vi­

layətinə Azərbaycandan,  Şimali  Qafqazdan  və Volqa- 

boyundan  xeyli  neftçi  mütəxəssis  dəvət olundu.  Ey­

ni  zamanda,  bura  təbii  surətdə  azad  işçi  qüvvəsinin 

axını başlandı. Qısa müddət ərzində vilayətdə gəlmə­

lər  say  etibarilə  əhali  arasında  üstünlük  təşkil  etdi. 

Belə  ki,  Aktau,  Fort-Şevçenko,  Yeni  Uzen  və  digər

97

şəhərlərdə  ruslar və  rusdilli  əhalinin  xüsusi  çəkisi  70 

- 80%  həddinə çatdı.

80-ci  illərin  sonunda  milli  zəmində yaranan  konf­

likt  (Yeni  Uzendə)  Manqışlaq  vilayətində  əhalinin 

miqrasiyasına  səbəb  oldu.  Rusdilli  əhalinin  bir  hissə­

si  Rusiyanın  müxtəlif  bölgələrinə  və  Azərbaycana 

köçmək məcburiyyətində qaldı. Əgər nəzərə alsaq  ki 

rusdilli  əhali  əsasən  sənayedə  məşğul  idi  və  müəssi­

sələrin  fəaliyyətinin  dayanması  heç  də  mütəxəssislə­

rin olmaması  ilə  bağlı  deyildir, onda aydın olur ki,  bu 

miqrasiya  Qazaxıstan  üçün  “ağrısız”  keçmişdir.  Bu­

nunla  yanaşı,  Atırau  vilayətində  çox  perspektivli 

Tengiz,  Korolyovskoye,  Kaşağan  və  Kurmanqazı  ki­

mi yataqların kəşfi və tədricən istismara verilməsi res­

publikanın mərkəzi və cənub rayonlarından yerli əha­

linin  bura  köçməsinə  səbəb  olmuşdur.  2002-ci  ildə 

Atırau vilayətində əhalinin  sayı 500 mini  keçmişdi və 

onlardan 60%-ə yaxmı şəhər əhalisi idi. Təkcə kiçicik 

Atırau şəhərinin əhalisi 2003-cü ildə  153 min nəfər ol­

muşdur.  Atırau  vilayətində  cərəyan  edən  miqrasiya 

prosesləri  nəticəsində  əhalinin  tərkibində  qazaxların 

xüsusi  çəkisi  xeyli  artmışdır.  2003-cü  ildə  bu  göstəri­

ci  85%-ə  çatmışdır.  Mangistau  vilayətində  (keçmiş 

Manqışlaq)  2003-cü  ildə  əhalinin  sayı  351  min  nəfər 

olmuşdur.  Bunun  da  70%-i  şəhər  əhalisidir.  Onlar 

əsasən Aktau (163 min  nəfər), İanoazon (keçmiş Yeni 

Uzen -  62  min  nəfər),  Fort-Şevçenko  (25  min  nəfər) 

və Qızıl-Sayda  (keçmiş  Uzen  -   7  min  nəfər)  yaşayır­

lar. Vilayətdə qazaxların xüsusi çəkisi 75% təşkil edir. 

Bölgədə  bir çox  sənaye  müəssisələrinin  fəaliyyətinin 

dayanmasına  baxmayaraq,  neft-qaz  hasilatı  sənayesi 

və liman  təsərrüfatı  intensiv inkişaf edir.

Xəzərin  cənub  sahili  əsasən  subtropik  landşaftla­

rın  üstünlüyü  ilə  İrana  aid  bölgələrdən  ibarətdir.  Di­

gər sahil  ərazilərindən  fərqli  olaraq  bu  bölgə daha əl­

verişli təbii  iqlim şəraitinə malikdir. Elə buna görə də 

burada  əhali  daha  çox  məskunlaşmışdır.  Həm  əhali­

nin  sayına,  həm  də  əhalinin  sıxlığına  görə  İran  sahili 

Xəzər regionunda aparıcı yer tutur.

Xəzər  dənizinin  sahil  ərazilərində  əhalinin  yayıl­

ma strukturu göstərir ki, Xəzər sahilində yaşayan əha­

linin  52%-i  cənub  sahilinin  payına  düşür.  2003-cü  il­

də burada 6,1  mln.  nəfər məskunlaşmışdır.



Xəzər dənizinin sahil 

ərazilərində əhalinin 

yayılma strukturu (%-lə)

Я  İran -52%

■ 

Azərbaycan

 -  

27% 

Həştərxan  vilayəti

 -  


7% 

Я  Dağıstan

 -  


6%

Я  Qazaxıstan

 -  


5%

Я  Türkmənistan -  3%

Я  Kalmıkiya

 -  


0,01%


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə