Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə8/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   4   5   6   7   8   9   10   11   ...   118

Çıxışlıq  halm  idarəsi.  Qədim  türk  yazısı  abidələrindən 
göytürk  Orxon-Yenisey  abidələrində  çıxışlıq  hal  az  işlənir; 
çıxışlıq  hal  şəkilçiləri  ilə  formalaşmış  cəmi  bir  neçə  sözün 
abidələrin  mətnlərində  işlənməsinə  təsadüf  edilir.  Görünür, 
göytürk  yazısı  abidələrinin  qoyulduğu  dövrdə  bu  hal  hələ 
əmələgəlmə  prosesi  keçirirmiş.  Buna  baxmayaraq,  götürk 
abidələrinin  dilində bu halın fellə idarə edilməsindən danışmaq 
üçün kifayət qədər fakt vardır.  Qədim uyğur yazısı abidələrində 
isə  çıxışlıq  hal  nisbətən çox işlənir,  lakin yenə  də bu halın tam 
formalaşdığından danışmaq olmaz.
Qedim  türk  yazısı  abidələrindən  göytürk  abidələrində 
çıxışlıq  hal  -danZ-tan,  -dən/-tən,  qədim  uyğur  abidələrində 
dınZ-tın,  -din/-tin şəkilçisi ilə əmələ gəlir və əsasən iş, hərəkətin 
başlanğıc  nöqtəsini,  nadir  hallarda  isə  obyekt  bildirən  anlayış 
ifadə  edir.  Lakin  qədim  türk  yazısı  abidələrinin  dilində  çıxışlıq 
halm 
obyekt 
bildirdiyi 
məqamın 
işlənməsinə 
təsadüf 
edilməmişdir.
Qədim türk yazısı  abidələrinin dilində çıxışlıq halda duran 
söz  cümlədə  iş,  hərəkətin  başlandığı,  çıxdığı  məkanı  bildirən 
yer  zərfliyi  vəzifəsini  yerinə  yetirir  və  zoif  də  olsa,  fel 
tərəfindən  idarə  olunur;  məsələn:  Yaraklığ  /canlan  kəlip yaya 
eltdi,  süljüglig kantan  kəlipən sürə  eltdi? (KT ş  23) «Yaraqlılar 
haradan gəlib (səni) yaydı, süngülülər haradan gəlib (səni) sürüb 
apardı?» Ança  olurur erikli oğuzdantan lcörüg kəlti (T 8) «Eləcə 
oturur  ikən  oğuzlardan  casus  gəldi».  Tabğaç,  bəridənyən  təg, 
Kıtajt,  öQdənyən təg,  ben yıradantayan təgəyim (T  11) «Tabğaç, 
cənub  tərəfdən  hücum  ct,  Kıtay,  şərq  tərəfdən  hücum et,  mən 
şimal  tərəfdən  hücum  edim».  ÖQdən  kağanğaru  sü yoraltm  (T 
29)  «Şərqdən  xaqana  qarşı  qoşun  yürüdək».  ...Yılun  kol  birdin 
sıfp r  Şıp  başı Qa  təgi  çərig  itdim  (MÇ  15)  «...  Yılun  çayının 
cənubundan  Şıp  başına  təki  qoşun  çəkdim». 
Taşdıntan  ... 
kabışayın (MÇ 23) «Bayırdan  ...  toplaşaq».  Taşdıntan üç karluk, 
üç  ıduk  tatar  ...  türgis  ...  (MÇ  28)  «Bayırdan  üç  karluk,  üç 
müqəddəs tatar... türgiş...»
Alət-birgəlik  halm  idarəsi.  Alətrbirgəlik  halı  türk  dillə­
rində  qrammatik  hallardan  sayılır.  Bu  hal  qədim  türk  yazısı
30
abidələrinin dilində -n, -m,  -in şəkilçimi ilə əmələ gəlir və kiçik 
məna çalarlanm ənəzərə almasaq, iş, hərəkətin icra edildiyi alət 
və iş, hərəkətin birgə, birlikdə icra edildiyi anlayışlarını bildirir. 
Müasir  türk  dillərində  alət  halının  şəkilçisinin  vəzifəsini 
birlənAlə qoşması yerinə yetirir.
Qədim  ütrk  yazısı  abidələrinin  dilində  alət-birgəlik 
halında  duran  söz  həm  təsirli,  həm  də  təsirsiz  fellərlə  idarə 
edilir  və  cümlədə  həm  vasitəli  tamamlıq,  həm  də  müxtəlif 
zərflik vəzifələri yerinə yetirir.
I. 
Alət-birgəlik  halında  duran  vasitəli  tamamlığm  fellə 
idarəsi.  Qədim türk yazısı abidələrinin dilində alət-birgəlik halı 
iki qrammatik  məna -  bir tərəfdən,  iş və hərəkətin  icra edildiyi 
alət,  digər  tərəfdən,  iş  və  hərəkətin  birlikdə  icra  edildiyi 
mənalarını  ifadə  edir,  hər  iki  halda  bu  hal  cümlənin  vasitəli 
tamamlığı olur və  həm  təsirli,  həm də  təsirsiz fellər tərəfindən 
idarə edilir.
1.  Alət-birgəlik  halda duran  söz hərəkətin  alətini bildirir; 
məsələn:  OtJ tutuk yorçün yaraklığ əligin  tutdı  (KT ş  32)  «On 
tutukun yorçunu yaraqlı oli  ilə tutdu».  Bir ərig okun urtı (KT ş 
36) «Bir döyüşçünü oxla vurdu».  Üzə tetjri,  asra yer yarltkaduk 
üçün...  közün körmədük,  kulkakın esidmədük bodunımın...  (BK 
şm  10- 11)  «Üstdə  tanrı,  altda  yer  buyurduğu  üçün  ...  gözü  ilə 
görməyən, qulağı  ilə eşitməyən xalqımı...» Süçigsabın, yımşak 
ağın arıp ırak bodunığ ança yarıtur ermis (KT c  5) «Şirin sözü, 
yumşak  hədiyyəsi  ilə  aldadıb  uzaq  xalqları  eləcə  yaxınlaşdırır 
im iş».... süfjügin açdımız (T 2 8 )«... süngü ilə açdıq» və s.
2.  Alət-birgəlik  halda  duran  söz  hərəkətin  birlikdə  icra 
edildiyini  bildirir;  məsələn:  Kafjım  kağan  yeti  yegirmi  ərin 
taşıkmış (KT ş  11) «Atam xaqan on yeddi igidlə sərhədi aşmış». 
Uluğ İrkin  azkıya  ərin  təzip bardı  (KT ş  34) «Ulu  İrkin azacıq 
döyüşçü  ilə  qaçıb  getdi».  Kağanımın  sülətdimiz  (T  53) 
«Xaqanımla birgə qoşun çəkdirdik». İngək köligin Toğlada oğuz 
kəlti (T  15)  «İnək və yük heyvanları  ilə birlikdə Toğla çayında 
oğuzlar gəldi» və s.
II. 
Alət-birgəlik  halında  duran  zərfliyin  fellə  idarəsi. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  alət-birgəlik  halın
31


şəkilçisi  zaman  və  yer  anlayışı  ifadə  edən  sözlərə  artırıldıqda 
uyğun  surətdə  cümlənin  zaman  və  yer  zərflikləri  vəzifəsində 
işlənən  sözlər  əmələ  gətirir.  Bundan  başqa,  bir  sıra  hallarda 
alət-birgəlik  halın  şəkilçisi  ilə  işlənən  bəzi  sözlər  cümlənin 
tərzi-hərəkət zərfliyi vəzifəsini yerinə yetirir.
1.  Alət-birgəlik  halda  duran  söz  zaman  zərfliyi  olur; 
məsələn:  Yalabaçı,  edgü sabı,  ötüki  kəlməz  tiyin yayın  sülədim 
(BK  ş  39)  «Elçisi, yaxşı  sözü,  xəbəri  gəlməz  deyə  yayda qoşun 
çəkdim».  Otuz  artukı  səkiz  yaşımda  kışm  kıtay  tapa  sülədim... 
otuz  artukı  tokuz yaşıma  yazın  tatabı  tapa  sülədim  (BK  c  2) 
«Otuz səkkiz yaşımda qışda kıtaylara qarşı qoşun çəkdim  ... otuz 
doqquz yaşımda  yazda  tatabılara  qarşı qoşun  çəkdim». Ançıp ol 
yıl  küzün  ilgərü  yorıdım  (MÇ  20)  «Ondan  sonra  həmin  ilin 
payızında şərqə yürüş etdim».
2.  Alət-birgəlik halda duran söz yer zərfliyi olur; məsələn: 
Bu yolm yorısar, yaramaçı,  - tidim (T 23) «Bu yolla yürüş etsək, 
yaramaz, - dedim». Anm barmıs (T 24) «Anı çayı ilə getmiş».
3.  Alət-birgəlik  halda  işlənən  söz  iş  və  hərəkətin  icra 
tərzini  bildirir  və  cümlədə  tərzi-hərəkət  zərfliyi  vəzifəsini 
yerinə  yetirir;  məsələn:  Altun yısığ yolsızın  asdım,  Erlis  ügiizig 
keçigsizin keçdimiz (T 35) «Altun meşəli dağlarını yolsuz aşdım, 
İrtış çayını keçidsiz keçdik».
4.  Alət-birgəlik  halda  duran  söz  cümlənin  səbəb  zərfliyi 
olur;  məsələn:  Bəgləri,  bodunı  tuzsuz  üçün,  tabğaç  təbliğin 
kürlig üçün, 
armaqçısın üçün,  inili-eçili kiQ sürtükin üçün,  bəgli- 
boduqlığ yoQşurtukın  üçün  türk  bodun  illədük  ilin  ıçğanu  ıdmıs 
(KT  ş  6)  «Bəyləri,  xalqı  düz  olmadığı  üçün,  tabğaç  xalqının 
təhriki  hiyləgər  olduğu  üçün,  cəzbedici  olduğu  üçün,  kiçik 
qardaşlarla böyük qardaşları salışdırdığı üçün,  bəyləri,  xalqı bir- 
birinin  üstünə  qaldırdığı  üçün  türk  xalqı  yaratdığı  elini 
dağıtmış».
Qeyri-predikativ  feli  birləşmələrdə  idarə  əlaqəsi.  Qey- 
ri-predikativ  söz  birləşmələrində  idarə  əlaqəsindən  danışdıqda 
türk  dillərində  feli  sifət,  feli  bağlama  və  məsdərin  tərkib 
daxilində  onlardan  əvvəl  gələn  adları  idarə  etməsi  nəzərdə 
tutulur.  Qədim  türk  yazısı  abidələrinin  dilində  məsdərin  yox
32
dərəcəsində olduğunu nəzərə  alsaq,  onda abidələrin dilində feli 
bağlama  və  feli  sifətin  adları  idarə  etməsindən  danışmaq  olar. 
İstər  feli sifət,  istərsə  feli bağlama  fel  olduğu və hər ikisi tərkib 
(feli  sifət  və  feli  bağlama  tərkibləri)  əmələ  gətirdiyi  üçün, 
habelə  onlarm  feli  tərkibə  daxil  olan  sözləri  özünə  tabe  edib 
idarə  etdikləri  üçün  predikativ  söz  birləşmələri  və  qeyri- 
predikativ  söz  birləşmələrində  feli  idarə  arasında  heç  bir  fərq 
yoxdur.  Fərq yalnız birincilərin  şəkil,  zaman,  şəxs və kəmiyyət 
şəkilçiləri qəbul edib predikat kimi formalaşmasında, ikincilərin 
isə  bu  kateqoriyaları  qəbul  etməməsi,  felin  təsriflənməyən 
formasında  olmasındadır.  Felin  təsriflənən  formaları  kimi, 
təsriflənməyən  formaları  da  müstəqim  obyekt  -  vasitəsiz 
tamamlıq tələb edib-etməməsinə görə təsirli və  təsirsiz deyə  iki 
qrupa  ayrılır:  felin  təsirli  təsriflənməyən  formaları  müstəqim 
obyekti  idarə edir,  felin təsirsiz təsriflənməyən  formaları qeyri- 
müstəqim obyekti idarə edir.
T ə s ir li tə sr iflə n m ə y ə n  form alar: 
bum körü  (КТ c 12)  «bunu görərək»
Kem keçə  (BK ş 26)  «Kem çayını keçərək»
kanğsökipon (B K ş2 7 ) «qan dağıdıb»
keyikyiyü (T  8) «keyik yeyərək»
sabığesidip  (T  12)  «nitqi eşidib»
ilig tutıp (KT ş 3) «el tutub»
türk atın ıtı  (KT ş 7)  «türk adını itirərək»
tabğaç atın tutıpan (K T ş 7)  «tabğaç adını tutub»
tefjri təg terpi yaratmış  (BK ş 1)  «tanrı tək tanrı yaratmış» və s.
T ə sir siz  tə sr iflə n m ə y ə n   form alar:
yağru kontukda  (KT c 5)  «yaxın yerləşdikdə»
kağamma ötiinip  (T  18)  «xaqanıma müraciət edib»
anta kalmışı  (KT c 9)  «orada qalmışı»
kantan kəlip (KT ş 23)  «haradan gəlib»
eki şad birlə ölü, yitü  (KT ş 27)  «iki şadla əldən düşərək»
ka 
Qım 
kağan uçdukda  (KT ş 30)  «atam xaqan uçduqda»
anta yana kirip (KT ş 38)  «onda yenə girib»
anta ödkə öginip  (KT ş 40)  «o vaxt təəssüflənib»
33


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə