olacaq, yeriyəndə ayaqlarının altına güllər səpiləcək , xalılar döşənəcək.Yalnız
ağıllı , zəkalı bir qız Səhralar səltənəti başçısının xanımı olmağa layiqdir. İndi
isə birinci sualımı verməyə hazıram.
Qızlar həyəcanlarını gizləyərək razılıqla baş əydilər.
Şah birinci sualını verdi
:
-
Dinləyin sualımı. Düşünün cavabını. Sualım belədir:Ovçunun atdığı ox
ceyranın sağ ayağından dəyib sol qulağından çıxmışdır. Bunun necə mümkün
olduğunu tapıb mənə cavab verməyiniz üçün sizə səhərəcən vaxt verirəm.
Qızlar təəccüblə bir
-bi
rlərinin üzünə baxıb çiyinlərini çəkdilər.Amma nə
etmək olardı? Şah öz sualını vermişdi.Onlar da fikirləşməli,suala cavab
tapmalıydılar.
Qızlar üzdən gülümsədilər, amma daxildən qəm çəkə
-
çəkə çadırlarına
getdilər.axşamacan baş sındırdılar. Nə qədər fikirləşdilərsə də, suala cavab
tapa bilmədilər ki bilmədilər.
Səhərə yaxın şahzadələr bir
-
birlərindən xəbərsiz, dərdli
-
kədərli şahın
hüzuruna getməyə hazırlaşdılar.Qoy qızlar şahın hüzuruna getməyə
hazırlaşsınlar,sizə kimdən deyim, kimdən söhbət açım,Hind şahzadəsi
Sindinin kənizi ağcadan.Ağca sahibəsinin qəmli olduğunu görəndə dözmədi,
səbəbini soruşdu:
-
Şahzadə,nə səbəbdən məyus olmusan?Kim xətrinə dəyib? Bəlkə
azarlamısan? Səbəb nədir ki,qanın belə qaradır?
Sindinin xasiy
yəti çox ağır idi.Şahın verdiyi suala da cavab tapa
bilmədiyindən lap hirslənmişdi:
-
Hər şeyi bilməsən olmaz.Eşit, Ağca, deyim nə baş verib.Səhra şah
evlənmək ücün özünə ağıllı qız axtarır.bunun üçün evlənmək istədiyi qızlara
çətin suallar verir.suallarına düzgün cavab verən şahzadə onun xanımı
olacaq.Şərtinə görə, hansı qız onun suallarına cavab verərsə, onunla
evlənəcək. Birinci sualını verib.Gecədən nə qədər baş sındırmışam, ona
cavab taa bilməmişəm ki bilməmişəm.
Ağca
maraqla soruşdu
:
-
Nə sualdır elə, deyərsənmi mənə,sahibə?
Qız acığını kənizin üstünə tökdü:
-
Mən cavab tapa bilmədiyim suala sən heç vaxt cavab tapa
bilməzsən!Nə işinə gərəkdir,nə sualdır? Get işinə!
Kəniz
yavaşcadan,qorxa
-qorxa dedi:
-
Bəlkə elə cavabı bilirəm?
Ağcanın sözlərini eşidən şahzadə da hirsləndi:
-
Sualı deyəcəyəm, cavabını tapa bilməsən , saçlarını dibindən qırxdırıb
səni keçəl eləyəcəyəm.
Ağca razılaşdı:
-
Baş üstə,xanım,razıyam,onsuz da mənim başım da, üzüm də həmişə
bağlı olur, kimdir saşlarımı görən, məsləhətdirsə, sualı de.
Şahzadə şahın verdiyi sualı kənizə dedi:
-
Ovçunun atdığı ox ceyranın sağ ayağından dəyib sol qulağından
çıxmışdır.Bunun necə mümkün olmasını tapıb şaha deməliyəm.
Kəniz sevincək dedi:
-
Xanım, bu sualın cavabı çox sadədir. Şaha deyərsən ki, ovçu oxu atan
zamanda ceyran sağ ayağıyla sol qulağını qaşıyırmış. Odur ki,ox ceyranın
ayağına dəyəndən sonra qulağına girmişdir.
Xanım Ağcanın cavabına mat
-
məəttəl qaldı. Cavan ağlabatan idi.
Ona görə də kefi kökəldi, bəzənib şahın hüzuruna getdi.
Əvvəlcə İran, sonra isə Ərəbistan şahzadəsi peşman
-
peşman suala
cavab tapmadıqlarını söylədilər.
Sindi isə kənizi deyən cavabı eşitdiyi kimi şaha söylədi:
-
Bu sualın cavabı çox sadədir.Ovçu oxu atan zamanda ceyran sağ
ayağıyla sol qulağını qaşıyırmış.odur ki,ox ceyranın ayağına dəyəndən sonra
qulağına girmişdir.
Şah hind qızının cavabından razı qaldı.
Daha sonra ikinci sualını vermək üçün söhbətinə başladı:
-
Tanrının yaratdığı nemətlərdən od,su,dəmir həmişə bir
-
birlərinə
düşmən sayılıblar. Səbəbi nədir bunun?
Qızlar məəttəl
-
məəttəl bi
r-
birlərinə baxdılar."Bu nə qəliz suallardı belə
şah onlara verir?"
-
deyə ürəklərində Səhra şahı qınadılar.Şahzadələr dərindən
ah çəkdilər,budəfəki sualın cavabını tapa bilməyəcəklərini əvvəlcədən yəqin
elədilər.
Şah yenə də qızlara bir gün vaxt verdi.Qızlar çadırlarına çəkilib baş
sındırmağa başladılar.
Səhər Ağca yuxudan qalxanda fikir verib gördü ki,xanımının gözlərinin
altı qaralıb. Qara çöhrəsi biraz da tutulub. Soruşdu:
-
Nə olub, xanım ,olmaya azarlamısan?
Şahzadə hikkə ilə dilləndi:
-
Yox,azarlamamışam, amma azarlasaydım bundan yaxşı olardı.Şah
ikinci sualını verib.əvvəlkindən də çətin.Deyir ki, Tanrı yaratdığı nemətlərdən
od, su, dəmir həmişə bir
-
birlərinə düşmən sayılıblar.Səbəbi nədir
bunun?Belə
də sual olar?Məgər cansız əşyalar da bir
-
birinə düşmən olar?Şah bizi ələ
salır.bizim heç birimizlə evlənmək fikri yoxdur deyə,belə qəliz suallar verir.
Bax, bu suala cavab axtardığıma görə səhərə qədər yata bilməmişəm.
Kəniz çox fikirləşmədən dedi:
-
Bu sualın cavabı əvvəlkindən də asandır,xanım.Od sudan
qorxur.Çünki yalnız su ona qalib gəlib,söndürə bilir.Dəmir isə oddan
qorxur,çünki oddan başqa heç bir şey dəmiri əridə bilmir.Dəmir özü də suyu
sevmir, çünki su dəmiri paslandırıb, çürüdür. Elə ona görədir ki,Tanrının bu üç
neməti bir
-
birinə düşmən sayılır.bax, şahın verdiyi sualın cavabı budur.Şaha
belə də deyərsən!
Cavab şahzadənin beyninə batdı.Sevincək durub geyindi,bəzəndi,
şahın hüzuruna getdi.
Yenə də dünənki kimi, İran və Ərəbistan şahzadələri şaha baş əyib
sualın cavabını tapmadıqlarını bəyan etdilər.
Sindi isə ağıllı bir görkəm alaraq kənizin dediyi cavabı olduğu kimi
şaha çatdırdı. Şah hind gözəlinin cavabından məmnun qalıb qızlara üçüncü
sualını verdi: