Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə58/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 212 ____________________________ 
münasibətlərin  fərdiləşdirilməsinə  görə,  seqmentləşdirmə 
proseduru daha tez-tez  aparılaraq  real  vaxt  rejiminə 
yaxınlaşdırılır.  
İkincisi, seqmentləşdirmə məsələsinin həlli zamanı istifadə 
edilən klasterləşdirmə məsələsinin riyazi mürəkkəbliyi üzündən 
menecment 
sahəsindəki 
mütəxəssislərlə 
riyaziyyatçı-
proqramçıların birgə işləməsi tələb olunur ki, bu da əlavə çətin-
liklər  törədir.  Belə  ki,  münasibətlərin  sərrast  marketinq-
menecmenti üçün xarakterik olan müştərilərlə dəyişkən kontakt 
şəraitində qarşılıqlı fəaliyyəti menecer sərbəst şəkildə təhlil edə 
bilmir.  
Üçüncüsü,  fərdi  kontakt  şəraitindəki  qarşılıqlı  fəaliyyətdə 
və  ya  dar  seqmentdəki  kontaktda  aparılan  ilkin  təhlil  dinamik 
korreksiya  (düzəliş)  tələb  edir.  Çünki  bir  sorğunun  icrası 
nəticəsində  başqa  sorğular  yaranır  ki,  bunlara  da  “
on-line” 
rejimində  cavab  verilməlidir.  Klaster  təhlili  statik  xarakterli 
olduğundan bu rejimi reallaşdırmaq mümkün olmur.  
Odur  ki,  müasir  seqmentləşdirmə  metodu  yeni  operativ 
analitik emal (OLAP-təhlil)  texnologiyasına  əsaslanır.  Bu 
texnologiya  yuxarıda  sadalanan  nöqsanları  asanlıqla  aradan 
qaldırır.    Məhz  bu  səbəbdəndir  ki,  OLAP-təhlil  texnologiyası 
münasibətlərin 
sərrast marketinq-menecmentində 
seqmentləşdirmənin  misilsiz  alətinə  çevrilmişdir.  Verilənlərin 
kompüter  texnologiyasına  əsaslanan  müasir  təhlil  vasitələri 
tranzaksiya  emal  sistemləri  (
OLTP)  və  operativ  analitik  emal 
(
OLAP) sistemləri kimi iki istiqamətdə inkişaf etdirilir. 
Tranzaksiya  emal  sistemləri
  -  emala  əsaslanan  təhlil 
sistemləri  böyük  faktoqrafik  verilənlər  massivi  toplamağa, 
onları əsasən cədvəl formasında ciddi strukturlaşdırmağa imkan 
verir. Nəticədə kompüterdə strukturlaşdırılmış hesabatlar tərtibi 
mümkün olur.  


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 213 ____________________________ 
Tranzaksiya emal sistemləri
 - emal çərçivəsində yaradılan 
analitik  sistem  relyasiyalı  (iqtibaslı)  verilənlər  bazasına 
əsaslanır. Bu bazalar lazımi informasiyanı kompüterə cəld daxil 
etməyə  və  tranzaksiyaları  (emal  edilən  informasiyanı)  sürətlə 
seçməyə  imkan  verir.  Analitik  məsələlərin  həlli  xeyli 
mürəkkəbdir.  Bəzən  bu  məqsədlə  hətta  relyasiyaslı  bazalarda 
qəbul  edilmiş  normallaşdırma  prinsiplərini  pozmaq  lazım  gəlir. 
Buna  görə  də  təhlil  üçün  böyük  zəhmət  tələb  edən  əlavə 
proqram  tərtibi  tələb  olunur.  Məhz  bu  səbəbdən  tranzaksiya 
emal  sistemləri
  -emal  sistemlərində  təhlil  məsələlərinin 
proqramlaşdırılmasına  çəkilən  xərclər  çox  zaman  özünü 
doğrultmur. Çünki burada təhlil prosedurunu operativ qaydada 
yenidən  qurmaq  (dəyişdirmək)  mümkün  olmur.  Nəticədə  ilkin 
informasiyanın  lazımi  kondisiyaya  gətirilməsi  kimi  ağır  zəhmət 
tələb edən iş insanın öhdəsində qalır.  
OLTP-emal  sistemlərindən  fərqli  olaraq,  OLAP-təhlil 
vasitələri verilənlərin çoxölçülü modeli prinsiplərinə əsaslanır ki, 
bu da real  qərar  qəbulu  prosesini  daha  adekvat  əks  etdirir. 
Odur ki, bu sistemlə təmasda olan insan çoxölçülü informasiya 
ilə  işlədiyindən,  müştəri  haqqında  təsəvvürü  də  həmişə 
çoxölçülü olur.  
Əlavə proqramlaşdırma tələb etmədən təhlil prosedurlarını 
operativ interaktiv şəkildə yenidən qurmaq (dəyişdirmək) üçün 
çoxölçülü 
OLAP-təhlilin geniş imkanlara malik olması bu sistemi 
son  illərdə  çox  populyar  etmişdir.  Münasibətlərin  sərrast 
marketinq-menecmenti  üçün  xüsusilə  mühüm  cəhəti 
OLAP-
sistemlərin  heç  bir  proqramlaşdırma  hazırlığı  olmayan 
marketoloqlara,  menecerlərə,  analitiklərə,  satıcılara  və  s. 
mütəxəssislərə bu sistemlə işləmək imkanı yaratmasıdır.  
Keçən  əsrin  90-cı  illərinin  ortalarından  indiyədək  operativ 
analitik emal
 kommersiya sistemlərinin kəskin artımı müşahidə 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 214 ____________________________ 
edilir. 2002-ci  ilin  əvvəlinə  operativ analitik emal  sistemlər 
bazarı  3  milyard  dolları  aşmışdı.  Verilənlərin  operativ  analitik 
işlənməsi  sistemlərinə  maraq  onunla  bağlıdır  ki,  bu  sistemlər: 
kim  (malgöndərən,  satıcı,  müştəri),  nə  qədər  (xərc,  gəlir), 
harada (bazar, ölkə, region), nə vaxt (maliyyə ili, rüb, ay) kimi 
suallara  dəqiq  cavab  verə  və  bazarda  konkret  situasiyanın  və 
müxtəlif  biznes-amillərin  necə  dəyişdiyini  gerçək  əks  etdirə 
bilir.  
Operativ analitik  emal  sistemlərin  əsas  istehsalçıları  və 
onların bazar payları cədvəl 7-də verilmişdir. 
 
Cədvəl 7. 
OLAP-sistemlərin əsas istehsalçıları 
 
Şirkət 
Bazar 
payı, % 
G
əlir, mln 
dollar 
Hyperion Solutions (Essbase) 
21 
488 
Microsoft  
(Analytical Services) 
21 
SQL serverin 
t
ərkibində 
Cognos (Power Play)  
12 
466 
Oracle (Express) 

460 
Microstrateqy (DSS Suite) 

172 
Business Objects (Business 
Objects) 

425 
Applix 

40 
Comshare (Commander Prism) 

69 
İBM (DB2 OLAP Server) 


 
Operativ analitik emal  sistemlər  üçün  ilkin  verilənlər 
mənbəyi  ya  relyasiyalı  verilənlər  bazası  (
RDBMS), ya da 
çoxölçülü  berilənlər  bazası  (
MDBMS) olur. Odur ki, operativ 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə