Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   2   3   4   5   6   7   8   9   ...   31

Məlum olduğu kimi, keçən əsrin 70-ci illərində də­

nizin  səviyyəsini tənzimləmək  üçün Sibir çaylarından 

Xəzərə  süni  kanallar çəkilməsi  planlaşdırılırdı.  Yalnız 

1978-ci  ildən etibarən  səviyyənin  kəskin qalxması  bu 

eybəcər planın həyata keçirilməsinin qarşısını  aldı.

İnsanın dərindən düşünülməmiş “tədbirlərindən” 

biri də Qaraboğazqol körfəzini Xəzər dənizi ilə birləş­

dirən  boğazda inşa edilmiş bənddir. Xəzərin səviyyə­

sinin enməsinin qarşısını almaq  üçün inşa edilmiş bu 

bənd  dənizdə hər il  10 km3 su artımına səbəb olmuş­

du.  Bənd  dəniz  suyunun Qaraboğazqol  körfəzinə ax­

masının qarşısını aldığı  üçün səviyyə qalxmağa başla­

dıqda  isə  artıq  1985-ci  ildə  bənddə xüsusi  olaraq  su- 

keçirici  sahələr ayrıldı.

İnsanın  təbii  proseslərə  belə  naşıcasına  qarışması 

bir daha sübut edir ki, dəniz səviyyəsinin tərəddüdü­

nün  səbəbləri  hələ  də  tam  öyrənilməmişdir.  Lakin 

bununla  belə,  alimlərin  ümumi  fikri  budur  ki,  səviy­

yənin tərəddüdünə əsasən iqlimin dəyişilməsi, tekto­

nik  proseslər və  insanın  Xəzər hövzəsində  təsərrüfat 

fəaliyyəti -  hər üçü birlikdə təsir göstərir.

Xəzərin səviyyəsinin qalxması  təbii  mühitə və sa­

hilyanı  təsərrüfata  külli  miqdarda  ziyan  vurmuşdur. 

Eyni  zamanda  sahilyanı  ərazilərdə  yaşayan  xalqların 

taleyinə də təsir göstərmişdir.  Məşhur alim L.Qumil- 

yovun fikrincə, X əsrdə Xəzərin səviyyəsinin qalxma­

sı  Xəzər  xaqanlığına  məxsus  ərazinin  çox  hissəsinin 

suyun altında qalmasına səbəb olmuş və beləliklə, xa­

qanlığın  süqutunu  qaçılmaz etmişdir.

Sahil  ərazilərinin  relyef quruluşu  müxtəlif olduğu 

üçün  səviyyə  tərəddüdünün  ayrı-ayrı  ərazilərə  təsiri 

də fərqli  olmuşdur.  Transqressiyanın  güclənməsi  nə­

ticəsində çayların  deltalarının çox  hissəsi  suyun  altın­

da qalmışdır.  Eyni  zamanda ətraf ərazilərdə qrunt su­

larının  səviyyəsi  qalxdığından  sahillərdə  bataqlıqların 

əmələgəlmə prosesi  də xeyli  sürətlənmiş,  qovulma və 

gətirmələrin əhatə etdiyi sahələr xeyli genişlənmişdir.

Ümumiyyətlə,  suyun  səviyyəsinin  qalxması  müx­

təlif sahil  ərazilərində  sahənin  mənimsənilmə  səviy­

yəsindən  asılı  olaraq  insanlara  müxtəlif dərəcədə  zi­

yan  vurmuşdur.  İnsanların  daha  çox yaşadıqları,  daha 

çox  mənimsədikləri  qərb  və  şimal-şərq  sahillərində 

onlara  dəyən  ziyan  da,  təbii  ki,  daha  çox  olmuşdur.

Mütləq hündürlüklərin müsbət göstəriciləri ilə fərqlə­

nən  və  nisbətən  zəif  mənimsənilmiş  şərq  sahilində 

abraziya proseslərinin sürətinin güclənməsi onların in­

tensiv yuyulması ilə nəticələnmişdir. Son 22 il ərzində 

Xəzərin  şimal  və  şimal-şərq  sahillərində 40  min  km2- 

dən  çox  ərazini  su  basmışdır.  Başqa  sahil  bölgələrin­

dən fərqli olaraq şimal-şərq sahəsində qovulma və gə­

tirmələr daha  güclü  olur.  Belə  ki,  burada  qovulma  və 

gətirmələr təxminən 60 km-ə qədər quruya doğru hə­

rəkət edərək  olduqca  böyük  sahələrin  su  altında  qal­

masına səbəb olmuşdur.  Müşahidələr göstərmişdir ki, 

əgər Xəzərin şimal sahillərində qovulmalar zamanı də­

nizin  səviyyəsi  1,5  - 2,2  m qalxırsa,  şimal-şərq sahillə­

rində  bu göstərici  2,3 - 2,6 m-ə çatır.  Belə qabarmalar 

dənizin şimal-şərq sahilinin  Myortvıy Kultuk - Buzaçi

akkumulyativ  düzənliyində  daha  çox  müşahidə  olu­

nur.  Xəzərin  şimal-şərq  sahilində  Qazaxıstanın  T en ­

giz,  Kaşağan,  Korolyovskoye,  Kanaton  və  Karaton  ki­

mi nəhəng və perspektivli  neft yataqları  təhlükəli  zo­

nada yerləşirlər; həmin yataqlarda kükürdün  miqdarı­

nın  həddindən  artıq çox olmasını  nəzərə alsaq, suyun 

səviyyəsi  qalxarsa,  baş  verəcək  ekoloji  təhlükənin 

miqyasını  təsəvvür etmək  çətin  olmaz.  Atırau  vilayə- 

tindəki  Pribrejnoye,  Pustınnoye və Cənub-Qərbi Ta- 

jiqali  neft yataqları artıq  suyun altında qalmışlar.

Şimal-şərq  sahilindən  fərqli  olaraq  Mangistau  ya­

rımadası  sahilində  mütləq  hündürlüyün  quruda  art-




ması qovulma və gətirmələrin yayılmasına imkan ver­

məmişdir.

Xəzərin  şərq  sahilində  sənayenin  inkişaf  etdiyi 

ikinci  bölgə -  Çələkən  yarımadası  və  onıı  əhatə edən 

ərazilərdir. Dənizdə suyun səviyyəsinin tərəddüdü hə­

lə  keçmişdə Çələkəni  gah  yarımada, gah  da  adaya çe­

virirmiş. Müasir dövrdə Çələkəndə mövcud olan bütün 

istehsalat obyektləri və inzibati  binalar, eləcə də kom­

munikasiya sistemi subasma zonasında yerləşirlər.

Elektrik xətləri dayaqlarının, neft və qaz kəmərlə­

ri  və  neft  rezervuarlarının  suyun  altında  qalma  ehti­

malı ekoloji baxımdan xüsusi narahatlıq doğurur.  Ha­

zırda  Çələkən  yarımadasında  uzun  illər  istismar edil­

miş,  hələ  də  kifayət qədər ehtiyata  malik  neft yataq­

ları  suyun  altında  qalmışdır.  Vaxtilə sahilə  yaxın yer­

ləşdirilmiş sənaye,  tikinti  və  məişət tullantıları yerlə­

ri  də  tamamilə suyun altındadır.

Türkmənistan sahilində suyun səviyyəsinin qalxma­

sı  sosial  infrastruktura  nəzərəçarpacaq  dərəcədə  ziyan 

vurmuşdur.  Yalnız  Çələkən  yarımadası  və  onu  əhatə 

edən ərazilərdən 300-ə yaxın ailə suya batmış və yarar­

sız vəziyyətə düşmüş evlərdən köçürülmüşdür. Burada 

yaşayış  məntəqələrini  birləşdirən qaz kəmərlərinin və 

avtomobil yollarının 5 -  10%-i suyun altında qalmışdır.

Türkmənistan sahilində xüsusi iqtisadi əhəmiyyət 

daşıyan  Türkmənbaşı  limanına və  bərə  sisteminə  də 

xeyli  ziyan  dəymişdir.  Səviyyənin  qalxması  bərə  sis­

teminin dəmiryol xətlərində böyük həcmdə yenidən­

qurma  işləri  aparılmasını  tələb etmişdir.  Yalnız Avro­

pa İttifaqı tərəfindən dəstəklənən TRASEKA layihə­

si  çərçivəsində edilmiş  maliyyə və texniki  yardım sa­

yəsində  Türkmənbaşı  limanının  rekonstruksiyası 

mümkün olmuşdur.

Xəzərin  şimal  sahilində  səviyyənin  qalxmasının 

mənfi təsiri  ilk növbədə Həştərxan vilayətində özünü 

göstərmişdir.  Bu  sahil  bölgəsi  ənənəvi  olaraq  balıqçı­

lıq  təsərrüfatının  miqyası  ilə  fərqlənir.  İlk  baxışdan 

balıqların  kiirütökmə  zonasının  ümumi  sahəsinin 

artması pozitiv dəyişilmə hesab oluna bilər. Lakin nə­

zərə almaq  lazımdır ki,  sahildə yerləşdirilmiş  balıqçı­

lıq  təsərrüfatının  infrastrukturuna  böyük  ziyan  dəy­

mişdir.  Sahilyanı  ərazilərdəki  yaşayış  evlərinin  bir 

qismi  suyun  altında  qalmışdır.

Həştərxan vilayətində subasma daha çox qaz-kon­

densat  kompleksinin  yerləşdiyi  sahə  üçün  təhlükəli­

dir.  Hasil  olunan  qaz-kondensatın  tərkibində  hidro- 

gen-sulfidin  yüksək  dərəcədə  olması  ətraf  mühitə 

mənfi təsir göstərir.  Bununla əlaqədar suyun səviyyə­

sinin  qalxması  müvafiq  olaraq  qrunt  sularının 

qalxması  və  nəticədə  hidrogen-sıılfidin  su  ilə  qarış­

ması  ehtimalını  artırır.  Bunun  qarşısının  alınması 

üçün ilk növbədə təhlükə zonasındakı qaz-kondensat 

yataqlarını  müvəqqəti  olaraq  konservasiya  etmək  la­

zımdır.  İndiyə  qədər  əldə  edilmiş  dünya  təcrübəsi 

göstərir ki,  ətraf mühit  üçün  təhlükə yaradan istehsal 

obyektlərinin  konservasiyasına  qarşı  alternativ  çıxış 

yolları  hələ ki yoxdur.

Xəzərin  səviyyəsinin  qalxması  Dağıstanın  sahil 

bölgəsinə  də  öz  təsirini  göstərmişdir.  Bu  baxımdan

Mahaçqala,  Kaspiysk,  Dərbənd  və  Sulak  yaşayış 

məntəqələrinin  dənizsahili  ərazilərində  daha  gərgin 

vəziyyət  yaranmışdır.  Bu  ərazilərdə  sənaye,  yaşayış 

və  nəqliyyat  obyektləri  yararsız  vəziyyətə  düşmüş­

dür.  Ən  böyük  itki  sahildə  yerləşən  təmizləyici  qur­

ğuların  sıradan  çıxması  olmuşdur.  Nəticədə  həmin 

yerlərdə  sahil  zonası  çirkab  sularının  yığıntı  yerinə 

çevrilmişdir.  Əlbəttə,  belə  vəziyyətdə  müxtəlif yolu­

xucu xəstəliklərin  yayılması  təhlükəsi  artmışdır.  Mə­

lum  olduğu  kimi,  Dağıstanda  əhali  tez-tez  epidemi­

yaya  məruz  qalır.  Bunun  əsas  səbəblərindən  biri  də 

böyük həcmdə çirkab sularının təmizlənməmiş  halda 

dənizə axıdılmasıdır.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə