T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
27
Regional səviyyə iri coğrafi və ya iqtisadi zonaları, bəzən
də bir neçə dövlətin ərazisini əhatə edir. Nəzarət və idarəetmə
dövlətin hökuməti və dövlətlərarası əlaqələr səviyyəsində həyata
keçirilir.
Bu səviyyədə ekoloji təhlükəsizliyin idarəetmə sisteminə
aşağıdakılar daxildir:
- İqtisadiyyatın ekologiyalaşdırılması;
- Yeni ekoloji təhlükəsiz texnologiyalar;
- Ətraf mühitin keyfiyyətinin bərpasına mane olmayan və
təbii ehtiyatların səmərəli istifadə edilməsinə xidmət edən iqtisadi
inkişaf tempinin saxlanılması.
Ekoloji təhlükəsizliyin lokal idarəetmə səviyyəsi şəhər,
rayon, metallurgiya, kimya, neft emalı müəssisələri, dağ-mədən
hasilatı sənayesinin mühafizə kompleksinə, tullantılara, axınlara
və s. nəzarəti əhatə edir.
Ekoloji təhlükəsizliyin idarə edilməsi sanitariya vəziyyəti
və təbiəti mühafizə fəaliyyətinə görə məsuliyyət daşıyan müvafiq
xidmətlər cəlb edilməklə ayrı – ayrı şəhərlərin, rayonların,
müəssisələrin inzibati rəhbərləri səviyyəsində həyata keçirilir.
Konkret lokal problemlərin həlli, ekoloji təhlükəsizliyin
regional və qlobal səviyyədə idarə edilməsi məqsədlərinə çatmaq
imkanlarını müəyyənləşdirir.
Ekoloji təhlükəsizliyin idarəetmə səviyyəsindən asılı
olmayaraq əsas idarəetmə obyekti təbii ətraf mühit hesab edilir.
Məhz buna görə də, ekoloji təhlükəsizliyin idarə edilməsinin hər
hansı bir səviyyəsi sxemində mütləq iqtisadiyyat, hüquqi
məsələlər, inzibati tədbirlər, təhsil və mədəniyyətin analitik təhlili
iştirak edir.
Ekoloji risk dərəcələrinin müəyyənləşdirilməsi ekoloji
təhlükəsizliyin təmin edilməsində mühüm şərtlərdən biridir.
Ekoloji
risk
dərəcələrinin
müəyyənləşdirilməsi
həyatın
mövcudluğunu təmin edən fiziki sistemin ( atmosfer havası, su,
torpaq, qida, mənzil və s. ) çirklənmə dərəcəsinin öyrənilməsinə
xidmət edir. Məsələn, insan sağlamlığına atmosfer havasının
təsirini arşdırarkən ekoloji baxımdan xəstələnmə riskinin dərəcəsi
mütləq nəzərə alınmalıdır. Bundan başqa, havanın çirklənməsinin
Ekoloji təhlükəsizlik
28
insan sağlamlığına təsiri zamanı sosial baxımdan cins, yaş,
qidalanma, orqanizmin ümumi vəziyyəti nəzərə alınmalıdır.
Yaşayış yerlərinə görə atmosfer çirklənməsinin mənfi təsirinə
kənd yerlərinə nisbətən iri sənaye şəhərlərində yaşayanlar daha
çox məruz qalırlar. Hazırda avtomobillərin çox olduğu şəhərlərdə
ağ ciyər xəstəliyinin artmasını alimlər avtomobil mühərriklərindən
çıxan zərərli qazlar vasitəsilə havanın həddən çox çirklənməsi ilə
əlaqələndirirlər.
Aparılan araşdırmaların nəticələrini ümümiləşdirərək
Davamlı İnkişaf prinsiplərinə keçilməsi və ekoloji təhlükəsizliyin
təmin edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini
məqsədə uyğun hesab edirik:
- Seliteb (insan yaşayan) və qeyri seliteb ( insan yaşamayan,
məskunlaşmayan ) ərazilərdə yaşıllaşdırma və abadlaşdırma,
torpağın becərilməsi və təbiətdən istifadə tədbirlərinin həyata
keçirilməsində
Davamlı
İnkişaf
və
ekoloji
təhlükəsizlik
prinsiplərinə əməl edilməsi;
- Kənd təsərrüfatının yerli şəraitə uyğun, eyni zamanda
mütərəqqi aqrotexnoloji əsaslarla inkişaf etdirilməsi, torapağın
eroziya və çirklənmədən qorunması və məhsuldarlığın
yüksəldilməsi, kənd əhalisinin sosial müdafiə sisteminin
yaradılması;
- Lokal ekosistemlərin təsərrüfat tutumunu nəzərə almaqla
regional sənaye sisteminin təkmilləşdirilməsi.
- Sosial infrastrukturun inkişaf etdirilməsi, əhalinin sanitar –
gigiyenik- epidemoloji sağlamlığının və ətraf mühitin ekoloji
təhlükəsizliyinin təmin edilməsi;
- Torpağın
deqradasiyasının
qarşısının
alınması
və
torpaqlardan səmərəli istifadə edilməsi;
- Altenativ enerji mənbələrinin tətbiqinin genişləndirilməsi
imkanlarının artırılması;
- Radioaktiv maddələrlə çirklənmənin qarşısının alınması;
- Ekoloji təhlükəsizlik sahəsində institusional inkişafın
təmin edilməsi.
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
29
1.7. Ekoloji təhlükəsiz texnologiyaların elmi əsasları
Bildiyimiz kimi bir çox istehsalat sahələri o cümlədən
metallurgiya, kimya, neft emalı müəssisələri ətraf mühitə külli
miqdarda çirkləndirici maddələr axıdırlar. Son illərdə bir sıra
regionlarda atmosfer havasının ümumən pisləşməsi və onun
yaxşılaşdırılması üçün gecikmədən tədbirlər görülməsinin
vacibliyi ətraf mühitə nəzarət sisteminin müasir vasitələrinin
yaradılması və tətbiqi üzrə işlərin fəal aparılmasını şərtləndirir.
Ekoloji
təhlükəsizliyin
təminatı
üçün
ekoloji
təhlükəsiz
texnologiyalardan
istifadə
edilməsi
vacibdir.
Belə
texnologiyalardan bir neçəsi ilə tanış olaq.
Məlumdur ki, neft mədənlərində məşəllərdə səmt
qazlarının yandırılması təcrübəsi atmosferə azot və karbon
oksidlərinin tullantılarının yaranması, böyük iqtisadi itkilər və
ekoloji problemlərə səbəb olur.
Hidrogen və yeni karbon materialları alınması ilə səmt
qazlarının emalının ekoloji təmiz metodunu (Q.Q.Kuvşinov və s.)
araşdıraq. Bu metodun əsasını karbohidrogenlərin yüksək
temperaturlu katalitik parçalanma reaksiyası əsasında səmt
qazlarının utilləşmə sxemi təşkil edir. Bu zaman katalizatorun
vahid kütləsindən karboqrafit materialının alınması katalizatorun
tipi və prosesin aparılma şəraitindən asılı olaraq 100:1 nisbəti
təşkil edir. Göstərilmişdir ki, alınan məhsul sorbent, katalizator,
kompozisiya materialı və elektrod kimi istifadə oluna bilər.
Xarakterikdir ki, təklif olunan qurğu neft mədənində,həm də neft
emalı zavodu şəraitində istifadə edilə bilər.
Hava hövzəsinin çirklənməsi ilə digər vacib mübarizə
vasitəsi qaz tullantılarının kataliktik susuzlaşdırılması metodudur
(Vodyankin A.Y. və s.). Bu metodun mahiyyəti metallik torun
üzərinə çəkilmiş mürəkkəb oksid kütləsinin səmərəli katalizator
alınması
üçün
istifadə
olunmasıdır.
İndi
isə
metalın
aktivləşdirilmiş səthinə kataliktik kütlənin bərkidilməsi metodunu
nəzərdən keçirək. Bu metod işlənərkən tərkibləri geniş diapazonda
dəyişən Zn və Co oksidləri əsasında katalizatorlar öyrənilmişdir.
Bunlardan ZnO : Co
3
O
4
= 1 : 3 tərkibli katalizatorun daha böyük
Dostları ilə paylaş: |