Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   2   3   4   5   6   7   8   9   ...   31

Tarix  boyu Xəzər dənizinin  səviyyəsi daim  tərəd­

düd  etmişdir.  Xəzər hövzəsində  baş  verən  təbii  pro­

seslərin  mənşəyi  regiondan  xeyli  kənara  çıxaraq  pla­

netar  amillərin  təsiri  ilə  bağlıdır.  Qlobal  iqlim  dəyi­

şikliyi,  Dünya  okeanının  səviyyəsinin  qalxması  və 

Günəşin  fəallığı  bütövlükdə Yer kürəsinin təbii şərai­

tini dəyişməklə yanaşı, Xəzər dənizinin səviyyəsinə -  

onun  qalxıb-enməsinə  də  təsir  göstərir.  Xəzərin  sə­

viyyəsinin tərəddüdü ilk növbədə, yəqin  ki,  buradakı 

su  kütləsinin  həcminin  dəyişilməsi  ilə  izah  edilməli­

dir.  Bununla  belə,  mütəxəssislərin  fikrincə,  iqlimdə 

baş  verən  proseslər,  Yerin  təkinin  şaquli  hərəkətləri, 

insanların təbiətə, o cümlədən də dənizə təcavüzü və 

Günəşin  fəallığının  mütəmadi  olaraq  artıb-azalması 

da Xəzərin  səviyyəsinin  tərəddüdünə təsir edən əsas 

amillərdir.

Geoloji  baxımdan  nisbətən  yaxın  tarixi  keçmişdə, 

daha  dəqiq  desək,  5  min  il  öncə  Xəzər dənizinin  sə­

viyyəsi -20 metr olub. O dövrdə Volqa çayının bugün­

kü  deltası  və  Xəzəryanı  ovalıq,  demək  olar  ki,  olma­

yıb.  Dəniz  səviyyəsinin  indikindən  7  metr yuxarı  ol­

ması  nəticəsində  sahil  ərazilərinin xeyli  hissəsi  suyun 

altında qalıbmış. Arxeoloji və tarixi məlumatlar əsasın­

da  müəyyən  edilib  ki,  Xəzər  dənizin  səviyyəsi  son 

2000 il ərzində -22 -30 metr arasında tərəddüd edib.

Ümumiyyətlə,  dəniz  səviyyəsinin  dəyişilməsinin 

izahında  instrumental  müşahidələr aparılmasının xü­

susi  əhəmiyyəti  var.  Bu  istiqamətdə  ilk  addım  isə 

1830-cu  ildə  Bakının  Bayıl  burnunda  ilk  hidroloji 

postun  yaradılması  olmuşdur.  Sonrakı  70  il  ərzində 

Bayıl  postu  Xəzər  dənizi  sahilində  yeganə  hidroloji 

müşahidə  məntəqəsi  olduğu  üçün  səviyyənin  tərəd­

düdü  haqqında  tam  məlumat  əldə  etməkçün  kifayət 

deyildi.  Odur  ki  Xəzər  dənizinin  digər  sahil  ərazilə­

rində  yeni  hidroloji  postlar  yaradıldı.  1900-cü  ildə 

Mahaçqala  və  Küli-Mayakda,  1913-cü  ildə  Çələ- 

kəndə,  1915-ci ildə Krasnovodskda (indiki Türkmən­

başı),  1921-ci  ildə  Fort-Şevçenko  və  Qaraboğazqolda 

belə hidroloji  postlar təşkil olundu.  Beləliklə, XX əs­

rin  ilk  illərindən  etibarən Xəzərin  səviyyəsinin  dəyi­

şilməsinin  monitorinq  dövrü  başlanır.  Sonrakı  illər 

belə  postların  sayı  daha  da  artmış,  hazırda  20-ni  öt­

müşdür.  Lakin  səviyyə  tərəddüdünü  hesablayanda

dörd  postun  (Bakı,  Mahaçqala,  Fort-Şevçenko  və 

Türkmənbaşı) göstəriciləri əsas götürülür.  Bu məntə­

qələrin  müşahidələri  əsasında  səviyyənin  dəyişilmə­

sinin orta göstəricisi  müəyyən olunur.

