tanrı, el verən taruı, türk xalqının adı, şöhrəti yox olmasın deyə,
özümü o tanrı xaqan oturtdu».
Birinci tərəfinin hans nitq hissəsi ilə ifadəsinə görə qədim
türk yazısı abidələrinin dilində işlənən üçüncü növ təyini söz
birləşmələrini iki qrupa ayırmaq olar:
1. Birinci tərəfi isimlərlə ifadə olunan üçüncü növ təyini
söz birləşmələri: taşıQ subı (Turfan) «çölün suyu», adığın karm
(IB 10) «ayının qamı», toQuzm azığı (IB 10) «donuzun qılınc
dişi», karlukuğ ebi (MÇ 29) «karlukun evi», bodımığ atı (K T ş
25) «xalqın adı», adğırığ udlıkı (KT ş 36) «ayğırın budu», yağın
başı (MÇ 18) «yağının başı», Kül tiginiQ altunı (KT c q) «Kül
tiginin qızılı» və s.
2. Birinci tərəfi əvəzliklə ifadə olunan üçüncü növ təyini
söz birləşmələri: məniQ sabım (KT c 11) «mənim sözüm», bizir)
sü (KT ş 39) «bizim qoşun», mənir) ər (MÇ 24) «mənim
döyüşçüm», beniQ bitigim (Y 57) «mənim yazım», özüniQ inirjiz
(Y 26) «özünüzün kiçik qardaşınız», mənir) bodunım (BK ş 29)
«mənim xalqım», mənir)süm (MÇ 32) «mənim qoşunum» və s.
Müasir türk dillərində üçüncü növ təyini söz birləşmə
lərinin hər iki tərəfi müxtəlif nitq hissələri ilə ifadə edilir. Qə
dim türk yazısı abidələrinin dilində isə bu təyini söz birləşmələ
rinin birinci tərəfi iki nitq hissəsi - isim və əvəzliklə, ikinci
tərəfi isə təkcə isimlərlə ifadə edilir. Buna görə də müasir türk
dillərində üçüncü növ təyini söz birləşmələrinin məna variantla
rı müxtəlif və rəngarəng olduğu halda, qədim türk yazısı abidə
lərinin dilində onun məna variantları nisbətən azdır. Bəzi tədqi
qatçılar (məsələn, A.N.Kononov) hətta qədim türk yazısı abi
dələrinin dilində üçüncü növ təyini söz birləşmələrinin iki məna
növünün mövcud olduğunu göstərirlər: 1) bilavasitə mənsubiy
yət və keyfiyyət təyininin ifadəsi; 2) hissənin tama münasibəti
nin ifadəsi.
Qedim türk yazısı abidələrinin dilində üçüncü növ təyini
söz birləşmələri hansı konkret mənanı ifadə edirsə-etsin, onun
bütün mənaları müəyyənlik mənasında birləşir: üçüncü növ
təyini söz birləşməsinin birinci tərəfi müəyyən subyekti, ikinci
tərəfi müəyyən obyekti ifadə edir. Bu ümumi mənadan əlavə
66
qədim türk yazısı abidələrinin dilində üçüncü növ təyini söz
birləşmələri aşağıdakı məna variantlarını da ifadə edir:
1. Birinci tərəf sahib şəxsi, ikinci tərəf mənsub əşyanı
bildirir. Burada sahiblik, mənsubluq qrammatik mənada deyil,
həqiqi mənada işlənir; məsələn: Kül tiginiQ altunı (KT c q)
«Kül tiginin qızılı», Kül tiginiQ kümüşi (KT c q) «Kül tiginin
gümüşü», Kül tiginin barımı (KT c q) «Kül tiginin dövləti»,
elimin beQgüsi (Y 24) «elimin əbədi daşı», karlukığ taban (MÇ
29) «karlukun malı», karlukığ ebi (MÇ 29) «karlukun evi».
