Bəs gəmidəkilər nə baş verdiyini güman eləyənə qədər görək körpənin
a
qibəti necə oldu. Körpənin qismətinə yazılanlardan xəbər tutaq.
Körpə soyuq, dalğalı dənizə düşdü. Yazıq,yazıq...
Balaca canına nazik ağ sarınmış körpə dənizin sərin suyuna qərq
oldu. Isti ana qucağından soyuq suya düşən körpə titrəməyə , böyük
dalğaların arasında çabalamağa başladı.
Binəva balanın dünyaya gəldiyi ilə başına gəldi?
Bəli, qurunun öz yazılmamış qanunları, dənizin də öz qanunları var.
Hər bir canlı, istər quruda yaşasın, istər suda,bu yazılmamış qanunlara riayət
etməlidir. Yoxsa.., yoxsa o,məhv olar.
Körpə suya düşdü. O,üzə bilmədiyindən yavaş
-
yavaş suyun dibinə
enirdi.
Günahsız körpə suyun dibinə enməkdə olsun, sizə kimdən deyim,
nədən danışım, dənizdə yaşayan Su aslanında
n.
Körpənin ağlamaq səsini
Su aslanı eşitdi. Bu səsi özünün təzə
doğulmuş balasının səsinə oxşatdı. Su aslanı da bir neçə gün idi ki,
balalmışdı,onun beş balası doğulmuşdu. O, gündə bir neçə dəfə balalarını
əmizdirəndən sonra onları bir
-bir y
uvadan çıxarır, suyun üzərinə qaldırırdı ki,
balaları hava alsın. Körpə balalar üzməyi təzə
-
təzə öyrənirdi. Özləri suyun
üzərinə qalxa bilmirdilər ki, hava alıb, yenə də yuvalarına qayıtsınlar. Ona
görə də tez
-
tez analarını köməyə çağırırdılar. Belə anda ana gecikərdisə,
havasılıqdan balalarının ciyərləri partlaya bilərdi. Ona görə də balasının səsini
eşidən kimi, Su aslanı uzaqda da olsa, tez özünü balalarına çatdırırdı.
İndi də Su aslanı dənizdə arxayın
-
arxayın üzür, balalarına yem axtarırdı. Birdən
səs eşitdi. Səs gələn tərəfə getdi. Elə bildi ki,
ağlayan, çağıran onn balasıdır. Amma körpənin
yanına üzəndə baxdı ki, imdada çağıran onun
balasıdır. Amma körpənin yanına üzəndə baxdı
ki, imdada çağıran onun balası deyil. Su aslanı
dənizdə heç vaxt belə canlıya rast gəlməmişdi.
Ürəyi yumşaq Su aslanı görəndə ki, körpə
boğula
-
boğula suyun dibinə enir, onu imdadına
çatdı. Fikirləşdi ki, ″bu qəribə balıq” yəqin,uzaq
-
uzaq dəryalardan üzüb gəlib. Sonra gördü ki,
yox, canlı üzə bilmir, az qalır boğulsu
n, imdad
diləyir,qışqırır. Onun balası hava istəyəndə
necə çığırırdısa da elə səs çıxarır. Gözlərinin
kənarları qaralır. Su aslanı bunu həmin an başa
düşdü. Yazığı gəldi ona. Onu qucaqlayıb
qaldırdı düz, suyun üzünə.
Körpə balaca ağzını geniş açıb
ağız dolusu nəfəs almağa başladı.
Bapbalaca ciyərləri doyana qədər nəfəs çəkdi. Sonra sakitləşdi. Elə sakitləşən
kimi də Su aslanın döşündən süd əmməyə başladı. Bir anlığa Su aslanına elə
gəldi ki, bu "qəribə canlı" da da onun balalarından biridir. O, körpəni əmizdirə
-
əmizdirə balalrının yanına
-
yuvasına gətirdi. Balaca Su aslanları körpəni
tumarlamağa, onunla oynamağa başladılar.
Su aslanı öz xeyirxahlığından xoşlandı. Körpə də qığıldamağa, onlarla
oynamağa başladı.
Su aslanının başı öz balalarına qarışmışdı. Bir də gördü ki, körpənin
gözlərinin altı qaralıb, qarnı şişib. "Yazıq yenə boğulur", deyə fikirləşdi. Su
aslanı nazik bir dəniz tikanı tapdı. Onu körpənin hər iki qulağına batırıb deşdi.
Bundan sonra körpənin qarnınagetmiş bütün su onun qulaqlarından çölə axıb
-
töküldü. Bunu Su aslanı yaxşı bilirdi. Çünki onun neçə balası olmuşdusa,
qulaqlarını özü deşmişdi ki, onlar su ilə rahat nəfəs ala bilsinlər.
Körpə suda yaşamağa alışdı. Balaca Su aslanları ilə bir yerdə oynamaq
onun ço
x xoşuna gəldi.
Nağıl dili yüyrək olur, deyərlər. Günlər keçir, körpə gün
-
gündən dənizdə
yaşamağa öyrəşirdi. O da balıqlar kimi suyu ciyərlərinə çəkir, sonra isə həmin
suyu təzədən qulaqlarından buraxırdı. Üzməkdə isə Su aslanlarından heç də
geri
qalmırdı.Gün ərzində onlar kimi dəfələrlə suyun üzərinə qalxaraq hava
alır, sonra yenə də suyun dərinliklərinə baş vururdu. Havası çatmayanda daha
Su aslanını köməyə çağırmır, özü suyun üzünə qalxır, hava alıb qayıdırdı.
Acanda da Su aslanını axtarmır, dəniz bitkilərindən,dəniz meyvələrindən yeyib
başını saxlayırdı. Amma xoşlamadığı bir şey var idi: balaca balıqlar körpəni
sancıb qaçanda hirslənir, onlara səmt üzür, tutub,balaca əlləri ilə sıxıb,
incidəndən sonra onları təzədən buraxırdı. ərköyün körpə gecələr yatanda Su
aslanının balalarını anasına yaxın buraxmır, özü onun qucağına qısılıb yatırdı.
Su aslanı hara üzürdüsə, çox vaxt onun ardınca üzürdü.
Günlər keçir, körpə sudakı, qurudakı bütün canlılar kimi yavaş
-
yavaş
böyüyürdü. O,balıq dilini başa düşür, hətta yavaş
-
yavaş onlar kimi səslır
çıxarır,danışırdı. Dənizin gözəlliklərini sevir, yırtıcı qanunları ilə mübarizə
aparırdı. Bu yırtıcı qanunlardan biri də o idi ki,körpə daim özünü güclülərdən
qorumalı idi ki, yaşaya bilsin.
Dəniz sultanı onların sualtı səltənətində adam yaşadığından xəbər
tutanda Su aslanını və onun qoruduğu insanı hüzuruna çağırtdırdı. Su
aslanını xeyirxahlığına görə tərif etdi. Uşağa Dəniz balası adı qoyub dedi:
-
Dəniz mirvarisindən yaransan da insan balasısan. Tanrı isə insanlara
quruda yaşamağı tövsiyə edib. Hər şey Tanrının göstərdiyi kimi olmalıdır. Sən
bir gün dənizdən ayrılıb insanların yanına qayıdacaqsan. Onlar səni axtarıb
-
tapacaq və qolundakı mirvaridən tanıyacaqlar. Həmin insanlar gəlib səni
həmişəlik dənizdən ayıracaqlar. İndi isə sənə su xeyir –dua verirəm. Qoy
Tanrı özü səni qorusun!