Elmi redaktoru:
E.İ.Əzizov
filologiya elmləri doktoru,
professor
Rəyçilər:
M.D.Novruzov
filologiya elmləri doktoru, dosent
t.D. Vəliyev
filologiya elmləri namizədi, dosent
Ə.Rəcəbli. Qədim türk yazısı abidələrinin dili. II hissə. Bakı,
Nurlan, 2006, 480 s.
«Qədim türk yazısı abidələrinin dili» adlı əsərdə göytürk
və qədim uyğur əlifbası ilə yazılmış kitabələrin dili araşdırılır.
Kitabda bu abidələrin öyrənilməsi tarixi, onların dilinin fonetik
quruluşu, leksikası məsələləri, morfoloji və sintaktik quruluşu
araşdırılır. Kitabın sonunda qədim türk yazısı kitabələrindən
mətnlər və bu mətnlərə aid qədim türkcə - azərbaycanca lüğət
təqdim edilir.
Kitab universitetlərin filologiya fakültələrinin tələbələri,
magistrlər, aspirantlar, dilçilər və qədim türk dilləri ilə
maraqlananlar üçün nəzərdə tutulmuşdur.
4602000000 - 4.12
/V - 098 - 2006
Qrifli nəşr
©Ə.Rəcəbli, 2006
S İ N T А К S İ S
«Sintaksis» yunan dilindən alınmış sözdür, «birləşmə»,
«tərtibat» deməkdir. Dilçilikdə qrammatikanın
söz birləşmələri
və cümlələrdən bəhs edən sahəsi bu terminlə adlandırılır.
Sintaksis sözlərin söz birləşmələri və cümlələr kimi birləşməsi
qaydalarını öyrənir. Buradan da sintaksisin iki bəhsi meydana
çıxır: söz birləşmələri və cümlə.
Sintaksis sözlərin hər cür birləşməsini yox, təkcə
müəyyən qaydalar üzrə birləşməsini öyrənir. Məsələn, bəzən
iki və ya daha çox söz birləşir. Sözlər müstəqil vurğularını itirir,
tam birikir və bir məfhum ifadə edir. Sözlərin belə birləşməsi
mürəkkəb söz yaradır; mürəkkəb sözlər sintaksisin tədqiqat
obyektinə daxil olmur, onları dilçiliyin söz yaradıcılığı (bəzən
morfologiya, bəzən də leksika) bəhsində öyrənirlər. Elə hallar
olur ki, birləşən sözlərin biri, yaxud hər ikisi
öz leksik-semantik
mənasını itirir və ya dəyişir, məcazi mənada işlənir, lakin sözlər
tam birikmir. Bu məqamda da birləşən sözlər bir sözün məna
sına uyğun məna, bir məfhum ifadə edir, lakin bir
sözə çev
rilmir. Sözlərin bu cür. birləşməsi də sintaksisin söz birləşmələri
bəhsində araşdırılmır; sözlərin belə birləşmələrini dilçiliyin fia-
zeologiya bəhsində öyrənirlər. Sintaksis sözlərin elə birləş
mələrini öyrənir ki, birləşən sözlərin müstəqil leksik-semantik
mənası olsun, bu sözlər birləşmə daxilində də öz
əvvəlki leksik-
semantik mənalarını qorusun və nəhayət, birləşən sözlər
arasında müəyyən qrammatik, daha doğrusu, sintaktik əlaqə
mövcud olsun. Buna görə də qrammatikanın sintaksis hissəsində
söz birləşmələri və cümlə bəhsləri araşdırılmazdan əvvəl sözlər
arasında mövcud olan sintaktik əlaqələr öyrənilir.
Söz birləşməsi hələ nitq - insan dili demək deyildir.
Ünsiyyətin, nitqin, insan dilinin ən kiçik vahidi cümlədir.1
1 Dilçilik ədəbiyyatında cümlə ən böyük dil vahidi adlandırılır. Burada cümlə ən kiçik
ünsiyyət, nitq, insan dili vahidi adlandırıldı. Bununla fimemin ən kiçik dil vahidi
olması inkar edilmir. Lakin ünsiyyət üçün fonem ən kiçik di! vahidi kimi götürülə
bilməz. Ünsiyyətin ən kiçik vahidi cümlədir; böyümək istiqamətində cümlədən sonra
fraza (ibarə), fovqəlfraza (fövqəlibarə), söyləm və mətn gəlir.
3
Həcminə görə cümlə söz birləşməsindən böyük də, kiçik
də, bir leksik-semantik mənalı sözdən də, leksik-semantik mə
nası olmayan sözdən də, hətta bir fonemdən də ibarət ola bilər.
Buna görə də cümləyə verilən klassik tərif - bitmiş bir fikri
ifadə edən bir sözə və ya bir neçə sözün birləşməsinə cümlə
deyilir - butun hallarda, bütün dövrlərdə, bütün dillərdə öz
gücünü saxlayır.
Sintaksisin ikinci bölməsi sözlərin birləşib cümlə yarat
ması qaydalarını, cümlənin müxtəlif baxımdan (intonasiya,
bitkinlik, modallıq, cümlə üzvlərinin iştirakı, sadəlik, mü
rəkkəblik və s.) tiplərini, cümlə üzvləri və onlar arasındakı
əlaqə və münasibətləri və bir sıra digər məsələləri öyrənir. İstər
sözlərin birləşib cümlə əmələ gətirməsində, istərsə cümlə
üzvləri arasındakı münasibətlərdə, istərsə də mürəkkəb
cümlənin komponentləri arasındakı münasibətlərin yaran
masında sintaktik əlaqələr mühüm rol oynayır. Belə çıxır ki, bir
tərəfdən, söz birləşmələrini təşkil edən sözlər arasında, digər
tərəfdən, cümlə üzvləri və mürəkkəb cümlənin komponentləri
arasında təzahür edən müxtəlif münasibətləri araşdırmaq üçün
ilk növbədə sintaktik əlaqələri öyrənmək lazımdır.
Qədim türk yazısı abidələrinin dili zəngin qrammatik
quruluşa malikdir. Mürəkkəb cümlə məsələsini istisna etsək,
qədim türk yaxası abidələrinin dilinin sintaksisi öz inkişafına
görə müasir türk dillərindən heç də zəif deyildir. Bu dildə
zəngin ismi və feli söz birləşmələri işlənmişdir. Qədim türk
yazısı abidələrinin dilində işlənən söz birləşmələrini, xüsusən
təyini söz birləşmələrini müasir türk dillərinin eyni tipli söz
birləşmələri ilə müqayisə etdikdə qədim türk yazısı abidələrinin
dilində, üçüncü növ təyini söz birləşmələrini çıxsaq, az qala,
indiki türk dillərindəki kimi zəngin söz birləşmələrinin
işlənməsinə təəccüb edirsən. Qədim türk yazısı abidələrinin
dilində işlənən təyini söz birləşmələri ifadə vasitələri və məna
çalarları baxımından indiki türk dillərinin çoxundan (bəlkə də
əksəriyyətindən) daha zəngin və rəngarəngdir. Qədim türk
yazısı abidələri dilinin sintaksisinin bu qədər yüksək inkişafı
onu göstərir ki, qədim türk qəbilələrinin dili həmin dövr üçün
4
min illər boyu formalaşma prosesi keçirmiş və həmin dövrdə
sintaktik quruluşca zəngin bir dil şəklində təzahür etmişdir.
X FƏSİL
SİNTAKTİK ƏLAQƏLƏR
Sözlərin birləşməsi və cümlə əmələ gətirməsi üçün
onların arasında müəyyən əlaqələr olmalıdır. Adətən, sözlər
arasmdakı bu əlaqələri iki tipə ayırırlar: 1) daxili, yaxud məna
əlaqəsi; 2) xarici (formal), yaxud qrammatik (sintaktik) əlaqə.
Sözlər arasındakı məna əlaqələri təbiətdə mövcud olan
obyektiv əlaqələrdir. Bu əlaqələr əşyalar, yaxud əşya və
hadisələr arasındakı obyektiv münasibətləri göstərir. Əşyalar,
yaxud hadisələr arasında münasibətlər rəngarəng olduğu üçün
sözlər arasındakı məna əlaqələri də müxtəlif və rəngarəngdir.
Əşyalar və hadisələr arasında əlamət, kəmiyyət, zaman,
istiqamət, səbəb, məqsəd, tam - hissə və s. məna əlaqələri
mövcuddur. Həmin məna əlaqələri sözlərlə ifadə edildiyi üçün
onlar əşya və hadisələrin adları olan sözlər arasmda da təzahür
edir. Əşya və hadisələr arasındakı belə obyektiv məna
əlaqələrinin sözlər arasında baş verən təzahürünü iki tipə
ayırırlar: 1) predikativ
əlaqələr; 2) qcyri-predikativ əlaqələr.
1.
Qədim türk yazısı abidələrinin dilində prcdikatiıv əlaqə
mübtəda və xəbər arasındakı əlaqəni bildirir. Predikativ əlaqə
felin şəkil, zaman və şəxs kateqoriyalarında, adlann xəbərlik,
şəxs və kəmiyyət kateqoriyalarında təzahür edir. Elə buradaca
qeyd edilməlidir ki, adlar arasındakı predikativ əlaqə üçüncü
şəxsdə (həm təkdə, həm də cəmdə) formal əlamətlərə malik
deyildir (qədim türk yazısı abidələrinin dilində adlar arasında
predikativ əlaqə çox az işlənir);
ol amtı apığ yok (КТ c 3) «indi
iğtişaş yoxdur»;
iltə buQyok (КТ c 3) «eldə dərd yoxdur». Nadir
hallarda üçüncü şəxs təkdə şəxs əvəzliyi şəxs şəkilçisi kimi
çıxış edir; məsələn:
Bilgə Тоуикик apığ ol (T 34) «Müdrik
Tonyukuk hiyləgərdir».
Edgü ol (Ш 5) «Yaxşıdır».
Yablak ol
(IB 13) «Pisdir».
5