47
Şəkər çuğunduru əkinlərinə qulluq texnologiyasının ən mü-
hüm elementl
ərindən biri də cərgələr arasının yumşaldılmasıdır.
Bu əməliyyatın məqsədi torpaqda əlverişli su-hava və qida rejimi
yaratmaqla bərabər, alaq otlarını daha ciddi surətdə məhv
etməkdən ibarətdir. Cərgələrarası becərmələrin sayı və dərinliyi
bölgənin torpaq-iqlim şəraitindən və bir daha hər bir tarlanın
xüsusiyyətlərindən (alaqlanma dərəcəsindən və s.) asılıdır. Qranu-
lometrik tərkibcə ağır torpaqlarda cərgələrarası becərmə daha
səmərəlidir. Beləki, bu tip torpaqlar çox tozlanan olduqlarından
suvarmalardan
sonra həddindən artıq kipləşir.
Тorpağın alaqlardan təmizlənməsi, yumşaldılması əməliyyatı,
şəkər çuğundurunun sənaye texnologiyasının məcburi
əməliyyatlarına aiddir. Bu əməliyyat, dəmyə yerlərdə cücərti
əmələ gəlməmişdən əvvəl malalama keçirilmiş tarlalarda,
alaqlardan təmizlənmiş sahələrdə ixtisara salına bilər.
Növbəti cərgələrarası becərmə cücərtilərin mexaniki seyrədil-
məsindən sonra torpağı 8-10 sm dərinlikdə yumuşaltmaqla yerinə
yetirilir. Yeri gəldikdə əməliyyat yemləmə gübrəsi ilə uzlaşdırıla
bilər. Bunun üçün УСМК-5,4А, və ya УСМК-5,4Б markalı
kultivatorlar
a nazikkəsən ülgüclərlə bərabər, mədən gübrəsi ilə
yemləyən bıçaqlar da qondarılır.
Cücərtilərin zədələnməsi qarşısını almaq məqsədilə ikinci və
bundan sonrakı növbəti kultivasiyalarda müdafiə zolağı 10 sm-
dən az olmamalıdır. Müdafiə zolağındakı torpaq sahəsini
becərmək üçün kultivatora rotasiya batareyaları qondarılır. Birinci
cərgəarası becərmədə müdafiə disklərindən (СМЕ - 09.140)
istifadə edilməsi də yaxşı effekt verir. Bu disklərin tətbiqi
müdafiə zolağını 6-7
sm-ə qədər azaltmağa, becərmə sürətini 1,5-
2,0 dəfə artırmağa imkan verir. Тarlanın uzununa və çarpaz
becərilməsi nəzərdə tutulan sahələrdə çarpaz becərməyə ikinci
cərgələrarası becərmədən sonra başlamaq tövsiyə olunur.
İkinci becərmədən 10-15 gün sonra cərgələrarası torpağı 10-
12 sm dərinlikdə üçüncü becərməyə başlayırlar. Ağır qra-
nulometrik tərkibli, tozlanan torpaqlarda becərmə dərinliyi 12-14
sm-
ə qədər dərinləşdirilə bilər. Bu becərmə üçün isgənə işçi
48
orqanı ülgüc pəncələrlə əlaqədar götürülür. Torpağın yaxşı xırda-
lan
ması üçün cərgələrarası rotasiya batareyaları ilə də becərilir.
Şəkər çuğunduru toxumu səpilmiş sahə arat olub-
olunmamasından asılı olmayaraq səpin zamanı açılmış şırımlarla
hopdurma yolu ilə suvarılmalıdır.
Suvarmadan sonra traktorun
sahədə hərəkəti mümkün
olan kimi, təxminən suvarmadan 4-6 gün
sonra, cücərtilər 6-7 mm olanda kultivatorla və ya mala ilə
cığıraçanın izi ilə malalanmalıdır. Vegetasiya dövründə 4-5 dəfə
və daha çox cərgəarası yumşaltma aparıla bilər. İkinci və sonrakı
cərgəarası becərmə 8-10 sm dərinlikdə aparılmalıdır. İkinci
kultivasiya seyrəltmədən sonra, üçüncü və sonrakılar hər 10-14
gündən bir və ya ehtiyac olduqda aparılmalıdır. Bir qayda olaraq
suvarma qabağı şırım açılmalı, suvarmadan sonra torpaq ensiz sərt
pəncələrlə yumşaldılmalı və sonra növbəti suvarmaya qədər
alaqları mexaniki üsul ilə məhv etmək üçün yastıkəsici ülgüclər və
ikitərəfli kəsən pəncələri, cərgələri mühafizəedici diskləri olan
kultivatorla cərgəarası becərmə aparılmalıdır. Cərgələr qovuşma-
mışdan qabaq suvarma üçün şırımlar açılmalıdır.
Şəkər çuğunduru respublikanın dağətəyi və aran rayonlarının
suvarılan torpaqlarında becərilir və vegetasiya müddətində Mil-
Qarabağ, Muğan, Şirvan bölgələrində 6-8 dəfə və Gəncə-Qazax
bölgəsində 8-10 dəfə suvarılır. Mütərəqqi suvarma üsulları ilə,
cərgələr arasında açılmış şırımlarla (infiltrasiya) və yağışyağdırma
üsulu ilə suvarılmalıdır. Vegetasiyanın əvvəlində və axırında su-
var
ma normaları yüksək olmayıb 500-700 m
3
/ha təşkil edir. Yayın
ortalarında çuğundur güclü surətdə inkişaf edir, böyük miqdarda
su sərf edir. Buna görə də suvarma normaları 800-1000 m
3
/ha-a
qədər artırılmalıdır. 1- ci suvarma kökün qabıqdəyişmə dövründə,
sonrakılar hər 10-15 gündən bir aparılır. 2-ci suvarma seyrəltmə-
dən sonra aparılmalıdır. Suvarmaların sayı, müddəti və norması
torpaq-
iqlim şəraitindən və bitkinin vəziyyətindən asılı olaraq
aparılır.