Təxminən e.ə.517-ci ildə Dara Kabul cayının ağzında kicik donanma duzəldir. Hind cayı ilə uzu aşağı
enərək Ərəbistan dənizinə, oradan isə e.ə.514-cu ildə Suveyş korfəzinin lap qurtaracağına qədər uzub
gəlir və orada ustu yazılar qoyur. Dara Aralıq dənizinin şərq sahillərindən başlamış Hind cayına qədər
uzanan ərazidəki dovlətlər və torpaqları ozunə qatır.
Farsların məlumatından istifadə edən Herodot Xəzər dənizinin olculəri haqqında duzgun məlumat
verir. Onun hec bir dənizlə əlaqəsi olmayan qapalı su hovzəsi olmasını soyləyir. Dənizin uzunluğu avarlı
qayıqlarla 15 gunluk, eni isə ən geniş yerdə 8 gunluk məsafədir. Avarlı qayıqların o zamanlar gundəlik
getdikləri məsafə 80 km və yaxud 15 gundə 1200 km olar ki, bu da Xəzərin indiki uzunluğuna bərabərdir.
Aralıq dənizinin şərq sahillərindəki Sidon, Tir və b. şəhər-dovlətlərdə yaşayan finikiyalılar ozlərinin
səyahətləri haqqında az yazılı mənbələr qoysalar da, Avropa və Şimali, Qərbi Afrika sahillərini və coxlu
adları ilk dəfə kəşf edənlər məhz onlar olmuşlar. Bacarıqlı dənizcilər olan Finikiyalılar e.ə. XII-X əsrlərdə
sahil boyu ilə Aralıq dənizini başdan-başa uzub kecmişlər.
E.ə. VIII əsrdən başlayaraq finikiyalılar muntəzəm olaraq Kanar adalarına uzurlər. Burada onlar
şibyənin xususi novundən boyaq, əjdaha ağacından isə qətran əldə edirlər, bunlardan isə muxtəlif
rənglərin istehsalında istifadə olunurdu.
Finikiyalıların dəniz əməliyyatlarının miqyası daha boyuk olmuşdur. Demək olar ki, məhz
finikiyalılar Afrikanı ilk dəfə kəşf edənlərdir. Oların Afrika ətrafında dolanaraq Qırmızı dənizdən Aralıq
dənizinə misilsiz kecidi yalnız iki min il sonra təkrarlanmışdır. Naməlum finikiya dənizciləri birinci
olaraq ekvatoru kəsib kecmişlər və ilk dəfə gunorta vaxtı gunəşi şimalda gormuşlər. Onların bu
məlumatlarına hətta tarixin atası hesab olunan Herodot belə inanmışdır.
Karfaqenin (e.ə. VII-VI əsr) Şimali Afrikada finikiyalılar tərəfindən əsası qoyulsa da, sonralar
mustəqil qudrətli dovlətə cevrilir. Məhz Atlantik okeanındakı Azor adaları, Şimali Afrikadakı Atlas
dağları haqqında ilk məlumat verən karfaqenlilərə coğrafiya minnətdar olmalıdır. Karfaqenlərin ticarət
karvanları muntəzəm olaraq Saxara səhrasını kəsib kecərək Niger cayına cıxmışdır. E.ə. VII-V əsrlər
Karfaqen Afrikanın Atlantik okeanı sahillərini və Piriney yarımadasının Aralıq dənizi sahillərini ilk
mənimsəyənlərdən olmuşlar.
Cənubi Asiyanın Hind cayı hovzəsindəki qədim mədəniyyət e.ə. III-II əsrlərdə movcud olmuşdur.
Xarappa şəhərində (muasir Pakistan) tapıldığından xarappan mədəniyyəti adlanırdı. Tapılmış abidələr və
yazılar əsasında muəyyən edilmişdir ki, onlar Hind-Qanq ovalığını, Tar səhrasını, mohtəşəm dağ sistemi
olan Himalayı kəşf etmişlər və geniş Hindistan yarımadasına cıxmışlar. Ərəbistan dənizi və Oman
korfəzində uzərkən xarappanlar sahilə perpendikulyar əsən movsumu kuləklər haqqında topladıqları
biliklərdən istifadə edirdilər.
İşguzar hind tacirləri Mərkəzi Asiya səhraları və dağlarından yollar salaraq e.ə.II əsrdən movcud olan
və Cini Aralıq dənizi ilə birləşdirən Boyuk İpək yolunu acmışlar.
Yeni ərazilərin oyrənilməsi və mənimsənilməsində tacirlərlə yanaşı buddizm rahibləri də boyuk rol
oynamışlar. Qayaustu yazılarda deyilirdi ki, onlar Suriya, Misir, Şimali Afrika, Liviya və Yunanıstanda
olmuşlar. E.ə. I əsrdə rahiblər Goylər dağının (Tyan-Şan) cənub yamaclarındakı vadilərdə oz
monastırlarını tikmişlər. Onlar VII əsrdə Hindistandan Tibetə cətin, lakin qısa yol acmışlar.
Hindi-Cin yarımadasını kəşf etmək şərəfi qədim hindlilərə məxsusdur. Onlar Asiyanın bu iri cənub-
şərq cıxıntısını Qızıl Torpaq adlandırmışlar, sahildə olan adaları və dənizləri oyrənmişlər. Qədim
hindlilərin umumiləşdirilmiş ilkin coğrafi bilikləri onların muqəddəs kitablarında toplanmışdır.
Qədim Cin mədəniyyəti e.ə.II-I minillikdə Xuanxe və Yantsız caylarının aşağı axınlarındakı
duzənlikdə yaranmışdır. Qədim cinlilər Xuanxe və Yantsızı cayları boyunca yuxarı qalxaraq dağlıq
əraziləri və aşağı enərək Sarı və Cənubi-Şərqi Cin dənizləri sahillərini, Koreya Yarımadasını və həmcinin
Tayvan adasını kəşf etmişlər.
E.ə. IV əsrdə və III əsrin başlanğıcında Cində coğrafiyaya həsr olunmuş əsərlər yaranmağa
başlayırlar. Belə ki, e.ə.III əsrdə Cin carlığının anonim coğrafiyacısı o dovrdə məlum olan ərazinin ilkin
təsvirini vermişdir.
E.ə. II əsrdə coğrafiyaya dair əsərlərin xususi forması-səyahətlərin yol təsviri yaranır. Belə təsvirin
muəlliflərindən biri olan Cjan-Syan e.ə.138-ci ildə Cin imperatoru tərəfindən Mərkəzi Asiyanın
Yeddicaylıq (Semirecye-rus.) rayonunda kocəri həyat surən sakların duşərgəsinə gondərilir, lakin onu
yolda Mərkəzi Monqolustan və Trans-Baykal yuksək duzənliklərində hokmranlıq edən hunlar əsir
goturur. On il əsirlikdə qaldıqdan sonra Qacmağa muyəssər olur. Mərkəzi Tyan-Şanın hundur
aşırımlarından kecib donmayan İssık-Kul golunun cənub sahilinə kocəri sakların duşərgəsi olan – Ciqu
şəhərinə gəlib cıxır, oradan yenidən dağ aşırımlarını kecərək Narın cayı dərəsi boyunca Fərqanə vadisinə
– Quşyan (Kassan) şəhərinə gəlir. Bir il sonra vətənə qayıdan Cjan-Syan Pamir dağlarını şimaldan (Alay
vadisindən) kecərək Təklə-Məkan səhrasına gəlib catır. Onun səthi ilə bir vadidən digərinə kecərək
axarsız duzlu gol (Lobnor) yerləşən geniş yastı cokəkliyə catır. Ozunun hesablamalarına gorə 14.2 min
km. yol qət etmiş Cjan-Syan ilk dəfə cinliləri Mərkəzi Asiyanın colləri, səhraları, iri dağ sistemləri-Tyan-
Şan və Pamir, bu dağlardan başlayan və «Qərb dənizinə» (Aral) tokulən Amu-Dərya və Sır-Dərya cayları
haqqında durust məlumatlarla tanış etmişdir. Onun kecdiyi marşrutla e.ə. II-I əsrlərin sərhədlərində
Boyuk İpək yolunun cənub qolu salınmışdır.
Tarixi məlumatlara gorə e.ə. XI-VIII əsrlərdə Cində ipək parca uzərində yuksək səviyyədə tərtib
olunmuş torpaq və poct yolları və digər xəritələr duzəldilirdi. Onlardan biri olan «hərbi» xəritədə yollar,
caylar, dağlar, hərbi postlar, siqnal qullələri, yaşayış yerləri və orada olan evlərin sayı və s. əks
olunmuşdur. Xəritələrdə yerlər dəqiqliklə gostərilirdi. Bunun ucun ən mukəmməl alət olan kompasdan
istifadə olunması haqqında cin səyyahları hələ e.ə. III əsrdə məlumat verməyə başlamışdılar.
Bizim eranın III əsrində məsafə olcən alət icad olunur; yungul arabacığın təkəri və barabanı dişli
oturucu ilə birləşdirilirdi. Hər «li» (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın koməyi ilə Cində
ipək parca uzərində 18 səhifədən ibarət boyuk regional atlas duzəldilmişdir ki, bir adam onun səhifəsini
guclə cevirə bilirdi.
1.4 Avropa antik dovrunun xalqlarının coğrafi ideyaları
Quldarlıq quruluşunun ən yuksək inkişaf səviyyəsinə catdığı qədim yunan və Roma dovlətlərində
incəsənət, elm və ədəbiyyat sahəsində, şəhərsalma, memarlıq işində boyuk nailiyyətləri əldə edilmişdi. Bu
olkələrdə bir sıra elmi məktəblər yaranmışdır.
E.ə. VI-V əsrlərdə yunanların İon dənizi sahilində yerləşən Milet şəhərində onun adını daşıyan İon
(Miletli) natur fəlsəfə məktəbi fəaliyyət gostərirdi. Onun numayəndələri arasında Heraklit (e.ə. 540-480-
cı illər) xususilə fərqlənirdi.