Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə11/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   7   8   9   10   11   12   13   14   ...   118

çatarlarına görə müasir türk dillərindən nəinki geri qalmır, hətta 
onların bir çoxundan daha zəngindir.
Qədim türk yazısı abidələrinin dilində qeyri-predikativ söz 
birləşmələrinin  yaranmasında  sintaktik  əlaqələrin  hər  üç 
növündən  -   yanaşma,  idarə  və  uzlaşma  əlaqələrindən  istifadə 
edilir.  Sintaktik  xüsusiyyətlərinə  görə  söz  birləşmələri  sözlə 
cümlə  arasında  aralıq  bir  mövqe  tutur:  bir  tərəfdən,  söz 
birləşmələri nominasiya,  adlandırma bildirdiyi üçün adlara (yəni 
sözlərə)  yaxınlaşır,  söz  birləşmələri  də  əşyalar,  əşyalarla 
əlamətlər,  əşyalarla  hərəkət  arasında  müxtəlif  münasibətləri 
ifadə etdiyi üçnü cümləyə bənzəyir.  Lakin bunlara baxmayaraq, 
söz  birləşmələri  söz  də  deyildir,  cümlə  də  deyildir.  Söz 
birləşmələri ona görə  söz deyildir ki,  o,  ən azı iki leksik mənalı 
sözdən  ibarətdir  və  bu  sözlər  arasında  yanaşma,  idarə  və 
uzlaşma sintaktik əlaqələrdən biri  mövcuddur.  Söz birləşmələri 
ona  görə  cümlə  deyildir  ki,  cümlədə  mövcud  olan  və  cümlə 
üçün  zəruri  olan  predikativlik,  fikir  bitkinliyi,  intonasiya  və 
modallıq  söz  birləşməsində  yoxdur.  Cümlədə  sözlər  dinamik, 
hərəki  olur,  söz  birləşməsində  sözlərin  yeri  sabitdir,  söz 
birləşmələri  sözlər  arasındakı  münasibətləri,-  bir  növ,  donmuş 
vəziyyətdə təsbit edir.
Sözlər  kimi,qeyri-predikativ  söz  birləşmələri  də  cümləni 
təşkil  etmək  üçiin  materialdır:  birinci  növ  ismi  (təyini)  söz 
birləşmələrini  istisna etsək,  qeyri-predikativ söz birləşmələrinin 
bütün  növləri  cümlənin  vahid,  tərkib  hissələrinə  bölünməyən 
bir üzvü kimi çıxış edir, cümlənin bir üzvü olur.
Dilçilikdə  qeyri-predikativ  söz  birləşmələrini  iki  qrupa 
bölürlər:  sərbəst  söz  birləşmələri  və  sabit  söz  birləşmələri. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  söz  birləşmələrinin  bu 
hər  iki  növü  işlənir.  Sərbəst  söz  birləşmələri  sintaktik 
(qrammatik)  vahidlərdir.  Onu  əmələ  gətirən  sözlər  öz  lcksik- 
semantik  mənalarında  işlənir  və  məcazlaşmır.  Sərbəst  söz 
birləşmələrini  hissələrinə  ayırmaq,  təhlil  etmək  olur  və  bu 
proses  istər  bütövlükdə  sərbəst  söz  birləşməsinin,  istərsə  onu 
təşkil  edən  sözlərin  məna  və  qrammatik xüsusiyyətlərinə  təsir 
göstərmir.  Sərbəst söz birləşmələri leksik-semantik yox,  leksik- 
qrammatik  birləşmələrdir:  əlig  yıl  (KT  ş  8)  «əlli  il»,  öltəçi
42
bodun  (KT  ş  29)  «öləsi  xadq»,  ak adğır (KT  ş  36)  «ağ  ayğır», 
türk tetjrisi (KT ş  10) «türk tanrısı», türk atı (K.T ş 7) «türk adı», 
məni/bodunım  (BK ş 29) «mənim xalqım», bodumğ atı  (KT  ş
25)  «xalqın adı» və s.
Belə 
söz 
birləşmələrində 
komponentlərdən 
birini 
dəyişdikdə ümumi  sintaktik mənaya xələl gəlmir; məsələn: türk 
atı,  tabğaç atı,  kırkız atı, yaxud mənir) bodunım,  sənil) bodunın, 
bizi/bodummız v  s.  Sərbəst söz birləşmələri sintaktik vahidlər 
olduğu  üçün  dilçilikdə  sintaksis  bəhsisndə  öyrənilir.  Sabit  söz 
birləşmələrində  sözlərin  sərbəstliyinə  yol  verilmir.  Belə 
birləşmələr  tarixən  yaranır  və  onlardakı  sözlər  daşlaşmış 
vəziyyətdə olur:  bu  birləşmələri  hissələrə  ayırmaq  və sintaktik 
baxımdan  qrammatik  təhlilə  cəlb  etmək  olmaz.  Sabit 
söz 
birləşmələrini əmələ gətirən  sözlərin ya hamısı, ya da bir qismi 
öz  leksik  mənasından  uzaqlaşır,  məcazlaşır  və  leksik  mənasını 
itirir,  birləşmənin  leksik-semantik  ünsürünə  çevrilir.  Sabit  söz 
birləşməsi bütövlükdə bir leksik-semantik məna ifadə edir: süçig 
sab  (KT  c  5)  «şirin  söz»,  yımşak  ağı  (KT  c  5)  «yumşaq 
hədiyyə», kün toğsık (KT c 2) «gündoğan», gün batsık (KT c 2) 
«günbatan», arık ok (KT c  8) «arıq ox»,  kızıl кап  (T 52)  «qızıl 
qan»,  ot-sub  kil  (KT  ş  27)  «cəzalandırmaq»  və  s.  Sabit  söz 
birləşmələrinə  daxil  olan  komponentlərdən  birini  dəyişdikdə 
birləşmənin  ümumi  ruhu  pozulur,  o,  bir  sabit  söz  birləşməsi 
kimi  dağılır.  Sabit söz birləşmələri  leksik birləşmələrdir.  Buna 
görə  də  onlar  dilçiliyin  sintaksis  bəhsində  yox,  leksika 
(leksikologiya)  bəhsində  öyrənilir.  Son  zamanlar,  bu  söz 
birləşmələrini  öyrənmək  üçün  dilçiliyin  yeni  bir  bəhsi  -  
frazeologiya bəhsi fopmalaşmaqdadır.
Söz  birləşmələri  sözlərinin  birinin  digərinə  tabeliliyi 
əlaqəsi  ilə  yaranır.  Birləşmədəki  tabe  edən  sözün  hansı  nitq 
hissəsinə mənsub olmasından asılı olaraq, dilçilik ədəbiyyatında 
sərbəst  söz  birləşmələrinin  üç  növü  göstərilir:  ismi  söz 
birləşmələri, feli söz birləşmələri və zərf birləşmələri.  Aparıcı, 
tabeedici üzvü adlarla ifadə edilən söz birləşmələri ismi, aparıcı, 
tabecbici  üzvü  fellərlə  ifadə  edilən  söz  birləşmələri  feli, 
tabcebici  üzvü  zərflə  ifadə  edilən  söz  birləşmələri  zərf
43


birləşmələri  adlanır.  Zərf  birləşmələri  müasir  türk  dillərində 
zəif inkişaf etmişdir;  qədim  türk yazısı  abidələrinin  dilində  isə 
belə birləşmələrə o qədər az rast gəlinir ki, onlardan ayrıca bəhs 
etməyə  dəyməz.  Çox  vaxt türkoloji  ədəbiyyatda  zərf birləşmə­
lərindən ismi birləşmələrin sonunda qısa şəkildə danışılır. Qalan 
iki  (ismi  və  feli)  söz  birləşməsinə  gəlincə,  bunlar  müasir  türk 
dillərində olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də 
geniş  şəkildə  inkişaf  etmiş,  rəngarəng  məna  və  qrammatik 
xüsusiyyətlərə malikdir.
İSMİ  SÖZ BİRLƏŞMƏLƏRİ
İsmi  söz  birləşmələrində  tabeedici  üzv  isim,  yaxud  sub- 
stantivləşmiş digər nitq hissələri ilə ifadə edilir.
İsmi söz birləşmələrində sintatik əlaqələrin hər üç növü -  
yanaşma,  idarə və uzlaşma əlaqəsi  fəaliyyət göstərir: birinci növ 
təyini  söz  birləşmələrində  yanaşma,  ikinci  növ  təyini  söz 
birləşmələrində  idarə,  üçüncü  növ  təyini  söz  birləşmələrində 
həm idarə, həm də uzlaşma əlaqəsi vardır.
İsmi  söz  birləşmələri  iki  cür  yaranır:  1)  analitik  yolla,
2)  sintetik yolla.  Analitik yolla düzələn  ismi söz birləşmələrinin 
komponentləri  heç  bir  şəkilçi  qəbul  etmədən  yanaşma  əlaqəsi 
vasitəsilə  tabelilik  əlaqəsinə  girir.  Burada  söz  sırası  və 
intonasiya  birləşdirici  vasitə  olur.  Türk  dillərində,  o  cümlədən 
qədim  türk  yazısı  abidələrinin  dilində  analitik  yolla  düzələn 
ismi  söz  birləşmələrinə,  məsələn,  birinci  növ  təyini  söz 
birləşmələrini  misal  göstərmək  olar:  kök  türk  (KT  ş  3)  «göy 
türk»,  eki şad (KT  ş  27)  «iki  şad»,  uluğ sü  (KT ş  28)  «böyük 
qoşun»,  ol bodun  (KT  ş  38)  «o  xalq», yalın  bodun  (KT  ş  29) 
«yalın xalq», yeti yaş (KT ş 30) «yeddi yaş», sarığ altun (BK şm 
11) «sarı qızıl» və s.
Analitik  yolla  düzələn  ismi  söz  birləşmələrinin  kompo­
nentləri  arasına bəzən qoşmalar da daxil ola bilir:  Umay təg ög 
(KT ş 31) «Umay tək ana».
Sintetik  yolla  düzələn  ismi  söz  birləşmələrinin  kompo­
nentlərindən  biri  (bir  qismi),  yaxud  hamısı  qrammatik  şəkilçi
44
qəbul  edir.  İsmi  söz  birləşmələrinin  böyük  əksəriyyəti  sintetik 
yolla əmələ gəlir.  Sintetik yolla əmələ gələn söz birləşmələrinə 
ikinci  ıə  üçüncü  növ  təyini  söz  birləşəmlərini  nümunə 
göstermək  olar:  tabğaç  kam  (MÇ  42)  «tabğaç  xam»,  bodun 
boğazı  (T  8)  «xalqm  boğazı»,  sü  başı  (T  31)  «qoşun  başı», 
tabğaç ili (T  1)  «tabğaç eli»,  türk ili (MÇ 4)  «türk eli»,  kan süsi 
(MÇ  7)  «xan  qoşunu»,  məni/j  bodumm  (BK  ş  29)  «mənim 
xalqım», bodumğ atı (KT ş 25) «xalqm adı» və s.
Birinci növ təyini söz birləşmələrini istisna etsək, ismi söz 
birləşəmləri  sintaktik təhlil  zamanı  tərkib  hissələrinə bölünmür 
və birlikdə cümlənin mürəkkəb bir üzvü olur.
Dilçilik  ədəbiyyatında  ismi  söz  birləşəmlərini  iki  böyük 
qrupa ayırırlar:
1.  Təyini söz birləşəmləri.
2.  Təyini söz birləşmələrinə daxil olmayan digər ismi söz 
birləşmələri.
TƏYİWİ SÖZ BİRLƏŞMƏLƏRİ
Komponentləri  arasında  atributiv  (təyini)  münasibət  olan 
ismi söz birləşəmlərinə təyini söz birləşmələri deyilir. Türkoloji 
ədəbiyyatda  təyini  söz  birləşmələri  müxtəlif  ad  altında 
araşdırılır.  Lakin bu  tip  söz birləşmələrini adlandırmaq üçün ən 
münasib  termin  M.H.Hüseynzadənin  təklif  etdiyi  ləyini  söz 
birləşmələri  terminidir.  Qədim  türk  yazısı  abidələrinin  dilində 
təyini söz birləşmələrinin bu növləri işlənir:
1.  Birinci növ təyini söz birləşmələri.
2.  İkinci növ təyini söz birləşmələri.
3.  Üçüncü növ təyini söz birləşmələri.
4.  Mürəkkəb təyini söz birləşmələri.
5.  Təktərəfli təyini söz birləşmələri.
45


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə