Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   23   24   25   26   27   28   29   30   31

Yüksək  temperatur  rejimi,  atmosfer yağıntılarının 

az olması (150 - 300 mm) və ümumiyyətlə, arid  iqlim 

şəraiti  Kür  -  Araz  ovalığında  yarımsəhra  landşaftları­

nın geniş yayılmasına  səbəb olmuşdur.  Mövcud  təbii 

şərait və üstəlik,  insanların təsərrüfat fəaliyyətləri ya­

rımsəhra  ərazilərin  tədricən  səhralara  çevrilməsinə 

zəmin yaratmışdır.

iranın  sahilyanı əraziləri subtropik  zonada olduğu 

üçün  burada  səhralaşma  prosesi  əsasən  antropogen 

xüsusiyyət daşıyır. İndiyə kimi sahil zonasının təxmi­

nən  

3

-i səhralaşma prosesinin təsirinə məruz qalmış­

dır.  Bu sahə başlıca olaraq sahilin cənub-qərb  hissəsi­

ni əhatə edir. Türkmənistanla həmsərhəd bölgədə iq­

lim quraqlıq olduğu üçün səhralaşma prosesinin sürə­

tini  artırır.  Bütün  bunlarla yanaşı,  İran  sahilində  əha­

linin  yüksək sıxlığı  və  bu  ərazilərin intensiv  mənim­

sənilməsi  antropogen  səhralaşmanın  yayılmasında 

çox mühüm  amil  sayılmalıdır.

Cənubi Xəzərin sahil düzənliklərində çəltikçiliyin 

inkişafı  torpaqların  su  eroziyasına  səbəb  olmuşdur. 

Cənub-qərbə  doğru  bu  düzənliyin  eni  xeyli  azaldığı 

üçün  antropogen  səhralaşma  prosesi  burada  təbiətdə 

olan  tarazlığın  pozulması  baxımından  daha  böyük 

təhlükə yaradır. Bir sözlə, bir tərəfdən çəltikçiliyin in­

kişafı, digər tərəfdənsə dağətəyi sahələrdə  meşələrin 

qırılması  ensiz  sahilyanı  ərazilərdə səhralaşma prose­

sinin  güclənməsinə  və  bölgədə  ekoloji  gərginliyin 

artmasına gətirib çıxarır.

Bununla  belə,  bütövlükdə  Əlburs  dağlarının  ya­

maclarında cərəyan edən meşəqırmanın dayanmaması

107

bitki örtüyünün deqradasiyası ilə nəticələnmişdir.  Bö­

yük  sahələrdə  meşələrin  qırılması  bir  tərəfdən  odun 

(yanacaq) problemini həll edirsə, digər tərəfdən dəm­

yə əkinçilik üçün əlavə torpaq deməkdir. Nəhayət, sa­

hil xətti boyunca yayılmış çoxsaylı yaşayış məntəqələ­

ri  ətrafında  kolluqlar qırılır və  həddən  artıq  mal-qara 

otarılır. Nəticəsi də bu  olur ki, çox əlverişli  təbii şəra­

itə malik İran sahillərində səhralaşma prosesi gedir.

Dağətəyi rayonlarda su eroziyası  daha intensiv ge­

dir. Meşələrin qırılması münbit torpaq örtüyünün yox 

olmasına  və  mikroiqlimin  dəyişməsinə  birbaşa  təsir 

göstərir.  Belə sahələr sahilyanı ərazilərdə səhralaşma- 

mn  inkişaf etdiyi əsas areallar hesab oluna  bilər.

İran - Türkmənistan sərhəd  bölgəsinin Xəzərsahi- 

li  ərazisində  də  nəzərəçarpacaq  səhralaşma  prosesi 

gedir.  Dəniz səviyyəsinin mütəmadi tərəddüdü  bura­

da  şoranlaşmaya  səbəb  olur.  Odur  ki  vaxtilə  münbit 

olan  torpaqlar  kənd  təsərrüfatı  baxımından  yararsız 

vəziyyətə düşmüşdür. İran sahilinin təxminən 7 - 8%- 

ni  şoranlaşmış ərazilər təşkil edir.

Türkmənistanın sahilyanı ərazilərində səhralaşmış 

sahələr də eynilə  Qazaxıstandakı  kimidir;  hətta  daha 

çoxdur.  Burada  səhralaşmış  ərazilər  bölgənin  ümumi 

sahəsinin  60%-dən çoxunu  təşkil  edir.  Sahilyanı  əra­

zilərdə bir tərəfdən subasma və bataqlaşma,  digər tə­

rəfdənsə torpaqların şoranlaşması  baş verir.  Belə pro­

seslər  ən  çox  sahilə  yaxın  çökəkliklərdə,  habelə 

Türkmənbaşı  və Balxan  körfəzləri  ətrafında gedir.

Şoranlaşmış torpaqların  daha  geniş  sahələri  Türk­

mənistan  sahilinin  cənubunda  (Atrek  çayının  qədim 

deltasında)  və  şimalında  (Qaraboğazqol  körfəzi  ətra­

fında)  yayılmışdır. Qədim  zamanlardan  suvarılan  tor­

paq  sahələri  artıq  şoranlaşaraq  takır  sahələrinə  və 

qumlu  ərazilərə çevrilmişlər.

Daha  çox  mənimsənilmiş  ərazilərdə  su  eroziyası 

və bitki örtüyünün deqradasiyası üstünlük təşkil edir. 

Bu amillərin təsiri altında yaşayış məntəqələri ətrafın­

da  və sənaye  obyektləri  zonasında  antropogen  səhra­

laşma  daha güclü  şəkildə özünü  büruzə verir.

Türkmənistanın  sahilyanı  ərazilərində  uzun  illər 

boyu  neft  yataqlarının  istismarı  ətraf  mühitə  texno- 

gen  təsirin  artmasına səbəb  olmaqla  yanaşı,  antropo­

gen  səhralaşma prosesinin  inkişafına  da gətirib çıxar-




mışdır.  Bu, xüsusilə iri neft yataqları sahələrində (Ne- 

bitdağ, Qumdağ, Okərəm, Çələkən) və sənaye şəhər­

ləri  ətrafında  (Türkmənbaşı,  Türkmənabad,  Nebit- 

dağ) müşahidə olunur.  Neftlə çirklənmiş torpaqlar və 

buruq  suları  olan  gölməçələr  kifayət  qədər  geniş  sa­

hələrdə onsuz da son dərəcə seyrək olan bitki örtüyü­

nün  az  qala  yox  olmasına  gətirib  çıxarmışdır.  Sosial- 

iqtisadi  amillər  sahilyanı  ərazilərin  səhralaşmasına 

getdikcə  daha artıq dərəcədə  təsir edir.

Türkmənistan sahillərində yeni nəqliyyat şəbəkə­

lərinin  (xüsusilə  boru  kəmərləri və avtomobil yolları­

nın)  yaradılması  və  onsuz  da  seyrək  olan  otlaqlarda 

getdikcə daha çox qoyun  otarılması, əlbəttə,  təbii  ta­

razlığı  pozaraq  səhralaşma  prosesinin  intensivləşmə­

sinə  birbaşa  təsir göstərir.

Xəzərin  Türkmənistan  sahillərinin  qeyri-bərabər 

səviyyədə mənimsənilməsi müvafiq olaraq antropogen 

səhralaşmanın  yayılmasında  da  öz  əksini  tapır.  Belə 

səhralaşma  lokal  xüsusiyyət  daşıyaraq  əsasən 

Türkmənbaşı  -  Çələkən  sənaye  zonasında  və  həmçi­

nin Bekdaş - Qaraboğazqol sahəsində daha aydın nəzə­

rə çarpır.  Belə ki,  Bekdaş - Qaraboğazqol  istiqamətin­

də dəniz səviyyəsinin tərəddüdü körfəzin ətraf sahələ­

rində duzla örtülmüş geniş ərazilər yaratmışdır. Bu duz 

örtüyünü güclü küləklər uzaq məsafələrə daşıyaraq ye­

ni səhralaşan arealların əmələ gəlməsinə səbəb olur.

Xəzərin  sahilyanı  ərazilərində  səhralaşma  prosesi 

mütəmadi  olaraq  genişlənməkdədir.  Nəzərə  almaq 

lazımdır  ki,  sahilyanı  ərazilərin 60%-dən çoxu  yarım­

səhra  və  səhralardır.  Lakin  hətta  subtropik  zonaların 

belə səhralaşması dəhşətdir.  Bu, artıq insanların öz əl­

ləri  ilə  oturduqları  budağı  baltalaması  deməkdir. 

Odur ki  elə günü  bu gündən  insan  fəaliyyətində tən­

zimləyici  üsullardan  istifadə olunmazsa və  bu  sahədə 

Xəzəryanı  dövlətlər arasında əməkdaşlıq yeni mərhə­

lədə inkişaf etməzsə, yaxın gələcəkdə sahilyanı ərazi­

lərdə  səhra  landşaftlarının  daha  da  artacağına  heç  bir 

şübhə yoxdur. Yaranmış vəziyyət Xəzəryanı dövlətlə­

rin  bu  sahədə əməkdaşlığını, özü  də əməli  əməkdaş­

lığını tələb edir. Yoxsa sabah gec olacaq.



XƏZƏR 

d ə n i z i n i n

 

e k o

 . 

VƏZİYYƏTİNİN  MİJHAFİ 

DÖVLƏTLƏRARASI 

ANLAŞMALARIN  VACİBLİ

[

Ш Ш   Ш Э



Y \

)


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə