Tarix boyu Xəzər dənizinin səviyyəsi daim tərəd
düd etmişdir. Xəzər hövzəsində baş verən təbii pro
seslərin mənşəyi regiondan xeyli kənara çıxaraq pla
netar amillərin təsiri ilə bağlıdır. Qlobal iqlim dəyi
şikliyi, Dünya okeanının səviyyəsinin qalxması və
Günəşin fəallığı bütövlükdə Yer kürəsinin təbii şərai
tini dəyişməklə yanaşı, Xəzər dənizinin səviyyəsinə -
onun qalxıb-enməsinə də təsir göstərir. Xəzərin sə
viyyəsinin tərəddüdü ilk növbədə, yəqin ki, buradakı
su kütləsinin həcminin dəyişilməsi ilə izah edilməli
dir. Bununla belə, mütəxəssislərin fikrincə, iqlimdə
baş verən proseslər, Yerin təkinin şaquli hərəkətləri,
insanların təbiətə, o cümlədən də dənizə təcavüzü və
Günəşin fəallığının mütəmadi olaraq artıb-azalması
da Xəzərin səviyyəsinin tərəddüdünə təsir edən əsas
amillərdir.
Geoloji baxımdan nisbətən yaxın tarixi keçmişdə,
daha dəqiq desək, 5 min il öncə Xəzər dənizinin sə
viyyəsi -20 metr olub. O dövrdə Volqa çayının bugün
kü deltası və Xəzəryanı ovalıq, demək olar ki, olma
yıb. Dəniz səviyyəsinin indikindən 7 metr yuxarı ol
ması nəticəsində sahil ərazilərinin xeyli hissəsi suyun
altında qalıbmış. Arxeoloji və tarixi məlumatlar əsasın
da müəyyən edilib ki, Xəzər dənizin səviyyəsi son
2000 il ərzində -22 -30 metr arasında tərəddüd edib.
Ümumiyyətlə, dəniz səviyyəsinin dəyişilməsinin
izahında instrumental müşahidələr aparılmasının xü
susi əhəmiyyəti var. Bu istiqamətdə ilk addım isə
1830-cu ildə Bakının Bayıl burnunda ilk hidroloji
postun yaradılması olmuşdur. Sonrakı 70 il ərzində
Bayıl postu Xəzər dənizi sahilində yeganə hidroloji
müşahidə məntəqəsi olduğu üçün səviyyənin tərəd
düdü haqqında tam məlumat əldə etməkçün kifayət
deyildi. Odur ki Xəzər dənizinin digər sahil ərazilə
rində yeni hidroloji postlar yaradıldı. 1900-cü ildə
Mahaçqala və Küli-Mayakda, 1913-cü ildə Çələ-
kəndə, 1915-ci ildə Krasnovodskda (indiki Türkmən
başı), 1921-ci ildə Fort-Şevçenko və Qaraboğazqolda
belə hidroloji postlar təşkil olundu. Beləliklə, XX əs
rin ilk illərindən etibarən Xəzərin səviyyəsinin dəyi
şilməsinin monitorinq dövrü başlanır. Sonrakı illər
belə postların sayı daha da artmış, hazırda 20-ni öt
müşdür. Lakin səviyyə tərəddüdünü hesablayanda
dörd postun (Bakı, Mahaçqala, Fort-Şevçenko və
Türkmənbaşı) göstəriciləri əsas götürülür. Bu məntə
qələrin müşahidələri əsasında səviyyənin dəyişilmə
sinin orta göstəricisi müəyyən olunur.
Keçən yüzillikdə əldə edilmiş məlumatlar göstərir
ki, Xəzər dənizinin səviyyə tərəddüdü 3,2 metr ol
muşdur. Bu dövrdə Xəzərin ən aşağı səviyyəsi 1977-
ci ildə qeydə alınmışdır. Bu vaxt suyun səviyyəsi kri-
tik həddə -29 metrə çatmışdır.
Artıq 1978-ci ildən etibarən Xəzərin səviyyə tə
rəddüdü qalxma fazasına keçir. Səviyyənin qalxması
müxtəlif intensivliklə, demək olar ki, bugünkü dövrə
qədər davam etməkdədir. Suyun səviyyəsinin qalxma
sürəti ayrı-ayrı illərdə dəyişmiş, maksimum göstərici
si (+35 sm) 1991-ci ildə müşahidə edilmişdir. Xəzər
dənizində aparılan instrumental müşahidələrin 175 il
lik dövrü ərzində səviyyənin müasir qalxması ən
uzunmüddətli hesab olunur. 1979 - 2003-cü illərdə
səviyyə qalxan zaman orta illik göstərici +15 sm ol
muşdur. Əksinə, 1929 - 41-ci illərdə, yəni Xəzər dəni
zinin səviyyəsi enəndə orta illik göstərici -16 sm imiş.
Ümumiyyətlə, 1929 - 55-ci illər ərzində Xəzərin sə
viyyəsi 2,5 metr aşağı düşmüşdür.
Xəzər dənizin səviyyəsinin tərəddüdü ilə məşğul
olan mütəxəssislərin yekdil fikirlərinə görə, səviyyə-
nin dəyişilməsi dövri xarakter daşıyır. Müəyyən edil
miş dövrlərin davamiyyəti (22, 35 və 120 il) bilavasitə
iqlimdə baş verən qlobal proseslərdən asılıdır.
Bir çox alimlər belə hesab edirlər ki, planetar miq
yasda makrosinoptik vəziyyətin dəyişilməsi birbaşa
Günəş fəallığının artması ilə bağlıdır. Deməli, bu də
yişiklik Xəzər dənizin səviyyəsinin tərəddüdünə də
təsir göstərir. Buradan da səviyyənin dəyişilməsinin
Günəş fəallığından asılılığı fərziyyəsi meydana çıx
mışdır. Müqayisəli tarixi araşdırmalar zamanı səviyyə
nin dəyişilməsi və Günəşin 35 - 40 illik fəallıq dövrü
arasında uyğunluq müəyyən edilmişdir. Lakin bu fər
ziyyənin çox inandırıcı olmasına baxmayaraq, o, dəni
zin səviyyəsinin tərəddü
dü ilə bağlı bütün aydın
olmayan məsələlərin iza
hını verə bilmir.
Hələ XIX əsrdə Xəzər
dənizinin şərq sahillərin
də məskunlaşan xalqlar
onun Aral dənizi ilə yeral
tı əlaqəsi olduğunu söylə
yirdilər. Onların müşahi
dələrinə görə, dənizlərin
birində səviyyə qalxdıqda
digərində, əksinə, səviy
yə enirdi. Belə əlaqələn
dirilmə elmi cəhətdən əsassızdır və geoloji baxımdan
cəfəngiyatdır.
Səviyyənin dəyişilməsi ilə bağlı Xəzər dənizinin
su balansının öyrənilməsi istiqamətində çoxsaylı təd
qiqatlar aparılıb; müəyyən edilib ki, Arktikada hava
istiləşdikdə Antarktik siklonlar şimal istiqamətində
hərəkət etməyə başlayırlar. Xəzər hövzəsində isə, ək
sinə, qış mövsümündə antisiklonlar fəallaşır, güclənir.
Nəticədə qış dövründə Xəzər hövzəsində yağıntıların
həcmi azalır və bu da dənizin səviyyəsinin enməsinə
birbaşa təsir göstərir.
Xəzər hövzəsində yerləşən meteoroloji məntəqə
lərin məlumatlarına görə, 1978 - 95-ci illər ərzində or
ta illik yağıntı 40 - 60 mm artmışdır. Buna müvafiq
olaraq əvvəlki illərlə müqayisədə çaylarla dənizə
axan suyun da həcmi 10-11% artmışdır. Bütün bun
lar Xəzərin səviyyəsinin qalxmasına bilavasitə təsir
etmişdir.
Qlobal iqlim dəyişiklikləri ilə yanaşı, Xəzərin sə
viyyəsinin tərəddüdünə regionda cərəyan edən tek
tonik proseslər də təsir göstərir. Məlumdur ki, Xəzər
dənizini qərbdən, cənubdan və cənub-şərqdən əhatə
edən dağ sistemlərində (Böyük Qafqaz, Talış, Əlburs
və Kopetdağ) dağ əmələgəlmə prosesləri davam edir.
Böyük Qafqaz dağ sistemi suyun altında davam edə
rək Abşeron və Çələkən yarımadalarını suyun altında
birləşdirir və beləliklə, Orta və Cənubi Xəzər arasın
da şərti sərhəd rolunu oynayır.
Baş verən tektonik proseslər nəticəsində Xəzər
hövzəsində, yerin dərin qatlarında süxurlar “sıxılır”
və “dartılır”. Bunun nəticəsi olaraq dənizin təkində
və sahilyanı ərazilərdə seysmik proseslər fəallaşır.
Hər il dənizin dibində zəif və orta güclü zəlzələlər
müşahidə olunur. Seysmik baxımdan Orta və Cənubi
Xəzər daha fəal hesab olunur.
Dənizin dibində baş verən zəlzələlərin əks-sədası
sahil ərazilərində də özünü büruzə verir. Məsələn,
2000-ci il noyabrın 25-də Abşeron yarımadasından 80
km aralıda dənizin dibində baş vermiş güclü zəlzələ
Bakıda və ətraf yaşayış məntəqələrində yerin 5 - 6 bal
gücündə silkələnməsinə səbəb olmuşdur.
1970 - 89-cu illər ərzində bir neçə güclü zəlzələ
Xəzər dənizinin Dağıstan və İran sahil ərazilərində
baş vermişdir. Tektonik proseslərin fəallaşması nəti
cəsində Cənubi Xəzərin dibinin relyef quruluşunda
hündürlüklərin amplituda fərqləri yaranmışdır.
Tektonik proseslərin fəallığını azaldan çox mü
hüm amillərdən biri palçıq vulkanlarıdır. Məlum ol
duğu kimi, dünyada aşkar edilmiş palçıq vulkanlarının
təxminən 50%-i Abşeron yarımadası və onu əhatə
edən sahil zonasındadır. Palçıq vulkanlarının püskür
məsi nəticəsində hər il Abşeronun dəniz sahilində bir
neçə “təpəlik” əmələ gəlir və qısa müddətdən sonra
dəniz altında yox olur. Quruda isə palçıq vulkanlarının
bir qismi fasilələrlə püskürməkdə davam edir.
Mövcud təbii proseslərlə yanaşı, Xəzər dənizinin
səviyyəsinin tərəddüdünə, yəqin ki, insan amili də,
daha dəqiq desək, insanların təcavüzü də təsir gös-
tərır.
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI