Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

QURANİ-KƏRİM (QURAN VƏHYİ)
41
2.  Quran  Qədr  gecəsindən  başlayaraq  təqribən  iyirmi  üç 
ildə  meydana  gələn  hadisələrə  görə  müxtəlif  zamanlarda  Hz. 
Mühəmmədə endirilmşdir.
3. Quran iyirmi üç Qədr gecəsində dünya səmasına endirilmş 
və hər Qədr gecəsi Allahın o bir Qədr gecəsinə qədər təyin etdiyi 
miqdarda enmişdir. Oradan da Hz. Peyğəmbərə nazil olmuşdur. 
Əz-Zərkəşi  isə  bu  görüşlər  içərisində  ən  doğru  olanın  birinci 
görüş  olduğunu  və  alimlərin  əksəriyyətinin  də  bu  görüşü  qəbul 
etdiklərini söyləyir. Bu görüşü mənimsəyənlərin dəlili İbn Abbas-
dan nəql edilən “ Quran dünya səmasına Qədr gecəsində topdan 
endirildi. Oradan da iyirmi üç il ərzində hissə-hissə nazil oldu”.
45
 
Lakin bu fikrə qarşı çıxan alimlərdə vardır. Onlar ikinci görüşün 
ağla daha uyğun olduğu qənaətindədirlər.
3. Quranın tədricən endirilməsinin hikməti
Qurani-kərim  topdan  deyil,  iyirmi  üç  il  ərzində  tədricən  en-
dirilmişdir.  Vəhy  zəncirinin  son  halqası  olan  Quran  hər  hansı 
bir  zamana  aid  olmayıb  endiyi  andan  etibarən  bütün  zamanlara 
və  bütün  bəşəriyyətə  xitab  edir.  O  nazil  olarkən  bir  tərəfdən  na-
zil olduğu dövrün cəmiyyətinin ehtiyaclarına cavab vermiş, digər 
bir  tərəfdən  də  ümumi  mənada  fərdlərin  və  cəmiyyətlərin  möh-
tac  olduqları  beynəlmiləl  prinsiplər  gətirmişdir.  Son  ilahi  vəhyin 
məqsədi bu olduğu üçün o, endirildiyi cəmiyyəti bütün bəşəriyyətə 
nümunə olacaq “ideal bir ümmət” səviyyəsinə gətiməli idi. Buna 
görə  də  Quran  həmin  cəmiyyəti  formalaşdırmaq  üçün  tədricilik 
metodundan istifadə etmişdir. Tədrici şəkildə nazil olan Quran bir 
tərəfdən  “iman-əxlaq”  zəminini  formalaşdırarkən,  digər  tərəfdən 
də müəyyən vaxtlarda daimi və ümumi hökümlər gətriməyə da-
vam etmişdir.
45   Təbəri, Camiul-bəyan, XXX/166.


TƏFSİR ÜSULU VƏ TARİXİ
42
 Quranın tədricən nazil olması onun yeni baş verəcək hadisələrə 
paralel  olaraq  endirilməsi  ilə  əlaqədardır.  Bu  da  fərdi  və  ictimai 
inkişafın ilahi iradə istiqamətində formalaşması deməkdir. Çünki 
Quran  endiyi  cəmiyyəti  bütün  bəşəriyyətə  nümunə  olması  üçün 
hazırlayırdı. 
Quranın  tədricən  endirilməsininə  eyni  zamanda  asanlıq  və 
çətinlik  prespektivindən  də  yanaşmaq  lazımdır.  Quran  asandan 
çətinə  metodunu  tətbiq  etmişdir.  Bunlardan  başqa  Quranın  belə 
fasilələrlə  enməsi  İslam  hüquqçuları  üçün  çox  əhəmiyyətlidir. 
Belə  ki,  onlar  hökm  çıxararkən  ayələrin  nüzulu  əsnasındakı 
xüsusiyyətləri  diqqətə  alır  və  səbəblərlə  hadisələr  arasında  əlaqə 
qura bilirlər. Bu da ayələrin mənalarının anlaşılmasını, təfsirini və 
onlardan hökm çıxarmağı asanlaşdırır.
Tədricilik metodunun tətbiq olunmasının ən əsas səbəblərindən 
biri də Quranın beynəlmiləl bir kitab olmasıdır. Çünki onun tətbiq 
olunduğu  cəmiyyət  ideal  bir  cəmiyyət  olmuş  və  bu  cəmiyyət 
özündən sonra gələcək bütün cəmiyyətlərə örnək təşkil etmişdir.
D. Quranın fəsilləri
Qurani-kərim digər kitablar kimi qısa bir müddətdə tərtib və 
təsnif  edilməmişdir.  Onun  mövzuları  iç-içədir.  Bunun  da  səbəbi 
Allah  kəlamının  endiyi  dövrün  dini,  əxlaqi,  siyasi,  iqtisadi,  icti-
mai və s. şərtlərini göz önündə tutmasıdır. Quran mətni əsasən iki 
bölümdən ibarətdir. Bunlar ayələr və surələrdir:
1. Ayə
Ayə lüğətdə “ hər hansı bir şeyin varlığını göstərən əlamət” mənasına 
gəlir. Bundan başqa “açıq işarə”, “dəlil”, “ibrət” və “möcüzə” kimi an-
lamları da vardır. Termin olaraq da “bir və ya birdən çox cümlədən 


QURANİ-KƏRİM (QURAN VƏHYİ)
43
meydana gələn, əvvəli və sonu olan Quran bölməsi” kimi tərif edilmiş-
dir. Ayələr də öz arasında iki yerə ayrılır:
1. Kövni ayələr: Kainatdakı her şeyi kövni ayə adlandıra bilərik. 
İnsan, günəş, ay, planetlər və s. hər biri bir ayədir. Bu ayələrə “feli”, 
“təkvini” və “elmi” ayələr də deyilir. 
2. Qövli ayələr: Peyğəmbərlərə endirilən bütün ilahi kitablar, o 
cümlədən Qurani-kərim də qövli ayələrdir. Bu ayələr eyni zaman-
da “təşrii”, “tənzili” və “vəhy” ayələr adlandırılr. Bu növ ayələri 
alimlər, “məkki-mədəni”, “ərzi-səmavi”, “hazari-səfəri”, “nəhari-leyli”, 
sayfi-şitəi”, “firaşi-növmi” kimi qruplara bölmüşlər.
Quranda  ayələrin  sayı  haqqında  alimlər  arasında  yek-
dil  fikir  yoxdur.  Bəziləri  onların  sayının  6600  olduğunu  qeyd 
edərkən, bəziləri bu rəqəmin 6204, 6214, 6219 və s.kimi olduğunu 
söyləmişlər. Ayələrin sayındakı bu fərqliliyin səbəbi bəzi ayə son-
larının, surələrin başında yazılan bəsmələnin ayə sayılıb-sayılma-
masından və hürufu-müqəttəənin müstəqil ayə kimi qəbul edilib-
edilməməsindən qaynaqlanır.
Ayələri bir birindən ayıran son kəliməyə “fasilə”, bu kəlimənin 
son hərfinə də “hərfu-fasilə” deyilir. Quranın ən uzun ayəsi “müda-
yənə ayəsi” deyilən Bəqərə surəsinin 282-ci ayəsidir. Ən qısa olan 
ayələri isə Yasin 36/1, Rəhman 55/1, 64, Müddəssir 74/21, Fəcr 89/1, 
Duha 93/ 1, Əsr 103/1 ayələridir.
İlk nazil olan ayələr Ələq surəsinin ilk beş ayəsi, Bəqərə 281, 
Maidə 3, Nisə 176, Nəsr 1-3 ayələrinin hər birinin isə son nazil olan 
ayələr olduğu haqqında rəvayətlər vardır. Ayələr endikləri yer və 
məkana görə də iki yerə bölünürlər: Məkki və mədəni ayələr.


TƏFSİR ÜSULU VƏ TARİXİ
44
a. Məkki ayələr
Qeyd olunduğu kimi Quran iyirmi üç il ərzində nazil olmuşdur. 
Bunun on üç ilini Hz. Peyğəmbər Məkkədə, on ilini isə Mədinədə 
yaşamışdır.  Quran  Məkkədə,  Mədinədə  və  digər  şəhərlərdə  na-
zil  olmuşdur. Ancaq  alimlər  ayələri  əsasən  iki  qrupda,  məkki  və 
mədəni  ayələr  olaraq  ələ  almışlar.  Hz.  Peyğəmbərin  Mədinəyə 
hicrətinə qədər enən ayələr məkki ayələr adlandırılmışdır.
Quran nazil olmağa başlayanda Məkkə cəmiyyətində sosial və 
iqtisadi tarazlıq pozulmuş, əxlaqi səviyyə çox aşağı idi. Məkkədə 
qatı bütpərəstlik etiqadı və qəbiləvi, maddəçi əxlaq anlayışı hakim-
di. Quran Məkkədə əvvəlcə bu mənfi xüsusiyyətlərə sahib insanla-
rı vəhy təlimi ilə tərbiyə etməyi özünə hədəf qoymuşdu. Bu təlim 
sayəsində  Quran  məsuliyyətli,  bilgili,  doğru  və  ədalətli  fərdlər 
yetişdirmək istəyirdi. Buna görə də Quranın ilk dövrdəki çağırışı 
cəmiyyətdə sosial və iqtisadi ədaləti təmin etməkdi. 
Quranın  Məkkə  dövründə  enən  ayələrinin  üzərində  durdu-
ğu əsas mövzulardan biri pozulmuş Allah etiqadını düzəltməkdi. 
Ərəblər Hz. İbrahimin gətirdiyi Hənif dinini təhrif edərək şirk dininə 
çevirmişdilər. Buna görə də məkki ayələrdə tövhid etiqadı ön plana 
çıxarılmışdı. Məkkə dövrünün əvvəllərində enən Tur, Müzzəmmil 
və İxlas surələrində əsasən Allahın qüdrəti, Onun kərəmi və lütfü 
vurğulanmışdır. Bu ayələrdə Onun xaricindəki hər hansı bir varlığa 
tanrılıq isnad etmənin yanlışlığı ortaya qoyulmuşdur.
Quranın  bu  dövrdə  üzərində  durduğu  mövzulardan  biri  də 
axi rət  mövzusudur.  Müşriklər  öldükdən  sonra  təkrar  dirilməyə 
inan mırdılar: “Qaf! (Ya Peyğəmbər!) Şanlı Qurana and olsun (ki, Məkkə 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə