Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

Xəzərin  İran  sahilində əhali  təxminən  bərabər ya­

yılmışdır.  Bütün  sahilboyu  saysız-hesabsız azsaylı ya­

şayış məntəqələri  bir-birini əvəz edir.  Bu regionun ən 

iri  şəhərləri  Rəşt,  Ənzəli,  Babol və Sarıdır.  Sahilboyu 

əhalinin  orta  sıxlığı  1  km2-də  70  -  100  nəfər  arasında 

dəyişir.


Bunun  əksinə  olaraq  əhalinin  ən  seyrək  yaşadığı 

bölgə  dənizin  şərq  sahilidir.  Burada  əhali  bir-birində 

çox  aralı  məsafədə  yerləşən  yaşayış  məntəqələrində 

məskunlaşmışdır.  Nisbətən  iri  şəhərlər sırasında Atı- 

rau, Aktau və Krasnovodskı göstərmək olar.  1500 km-

Xəzərsahili ərazilərdə 

əhalinin sıxlığı

Я  300 - 500 

Я 

1 0 0-110 

■  


70-100 

Я  3 0 -4 0  

Я  2 0 -3 0  

Я  1 0 -2 0  

Я  5 - 1 0  

3 - 5  

□ 

1 - 2

dən  çox  uzanan  şərq  sahilində  əhalinin  orta  sıxlığı  1 

krm-də  1 -5   nəfərdir.

Xəzərin qərb sahilində regionun ən iri çoxsaylı  Ba­

kı  şəhəri  yerləşir.  Azərbaycanın  paytaxtı  olan  bu  şə­

hərin  əhalisinin  sayı  2  mln.  nəfəri  keçmişdir.  Bütöv­

lükdə  Azərbaycanın  sahil  ərazilərində  təxminən  3,4 

mln.  nəfər  yaşayır.  Onlardan  təxminən  78%-i  Abşe­

ron yarımadasında  məskunlaşmışdır.  Burada əhalinin 

orta  sıxlığı  1  kırr-də  500  nəfərə çatır.  Respublikanın 

digər sahil  bölgələrində orta sıxlıq  70 -  100  nəfər ara­

sında tərəddüd  edir.

Xəzərin  Rusiya  sahilində  əhali  nisbətən  seyrək 

məskunlaşmışdır.  Kalmıkiya  sahili  istisna  olmaqla 

(orada orta sıxlıq  1  - 2  nəfərdir) digər bölgələrdə əha­

linin  orta sıxlığı  10 -  20  nəfər arasında  dəyişir.  Yalnız 

Həştərxan  şəhəri  və onun  ətraf zonasında  bu  göstəri­

ci 40  nəfərə qədərdir.

Xəzər dənizinin sahil ərazilərində əhalinin  mütləq 

sayının  və  sıxlığının  ildən-ilə  artması,  əlbəttə,  ətraf 

mühitə  antropogen  təsirin  güclənməsinə  səbəb  olur. 

Yaranmış şəraitdə dənizə  axıdılan çirkab sularının  tə­

mizlənməsi  və  məişət  tullantılarının  utilize  edilməsi 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Yalnız  ətraf mühiti  mü­

hafizə edəcək tədbirlər həyata keçirməklə həddən ar­

tıq  həssas  olan  sahil  ərazilərində  ekoloji  tarazlığı  tə­

min etmək  mümkündür.




100

Xəzərin  sahilyanı  ərazilərində 

səhralaşma  prosesi

Xəzərin  sahilyanı  ərazilərinin  çox  hissəsini  səhra, 

yarımsəhra və quru çöllər tutur.  Bu ərazilərdə atmos­

fer yağıntıları  az olduğundan  bitki örtüyü qıtdır.  Yal­

nız subtropik qurşağa aid olan cənub sahil zonası  bit­

ki örtüyünün zənginliyi  ilə fərqlənir.

Sahilyanı ərazilərdə səhraların sahəsinin dəyişməsi 

(artması) bir tərəfdən  təbii proseslər, digər tərəfdənsə 

insanın  təsərrüfat fəaliyyətinin  təsiri altında  baş verir. 

Təbii  amillər dedikdə burada əsasən qlobal  iqlim də­

yişiklikləri  və  dənizin  səviyyəsinin  tərəddüdü  nəzər­

də  tutulur.  Dəniz  səviyyəsinin  aşağı  düşməsi  nəticə­

sində  sahilyanı  ərazilərdə  eroziya  prosesləri  güclənir 

və  eol  tipli  səhralaşma  gedir.  Çünki  suyun  çəkildiyi 

sahilyanı  bölgələrdə torpaqların  duzlaşması  müşahidə 

olunur.  Ümumiyyətlə,  dəniz  səviyyəsinin  tərəddüdü 

nəticəsində sahilyanı ərazilərdə subasma, qrunt suları­

nın qalxması və bitki örtüyünün deqradasiyası baş ve­

rir və beləliklə də sahilyanı bölgələrin ekoloji vəziyyə­

ti  ağırlaşır,  təbii  mühitdə gərginlik artır.

Xəzərin şərq sahilinə dənizin səviyyə tərəddüdü ilə 

yanaşı,  yarımsəhra  landşaftı  hesab olunan  geniş Turan

düzənliyi  də  təsir edir.  Bitki  qıtlığı  ilə  fərqlənən oazis 

y' 


i ü   " 

və  kəhrizli  ərazilərdə  çoxsaylı  mal-qaranın  nəzarətsiz

otarılması  tədricən  bitki örtüyünün deqradasiyasına sə­

bəb  olur.  İJstəlik,  bu  azmış  kimi,  kolluqların  qırılması

burada  bitki  örtüyünün  tamamilə yox olmasına  gətirib 

çıxarmışdır.  Belə vəziyyət xüsusilə dənizin  şərq  sahili­

nin şimalda  Emba çayından, cənubda  isə Atrek çayına 

qədər  olan  hissəsi  üçün  daha  xarakterikdir.  Dənizin 

qərb sahilində səhralaşma Kalmıkiyanın sahilyanı sahə­

sində  (Çyornıye  Zemli)  və Abşeron yarımadasında da­

ha intensiv müşahidə edilir. Əgər Kalmıkiyada bu pro­

ses çoxsaylı  mal-qaranın  otarılması  ilə bağlıdırsa, Abşe­

ronda  neft-qazıma  işlərinin  həddən  artıq  intensiv  apa­

rılması və mədənlərin istismarı ilə izah olunur. Uzun il­

lər ərzində davam edən neft və qaz hasilatı Abşeron ya- 

nmadasında  buruq  sularından  əmələ  gəlmiş  çoxsaylı 

gölməçələrin yaranmasına gətirib çıxarmışdır. Nəticədə 

isə burada  neftlə çirklənmiş və yararsız vəziyyətə düş­

müş torpaqlar ildən-ilə çoxalmışdır. Beləliklə də bu əra­

zilərdə torpaq  və bitki örtüyü deqradasiyaya məruz qa­

laraq antropogen səhralaşmaya səbəb olmuşdur.

Xəzərin  sahilyanı  ərazilərinin  təxminən  130  min 

km2  sahəsi  səhra  və  səhralaşmış  landşaftlardır.  Təbii 

səhralardan  fərqli olaraq səhralaşmış landşaftların for­

malaşması  müxtəlif proseslərin  təsiri  altında  baş ver­

mişdir.  Bununla  əlaqədər  belə  ərazilərdə  müxtəlif 

tipdə  səhralaşmış  sahələr  üstünlük  təşkil  edir:  külək 

və su eroziyası;  torpaqların su altında qalması  və duz- 

laşması  və  texnogen  səhralaşma.  Texnogen  səhralaş­

ma bura  üçün  daha  səciyyəvidir.

Səhralaşma  prosesi  Xəzərin  şimal,  şimal-şərq,  xü­

susilə şərq  və qismən qərb sahillərində daha  intensiv 

baş  verir.  Bu  bölgələrdə  bir  çox  hallarda  həm  təbii 

proseslər,  həm  də  antropogen  təsir  üst-üstə  düşərək 

səhralaşmanın sürətlənməsinə səbəb olmuşdur. Qeyd 

etdiyimiz sahil  bölgələri əsasən yarımqııraq və quraq­

lıq zonalarında yerləşdiyindən hər hansı  bir təsərrüfat 

fəaliyyəti  səhralaşma prosesinin yayılmasıda təkanve­

rici  rol  oynayır.

Xəzər  sahilinin  yalnız cənub-qərb  və cənub  sahə­

lərində səhralaşma prosesi, demək olar, çox zəif şəkil­

dədir.  Burada  yalnız  antropogen  səhralaşma,  özü  də 

qismən,  məhəlli  səviyyəsində yayılmışdır.

Xəzərin  sahilyanı  ərazilərindəki  ölkələr üzrə səhra­

laşma  prosesi  müxtəlif səviyyədə  gedir.  Səhralaşmaya 

məruz  qalan  ən  geniş  sahə  Qazaxıstan  bölgəsindədir. 

Ən uzun sahil xəttinə malik olan bu bölgədə yalnız qu-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə