Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə17/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   13   14   15   16   17   18   19   20   ...   118

tanrı, el verən taruı, türk xalqının adı, şöhrəti yox olmasın deyə, 
özümü o tanrı xaqan oturtdu».
Birinci tərəfinin hans nitq hissəsi ilə ifadəsinə görə qədim 
türk  yazısı  abidələrinin  dilində  işlənən  üçüncü  növ  təyini  söz 
birləşmələrini iki qrupa ayırmaq olar:
1.  Birinci tərəfi  isimlərlə  ifadə olunan  üçüncü  növ  təyini 
söz birləşmələri:  taşıQ subı  (Turfan) «çölün suyu», adığın  karm 
(IB  10)  «ayının  qamı»,  toQuzm  azığı  (IB  10)  «donuzun  qılınc 
dişi»,  karlukuğ ebi (MÇ  29)  «karlukun evi»,  bodımığ atı  (K T  ş
25)  «xalqın adı», adğırığ udlıkı (KT ş 36) «ayğırın budu», yağın 
başı  (MÇ  18)  «yağının  başı», Kül  tiginiQ altunı  (KT  c  q)  «Kül 
tiginin qızılı» və s.
2.  Birinci  tərəfi  əvəzliklə  ifadə  olunan üçüncü növ  təyini 
söz birləşmələri:  məniQ sabım (KT c  11) «mənim sözüm», bizir) 
  (KT  ş  39)  «bizim  qoşun»,  mənir)  ər  (MÇ  24)  «mənim 
döyüşçüm», beniQ bitigim  (Y 57) «mənim yazım», özüniQ inirjiz 
(Y  26)  «özünüzün  kiçik qardaşınız»,  mənir) bodunım  (BK  ş  29) 
«mənim xalqım», mənir)süm (MÇ 32) «mənim qoşunum» və s.
Müasir  türk  dillərində  üçüncü  növ  təyini  söz  birləşmə­
lərinin  hər  iki  tərəfi  müxtəlif nitq  hissələri  ilə ifadə  edilir.  Qə­
dim türk yazısı abidələrinin dilində  isə bu təyini söz birləşmələ­
rinin  birinci  tərəfi  iki  nitq  hissəsi  -   isim  və  əvəzliklə,  ikinci 
tərəfi  isə  təkcə  isimlərlə ifadə edilir.  Buna görə də  müasir türk 
dillərində üçüncü növ təyini söz birləşmələrinin məna variantla­
rı müxtəlif və rəngarəng olduğu  halda,  qədim türk yazısı  abidə­
lərinin dilində onun  məna variantları nisbətən azdır.  Bəzi tədqi­
qatçılar  (məsələn,  A.N.Kononov)  hətta  qədim  türk  yazısı  abi­
dələrinin dilində üçüncü növ təyini söz birləşmələrinin iki məna 
növünün  mövcud  olduğunu  göstərirlər:  1)  bilavasitə  mənsubiy­
yət və  keyfiyyət  təyininin  ifadəsi;  2) hissənin  tama  münasibəti­
nin ifadəsi.
Qedim  türk  yazısı  abidələrinin  dilində  üçüncü  növ  təyini 
söz  birləşmələri  hansı  konkret  mənanı  ifadə  edirsə-etsin,  onun 
bütün  mənaları  müəyyənlik  mənasında  birləşir:  üçüncü  növ 
təyini  söz birləşməsinin  birinci  tərəfi  müəyyən subyekti,  ikinci 
tərəfi  müəyyən  obyekti  ifadə  edir.  Bu  ümumi  mənadan  əlavə
66
qədim  türk  yazısı  abidələrinin  dilində  üçüncü  növ  təyini  söz 
birləşmələri aşağıdakı məna variantlarını da ifadə edir:
1.  Birinci  tərəf  sahib  şəxsi,  ikinci  tərəf mənsub  əşyanı 
bildirir.  Burada  sahiblik,  mənsubluq  qrammatik  mənada  deyil, 
həqiqi  mənada  işlənir;  məsələn:  Kül  tiginiQ  altunı  (KT  c  q) 
«Kül  tiginin  qızılı»,  Kül  tiginiQ kümüşi  (KT  c  q)  «Kül  tiginin 
gümüşü»,  Kül  tiginin  barımı  (KT  c  q)  «Kül  tiginin  dövləti», 
elimin beQgüsi (Y 24) «elimin əbədi daşı», karlukığ taban (MÇ 
29) «karlukun malı», karlukığ ebi (MÇ 29) «karlukun evi».
2.  Birinci  tərəf  sahib  şəxsi,  ikinci  tərəf  əşyanın  sahib 
şəxsə  qohumluq  münasibətini  ifadə  edir;  məsələn:  türgis 
kağanıQ  kızı  (BK  şm  9-10)  «türgiş  xaqanının  qızı»,  Tadıkın 
çonn  oğlı  (KÇ 26) «Tadıkın çorun oğlu», özüniQ inirjiz (Y  26) 
«özünüzün kiçik qardaşınız».
3.  Birinci  tərəf  mənsub  əşyanı,  ikinci  tərəf sahib  şəxsi 
bildirir.  Üçüncü  növ  təyini  söz  birləşməsinin  bu  tipindəki 
tərəflər  arasındakı 
münasibət  birinci  tipindəkinin  tamamilə 
əksinədir; məsələn:  (türk)  bodumQili (KT ş  1) «(türk) xalqının 
eli».
4.  Tərəflər  hissənin  bütövə  münasibətini  bildirir:  birinci 
tərəf  bütövü,  ikinci  tərəf  hissəni  ifadə  edir;  məsələn:  (ak) 
adğırığ  udlıkı  (KT  ş  36)  «(ağ)  ayğırın  budu»,  adığıQ kamı  (IB 
10)  «ayının qamı», toQuzıQ azığı  (IB  10)  «donuzun qılınc dişi», 
taşıQ subı  (Turfan)  «çölün  suyu», yağın başı  (MÇ  18)  «yağının 
başı».
5.  Birinci  tərəf  hasili,  ikinci  tərəf  məhsulu  ifadə  edir; 
məsələn:  kağanıQ sabı  (KT  c  9)  «xaqanın  nitqi»,  məniQ sabım 
(KT  c  11)  «mənim  sözüm»,  kağanıQ bitigi  (III  Orxon  abidəsi) 
«xaqanın yazısı», beniQ bitigim (Y 57) «mənim yazım».
6. Birinci tərəf əvəzliklə ifadə edilir və isimlə ifadə edilən 
ikinci  tərəfin  rəhbərliyini  bildirir;  məsələn:  məniQ  bodunım 
(BK  ş  29)  «mənim  xalqım»,  beniQ  bodunım  (T  21)  «mənim 
xalqım»,  k&ntü  bodunım  (KT  ş  24)  «özümin  xalqım»,  məniQ 
süm  (MÇ  33)  «mənim  qoşnum»,  biziQ  sü  (KT  ş  33)  «bizim 
qoşun», məniQ ər QAÇ 24) «mənim döyüşçülərim».
67


7. 
Tərəflər  keyfiyyət  və  əlamətin  əşyaya 
olan 
münasibətini  bildirir;  məsələn:  bodunıl) törüsi (KT ş  1)  «xalqın 
qanunu»,  türk  bodunığ  atı  (KT  ş  25)  «türk  xalqının  adı»,  türk 
bodunığ küsi  (KT  ş  25)  «türk  xalqının  şöhrəti»,  sizirj ə r  a t  (Y
26)  «sizin igid adınız».
Göründüyü  kimi,  qədim  türk  yazısı  abidələrinin  dilində 
üçüncü  növ  təyini  söz  birləşmələrinin  yeddi  məna  tipi 
işlənmişdir.  Bu,  müasir  türk  dillərinin  bəzilərində  olduğundan 
xeyli  çoxdur.  Əlbəttə,  belə  zəngin  məna  çalarları  bir  neçə 
yüzilliyə  yarana  bilməzdi.  Düzdür,  üçüncü  növ  təyini  söz 
birləşmələri  türk  dillərində  birinci  və  ikinci  növ  təyini  söz 
birləşmələrindən  xeyli  sonra  yaranmışdır,  lakin  onun  zəngin 
məna çalarlarma malik olması göstərir ki,  türk dillərində üçüncü 
növ  təyini  söz  birləşmələri  belə  miladdan  sonra  V-VIII 
yüzilliklərədək  min  illik,  bəlkə  də  daha  çox  vaxt  -   uzun 
təşəkkül və inkişaf prosesi keçirmişdir.
MÜRƏKKƏB  TƏYİNİ  SÖZ  BİRLƏŞMƏLƏRİ
Həm məna,  həm də  formaca  bir-birinə bağlanan,  tərkibin­
də  iştirak  edən  sözlərin  hamısını  birlikdə  bir  cümlə  üzvü  kimi 
işlənə bilən  ikidən  artıq  sözün  əmələ gətirdiyi  təyini  söz birləş­
mələri  mürəkkəb  təyini  söz  birləşmələri  adlanır.  Təyini  söz 
birləşmələrinin  görkəmli  tədqiqatçısı  M.H.Hüseynzadə  mürək­
kəb  təyini  söz  birləşmələrinin  xüsusiyyətlərini  belə  müəyyən­
ləşdirir:
«a)  Sözlərin biri  digərini  təyin  etməsi  və ya tamamlaması 
mürəkkəb  birləşmənin  xaricində  deyil,  təyini  söz birləşməsinin 
öz daxilində icra olunur;
b)  Buna  görə  də  bu  təyinlik  və  tamamlamaq  cümlənin 
ayrı-ayrı  müstəqil  üzvlərinə  deyil,  yalnız  mürəkkəb  təyini  söz 
birləşməsinin tərkibinə daxil olan sözlərə (üzvlərə) aid olur;
c)  Bunların  hər  ikisinə  görə  də  mürəkkəb  təyini  söz 
birləşməsinin  tərkibinə  daxil  olan  sözlər  ayrı-ayrı  cümlə  üzvii 
deyil, birləşib bütünlüklə cümlənin mürəkkəb bir üzvü olur».1
1 M üasir A zərbaycan dili.  Sintaksis.  I,  Bakı,  1959, s.152-153.
6 8
Dilçilik ədəbiyyatmd mürəkkəb təyini söz birləşmələrinin 
iki  tipinin  mövcud  olduğu  göstərilir:  1)  üç  və  ya  dörd  sözdən 
ibarət  olan,  lakin  silsilə  təşkil  etməyən  mürəkkəb  təyini  söz 
birləşmələri;  2)  üç  və  daha  artıq  sözdən  ibarət  olan  və  silsilə 
təşkil edən mürəkkəb təyini söz söz birləşmələri.  Burada üç və 
dörd  sözdən  ibarət  olan  və  silsilə  təşkil  etməyən  təyini  söz 
birləşmələri nəzərdən keçiriləcəkdir.
Üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələri.  Üçsözlü 
mürəkkəb  təyini  söz birləşmələrinə elə birləşmələn  daxil edilir 
ki,  onların  tərkibində  yalnız  üç  söz  iştirak  edir,  bunlar  vazid 
sintaktik  birləşmələr  əmələ  gətirir  və  cümlənin  bir  üzvü  kimi 
çıxış edir. Adətən, belə birləşmələr iki strukturda olur: ya birinci 
tərəf iki sözdən,  ikinci  tərəf bir sözdən,  ya da birinci  tərəf bir 
sözdən,  ikinci tərəf iki  sözdən  ibarət olur.  Adlıq  halda olan  üç 
sözün yan-yana işlənib  mürəkkəb təyini söz yaratması mümkün 
olmadığı  üçün,  üç  sözdən  ibarət  olan  mürəkkəb  təyini  söz  bir­
ləşmələrinin yaranmasında da, ikisözlü sadə təyini söz birləşmə­
lərində  olduğu kimi,  ismin yiyəlik hal  şəkilçisi  və  mənsubiyyət 
şəkilçisinin  işlənməsi  vacibdir.  Buna görə  də,  sadə  təyini  söz 
birləşmələrində  olduğu  kimi,  üçsözlü  mürəkkəb  təyini  söz 
birləşmələrinin  də  üç  növü  vardır:  1)  birinci  növ  üçsözlü  mü­
rəkkəb  təyini  söz  birləşmələri  (türk  bodun  atı  «türk  xalqının 
adı»  tipli);  2)  ikinci  növ  üçsözlü  mürəkkəb  təyini  söz  birləş­
mələri  (ər  başı  sal)un  «qoşun  başçısı  general»  tipli);  3)  üçüncü 
növ  üçsözlü  mürəkkəb  təyini  söz  birləşmələri  (uyğur  kağanır) 
bitigi  «uyğur xaqanının  yazısı»  tipli).  Göründüyü  kimi,  sadə  və 
mürəkkəb  təyini  söz  birləşmələrinin  quruluş  strukturu  eynidir. 
Fərq  yalnız  bundadır  ki,  birinci  növ  sadə  təyini  söz  birləş­
mələrinin  ikinci  tərəfi  heç  bir  şəkilçi  qəbul  etmədiyi  halda, 
üçsözlü  birinci  növ  təyini  söz  birləşmələrinin  ikinci  tərəfi 
mənsubiyyət şəkilçisi qəbul edir. Məsələ burasındadır ki, birinci 
növ  sadə  təyini  söz  birləşmələrində  heç  bir  şəkilçi  qəbul 
etməyən  iki  söz müəyyən  semantik (məna) və yanaşma əlaqəsi 
ilə  bağlanıb  sintaktik  birləşmə  -   birinci  növ  təyini  söz 
birləşməsi  yarada bilir.  Halbuki,  heç bir şəkilçi  qəbul etməyən 
üç  sözü  istər semantik  (məna)  əlaqə,  istərsə sintaktik əlaqə  ilə
69


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə