Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə7/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   2   3   4   5   6   7   8   9   10   ...   118

Basmıl  yağıdıp  ebimrü  bardı  (MÇ  28)  «Basmıllar  yağı  olub 
evimə doğru getdi».
4. 
-ra,  -ra  şəkilçisi  ilə: içrə ben bulğayın,  -  timis (MÇ 28) 
«Daxildə mən  iğtişaş  salım,  - demiş».  Üzə kök teljri,  asra yağa 
yir kılıntukda  ekin  ara  kisi  oğlı  kilinmiş  (KT  ş  1)  «Üstdə  mavi 
göylər,  altda  qonur  yer  yarandıqda  ikisinin  arasında  insan  oğlu 
yaranmış».  Tarduş  şad  ara  badı  (T  41)  «Tarduş  şadı  aranı 
bağladı».
III. 
istiqamət  halında  işlənən  zaman  zərfliyinin  fellə  . 
idarəsi.  Qədim türk yazısı abidələrinin dilində  istiqamət halında 
duran zaman  zərfliyi  həmin halda  duran yer  zərfi iyinə nisbətən 
xeyli  az  işlənir.  Zaman  anlayışı  bildirən  söz  istiqamət  halı 
şəkilçisi  qəbul  edir,  təsirsiz  fellərlə  idarə  edilir  və  cümlənin 
zaman  zərfliyi  vəzifəsini  icra  edir.  Qeyd  etmək  lazımdır  ki, 
istiqamət halında  olan  zaman  zərflyini  əmələ,  gətirən morfoloji 
vasitələr  (şəkilçilər)  də  yer  zərfi iy indəkinə 
nisbətən
məhduddur;  zaman zərfliyini  əmələ gətirmək üçün təkcə -ğaru, 
-gərü  şəkilçisinin  variantı  olan  -/Jam,  -ijərü  şəkilçisindən 
istifadə  edilir;  məsələn:  tlgərü  kün  toğsıka,  birigərü  Min 
ortusıljaru,  kurığaru  kün  batsıkıija,  yırığaru  tün  ortusı rjaru  -  
anta  içrəki bodun  kop m alp körür (КТ c  2)  «İrəli -  gündoğana, 
cənuba  -   günortaya,  qərbə  -  günbatana,  şimala  -   gecəyarıya - 
bu qədər yerin içindəki xalqlar bütünlüklə mənə tabedir».
Yerlik-çıxış tıq 
halın 
idarəsi. 
Qədim 
türk 
yazısı 
abidələrinin  dilində  -da/-ta,  -də/-to  şəkilçisi  ilə  formalaşan  hal 
müasir türk dillərindəki yerlik və çıxışlıq halların mənasını ifadə 
edir.  Bundan başqa, qədim  türk yazısı abidələrinin dilində -dan/- 
tan,  -dənAtən  (qapalı  saitlərlə  işlənən  variantı da mövcuddur -- 
qədim  uyğur  yazısı  abidələrinin  dilində  işlənir)  şəkilçisi  ilə 
formalaşan  çıxışlıq  halm  da  işlənməsinə  rast  gəlmək  olur. 
Görünür,  qədim  türk yazısı abidələrinin qələmə  alındığı  dövrdə 
çıxışlıq  halın  öz  məxsusi  şəkilçisi  ilə  formalaşması  prosesi 
gedirmiş.  Yerlik-çıxışlıq  hal  yerlik  hal  şəkilçisi  ilə  formalaşsa 
da,  həm  yerlik,  həm  de  çıxışlıq  halm  mənası  ifadə  etdiyi  üçün 
türkoloji ədəbiyyatda çox vaxt yerlik-çıxışlıq hal adlandırılır.
26
Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq halda 
duran  söz  cümlədə  iki  vəzifə  yerinə  yetirir:  obyekt bildirdikdə 
cümlənin vasitəli tamamlığı, zaman, məkan və s.  bildirdikdə isə 
cümlənin  zaman,  yer  və  s.  uyğun  zərfliyi  olur və  hər  iki  halda 
fellə idarə edilir.
I.Yerlik-çıxışlıq  halda  işlənən  vasitəli  tamamlığm  fellə 
idarəsi.  Yerlik-çıxışlıq  halda  duran  söz  qədim  türk  yazısı 
abidələrinin  dilində  vasitəsiz  tamamlıq  işlənməyən cümlələrdə 
təsirsiz,  fasitəsiz  tamamlıq  işlənən  cümlələrdə  təsirli  fellərlə 
idarə  edilir.  Bu  hal  müasir türk dillərindəki  iki  halm vəzifəsini 
yerinə yetirdiyi üçün qədim türk yazısı abidələrinin dilində onun 
məna çalarları da genişdir.
1.  Qədim  türk  yazısı  abidələrinin  dilində  yerlik-çıxışlıq 
halda  duran  söz müasir  türk dillərindəki  yerlik  halm  vəzifəsini 
yerinə yetirir. Bu zaman həmin söz obyekt -  cümlənin üzərində 
iş  görülən  vasitəli  tamamlığı  olur;  məsələn:  Yarakınta, 
yalmasınta yüz  artuk  okun  urtı  (KT  ş  33)  «Yarağına,  zirehin» 
yüzdən  artıq  ox  dəymişdi».  ...  katjım  İltəris  kağanığ,  ögim 
İlbilgə xatunığ teljri töpəsintə tulip yögərü kötürmiş erinç (KT ş
11)  «...  atam İltəris xaqanı, anam İlbilgə xatunu  tanrı təpəsində 
tutub yuxarı götürmüş».
2.  Qədim  türk  yazısı  abidələrinin  dilində  yerlik-çıxışlıq 
halda duran  söz müasir türk dillərindəki çıxışlıq halm vəzifəsini 
yerinə  yetirir  və  iş,  hərəkətin  uzaqlaşdığı  obyekt  -   vasitəli 
tamamlıq  funksiyasında  çıxış  edir.  Qədim  türk  qəbilələrinin 
dilində yerlik-çıxışlıq hal bu vəzifədə daha çox işlənir; məsələn: 
...lüi yılka yitinç  ay  küçlig  alp  kağanımda  adıralu  bardıtjız  (O
12)  «...  əjdaha  ili  yeddinci  ay  güclü  alp  xaqanımdan  ayrılaraq 
getdiniz».  Bu  Tabğaçda  yıraya  bəg  oğuz  ara  yeli  ərən  yağı 
bolmıs  (O  5)  «Bu  Tabğaçdan  şimala bəy oğuzlar arasında yeddi 
ərən yağı olmuş».  Mən ...  Tabğaç kağanta bədizçi kəlürtim  (KT 
c  11)  «Mən  ...  Tabğaç xaqanından naxışçı gətirdim».  Közdə yaş 
kəlsər,  eti  də  kötjültə  sığıt  kəlsər,  yanturu  sakıktım,  katığdı 
sakıntım (KT şm  11) «Gözdən yaş gəlsə, könüldən güclü fəryad 
gəlsə,  yanaraq  düşündüm,  möhkəmcə  düşündüm».  Türk bodun
27


kanın  bolmayın  Tabğaçda  adırıltı  (T  2)  «Xanı  olmayan  türk 
xalqı Tabğaçdan. ayrıldı» və s.
3. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  obyekt  bildirib 
yerlik-çıxışlıq  halda  duran  söz  müqayisə  edilən,  qarşılaşdınlan 
predmet  mənası  ifadə  edir  və  cümlənin  vasitəli  tamamhğı 
vəzifəsini  yerinə yetirir;  məsələn:  Bizinlə  eh' uçı sı parça  artuk 
erti (T 40) «İki qanadı bizdən yarıbayarı artıq idi».
II. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  yerlik-çıxışlıq 
hal  şəkilçisi  yer  və  zaman  məfhumu  ifadə  edən  sözlərə 
artırıldıqda  obyekt-vasitəli  tamamlıq  anlayışı  deyil,  zaman, 
məkan,  səbəb,  vasitə,  tərz və  s.  mənalar ifadə edən zərf əmələ 
gətirir.  Cümlədə  zərflik  vəzifəsini  yerinə  yetirən  bu  sözlər 
təsirsiz fellərlə idarə edilir.
1.  Yerlik-çıxışlıq  hal  hərəkətin  baş  verdiyi  yeri  bildirən 
məfhum  əmələ  gətirir.  Belə  sözlər  cümlədə  yer  zərfliyi  olur. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  yerlik-çıxışlıq  halda 
duran  söz cümlədə  ən  çox  bu vəzifədə  işlənir;  məsələn:  Türgis 
kağan  süsi  Bolçuda  otça,  borça  kəlti  (KT  ş  37)  «Türgiş 
xaqanının  qoşunu  Bolçuda  od  kimi,  şərab  kimi  gəldi».  Kara 
költə  süljüşdimiz  (KT  şm  2)  «Qara  göldə  döyüşdük».   
təgisintə yelinç ərig kıhçladı  (KT  şm  5)  «Qoşun  toqquşmasında 
yeddinci  döyüşçünü  qılıncladı».  Ida,  taşda  kalmışı  kobramp yeti 
yüz  ər  boltı  (T  4)  «Kolda,  daşda  qalmışı  toplanıb  yeddi  yüz 
döyüşçü  oldu»,  Altun  yışda  olurtımız  (T  32)  «Altun  meşəli 
dağlarında oturduq» və s.
2.  Yerlik-çıxışlıq  hal  şəkilçisi  qəbul  etmiş  söz  cümlənin 
yer zərvliyi  vəzifəsini  yerinə yetirir və  işin,  hərəkətin  başlanğıc 
nöqtəsini,  çıxış  nöqtəsini,  yerini  bildirir.  Bu  zaman  yerlik- 
çıxışlıq  hal  müasir  türk  dillərindəki  çıxışlıq  hal  mövqeyində 
çıxış  edir;  məsələn:  Uyğur  yirintə  Yağlakar  kan  ata  kə itim 
(Süci)  «Uyğur  yerindən  (mən)  Yağlakar  xan  ata  gəldim». 
Tabğaç  kağanta  tsyi  Likən  kəlti  (KT  şm  12)  «Tabğaç  . 
xaqanından  tsyi  Likən  gəldi».  Tüpüt  kağanta  Bölön  kəlti  (KT 
şm  12)  «Tibet  xaqanından  Bölön  gəldi».  Kırkızda  yantımız  (T 
29)  «Qırğızdan  qayıtdıq».  Türkis  kağanta  körüg  kəlti  (T  29) 
«Türgiş xaqanından casus gəldi».
28
3.  Yerlik-çıxışlıq  hal  şəkilçisi  qəbul  etmiş  söz  cümlənin 
zaman  zərfliyi  vəzifəsini  yerinə yetirir;  məsələn:  Süfjüg batımı 
karığ  sökipən  Kögmən  yışığ  toğa  yorıp  kırkız  bodunığ  uda 
basdımvz (KT ş 35) «Süngü batımı (qədər) qan dağıdıb Kögmən 
meşəli  dağlarını  üzüyuxarı  yürüyüb  qırğız  xalqını  yuxuda 
basdıq».  Карт  kağan  uçdukda  inim  Kül  tigin yiti yaşda  kaldı 
(KT  ş  30) «Atam xaqan  vəfat etdikdə  kiçik qardaşım Kül  tigin 
yeddi  yaşda  qaldı».  Ol  at  anta  tüsti  (KT  şm  4)  «O  at  o  vaxt 
öldü».  Ol küntə təgdi türk bodun  Təmir kapığka  (T 46) «Həmin 
gün türk xalqı çatdı Dəmir qapıya».
Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq halda 
duran  söz  kisrə  «sonra»  qoşması  qəbul  edib  zaman  zərfliyi 
vəzifəsində  çıxış  edir;  bu  vaxt  yerlik-çıxışlıq  hal  müasir  türk 
dillərindəki çıxışlıq hal  məqamında işlənir; məsələn: Anta kisrə 
inisi  eçisin  tək kalınmaduk erinç...  yablak kağan  olurmıs  erinç 
(KT  ş  5)  «Ondan  sonra  kiçik  qardaşı  böyük  qardaşı  kimi 
olmadığından  ...  pis  xaqan  (taxta)  oturmuş».  Yağpu  kontukda 
kisrə  ayığ bilig anta  öyür ermis (KT c  5)  «Yaxın  yerləşdikdən 
sonra pis əməlləri orada öyrədirmiş».  Ol kanyok boltukda kisrə 
el yetmiş,  ıçğınmıs,  keçışmıs (O l) «O xan yox olduqdan sonra cl 
sona yetmiş, dağılmış, qaçışmış» və s.
4.  Yerlik-çıxışlıq  hal  şəkilçisi  qəbul  etmiş  söz  cümlənin 
səbəb  zərfliyi  vəzifəsini  yerinə  yetirir;  məsələn:  Yana  tetjri 
kutıtp  üçinç yılta  кор  əsən  tügəl  körüşmüş  (IB  21-22)  «Yenə 
tanrı nəzərində üçüncü ildə hər şey salamat bütöv görüşmüş».
Qədim türk yazısı abidələrinin dilində yerlik-çıxışlıq halda 
duran  söz  ötrü  «ötrü»  qoşması  ilə  işləndikdə  cümlənin  səbəb 
zərfliyi  olur;  məsələn:  Anta  ötrü  kağanıma  otüntüm  (T  12) 
«Ondan  ötrü  xaqanıma  müraciət  etdim».  Anta  ötrü  oğuz  kopın 
kəlti  (T  16)  «Ona  görə  oğuzlar  hamılıqla  gəldi».  Anta  ötrü 
türgis,  karlukığ  tabarın  alıp,  ebin  yolıp  barmıs,  ebimə  tüsmis 
(MÇ  29)  «Ondan  Ötrü  türgişin,  karlukun  malım  alıb,  evini 
dağıdıb getmiş, evimə qayıtmış».
5.  Yerlik-çıxışlıq  halda  olan  söz  hərəkətin  tərzini,  alətini 
bildirir;  məsələn: İngəkkölikin  Toğlada oğuz kəlti (T  15)  «inək 
və yük heyvanları ilə Toğla çayı  vasitəsilə oğuzlar kəldi».
29


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə