Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   23   24   25   26   27   28   29   30   31

Məlum  olduğu  kimi,  tarix  boyu  Xəzər  dənizinin 

sahillərində  müxtəlif  xalqlar  yaşamışlar.  Qədim 

dövrlərdə  burada yaşayan xalqlar əsasən  köçəri həyat 

tərzi keçirirmişlər.  Sahildə  salınmış yaşayış məntəqə­

lərində ilk növbədə karvansaralar və müdafiə qalaları 

tikilirdi.  Elə  bu  səbəbdən  də  Xəzərdə  uzun  müddət 

dəniz donanması yaradılmamışdır.

Orta  əsrlərdə  və  ondan  sonrakı  dövrdə  Qafqaz və 

Xəzəryanı regionlar uğrunda Osmanlı,  Fars və Rusiya 

imperiyalarının  rəqabəti  burada  özünəməxsus  geosi­

yasi  şəraitin yaranmasına səbəb oldu.  Türkiyənin  uc­

qar şimal-şərq,  İranın  ucqar şimal-qərb  və  Rusiyanın 

ucqar cənub-qərb  bölgəsi olmasına  baxmayaraq, Qaf­

qaz və Xəzəryanı region hər bir imperiya üçün xüsusi 

əhəmiyyət  kəsb  edirdi.  Elə  bu  səbəbdən  də  XVI  -

XIX  əsrlərdə  böyük  döv­

lətlər  arasında  bu  regionu 

öz  təsir  dairələri  altında

saxlamaq  uğrunda  çoxsaylı 

müharibələr olmuşdur.

Rusiyanın Xəzər sahillə­

rini  öz təsir  dairəsinə keçir­

mək  cəhdinin  başlanğıcı 

1569-cu il hesab oluna bilər. 

Məhz  bu vaxt ilk rus -  türk 

müharibəsi nəticəsində Xə­

zərin  şimal sahilləri  Rusiya­

nın tabeliyinə keçmişdir. 

Hazırda  Xəzərin  bölün­

məsində  yaranmış  problemin  başlanğıcı  rus  çarı  I 

Pyotrun  vaxtına gedib çıxır.  Hələ  1715-ci  ildə I Pyot- 

run  təşəbbüsü  ilə Xəzərin  şərq  sahillərinə  ekspedisi­

ya  göndərilmiş,  1721  -  23-cü  illərdə  qərb  sahillərinə 

hərbi “Fars yürüşü”  olmuşdur.  Rusiyanın Xəzər dəni­

zinə  iddiaları ilk növbədə  “cənubun  isti  sulu dənizlə­

rinə  çıxış”  əldə  etmək cəhdindən  irəli  gəlirdi.  Məhz 

bu  niyyətin  ilk  addımları  kimi  I  Pyotrun  tapşırığı  ilə 

ruslar ilk dəfə olaraq Xəzər dənizinin sahillərinin də­

qiq  topoqrafik xəritəsini  tərtib etmişlər.

XVIII - XIX əsrlərdə aparılan Rusiya - İran mühari­

bələri  nəticəsində  Peterburq  (1723),  Rəşt  (1729),  Gü­

lüstan (1813) və Türkmənçay (1828) müqavilələri bağ­

lanmış və sahilyanı ərazilərin bölünməsi haqda və rus­

lara Xəzərdə dəniz donanmasından istifadə etmək ixti­

yarı verilməsi barədə ümumi  razılıq əldə edilmişdir.

Gülüstan  müqaviləsinə  görə,  müharibədə  uduzan 

ölkə kimi İran  tərəfmə Xəzərə yalnız ticarət gəmiləri 

çıxarmağa icazə verilirdi, Xəzər dənizində təkcə qalib 

Rusiya dövləti  hərbi  donanma  saxlaya  bilərdi.  Əlbət­

tə,  müqavilənin  belə  tərtib  olunması  gələcəkdə  İran 

tərəfinin  Xəzər  dənizini  yenidən  bölməklə  bağlı  hər 

hansı  bir cəhdinin qarşısını almaq məqsədi güdürdü.

Rusiyada  sovet  hakimiyyəti  qurulduqdan  sonra 

İranla  dostluq  və  əməkdaşlıq  haqqında  müqavilə 

(1921) bağlanmışdır.  Müqaviləyə əsasən, Xəzər dəni­

zi  iki  dövlət arasında bölünürdü.  Lakin bu müqavilə­

də  dənizdə  sərhədlər  dəqiq  müəyyən  edilməmişdi. 

Sonrakı  1935  və  1940-cı  illər  müqavilələrində  də 

SSRİ və İranın Xəzərdə dəniz təsərrüfatı  ilə eyni də­

rəcədə  məşğul  olmaq  hüququ  bir  daha  təsdiq  edil­

mişdir.  Ancaq  SSRİ  tərəfi  özünün  hərbi  və  iqtisadi 

gücünə əsaslanaraq birtərəfli  qaydada Xəzərdə faktik 

olaraq  sərhədlərin  ayrılmasına  başladı.

SSRİ  1934-cü  ildə havada və  1953-cü  ildə isə suda 

Astara - Həsənqulu xəttini dövlət sərhədi kimi götürüb 

bu sahəni hərbi hava və hərbi dəniz qüvvələri ilə nəza­

rət altına aldı. Müqavilə əsasında bu xətt iki dövlət ara­

sında sərhəd olaraq təsdiqlənməsə də, faktik olaraq də­

nizdə  SSRİ  və  İran  arasında  sərhəd  kimi  qəbul  edil­

mişdir.  Belə ki, bu sərhədi keçmək üçün İran gəmiləri 

SSRİ  tərəfindən  xüsusi  icazə  almalı  idi.  Bütün  bunlar 

İran tərəfinin,  narazı olsa  da belə, vəziyyətlə barışmaq 

məcburiyyəti qarşısında qaldığını göstərirdi.

Yalnız  1982-ci  ildə  SSRİ-nin  dövlət  sərhədi  haq­

qında  qəbul  olunmuş  qanunda SSRİ  birtərəfli qayda­

da Astara - Həsənqulu xəttini  dövlət sərhədi kimi təs­

diq  etmişdir.  İran  tərəfi  bu  qərara  özünün  rəsmi  mü­

nasibətini bildirməmiş və nəşr etdiyi xəritələrdə (mə­

sələn: İranın geoloji xəritəsi) Xəzər dənizi Astara - Hə­

sənqulu  xətti  üzrə  göstərilmişdir.  Beləliklə,  İran  ya­

ranmış  vəziyyətlə  barışmaq  məcburiyyətində  qalmış 

və vəziyyəti dəyişmək üçün rəsmən heç bir addım at­

mamışdır.  Nəticədə  də Xəzər  dənizinin  88%-i  SSRİ- 

nin,  12%-i isə İran tərəfinin nəzarəti altında qalmışdır.

SSRİ  dağıldıqdan  sonra  Xəzəryanı  regionda  yeni 

müstəqil  dövlətlərin yaranması  burada siyasi vəziyyəti




köklü  surətdə  dəyişmişdir.  Buna  əsas  səbəb  isə  həm 

Xəzəryanı dövlətlərin, həm də dünyanın iri ölkələrinin 

regiondakı zəngin karbohidrogen ehtiyatlarına marağı­

nın artması olmuşdur; ilk öncə də Azərbaycanın və Qa­

zaxıstanın şelf zonalarında perspektivli neft-qaz yataq­

larının aşkar edilməsi bu bölgələrə başqa ölkələrin bö­

yük həcmdə kapitallarının axması ilə nəticələndi.

1991-ci ilin dekabr ayından başlayaraq  Rusiya Xə­

zərdə öz nüfuzunu və təsir imkanlarını əldə saxlamaq 

məqsədi  ilə  müxtəlif  təkliflər  irəli  sürür  (10,  15,  45 

millik  dənizsahili  akvatoriyasında  müstəqil  hüquqla­

rın  təmin  edilməsi)  və  dənizin  ümumi  olmasına  can 

atırdı.  Bu  halda təklif olunurdu ki,  dənizdə  hər hansı 

bir neft  şirkətinin  fəaliyyəti  üçün  yalnız yeni yaradı­

lacaq  kollektiv  orqan  razılıq  verməli  və  dənizdəki 

neft yataqlarında hər bir Xəzəryanı  dövlətin  eyni də­

rəcədə payı olmalıdır.  Belə absurd və buna bənzər tə­

şəbbüslər  Rusiya  tərəfindən  irəli  sürülürdü  və  İran 

tərəfi özünün siyasi və iqtisadi maraqlarına uyğun ola­

raq  bu ideyaları məmnuniyyətlə  dəstəkləyirdi.

Xəzərin  hüquqi  statusu  məsələsində  Rusiyanın 

1991  -  98-ci  illərdə  qeyri-konstruktiv  təkliflərinə  və 

regionda  apardığı  uğursuz  siyasətinə  baxmayaraq, 

Azərbaycanın  bu  məsələdə  beynəlxalq  hüquqlara 

əsaslanan düzgün və ardıcıl siyasəti çox keçmədən öz 

bəhrələrini verdi.

Məlum olduğu  kimi, Xəzər dənizində  neft hasila­

tına  1949-cu  ildə  başlanmışdır.  Neft  Daşları  yatağı 

Azərbaycanın dənizdə ilk iri neft yatağı olmuşdur. Sa­

hildən  təxminən  100  km 

aralıda  yerləşən  bu  yataq 

istismara  veriləndə  İran 

tərəfi  “nədənsə”  buna 

münasibətini  heç  bildir­

məmişdi.  Odur  ki  təbii 

olaraq  belə  bir  sual  mey­

dana çıxır:  “Bəs nə səbəb­

dən  indi  İran  tərəfi  Azər­

baycan  bölgəsindəki  də­

niz yataqlarının mənimsə­

nilməsi  ilə  bağlı  müxtəlif 

iddialar  qaldırır?”.  Sualın 

cavabı, yəqin ki, aydındır.

Rusiya  hökuməti  1990-cı  illərdə  Xəzərin  statusu 

məsələsində  qeyri-ardıcıl və  bir-birinə zidd  addımlar 

atmışdı.  Rusiyanın  Xarici  İşlər  Nazirliyi  dənizin  sta­

tusunun  yalnız  SSRİ  -  İran  müqaviləsi  əsasında  mü­

əyyən edilməsi tərəfdarı olduğu halda, həmin ölkənin 

Yanacaq  və  Energetika  Nazirliyi  “LUKoyl”  şirkəti­

nin Azərbaycanın neft layihələrində iştirakına dəstək 

verirdi.  1993-cü il  noyabrın 29-da Azərbaycanla  Rusi­

ya arasında imzalanmış  dövlətlərarası  sazişin  (“LUK­

oyl” un Azərbaycanın  dəniz  neft yataqlarının  istisma­

rında iştirakı nəzərdə tutulur) mətnində  “Xəzər dəni­

zinin Azərbaycan sektoru”  ifadəsinə rast gəlirik.  Bun­

dan öncə isə (iyun,  1993) Xəzərin Azərbaycan  sekto­

runda neft yataqlarının  birgə  istismarı  ilə  bağlı  Brita­

niya  -  Azərbaycan  memorandumuna  Rusiya  qeyri- 

diplomatik  üsulla  təzyiq  göstərərək  Azərbaycan  isti­

qamətində Volqa nəqliyyat yollarını  blokadaya  saldı. 

Buna  baxmayaraq  Rusiya  tərəfi  1994-cü  ildə  “Əsrin 

müqaviləsi” kontraktında iştirak edərək “Xəzər dəni­

zinin Azərbaycan sektorunun  şelfindəki  neft yataqla­

rının  birgə istismarı” na  qoşulmuş  və  müqaviləyə  im­

za atmışdır.  Eyni zamanda,  “Əsrin müqaviləsi”  imza­

landıqdan dərhal sonra Rusiyanın Xarici İşlər Nazirli­

yi  bu  məsələ  ilə  bağlı  kəskin  bəyanatla  çıxış  edərək 

burada Rusiyanın maraqlarına zidd müqavilələrin im­

zalanmasına öz etirazını  bildirmişdir.

1996-cı  il yanvarın  18-də Azərbaycan  neftinin  Ru­

siyadan  tranziti  haqqında əldə olunmuş Azərbaycan - 

Rusiya  xüsusi  konvensiyasında  bir  daha  “Xəzərin 

Azərbaycan  sektoru”  ifadəsi  işlədilmişdir.  Beləliklə, 

Rusiya  tərəfi  Xəzərdə  Azərbaycan  sektorunun  möv­

cudluğunu etiraf edirdi.

Xəzər dənizində perspektivli neft-qaz yataqlarının 

mənimsənilməsi, bioloji sərvətlərdən istifadə, nəqliy­

yatın  inkişafı  və  getdikcə  kəskinləşən  ekoloji  prob­

lemlər  Xəzər  dənizinin  hüquqi  statusu  haqqında 

ümumi  konvensiyanın  tərtibi  zəruriyyətini  region 

dövlətləri qarşısında bütün aktuallığı ilə irəli sürürdü. 

Belə  konvensiyanın  tərtib  edilməsi  üçün  Xəzəryanı 

dövlətlərin  nümayəndələrinin  iştirakı  ilə  xüsusi  işçi 

qrupu  yaradılmışdır.  Bu  isə  Xəzəryanı  ölkələr  üçün 

haqqında  söhbət  gedən  məsələnin  əhəmiyyətini  əks 

etdirir.  İşçi qrupunun Xəzəryanı ölkələrin hər birində




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə