MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 212 ____________________________
münasibətlərin fərdiləşdirilməsinə görə, seqmentləşdirmə
proseduru daha tez-tez aparılaraq real vaxt rejiminə
yaxınlaşdırılır.
İkincisi, seqmentləşdirmə məsələsinin həlli zamanı istifadə
edilən klasterləşdirmə məsələsinin riyazi mürəkkəbliyi üzündən
menecment
sahəsindəki
mütəxəssislərlə
riyaziyyatçı-
proqramçıların birgə işləməsi tələb olunur ki, bu da əlavə çətin-
liklər törədir. Belə ki, münasibətlərin sərrast marketinq-
menecmenti üçün xarakterik olan müştərilərlə dəyişkən kontakt
şəraitində qarşılıqlı fəaliyyəti menecer sərbəst şəkildə təhlil edə
bilmir.
Üçüncüsü, fərdi kontakt şəraitindəki qarşılıqlı fəaliyyətdə
və ya dar seqmentdəki kontaktda aparılan ilkin təhlil dinamik
korreksiya (düzəliş) tələb edir. Çünki bir sorğunun icrası
nəticəsində başqa sorğular yaranır ki, bunlara da “
on-line”
rejimində cavab verilməlidir. Klaster təhlili statik xarakterli
olduğundan bu rejimi reallaşdırmaq mümkün olmur.
Odur ki, müasir seqmentləşdirmə metodu yeni operativ
analitik emal (OLAP-təhlil) texnologiyasına əsaslanır. Bu
texnologiya yuxarıda sadalanan nöqsanları asanlıqla aradan
qaldırır. Məhz bu səbəbdəndir ki, OLAP-təhlil texnologiyası
münasibətlərin
sərrast marketinq-menecmentində
seqmentləşdirmənin misilsiz alətinə çevrilmişdir. Verilənlərin
kompüter texnologiyasına əsaslanan müasir təhlil vasitələri
tranzaksiya emal sistemləri (
OLTP) və operativ analitik emal
(
OLAP) sistemləri kimi iki istiqamətdə inkişaf etdirilir.
Tranzaksiya emal sistemləri
- emala əsaslanan təhlil
sistemləri böyük faktoqrafik verilənlər massivi toplamağa,
onları əsasən cədvəl formasında ciddi strukturlaşdırmağa imkan
verir. Nəticədə kompüterdə strukturlaşdırılmış hesabatlar tərtibi
mümkün olur.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 213 ____________________________
Tranzaksiya emal sistemləri
- emal çərçivəsində yaradılan
analitik sistem relyasiyalı (iqtibaslı) verilənlər bazasına
əsaslanır. Bu bazalar lazımi informasiyanı kompüterə cəld daxil
etməyə və tranzaksiyaları (emal edilən informasiyanı) sürətlə
seçməyə imkan verir. Analitik məsələlərin həlli xeyli
mürəkkəbdir. Bəzən bu məqsədlə hətta relyasiyaslı bazalarda
qəbul edilmiş normallaşdırma prinsiplərini pozmaq lazım gəlir.
Buna görə də təhlil üçün böyük zəhmət tələb edən əlavə
proqram tərtibi tələb olunur. Məhz bu səbəbdən tranzaksiya
emal sistemləri
-emal sistemlərində təhlil məsələlərinin
proqramlaşdırılmasına çəkilən xərclər çox zaman özünü
doğrultmur. Çünki burada təhlil prosedurunu operativ qaydada
yenidən qurmaq (dəyişdirmək) mümkün olmur. Nəticədə ilkin
informasiyanın lazımi kondisiyaya gətirilməsi kimi ağır zəhmət
tələb edən iş insanın öhdəsində qalır.
OLTP-emal sistemlərindən fərqli olaraq, OLAP-təhlil
vasitələri verilənlərin çoxölçülü modeli prinsiplərinə əsaslanır ki,
bu da real qərar qəbulu prosesini daha adekvat əks etdirir.
Odur ki, bu sistemlə təmasda olan insan çoxölçülü informasiya
ilə işlədiyindən, müştəri haqqında təsəvvürü də həmişə
çoxölçülü olur.
Əlavə proqramlaşdırma tələb etmədən təhlil prosedurlarını
operativ interaktiv şəkildə yenidən qurmaq (dəyişdirmək) üçün
çoxölçülü
OLAP-təhlilin geniş imkanlara malik olması bu sistemi
son illərdə çox populyar etmişdir. Münasibətlərin sərrast
marketinq-menecmenti üçün xüsusilə mühüm cəhəti
OLAP-
sistemlərin heç bir proqramlaşdırma hazırlığı olmayan
marketoloqlara, menecerlərə, analitiklərə, satıcılara və s.
mütəxəssislərə bu sistemlə işləmək imkanı yaratmasıdır.
Keçən əsrin 90-cı illərinin ortalarından indiyədək operativ
analitik emal
kommersiya sistemlərinin kəskin artımı müşahidə
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 214 ____________________________
edilir. 2002-ci ilin əvvəlinə operativ analitik emal sistemlər
bazarı 3 milyard dolları aşmışdı. Verilənlərin operativ analitik
işlənməsi sistemlərinə maraq onunla bağlıdır ki, bu sistemlər:
kim (malgöndərən, satıcı, müştəri), nə qədər (xərc, gəlir),
harada (bazar, ölkə, region), nə vaxt (maliyyə ili, rüb, ay) kimi
suallara dəqiq cavab verə və bazarda konkret situasiyanın və
müxtəlif biznes-amillərin necə dəyişdiyini gerçək əks etdirə
bilir.
Operativ analitik emal sistemlərin əsas istehsalçıları və
onların bazar payları cədvəl 7-də verilmişdir.
Cədvəl 7.
OLAP-sistemlərin əsas istehsalçıları
Şirkət
Bazar
payı, %
G
əlir, mln
dollar
Hyperion Solutions (Essbase)
21
488
Microsoft
(Analytical Services)
21
SQL serverin
t
ərkibində
Cognos (Power Play)
12
466
Oracle (Express)
7
460
Microstrateqy (DSS Suite)
7
172
Business Objects (Business
Objects)
7
425
Applix
3
40
Comshare (Commander Prism)
2
69
İBM (DB2 OLAP Server)
2
-
Operativ analitik emal sistemlər üçün ilkin verilənlər
mənbəyi ya relyasiyalı verilənlər bazası (
RDBMS), ya da
çoxölçülü berilənlər bazası (
MDBMS) olur. Odur ki, operativ
Dostları ilə paylaş: |