2. Birinci tərəf sahib şəxsi, ikinci tərəf əşyanın sahib
şəxsə qohumluq münasibətini ifadə edir; məsələn: türgis
kağanıQ kızı (BK şm 9-10) «türgiş xaqanının qızı», Tadıkın
çonn oğlı (KÇ 26) «Tadıkın çorun oğlu», özüniQ inirjiz (Y 26)
«özünüzün kiçik qardaşınız».
3. Birinci tərəf mənsub əşyanı, ikinci tərəf sahib şəxsi
bildirir. Üçüncü növ təyini söz birləşməsinin bu tipindəki
tərəflər arasındakı
münasibət birinci tipindəkinin tamamilə
əksinədir; məsələn: (türk) bodumQili (KT ş 1) «(türk) xalqının
eli».
4. Tərəflər hissənin bütövə münasibətini bildirir: birinci
tərəf bütövü, ikinci tərəf hissəni ifadə edir; məsələn: (ak)
adğırığ udlıkı (KT ş 36) «(ağ) ayğırın budu», adığıQ kamı (IB
10) «ayının qamı», toQuzıQ azığı (IB 10) «donuzun qılınc dişi»,
taşıQ subı (Turfan) «çölün suyu», yağın başı (MÇ 18) «yağının
başı».
5. Birinci tərəf hasili, ikinci tərəf məhsulu ifadə edir;
məsələn: kağanıQ sabı (KT c 9) «xaqanın nitqi», məniQ sabım
(KT c 11) «mənim sözüm», kağanıQ bitigi (III Orxon abidəsi)
«xaqanın yazısı», beniQ bitigim (Y 57) «mənim yazım».
6. Birinci tərəf əvəzliklə ifadə edilir və isimlə ifadə edilən
ikinci tərəfin rəhbərliyini bildirir; məsələn: məniQ bodunım
(BK ş 29) «mənim xalqım», beniQ bodunım (T 21) «mənim
xalqım», k&ntü bodunım (KT ş 24) «özümin xalqım», məniQ
süm (MÇ 33) «mənim qoşnum», biziQ sü (KT ş 33) «bizim
qoşun», məniQ ər QAÇ 24) «mənim döyüşçülərim».
67
7.
Tərəflər keyfiyyət və əlamətin əşyaya
olan
münasibətini bildirir; məsələn: bodunıl) törüsi (KT ş 1) «xalqın
qanunu», türk bodunığ atı (KT ş 25) «türk xalqının adı», türk
bodunığ küsi (KT ş 25) «türk xalqının şöhrəti», sizirj ə r a t (Y
26) «sizin igid adınız».
Göründüyü kimi, qədim türk yazısı abidələrinin dilində
üçüncü növ təyini söz birləşmələrinin yeddi məna tipi
işlənmişdir. Bu, müasir türk dillərinin bəzilərində olduğundan
xeyli çoxdur. Əlbəttə, belə zəngin məna çalarları bir neçə
yüzilliyə yarana bilməzdi. Düzdür, üçüncü növ təyini söz
birləşmələri türk dillərində birinci və ikinci növ təyini söz
birləşmələrindən xeyli sonra yaranmışdır, lakin onun zəngin
məna çalarlarma malik olması göstərir ki, türk dillərində üçüncü
növ təyini söz birləşmələri belə miladdan sonra V-VIII
yüzilliklərədək min illik, bəlkə də daha çox vaxt - uzun
təşəkkül və inkişaf prosesi keçirmişdir.
MÜRƏKKƏB TƏYİNİ SÖZ BİRLƏŞMƏLƏRİ
Həm məna, həm də formaca bir-birinə bağlanan, tərkibin
də iştirak edən sözlərin hamısını birlikdə bir cümlə üzvü kimi
işlənə bilən ikidən artıq sözün əmələ gətirdiyi təyini söz birləş
mələri mürəkkəb təyini söz birləşmələri adlanır. Təyini söz
birləşmələrinin görkəmli tədqiqatçısı M.H.Hüseynzadə mürək
kəb təyini söz birləşmələrinin xüsusiyyətlərini belə müəyyən
ləşdirir:
«a) Sözlərin biri digərini təyin etməsi və ya tamamlaması
mürəkkəb birləşmənin xaricində deyil, təyini söz birləşməsinin
öz daxilində icra olunur;
b) Buna görə də bu təyinlik və tamamlamaq cümlənin
ayrı-ayrı müstəqil üzvlərinə deyil, yalnız mürəkkəb təyini söz
birləşməsinin tərkibinə daxil olan sözlərə (üzvlərə) aid olur;
c) Bunların hər ikisinə görə də mürəkkəb təyini söz
birləşməsinin tərkibinə daxil olan sözlər ayrı-ayrı cümlə üzvii
deyil, birləşib bütünlüklə cümlənin mürəkkəb bir üzvü olur».1
1 M üasir A zərbaycan dili. Sintaksis. I, Bakı, 1959, s.152-153.
6 8
Dilçilik ədəbiyyatmd mürəkkəb təyini söz birləşmələrinin
iki tipinin mövcud olduğu göstərilir: 1) üç və ya dörd sözdən
ibarət olan, lakin silsilə təşkil etməyən mürəkkəb təyini söz
birləşmələri; 2) üç və daha artıq sözdən ibarət olan və silsilə
təşkil edən mürəkkəb təyini söz söz birləşmələri. Burada üç və
dörd sözdən ibarət olan və silsilə təşkil etməyən təyini söz
birləşmələri nəzərdən keçiriləcəkdir.
Üçsözlü mürəkkəb təyini söz birləşmələri. Üçsözlü
mürəkkəb təyini söz birləşmələrinə elə birləşmələn daxil edilir
ki, onların tərkibində yalnız üç söz iştirak edir, bunlar vazid
sintaktik birləşmələr əmələ gətirir və cümlənin bir üzvü kimi
çıxış edir. Adətən, belə birləşmələr iki strukturda olur: ya birinci
tərəf iki sözdən, ikinci tərəf bir sözdən, ya da birinci tərəf bir
sözdən, ikinci tərəf iki sözdən ibarət olur. Adlıq halda olan üç
sözün yan-yana işlənib mürəkkəb təyini söz yaratması mümkün
olmadığı üçün, üç sözdən ibarət olan mürəkkəb təyini söz bir
ləşmələrinin yaranmasında da, ikisözlü sadə təyini söz birləşmə
lərində olduğu kimi, ismin yiyəlik hal şəkilçisi və mənsubiyyət
şəkilçisinin işlənməsi vacibdir. Buna görə də, sadə təyini söz
birləşmələrində olduğu kimi, üçsözlü mürəkkəb təyini söz
birləşmələrinin də üç növü vardır: 1) birinci növ üçsözlü mü
rəkkəb təyini söz birləşmələri (türk bodun atı «türk xalqının
adı» tipli); 2) ikinci növ üçsözlü mürəkkəb təyini söz birləş
mələri (ər başı sal)un «qoşun başçısı general» tipli); 3) üçüncü
növ üçsözlü mürəkkəb təyini söz birləşmələri (uyğur kağanır)
bitigi «uyğur xaqanının yazısı» tipli). Göründüyü kimi, sadə və
mürəkkəb təyini söz birləşmələrinin quruluş strukturu eynidir.
Fərq yalnız bundadır ki, birinci növ sadə təyini söz birləş
mələrinin ikinci tərəfi heç bir şəkilçi qəbul etmədiyi halda,
üçsözlü birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi
mənsubiyyət şəkilçisi qəbul edir. Məsələ burasındadır ki, birinci
növ sadə təyini söz birləşmələrində heç bir şəkilçi qəbul
etməyən iki söz müəyyən semantik (məna) və yanaşma əlaqəsi
ilə bağlanıb sintaktik birləşmə - birinci növ təyini söz
birləşməsi yarada bilir. Halbuki, heç bir şəkilçi qəbul etməyən
üç sözü istər semantik (məna) əlaqə, istərsə sintaktik əlaqə ilə
69
Dostları ilə paylaş: |