Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə16/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   12   13   14   15   16   17   18   19   ...   118

18. Birinci tərəf ikinci tərəfin hazırlandığı materialın adını 
bildirir:  bağır gözünüsü  (Y  26)  «mis  güzgüsü»,  kara  közünüsü 
(Y 26) «qara güzgüsü».
19.  Birinci  tərəf müəyyən  miqdar  say lari  ilə,  ikinci  tə r ə f  
mənsubiyyət şəkilçisi qəbul etmiş yol «yol, dəfə, kərə» sözü  ilə 
ifadə edilir. Bu tip söz birləşmələri müasir türk dillərində birinci 
növ təyini söz birləşmələri kimi formalaşmışdır: bişyolı (KT şm 
4)  «beş  yol»,  kırk artukı yeti yolı  (KT  ş  15)  «qırx  yeddi  dəfə», 
altı yolı (BK ş 28) «altı yol», törtyolı (BK ş 30) «dörd dəfə».
ÜÇÜNCÜ NÖV TƏYİNİ SÖZ  BİRLƏŞMƏLƏRİ
Üçüncü  növ  təyini  söz  birləşmələri  birinci  və  ikinci  növ 
təyini  söz  birləşmələrinə  nisbətən  bir  qədər  gec  əm ələ 
gəlmişdir.  Güman  ki,  ikinci  növ  təyini  söz  birləşmələrindəki 
qrammatik  qeyri-müəyyənlik  zaman  keçdikcə  dilin  qrammatik 
quruluşu  inkişaf etdikcə  qrammatik  müəyyənliyə  doğru  inkişaf 
etmiş,  yiyəlik  halm  yaranması,  formalaşması,  ikinci  növ  təyini 
söz  birləşməsinin  birinci  tərəfinin  yiyəlik  hal  şəkilçisi  qəbul 
etməsi  ilə  bitmişdir.  Müəyyənlik  kateqoriyasının  yaranması, 
ikinci  növ  təyini  söz  birləşməsinin  birinci  tərəfinin  yiyəlik  hal 
şəkilçisi  qəbul  etməsi  üçüncü  növ  təyini  söz  birləşməsinin 
əmələ  gəlməsinə  səbəb  olmuşdur.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  ikinci  növ  təyini  söz  birləşmələrinə 
nisbətən  üçüncü  növ  təyini  söz birləşmələrinin  az  işlənməsi  də 
bunu  sübut  edir.  Müasir  türk  dillərinə,  məsələn,  müasir 
Azərbaycan  dilinə  nisbətən  qədim  türk  yazısı  abidələrinin 
dilində  üçüncü  növ  təyini  söz birləşmələrinin  nitq  hissələri  ilə 
ifadəsinin  çox  bəsit  olması  da  bunu  sübut  edir.  Məsələn, 
M.Hüseynzadə yazır ki,  müasir Azərbaycan dilində üçüncü növ 
təyini  söz  birləşmələrinin  tərəfləri  bütün  nitq  hissələri  və 
köməkçi  sözlərlə  ifadə  edilir.  O  yazır:  «Azərbaycan  dilində 
isimlərlə  yanaşı  olaraq  substantivləşmiş  hər  hansı  bir  nitq 
hissəsi yiyəlik hal şəkilçisi qəbul edə bilərsə, üçüncü növ təyini 
söz birləşməsinin birinci tərəfi,  mənsubiyyət şəkilçisi  ilə işlənə
6 2
bilərsə,  ikinci  tərəfi  ola  bilər».1  Görkəmli  dilçi  Azərbaycan 
dilində üçüncü növ təyini söz birləşmələri tərəflərinin hansı nitq 
hissəsi  ilə  ifadəsinə  görə  onun  otuz  səkkiz  struktur  tipini 
müəyyənləşdirir.  Müqayisə  üçün  qeyd  etmək  lazımdır  ki,  ən 
qədim  türkdilli  yazılı  abidələr  olan  göytürk  Orxon-Yenisey 
kitabələrində  üçüncü  növ  təyini  söz  birləşmələrinin,  məsələn, 
birinci tərəfi təkcə isim və əvəzliklə ifadə edilir. Əlbəttə, bu da 
bir  daha  sübut  edir  ki,  türk  dillərində  üçüncü  növ  təyini  söz 
birləşmələrinin  yaranması  və  təşəkkülü  birinci  və  ikinci  növ 
təyini  söz birləşmələrinə nisbətən tarixin sonrakı hadisəsidir və 
türk  dilləri  qrammatik  quruluşunun  analitiklikdən  sintetikliyə 
doğru inkişafının nəticəsidir.
Üçüncü  növ  təyini  söz  birləşmələri  birinci  və  ikinci  növ 
təyini  söz  birləşmələrindən  bir  sıra  xüsusiyyətlərinə  görə 
fərqlənir.
1.  Birinci  və  ikinci  növ  təyini  söz birləşmələri  daha  çox 
ümumilik,  qeyri-müəyyənlik  bildirirsə,  üçüncü  növ  təyini  söz 
birləşmələri bir o qədər konkretlik, müəyyənlik bildirir.
2.  Birinci  növ  təyini  söz  birləşmələri  yanaşma  əlaqəsi, 
ikinci  növ təyini söz birləşmələri  idarə əlaqəsi  ilə  formalaşırsa, 
üçüncü  növ  təyini  söz  birləşmələri  uzlaşma  əlaqəsi  ilə  əmələ 
gəlir.
3.  İkinci  növ  təyini  söz  birləşmələrinin  birinci  tərəfi 
əsasən  isimlərlə,  qismən  məsdərlərlə,  bəzən  substantivləşmiş 
sifətlərlə  ifadə  edilirsə,  üçüncü  növ  təyini  söz  birləşmələrinin 
birinci  tərəfi,  praktik  olaraq,  bütün  nitq  hissələri  ilə  ifadə 
olunur.
4.  Birinci  növ  təyini  söz  birləşmələrinin  tərəfləri  heç  bir 
şəkilçi  qəbul  etmirsə,  ikinci  növ  təyini  söz  birləşmələrinin 
yalnız  ikinci  tərəfi,  həm  də  təkcə  üçüncü  şəxs  mənsubiyyət 
şəkilçisi  qəbul  edirsə,  üçüncü  növ  təyini  söz  birləşmələrinin 
birinci tərəfi  yerlik hal,  ikinci  tərəfi isə hər üç şəxsin təkdə  və 
cəmdə mənsubiyyət şəkilçisini qəbul edir.
5.  İkinci  növ  təyini  söz  birləşmələrinin  tərəfləri  arasına 
heç  bir  söz  daxil  ola  bilmirsə,  birinci  növ  təyini  söz
1  M ü a sir A zərbaycan dili.  Sintaksis.  I,  B akı,  1959, s.128.
6 3


birləşmələrinin  tərəfləri  arasına  bir  ədatı  daxil  ola  bilirsə, 
üçüncü  növ təyini  söz birləşmələrinin  tərəfləri  daha  sərbəstdir, 
onların  arasına  istənilən  qədər  söz  daxil  ola  bilər.  Bu,  hər 
şeydən  əvvəl,  üçüncü  növ  təyini  söz  birləşmələrinin  birinci 
tərəfinin  yiyəlik  hal  şəkilçisi  qəbul  etməsindən,  müəyyənlik 
bildirməsindən irəli gəlir.
Artıq  qeyd  edildiyi  kimi,  qədim  türk  yazısı  abidələrinin 
dilində  üçüncü  növ  təyini  söz  birləşmələrinin  birinci  tərəfi 
yiyəlik  hal,  ikinci  tərəfi  hər  üç  şəxsin  təkində  və  cəmində 
mənsubiyyət  şəkilçisini  qəbul  edir  və  tərəflər  bir-biri  ilə 
uzlaşma  əlaqəsi  ilə  bağlanır.  Formal  (qrammatik)  əlamətlərinə 
görə,  yəni  tərəflərinin  qrammatik  şəkilçi  qəbul  etməsinə  görə 
qədim  türk  yazısı  abidələrinin  dilində  üçüncü  növ  təyini  söz 
birləşmələrinin üç tipini göstərmək olar:
1.  Üçüncü  növ  təyini  söz  birləşmələrinin  hər  iki  tərəfi 
qrammatik  baxımdan  formalaşır,  yəni  birinci  tərəf qədim  türk 
yazısı  abidələrinin  dili  üçün  ənənəvi  olan  -ıQ,  -iQ yiyəlik  hal 
şəkilçisini,  ikinci  tərəf  hər  üç  şəxsin  təkdə  və  cəmdə 
mənsubiyyət şəkilçisini qəbul  edir; məsələn: kağamn bodum  (O
11)  «xaqanın xalqı»,  kağanı/Jın sabı (КТ c 9)  «xaqanının nitqi», 
məniQ sabım  (КТ c  11)  «mənim  sözüm»,  bodum/} ili (KT  ş  1) 
«xalqın  eli»,  bodum/} törüsü  (KT  ş  I)  «xalqın  qanunu»,  mənir) 
bodumm  (BK  ş  29)  «mənim  xalqım»,  kağamf} km   (BK  şm  9- 
10)  «xaqanın  qızı»,  beniQ  bodumm  (T  21)  «mənim  xalqım», 
yağın  başı  (MÇ  18)  «yağının  başı», 
məni/}  süm  (MÇ  33) 
«mənim  qoşunum»,  taşm  subı  (Turfan)  «çölün  suyu»,  adığın 
karm  (Ю  10)  «ayının  qamı»,  to Quzun  azığı  (IB  10)  «donuzun 
qılınc  dişi»,  elimiQ beQgüsü  (Y  24)  «elimin  əbədi  daşı»,  be nil) 
bitigim  (Y  57)  «mənim yazım»,  özüni/j inisi  (Y  26)  «özünüzün 
kiçik qardaşınız» və s.
2.  Üçüncü  növ  təyini  söz  birləşməsinin  hər  iki  tərəfi 
qrammatik  cəhətdən  formalaşır,  ancaq  bu  dəfə  ikinci  tərəf hər 
üç  şəxsin  təkdə  və  cəmdə  mənsubiyyət  şəkilçisini  qəbul  etsə 
də,  birinci  tərəf yiyəlik  halın  qeyri-ənənəvi  -ığ,  ~ig  şəkilçisini 
qəbul  edir;  məsələn:  bodunığ  atı  (KT  ş  25)  «xalqın  adı», 
bodunığ  küsi  (KT  ş  25)  «xalqın  şöhrəti»,  adğırığ  udlıkı  (KT  ş
64
36)  «ayğırın  budu»,  karlukığ  ebi  (MÇ  29)  «karlukun  evi», 
karluhğ tabarı (MÇ 29) «karlukun dövləti».
3. 
Üçüncü  növ  təyini  söz  birləşməsinin  birinci  tərəfi 
yiyəlik  hal  şəkilçisi  qəbul  edir,  ikinci  tərəfi  mənsubiyyət 
şəkilçisi  qəbul  etmir;  məsələn:  bizi/}  sü  (KT  ş  39)  «bizim 
qoşun»,  məni/} ər  (MÇ  24)  «mənim  döyüşçüm»,  sizi!} ər at (Y 
26)  «sizin  igid admız»,  tabğaç kağanıl) içrəki bəzidçi (KT c  12) 
«tabğaç  xaqanının  daxili  naxışçısı»,  Tadıkın  çarı/} boz at (KT  ş 
32)  «Todıkm  çorun  boz  atı»,  BayırkumQ  ak  adğır  (KT  ş  35) 
«Bayırkunun  ağ ayğırı»,  Yəgin Silig bəgif} ...  torığ at (KT ş  33) 
«Yəgin Silik bəyin ... kəhər atı».
Qədim  türk  yazısı  abidələrinin  dilində  daha  bir təyini  söz 
birləşməsinə də rast gəlirik ki, bu söz birləşməsi formaca ikinci 
növ  təyini  söz  birləşməsini  xatırlatsa  da,  ikinci  tərəfinin  həm 
forma,  həm  də  məzsununa  görə  üçüncü  növ  təyini  söz 
birləşmələrinə  daha yaxındır;  məsələn:  kəntü  bodunığ (KT  şm 
4)  «öz xalqım», özüm  kutım (KT c 9) «özümün bəxtim», kağan 
eçim (BK şm 9) «xaqan əmim».
Göründüyü  kimi,  hər  üç  söz  birləşməsində  birinci  tərəf 
yiyəlik hal şəkilçisi qəbul etməmişdir. Bu,  ikinci növ  təyini söz 
birləşməsinin xüsusiyyətidir.  Lakin  ikinci növ  təyini  söz birləş­
mələrinin  ikinci  tərəfi  təkcə üçüncü  şəxs mənsubiyyət şəkilçi­
sini  qəbul  edə  bilər.  Halbuki,  gətirilən  hər  üç nümunədə  söz 
birləşmələrinin ikinci tərəfi birinci şəxs təkinin mənsubiyyət şə­
kilçisini  qəbul  etmişdir.  Bu  da  üçüncü  növ  təyini  söz  birləş­
məsinin səciyyəvi xüsusiyyətidir.
Qədim türk yazısı abidələrinin dilinin bir xüsusiyyətini də 
mütləq qeyd elmək lazımdır: bu abidələrin dilində hətta eyni bir 
cümlə  daxilində  eyni  bir  təyini  söz  birləşməsi  həm  ikinci  növ 
təyini  söz birləşməsi,  həm də  üçüncü  növ  təyini  söz  birləşməsi 
şəklində  işlənir.  Aşağıda  Kül  tigin  abidəsindən  gətirilən  bir 
cümlə  bunu  əyani  şəkildə göstərir:  Türk  bodunığ  atı,  küsiyok 
bolmazun  tiyin  kafjım  kağanığ,  ögim  katunığ  kötürmiş  te/Jri,  il 
birigmə te/Qri,  türk bodun atı,  küsi yok bolmazun tiyin  özümin  ol 
te/Jri  kağan  olurtdı  erinç  (KT  ş  25-26)  «Türk  xalqının  adı, 
şöhrəti yox olmasın deyə,  atam xaqanı, anam xatunu yüksəltmiş
65


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə