Ног bir müharibə sülhlə qurtarır. Ona görə də biz ordumu
zu möhkəmlətməklə yanaşı, sülh danışıqları aparılması üçün də
fəaliyyət göstəririk. Bu, asan məsələ deyil. Biz beynəlxalq təşki
latların, dünyanın böyük, nüfuzlu dövlətlərinin imkanlarından
ardıcıl surətdə istifadə edirik. Bu gün sizə deyə bilərəm ki, sülh
məramlı danışıqlar, atəşkəs haqqında sazişlər dünya ictimaiyyə
ti tərəfindən müsbət qarşılanır. Biz beynəlxalq təşkilatlarla, dün
yanın böyük dövlətləri olan Rusiya, Amerika Birləşmiş Ştatları
ilə və Avropa ölkələri, qonşu Türkiyə və İranla, başqa dövlətlərlə
danışıqlar aparırıq. Onlar da indi sülh danışıqları aparılmasını
zəruri sayır və özləri də bu istiqamətdə çalışırlar. Biz bu xəttimi
zi davam etdirəcəyik.
Atəşin dayandırılması hələ müharibənin qurtarması demək
deyildir. Biz, sadəcə olaraq, hər bir vasitədən istifadə edirik və
atəşkəs də belə vasitələrdən biridir. İki gün əvvəl mən ATƏM-
in Minsk qrupunun sədri cənab Yan Eliassoııu qəbul etmişəm.
Danışıqlarımızdan sonra o, Ermənistana getmiş və bu gün təzə
dən Bakıya qayıtmışdır. Biz hər gün danışıqlar aparırıq. Bunla
rın bəziləri haqqında məlumat mətbuat vasitəsilə xalqa çatdırılır.
Siz də, bütün Azərbaycan xalqı da bilin və əmin olun ki, biz ge
cəli-gündüzlü bu işlərlə məşğuluq və ölkəmizi bu ağır bəladan
qurtarmaq istəyirik.
Müharibə xalqımıza hədsiz müsibətlər gətirmişdir. Bu müqəd
dəs gündə Allahın evində - Təzəpir məscidində bir daha deyirəm
ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi,
xalqımızın milli azadlığı uğrunda şəhid olanların xatirəsi qəl
bimizdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin! Şəhid
ailələri hər birimizin qayğısını hiss etməlidir. Şəhid ailələrinə
qayğ! göstərmək üçün dövlət əlindən gələni edir və edəcəkdir.
Eyni zamanda, hər bir vətəndaş, imkanlı adam, hər bir təşkilat
və cəmiyyət şəhid ailələrinin vəziyyəti ilə daim maraqlanmalıdır.
Bu müharibə dövründə Vətənin müdafiəçilərinin bir qismi
döyüşlərdə aldığı yaralardan şikəst, əlil olmuşdur. Onlar cəmiy
Hcydor Əliyev siyasəti: TOLERANTLIQ
________ ___________________
62
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
yətimizdə ən hörmətli adamlardır. Bu adamlara qayğı göstər
mək, onların problemlərini həll etmək hamının borcudur. Dövlət
də bu sahədə lazımi tədbirlər görür. Güman edirəm ki, ictimai
təşkilatlar, dini qurumlar, məscidlər də bu adamlardan qayğı və
köməyini əsirgəməyəcəkdir.
Azərbaycanın müstəqilliyini qorumaq üçün ordumuz möh
kəmləndirilməlidir. Ona görə yox ki, biz müharibə aparmaq istə
yirik. Biz bu fikirdə deyilik, məsələnin sülh yolu ilə həllini istə
yirik. Bu da müəyyən şərtlərlə bağlıdır. Yəni, Ermənistan silahlı
qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilməli,
respublikamızın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı
təmin edilməli, Azərbaycan dövləti öz ərazisinin hər bir nöqtə
sində hakim olmalıdır. Biz bu şərtlərlə sülh danışıqları aparır,
müharibəyə son qoymağa çalışırıq.
Bununla yanaşı, silahlı qüvvələrimizin daha da möhkəmləndi
rilməsini unutmamalıyıq. Ona görə ki, cəbhə bölgəsində torpaq
larımızı etibarlı müdafiə edə bilək. Həm do ona görə ki, hər bir
müstəqil dövlətin güclü ordusu olmalıdır. Müstəqil Azərbayca
nın belə bir güclü ordusunun yaranmasında dinimizin qoyduğu
yol insanların torpağa, öz xalqına, mənəviyyatına sədaqətli olma
sına kömək etməlidir. Dindarlardan, ruhanilərdən, dini təşkilat
lardan, məscidlərdən rica edirəm ki, ordumuzun möhkəmləndi
rilməsi, burada yüksək mənəviyyatlı əsgər və zabitlərin xidmət
etməsi üçün əlinizdən gələni əsirgəməyin. Çünki mənəviyyatı
mızın əsasını milli ənənələrimiz, İslam dini təşkil edir. Ona görə
də siz, gənclərə nə qədər saflıq, təmizlik, Vətənə sədaqət kimi
keyfiyyətlər aşılasanız, onları bu ruhda tərbiyə etməyə çalışsanız,
ordumuz bir o qədər möhkəm, qüdrətli, Azərbaycanın müstəqil
liyini həmişə müdafiə etməyə qadir olacaqdır.
Bilməlisiniz ki, Azərbaycan öz müstəqilliyini heç vaxt əldən
verməyəcək. Azərbaycanın hər bir vətəndaşı, hər bir müsəlman
çalışmalıdır ki, bu müstəqillik, ölkəmizin beynəlxalq mövqeyi,
daxili ictimai-siyasi vəziyyəti möhkəmlənsin. Bu yolda sizin də
böyük rolunuz, xidmətləriniz ola bilər.
63