Keçən yüzillikdə əldə edilmiş məlumatlar göstərir 

ki,  Xəzər  dənizinin  səviyyə  tərəddüdü  3,2  metr  ol­

muşdur.  Bu  dövrdə Xəzərin  ən  aşağı  səviyyəsi  1977- 

ci  ildə qeydə alınmışdır.  Bu  vaxt suyun  səviyyəsi  kri- 

tik  həddə -29 metrə çatmışdır.

Artıq  1978-ci  ildən  etibarən  Xəzərin  səviyyə  tə­

rəddüdü  qalxma  fazasına  keçir.  Səviyyənin  qalxması 

müxtəlif intensivliklə, demək olar ki, bugünkü dövrə 

qədər davam etməkdədir. Suyun səviyyəsinin qalxma 

sürəti ayrı-ayrı  illərdə dəyişmiş,  maksimum  göstərici­

si  (+35  sm)  1991-ci  ildə  müşahidə  edilmişdir.  Xəzər 

dənizində aparılan instrumental müşahidələrin  175 il­

lik  dövrü  ərzində  səviyyənin  müasir  qalxması  ən 

uzunmüddətli  hesab  olunur.  1979  -  2003-cü  illərdə

səviyyə  qalxan  zaman  orta  illik  göstərici  +15  sm  ol­

muşdur. Əksinə,  1929 - 41-ci illərdə, yəni Xəzər dəni­

zinin səviyyəsi enəndə orta  illik göstərici -16 sm  imiş. 

Ümumiyyətlə,  1929  -  55-ci  illər  ərzində  Xəzərin  sə­

viyyəsi 2,5  metr aşağı düşmüşdür.

Xəzər  dənizin  səviyyəsinin  tərəddüdü  ilə  məşğul 

olan  mütəxəssislərin  yekdil  fikirlərinə  görə,  səviyyə-




nin  dəyişilməsi  dövri xarakter daşıyır. Müəyyən edil­

miş dövrlərin davamiyyəti (22, 35 və  120 il)  bilavasitə 

iqlimdə baş verən qlobal  proseslərdən asılıdır.

Bir çox alimlər belə hesab edirlər ki, planetar miq­

yasda  makrosinoptik  vəziyyətin  dəyişilməsi  birbaşa 

Günəş fəallığının  artması ilə  bağlıdır.  Deməli,  bu  də­

yişiklik  Xəzər  dənizin  səviyyəsinin  tərəddüdünə  də 

təsir  göstərir.  Buradan  da  səviyyənin  dəyişilməsinin 

Günəş  fəallığından  asılılığı  fərziyyəsi  meydana  çıx­

mışdır. Müqayisəli tarixi araşdırmalar zamanı səviyyə­

nin  dəyişilməsi  və Günəşin 35  - 40  illik fəallıq  dövrü 

arasında uyğunluq müəyyən edilmişdir.  Lakin bu fər­

ziyyənin çox inandırıcı olmasına baxmayaraq, o, dəni­

zin  səviyyəsinin  tərəddü­

dü  ilə  bağlı  bütün  aydın 

olmayan  məsələlərin  iza­

hını verə bilmir.

Hələ XIX əsrdə Xəzər 

dənizinin  şərq  sahillərin­

də  məskunlaşan  xalqlar 

onun Aral dənizi ilə yeral­

tı əlaqəsi olduğunu söylə­

yirdilər.  Onların  müşahi­

dələrinə  görə,  dənizlərin 

birində səviyyə qalxdıqda 

digərində,  əksinə,  səviy­

yə  enirdi.  Belə  əlaqələn­

dirilmə elmi cəhətdən əsassızdır və geoloji  baxımdan 

cəfəngiyatdır.

Səviyyənin  dəyişilməsi  ilə  bağlı  Xəzər  dənizinin 

su  balansının öyrənilməsi  istiqamətində çoxsaylı  təd­

qiqatlar  aparılıb;  müəyyən  edilib  ki,  Arktikada  hava 

istiləşdikdə  Antarktik  siklonlar  şimal  istiqamətində 

hərəkət etməyə başlayırlar. Xəzər hövzəsində isə, ək­

sinə, qış mövsümündə antisiklonlar fəallaşır, güclənir. 

Nəticədə qış dövründə Xəzər hövzəsində yağıntıların 

həcmi  azalır və bu  da dənizin  səviyyəsinin  enməsinə 

birbaşa  təsir göstərir.

Xəzər hövzəsində yerləşən  meteoroloji  məntəqə­

lərin məlumatlarına görə,  1978 - 95-ci illər ərzində or­

ta  illik  yağıntı  40  -  60  mm  artmışdır.  Buna  müvafiq 

olaraq  əvvəlki  illərlə  müqayisədə  çaylarla  dənizə 

axan suyun da həcmi  10-11% artmışdır.  Bütün  bun­

lar  Xəzərin  səviyyəsinin  qalxmasına  bilavasitə  təsir 

etmişdir.

Qlobal  iqlim  dəyişiklikləri  ilə  yanaşı,  Xəzərin  sə­

viyyəsinin  tərəddüdünə  regionda  cərəyan  edən  tek­

tonik proseslər də  təsir göstərir.  Məlumdur ki,  Xəzər 

dənizini qərbdən,  cənubdan  və cənub-şərqdən əhatə 

edən dağ sistemlərində (Böyük Qafqaz, Talış, Əlburs 

və Kopetdağ) dağ əmələgəlmə prosesləri  davam edir. 

Böyük Qafqaz dağ sistemi  suyun altında  davam  edə­

rək Abşeron və Çələkən yarımadalarını suyun altında 

birləşdirir və beləliklə,  Orta  və Cənubi  Xəzər arasın­

da şərti sərhəd  rolunu oynayır.

Baş  verən  tektonik  proseslər  nəticəsində  Xəzər 

hövzəsində,  yerin  dərin  qatlarında  süxurlar  “sıxılır” 

və  “dartılır”.  Bunun  nəticəsi  olaraq  dənizin  təkində 

və  sahilyanı  ərazilərdə  seysmik  proseslər  fəallaşır. 

Hər  il  dənizin  dibində  zəif  və  orta  güclü  zəlzələlər 

müşahidə olunur. Seysmik baxımdan Orta və Cənubi 

Xəzər daha  fəal  hesab olunur.

Dənizin dibində baş verən zəlzələlərin əks-sədası 

sahil  ərazilərində  də  özünü  büruzə  verir.  Məsələn, 

2000-ci il noyabrın  25-də Abşeron yarımadasından  80 

km  aralıda  dənizin  dibində  baş  vermiş  güclü  zəlzələ 

Bakıda və ətraf yaşayış məntəqələrində yerin 5 - 6 bal 

gücündə silkələnməsinə səbəb olmuşdur.

1970  -  89-cu  illər  ərzində  bir  neçə  güclü  zəlzələ 

Xəzər  dənizinin  Dağıstan  və  İran  sahil  ərazilərində 

baş  vermişdir.  Tektonik  proseslərin  fəallaşması  nəti­

cəsində  Cənubi  Xəzərin  dibinin  relyef quruluşunda 

hündürlüklərin  amplituda  fərqləri yaranmışdır.

Tektonik  proseslərin  fəallığını  azaldan  çox  mü­

hüm  amillərdən  biri  palçıq  vulkanlarıdır.  Məlum  ol­

duğu kimi, dünyada aşkar edilmiş palçıq vulkanlarının 

təxminən  50%-i  Abşeron  yarımadası  və  onu  əhatə 

edən  sahil  zonasındadır.  Palçıq  vulkanlarının  püskür­

məsi  nəticəsində hər il  Abşeronun dəniz sahilində  bir 

neçə  “təpəlik”  əmələ  gəlir  və  qısa  müddətdən  sonra 

dəniz altında yox olur. Quruda isə palçıq vulkanlarının 

bir qismi fasilələrlə püskürməkdə davam edir.

Mövcud  təbii  proseslərlə yanaşı, Xəzər dənizinin 

səviyyəsinin  tərəddüdünə,  yəqin  ki,  insan  amili  də, 

daha  dəqiq  desək,  insanların  təcavüzü  də  təsir gös-

tərır.


Azərbaycan  Respublikası  Prezidentinin 

İşlər İdarəsi

PREZİDENT KİTABXANASI


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə