Çinqiz İsmayılov Xəzər dənizinin və


N eft  və  qaz ehtiyatlarının



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   2   3   4   5   6   7   8   9   10   ...   31

N eft  və  qaz ehtiyatlarının 

mənimsənilməsi

Müasir dövrdə Xəzər regionunda  insan  fəaliyyəti­

nin  ən  geniş yayıldığı sahə neft sənayesidir.  Xüsusən 

Xəzərin  şelf zonasında  il-ildən  yeni  zəngin  neft  ya­

taqlarının  aşkar  edilməsi  həm  Xəzəryanı  ölkələrin, 

həm  də  digər  inkişaf etmiş  ölkələrin  bu  regionun tə­

bii sərvətlərinin  mənimsənilməsinə marağının artma­

sına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Xəzər­

yanı  ölkələrin  üçündə  -   Azərbaycan,  Türkmənistan 

və Qazaxıstanda -  sahilyanı ərazilərdə artıq  100 ildən 

artıqdır  neft və  qaz  hasilatı  aparılır.  Azərbaycan  sahi­

lində  isə  suyun  dayaz  yerində  hələ  1824-cü  ildə  ilk 

dəniz  quyusu  qazılmışdır.  Bütün  bunlar Xəzər regio­

nunda  neft sənayesinin  inkişafının maraqlı  və qədim 

tarixə malik olduğunu göstərir.

Bununla  belə,  heç  şübhəsiz,  dənizdən  sənaye 

miqyaslı  neft-qaz hasilatı  1949-cu  ilə  aiddir və Abşe­

ron  yarımadasından  təxminən  100  km  aralıda  kəşf 

olunmuş  Neft  Daşları  yatağından  başlanmışdır.  Son­

rakı  dövrdə  dənizin  bu  sahəsində  daha  yeni  yataqlar 

kəşf olunaraq istismara verilir. Artıq keçən əsrin 60-cı 

illərindən  etibarən  Xəzərin  Türkmənistan  sahəsində 

də  neft hasilatına  başlanılır.

Xəzərin digər şelf sahələrində kəşfiyyat və qazıma 

işləri  uzun  müddət  müsbət  nəticə  vermirdi.  Yalnız 

80-ci  illərdə Xəzərin  Rusiya  hissəsində (Dağıstan  sa­

hilində) perspektivli neft-qaz yataqları aşkar olunaraq 

istifadəyə  verilir.  Lakin  İnçxe-dəniz  adlı  bu  yatağın 

istismarı  uzun  çəkmir,  qısa  müddətdən  sonra  dayan­

dırılır.  İnçxe-dəniz yatağı  ilə təxminən eyni zamanda, 

80 - 90-cı  illərdə Qazaxıstanın sahillərində də çox nə­

həng  neft yataqları  aşkar edilir.  Lakin  bütün  bunlara 

baxmayaraq,  dənizdən  neft  hasilatının  əsas  hissəsi 

günü  bu  gün  də Azərbaycanın payına düşür.

SSRİ  dağıldıqdan  sonra  Xəzər  regionunda  yeni 

müstəqil  dövlətlərin yaranması neft sənayesinin  inki­

şafına  böyük  təkan  verdi. Xarici  investorların regiona 

gəlməsi  dənizdəki  perspektivli  neft-qaz  yataqlarının 

mənimsənilməsi  üçün  əlverişli  şərait yaratmışdır.  Bu 

baxımdan  Xəzərin  daha  yaxşı  öyrənilmiş Azərbaycan

t

U

r k m ə n



İ

s t


«

h

bölgəsində mövcud  olan  neft yataqları  xüsusi cazibə- 



darlıqları  ilə fərqlənir. Təsadüfi deyil ki, Xəzər regio­

nunda  ilk  iri  neft  müqaviləsi  -   “Əsrin  kontraktı”  -  

Bakıda  1994-cü  ilin  sentyabr ayında  imzalandı.  Azər­

baycanda bu, neft renessansının başlanğıcı hesab olu­

na  bilər.  Qeyd  etmək  lazımdır  ki,  xarici  investorlar 

heç də yeni  yataqlar kəşf etməmişdilər,  onlar kifayət 

qədər  öyrənilmiş,  real,  lakin  uzun  müddət  istifadə 

olunmamış (dənizin nisbətən dərin yerlərində olduğu 

üçün) yataqlara maraq göstərmişdilər.

Xəzərin  Azərbaycan  bölgəsində  10-dan  artıq 

perspektivli  neft-qaz yatağı  geoloji  baxımdan kifayət 

qədər əsaslı  öyrənilmişdir və elə bu  səbəbdən  də xa-



Xəzər regionunda 

neft-qaz yataqları

Q A Z A X I S T A N

•4



28

Azərbaycanda neft və qaz 

hasilatın m artımı (mln.  ton)

■  


qaz 

Я  neft

rici investorlar bu sahələrə daha çox maraq göstərirlər. 

Bağlanan müqavilələrin dinamikası belə deməyə əsas 

verir.  Belə  ki,  “Əsrin  müqaviləsi”ndən  keçən  az 

müddət ərzində sürətlə daha bir çox neft müqavilələ­

ri  də imzalandı.

Azərbaycanda  yeni  neft  renessansının  başlanğıcı 

sayılan və  1994-cü il sentyabrın 20-də bağlanmış  “Əs­

rin  kontraktı”  beynəlxalq  müqaviləsi  Azəri  -  Çıraq  - 

Günəşli  dəniz  neft  yataqlarının  mənimsənilməsini 

nəzərdə  tuturdu.  Bu  müqaviləni  Azərbaycanın  neft 

şirkəti  ilə yanaşı, dünyanın ən iri  bir neçə neft şirkəti 

imzalamışdır.  Müqaviləyə  əsasən,  üç  hissədən  ibarət 

olan bu yataqdan 30 il ərzində 511  mln. ton neft çıxar­

maq  nəzərdə tutulmuşdur.

Yataqda  aparılan  qazıma  işləri  burada  hasil  edilə­

cək neft ehtiyatlarının həcminin 900 mln. ton olduğu­

nu göstərmişdir; deməli, nəzərdə tutulduğundan xey­

li  artıq.  Ümumiyyətlə,  kəşf  edilmiş  neft  ehtiyatları 

dənizin  80 - 350  metr dərinliyi olan sahələrdədir.

Müqaviləyə  əsasən  yaradılmış  Azərbaycan  Bey­

nəlxalq  Əməliyyat  Şirkəti  (ABƏŞ)  1997-ci  ildən  eti­

barən Çıraq yatağından neft hasil etməyə başlamışdır. 

1997 - 2003-cü illər ərzində bu yataqdan artıq 31  mln. 

ton  neft  çıxarılmışdır.  2003-cü  ildən  Azəri  yatağının 

mərkəzi,  şərq  və  qərb  hissələrində  mənimsənilməsi

başlanmışdır.  Artıq  2005-ci  ilin  birinci  yarısından  etı- 

barənsə  Azəri  yatağının  mərkəzi  hissəsində  sənaye 

miqyaslı  neft hasilatı  nəzərdə tutulmuşdur.

ABƏŞ-in planına əsasən, 2006-cı ildə Azəri - Çıraq 

- Günəşli yataqlarından 21,3 mln. ton neft hasil edilə­

cəkdir.  Dənizdə böyük həcmdə neft hasilatı, təbii  ki, 

ətraf mühitə  təsirsiz qalmayacaqdır,  istehsal  artdıqca 

təhlükə  də  arta  bilər.  Bunun  qarşısını  almaq  üçün 

Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi ABƏŞ- 

in  dənizdə  neft  istehsalı zamanı ətraf mühitin qorun­

ması  məsələlərinə  riayət  edilməsini  nəzarət  altında 

saxlayır.

Dünyanın  aparıcı  neft  şirkətləri,  o  cümlədən 

EksonMobil  şirkəti ətraf mühitin qorunması sahəsin­

də öz məsuliyyətlərini dərk edir və fəaliyyətləri ilə ət­

raf  mühitə  zərər  vurmamaq  üçün  səy  göstərirlər. 

Əməliyyatlar zamanı  müasir  texniki  avadanlıqdan  is­

tifadə  olunması  ətraf mühitə  təsiri  azaldır,  eləcə  də, 

ekoloji  məsələlərin  idarə  olunması  planlarının  əvvəl­

cədən  razılaşdırılması  və  əməliyyatlar  zamanı  onlara 

ciddi  əməl  edilməsi  ətraf  mühitə  təsirin  minimum 

həddə endirilməsinə yönəldilmişdir.

2004-cü  ilin  sonuna  Azərbaycan  Dövlət  Neft  Şir­

kəti ilə 20-dən çox beynəlxalq  müqavilə  imzalanmış­

dır ki,  onların da yarısından çoxu  dəniz  neft yataqları 

ilə bağlıdır.  Bu yataqların əksəriyyətində hələ ki  kəş­

fiyyat və qazıma  işləri  aparılır.  Əlbəttə,  dediyimiz  ki­

mi,  dənizdə  aparılan  bu  texnoloji  əməliyyat  işləri  ət­

raf  mühitə  öz  mənfi  təsirini  göstərir.  Belə  təsirin 

mümkün  qədər  azaldılması  məqsədi  ilə  ətraf mühiti 

mühafizə  edəcək  avadanlıqların  tətbiqi  xüsusən  çox 

böyük  əhəmiyyət  kəsb  edir.  Nəzərə  almaq  lazımdır 

ki, belə avadanlığın əldə olunması kifayət qədər vəsa­

it  tələb  edir.  Bu  baxımdan  bağlanmış  müqavilələrdə 

bu  çətin  məsələnin  həlli  üçün  lazım  olan  hər şey  nə­

zərdə tutulmuşdur.

1997  -  2003-cü  illərdə  ABƏŞ  Azəri  -  Çıraq  -  Gü­

nəşli yataqlarından  ilkin  neft  hasilatı  mərhələsində  5 

mlrd,  dollara  yaxın  vəsait  xərcləmişdir.  Yalnız  Azəri 

yatağı  üzrə  1  mlrd,  dollardan  çox  investisiya  qoyul­

muşdur.

Azəri  -  Çıraq  -  Günəşlinin  tam  üç  faza  üzrə  istis­



marı nəticəsində neft hasilatı 2009-cu ildə maksimum


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə