Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

neft  daşınması  nəzərdə  tutulmuşdur.  Gətirilən  neft 

Bakı - Novorossiysk neft kəmərinin Mahaçqala  -  No­

vorossiysk  hissəsində əlavə neftlə doldurulmasını  tə ­

min edəcəkdir.

Artıq  bir  neçə  ildir  Qazaxıstan  neftinin  Xəzərin 

qərb  sahilinə  çatdırılması  üçün  dənizin  dibi  ilə  neft 

kəmərinin  salınması  ideyası  müzakirə  olunur.  Bu 

Transxəzər  neft  kəmərinin  uzunluğu  618  km  təşkil 

edəcəkdir. Aktau - Bakı istiqamətində salınacaq sual­

tı kəmər yalnız ildə 20 mln. ton neft daşıdığı halda sə­

mərəli  hesab oluna  bilər.  Bu  kəmərlə yanaşı, Aktau  - 

Mahaçqala və Aktau  - Türkmənbaşı  kəmərlərinin  in­

şa  edilməsi  variantları  da  vardır.  2001-ci  ilin  mart 

ayında  Bakı - Tbilisi - Ceyhan  neft kəməri layihəsinə 

qoşulmaq  məqsədi  ilə  Qazaxıstan  neft şirkətləri  qru­

pu yaradıldı və bir ay sonra Qazaxıstan və ABŞ arasın­

da  “Subsidiyalar  haqqında  razılaşma”  imzalanaraq 

Aktau  -  Bakı - Ceyhan  ixrac neft kəmərinin  marşrutu 

üzrə  maliyyələşdirmə  məsələləri  həll  olundu.  Artıq 

2001-ci  ilin  sonunda ABŞ Bakı - Ceyhan neft marşru­

tu xəttinin Aktau  -  Bakı - Ceyhan xəttinə çevrilməsi­

ni  mümkün  hesab etdi.

Xəzər  regionunda  ixrac  neft  kəmərlərinin  yeni 

coğrafiyası, təbii ki,  Rusiyanın və İranın qısqanclığına 

səbəb  olmuşdur.  Bu  ölkələr Xəzər dənizində  neft  və 

qaz  kəmərlərinin  inşasının  əleyhinə  çıxaraq  əsasən 

ekosistemin  ekoloji  kövrəkliyini  və  dənizin  geodina- 

mik fəallığını  bəhanə gətirdilər.  Heç şübhəsiz,  bu öl­

kələr özlərinin geosiyasi  maraqlarını ört-basdır etmək 

istəyirdilər.  Belə ki, artıq bir müddət sonra  Rusiya tə­

rəfi  maraqları  güdüldüyü  təqdirdə  Aktau  -  Bakı  neft 

kəmərinin  inşasına etirazı olmadığını bəyan  etdi.

2003-cü  ilin  əvvəlində  Qazaxıstanla  anlaşma  əldə 

edən Azərbaycan  Bakı  - Tbilisi  - Ceyhan  neft kəmə­

rinə  Aktaudan  neftin  gətiriləcəyi  haqqında  açıqlama 

verdi. Anlaşmaya əsasən,  Bakı - Tbilisi - Ceyhan  neft 

kəməri  istifadəyə  verildikdən  bir ay  sonra  Aktaudan 

Diibəndiyə  tankerlərlə  neft  gətirilərək  Səngəçal  ter­

minalına doldurulacaq. Sonrakı mərhələdə çıxarılacaq 

neftin həcmindən asılı olaraq Transxəzər boru kəmə­

rinin  inşası  məsələsi  həll  ediləcək.  Qeyd  etmək  la­

zımdır  ki,  Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi  tan­

kerlərlə  ildə  10 mln.  ton  neftdaşıma imkanına  malik­

dir. İxrac olunan neftin həcmi artırıldıqda neftdaşıyan 

tankerlərin  sayının  çoxalması  problemini  yaradacaq. 

2003-cü  ildə  Xəzər  dənizində  “Merkuri”  gəmisinin 

qəza  nəticəsində  batması  tankerlə  daşınmaların  eko­

loji cəhətcə təhlükəli olduğunu göstərir. Əgər tanker­

lə  neftdaşımaları  digər  Xəzəryanı  ölkələrin  də  artıra­

cağını  nəzərə  alsaq,  onda  Xəzər  dənizində  ekoloji 

təhlükəsizliyin  həllinin  ağır  bir problemə  çevriləcəyi 

şübhə doğurmur.

Qazaxıstan  həmçinin  Xəzər  dənizinin  şərq  sahili 

boyunca  Türkmənistan  ərazisindən  keçərək  İrana 

neft  kəmərinin  salınması  ilə  bağlı  layihəni  də  müza­

kirə edir. Xəzər dənizinin şərq sahili çox az mənimsə­

nilib və belə ki, hətta iki  qonşu ölkəni -  Qazaxıstanla 

Türkmənistanı  birləşdirən  neft  kəməri  hələ  ki  yox-




dur.  Lakin Qazaxıstan öz coğrafi  mövqeyindən  istifa­

də  edərək  müxtəlif istiqamətlərdə  neft  kəmərlərinin 

inşası siyasətini  həyata  keçirir.

2000-ci  ilin  sentyabr  ayında  Sankt-Peterburq  şə­

hərində  Rusiya,  İran  və  Hindistan  arasında  “Şimal  - 

Cənub beynəlxalq  dəhlizi  haqda”  razılaşma  imzalan­

mışdır.  Layihəyə əsasən,  Helsinki  -  Sankt-Peterburq 

-  Moskva  Panavropa  nəqliyyat  dəhlizinin  cənub  isti­

qamətində  Həştərxana,  sonra dənizlə  İrana,  ordan  da 

İran  körfəzi  ölkələrinə  və  Hindistana  qədər  uzadıl­

ması nəzərdə tutulmuşdur.  Bu  layihənin  həyata  keçi­

rilməsi  üçün 3  milyard  dollara yaxın  kapital  qoyuluşu 

tələb olunur. Mütəxəssislərin fikrincə, bu marşrut üz­

rə ildə 20 - 40 mln. ton  arasında yük daşınacaq.

Həm İran, həm də Rusiya tərəfi bu marşrutun Xə­

zərin qərb sahili ərazilərindən də keçməsində  maraq­

lıdır.  Məhz  Rusiyanın  təklifindən  sonra  Azərbaycan 

bu  layihəyə qoşulmağı  qərara almışdır.

Məlum olduğu kimi, Xəzər dənizinin qərb sahilin­

də  dəmiryol  xətləri  Həştərxandan  Astaraya  qədər 

uzanmışdır.  Bu  xəttin  səmərəli  istifadəsi  üçün  onun 

İranın dəmiryol xətlərinə  birləşdirilməsi  məqsədəuy­

ğun  hesab  edilir.  Şimal  -  Cənub  layihəsi  əsasında 

İranda  Qəzvin  -  Rəşt  dəmiryol  xətti  Astara  şəhərinə 

qədər uzadılmalıdır. Yeni  inşa ediləcək dəmiryol  xət­

tinin  uzunluğu  175  km-ə çatacaq  və onun  həyata  ke­

çirilməsi üçün  125 mln. dollar vəsait ayrılacaq.  Bunun 

nəticəsində  Rusiya  - Azərbaycan  -  İran  dəmiryol  sis­

temlərinin  Xəzərin  qərb  sahili  boyunca  birləşməsi 

imkanı əldə olunacaqdır.

İranla  Türkmənistan  arasında  1996-cı  ildə  Məş­

həd -  Sərəxs  -  Təcən  dəmiryol  xətti  istifadəyə  veril­

mişdir.  Bu  marşrutun  rəsmi  açılışından  sonra  İran, 

Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən 

Bəndər -  Türkmən  -  Türkmənbaşı  -  Bekdaş  -  Man- 

gistau  dəmiryol  xəttinin  inşası  haqqında  memoran­

dum imzalanmışdır.  Lakin  bu  layihə bir cox siyasi və 

maliyyə-iqtisadi  səbəblərdən  hələ  ki  kağız  üzərində 

qalmışdır.

Rusiya sahilində nəqliyyatın inkişafı  başlıca olaraq 

limanların  fəaliyyəti  ilə  bağlıdır.  Nisbətən  inkişaf et­

miş  Həştərxan  və  Mahaçqala  limanları  ilə  yanaşı, 

yükdaşımalarda perspektiv artım Olya limanı ilə bağ­

lıdır. Olya limanı artıq Türkmənbaşı və Ənzəli liman­

ları  ilə əlaqə yaratmışdır. Yaxın vaxtlarda  Olya -  Bakı 

və Olya - Aktau  bərə əlaqələri  də yaradılacaq.

Olya limanı  Həştərxandan  100 km cənubda yerlə­

şir.  Dərinliyi  5,2  metr  olan  liman  il  ərzində  540  min 

ton yükvurma  qabiliyyətinə  malikdir.  1997-ci  ildə  is­

tifadəyə  verilən  Olya  limanında  ildə  45  min  ədəd 

konteyner  qəbuletmə  imkanına  malik  terminalın  in­

şası tamamlanmaq  üzrədir.

Olya limanından aralı  sahildə  İlyinka qəsəbəsində 

iri  neft  terminalı  istifadəyə  veriləcəkdir.  Bu,  Rusiya­

nın  Xəzər  sahilində  Mahaçqaladan  sonra  ikinci  neft 

terminalıdır.  Eyni  zamanda,  Həştərxandan  şimalda, 

çayın  dibi  ilə Tengiz - Novorossiysk  neft  kəməri  ke­

çir. Almaniyanın  “FAB”  şirkəti  tərəfindən həyata ke­

çirilmiş bu  layihə  “Ginnesin  rekordlar kitabfna dün­

yanın ən uzun (1,5 km) sualtı keçidi kimi düşmüşdür.

1  mln.  ton  neft qəbul  etmə  gücünə  malik  İlyinka 

neft  terminalı  və  Novorossiyskə  gedən  neft  kəməri 

Şimali Xəzərdə ətraf mühitin  neftlə çirklənmə təhlü­

kəsini artırır.  Bunun qarşısını almaq  üçün vaxtında la­

zımi  tədbirlər  kompleksi  həyata  keçirilməlidir.  Belə 

ki,  yaxın  gələcəkdə  Rusiya  İlyinka  limanından  İrana 

böyük  həcmdə neft göndərməyi nəzərdə tutur; bu  is­

tiqamətdə  hələ  ki  Mahaçqala  terminalından  neft  ix­

rac olunur.

Mahaçqala limanı  Rusiyanın Xəzər dənizində əsas 

neft  limanı  hesab  olunur.  Liman  layihə  üzrə  ildə  10



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə