Gips sarğısının fəsadları
1
Yuxarıda göstərilən metod diqqətlə tətbiq edilərsə ağırlaşmalar nadir olur.
BeĢik ayaq(rocker bottom) deformasiyası
axil tendon gərginliyi olduğu halda
ayağın erkən dorzifleksiyaya gətirilmək istənməsi nəticəsində yaranır.
SıxıĢmıĢ barmaqlar
Gips sarğısının sıx dolanması nəticəsində əmələ gəlir.
Gips sarğısının dolanması zamanı ayaq biləyi üst tərəfində gipsin şəkilləndirilməsi yerinə
daban üzərində təzyiq edilərsə yastı ayaq altı əmələ gəlir.
Səthi yaralara
sarğı tətbiq edilir və daha qalın pambıq qatı dolandıqdan sonra yeni
gips sarğısı qoyulur.
Təzyiq yaraları
səhv müalicə nəticəsində əmələ gəlir. Aşıq sümüyü başı, daban
2
üstü, birinci ayaq daraq arxası sümük altı, diz arxası və qasıq nahiyyəsi bu yaraların
sıx görüldüyü yerlərdir.
Dərin yaralara
sarğı qoyulduqdan sonra gipssiz bir həftə sağalmasını gözləmək
lazımdır. Ardından yaraların təkrarlanmaması üçün gips sarğısı diqqətlə qoyulur.
Gips sarğısının çıxarılması
Hər gips sarğısı yeni gips tətbiqindən əvvəl xəstəxanada çıxarılır. Gips sarğısı-
nın xəstəxana xaricində əvvəlcədən çıxarılmasının qarşısını alın, çünki yeni gips
sarğısı qoyulana qədər müəyyən düzəlmə itirilə bilər.
Gips sarğısının çıxarılma üsulları
Gips çıxarma motorunu istifadə etməyin, çünki
3
uşağı və ailəni qorxudur. Eyni zamanda dəriyə zərər verə bilər.
Gipsi əvvəlcə yumşaltmaq üçün təqribən 20 də-
Gips bıçağı ilə sarğının çıxarılması
qiqə suda tutun, sonra islaq bezlərlə ətrafını dolayın. Bu xəstəxanaya gəlmədən öncə evdə
də valideynlər tərəfindən edilə bilər. Dərini kəsməməkdən ötrü bıçağı [1] çəp istiqamət-
də [2] tutun. Əvvəlcə gipsin diz yuxarısındakı hissəsini çıxarın [3]. Daha sonra diz altın-
dakı hissəsini çıxarın [4].
Bu faydalı metoddur, ancaq daha uzun çəkir.
İslatmaqla gipsin çıxrılması
Gipsi su içində isladın [5] və tamamilə yumşaldıldıqdan sonra çıxarın [6].
Bu prosesi asanlaşdırmaq üçün gips sarğısının ucunu sərbəst buraxın.
4
5
6
12
Tez-tez görülən müalicə xətaları
1
Ayağın pronasiya və ya eversiyası
Bu vəziyyət kavusu artıraraq deformasiyanı [1] ağırlaşdırır. Pronasiya vəziyyəti adduksiyada
və inversiyada olan daban sümüyünün aşıq sümüyü altında kilitlənməsinə səbəb olaraq abduk-
siyanın qabağını alır. Bu orta və ön ayaqdan keçən yenə eversiya deformasiyası əmələ gətirərək,
ayağın lobyayabənzər hala gəlməsinə səbəb olur. ―Thou shall not pronate„ pronasiyaya gətirmə.
Daban sümüyü varusda ikən eksternal rotasiya ilə adduksiyanın
düzəldilməsi
Bu aşıq sümüyünün aşıq-baldır oynağında eksternal rotasiyası ilə lateral malleolun pos-
teriora yerdəyişməsinə səbəb olur. Bu yerdəyişmə iatrogen deformasiyadır.
Aşıq sümüyü başının lateral tərəfinə [2 baş barmaq vəziyyəti] yavaşca təzyiq göstərərək
ayağı fleksiyada abduksiyaya və supinasiyaya gətirib medial ayaq daraqarxası bağları gər-
dirərək bu problemin qabağını ala bilərsiniz. Bu hərəkət aşıq sümüyü altında daban sümüyü-
2
nün abduksiyaya gətirilməsi ilə daban varusunu düzəldəcək.
Kaytin manipulyasiya metodu
Kayt daban varusunun sadəcə daban sümüyü eversiyası ilə düzələcəyinə inanırdı. O daban
sümüyünün sadəcə aşıq sümüyü altında abduksiyada (yana rotasiya və s.) ikən eversiyaya gələ
biləcəyini diqqətə almamışdı.
Daban-kubabənzər oynaq [2 qırmızı nöqtə] yanında ayağın yan tərəfinə baş barmaqla basa-
raq midtarsal oynaqlardan ayağı abduksiyaya gətirmək, daban sümüyünün ab-
duksiyasına mane olur və daban varusunun düzəlməsinin qarşısını alır. Ayağın aşıq sümü-
yü başı (baş barmaq göstərilmişdir) ətrafında abduksiyasından əmin olun.
Gips sarğısı qoyularkən buraxılan xətalar
3
Manipulyasiya xətaları:
Hər manipulyasiya sonrası ayaq bağları maksimum gərgin
vəziyyətdə immobilizasiya edilməlidir. Gips sarğısı içində bağların gərginliyi azalır və
bir sonrakı gipsləmə zamanı daha çox gərdirilməsi üçün şərait yaranır.
Qısa gips sarğısı:
Gips qasığa qədər uzadılmalıdır. Qısa gips sarğıları daban sümüyünü
abduksiyada tutmur [3].
Vaxtından əvvəl ekinizmin düzəldilməsi:
Daban varusu və ayaq supinasiyası düzəl-
dilməmiş ekinizmin düzəldilmə təşəbbüsü beşik ayaq deformasiyasına yol açır. Ekinizm
aşıq-daban oynağından daban sümüyünə abduksiya verilərək düzəldilə bilər.
Gecə Ģinası istifadəsi xətaları
Ayağı abduksiyada tuta bilmədiyi üçün qısa ayaq şinası [4] istifadə etməyin. Gecə şina-
sı 3 ay gün boyu və sonra 4 il gecələri taxilmalidir. Residivlərin ən sıx səbəbi şinalamanın
düzgün tətbiq edilməməsidir .
Mükəmməl anatomik düzəlmə əldə etmə təĢəbbüsləri
4
Yerini dəyişmiş sümüklərin erkən düzəldilməsinin normal anatomiya ilə nəticələnəcəyini
düşünmək doğru olmazdı. Uzun müddətli müşahidələr radioqrafiyalarda anormallıq oldu-
ğunu göstərir. Buna baxmayaraq, əyripəncəliyin uzun müddətli yaxşı nəticələrini ümid
etmək olar. Ayağın radioqrafik görüntüsü ilə uzun müddətli funksiyası arasında korrelya-
siya yoxdur.
13