Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə55/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 202 ____________________________ 
işləmək  imkanı  əldə  edir  ki,  bu  da  rolların  və  səlahiyyətlərin 
yenidən paylanması ilə nəticələnir. 
Biznesin  restrukturlaşdırılması  layihələri  təşkilatın  biznes 
sferasını köklü surətdə dəyişdirir.  
Bu  təsnifatda  biznes-prosesin  reinjinirinqi  xüsusi  diqqət 
tələb  edir.  Çünki  ilk  iki  layihə  növü  təşkilati  baxımdan  ciddi 
dəyişiklik törətmir, sonuncu isə çox nadir hallarda tətbiq edilir. 
Növbəti  təsnifat  layihənin  istiqaməti  üzrə  aparılır.  Bu 
əlamətə görə layihələr 2 qrupa bölünür: 
1.Biznes-layihələr; 
2.İnfrastruktur layihələri. 
Biznes-layihələr  son  sifarişçi  üçün  yeni  informasiya 
texnologiyaları  servisləri  yaradır  (Məsələn,  korporativ  İNSİ, 
sənəddövrüyyəsi, QQDS və s. tətbiqi). 
İnfrastruktur  layihələri  informasiya  texlogiyalarının 
infrastrukturunu  dəyişdirir  (Məsələn,  ITIL/ITSM  infrastruktur 
layihəsidir). 
Biznes-prosesin reinjinirinqi, bir qayda olaraq, biznes-
layihədir. 
 
LAYİHƏNİN İDARƏ EDİLMƏSİNİN ÖMÜR TSİKLİ 
 
Layihə  özünün  inkişafında  müəyyən  mərhələlər 
ardıcıllığından  keçir  ki,  buna  da 
layihənin  ömür  tsikli  deyilir. 
Ömür  tsiklinin  müxtəlif  mərhələlərində  xarici  mühit  müxtəlif 
cür rol oynayır.  
Layihənin  başlanğıc  mərhələsi  -  layihənin  məqsədinin 
müəyyən  edilməsi  mərhələsidir.  İdeya  ya  qəbul  edilir,  ya  da 
imtina edilir. Başlanğıc mərhələnin son nəticəsi: layihənin ilkin 
iqtisadi  əsaslandırılmasından,  ilkin  planı  və  ilkin  büdcəsinin 
hazırlanmasından ibarətdir.  


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 203 ____________________________ 
Dəqiqləşdirmə  mərhələsi  –  yaradılan  xidmətlərin,  o 
cümlədən, informasiya texnologiyalari servislərinin dəqiq təyin 
edilməsi  mərhələsidir.  Aşkar  edilən  xırdalıqlar  nəzərə 
alınmaqla  layihənin  planı  və  büdcəsi  dəqiqləşdirilir. 
Xidmətlərin  dəqiq  təyin  edilməsi  -  konseptual  layihənin 
hazırlanması demək olub, yekun plan və büdcə ilə birlikdə bu 
mərhələnin son məhsuludur. 
Quraşdırma  (yaratma)  mərhələsi  –  informasiya 
sistemlərində 
informasiya texnologiyalari 
servislərinin 
reallaşdırılması  mərhələsidir.  Bu  mərhələdə  normativ-sorğu 
informasiyası  hazırlanıb  başa  çatdırılır,  yeni  yaradılan 
informasiya texnologiyalari  servislərinin  inteqrasiya  edilmiş 
testi (yoxlanması) həyata keçirilir. Bu mərhələnin son nəticəsi 
-  informasiya texnologiyalari  servislərinin  funksionallığının 
reallaşdırılmasından ibarətdir. 
Genişləndirmə  mərhələsi  –  sistemin bir-neçə  əsas 
prosedurdan  ibarət  olan  sənaye  istismarı  mərhələsidir. 
Avadanlığın  və  proqram  təminatının  istismara  hazırlanması 
üçün lazımi sənədlərin işlənib hazırlanması və tirajlaşdırılması, 
istifadəçilərin  və  müçayiətedici  əməkdaşların  öyrədilməsi 
həyata  keçirilir.  Bu  mərhələnin  son  nəticəsi  –  informasiya 
sistemlərinin istismara hazır olmasıdır. 
İstismar  mərhələsi  –  yaradılmış  servislərin  təşkilatın 
biznes-prosesləri  çərçivəsində  istismarı  mərhələsidir.  Bu 
mərhələ  informasiya  sistemlərinin  istismardan  çıxarılması  ilə 
başa çatır. 
Qeyd etmək lazımdır ki, 
əvvəla, layihələrin heç də hamısı 
bu mərhələlərin hamısından keçmir. Bu mərhələlərin hər hansı 
birində  aşkara  çıxan  səhv  layihənin  sonrakı  mərhələyə 
keçməsini qeyri-mümkün edə bilər. 
İkincisi, layihələşdirmənin 
quraşdırma  və  genişləndirmə  mərhələləri  xeyli  baha 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 204 ____________________________ 
olduğundan,  bu  mərhələlərin  hər  hansı  birində  layihədən 
imtina edilməsi arzu edilməzdir. Buna görə də layihə başlanğıc 
mərhələdə  diqqətlə  süzgəcdən  keçirilməli,  imtina  ediləcəksə, 
bu  mərhələdə  edilməlidir. 
Üçüncüsü,  başlanğıc  mərhələdə 
layihədən  imtina  etmək  olduqca  çətindir.  Çünki  gələcək 
servislər, resurslara tələbat, layihə riskləri dəqiq məlum olmur. 
Bu qeyri-müəyyənlik  erkən  mərhələdə  layihədən  imtina 
edilməsi ehtimalını olduqca azaldır. 
Layihə mühiti prosesləri məhz bu ziddiyyətləri həll etmək 
üçündür.  
Layihələrə  nəzarət  edilməsinin  səmərəliliyi  aşağıdakılarla 
bağlıdır: 

 
Layihənin  qiymətləndirilməsindəki  qeyri-müəyyənlik 
aradan qaldırıla bilən deyildir; 

 
Layihənin hər mərhələsində nəzarət etmək üçün bütün 
əlçatan informasiyadan istifadə edilməlidir; 

 
Əlavə informasiya daxil olduqca əldə edilmiş nəticələrə 
növbəti mərhələdə yenidən baxmaq lazımdır. 
Bəs  unikal  işlər  ardıcıllığı  olan  layihə  təkrarlanan  işlər 
ardıcıllığı olan proses vasitəsilə necə idarə edilə bilər? Burada 
ziddiyyət yoxdurmu? Yoxdur. Çünki təşkilat nadir halda yalnız 
bir layihə icra edir. Qayda üzrə eyni zamanda bir-neçə layihə 
icra edilir. Nəticədə bütün layihələr üçün tipik olan məsələlərin 
həlli zəruri olur.  
 
LAYİHƏ MÜHİTİ: BÜTÖVLÜKDƏ TƏŞKİLETMƏ 
PROSESİ 
 
Biznes-proseslərin  reinjinirinqi  layihəsi  bütövlükdə 
təşkilat  miqyasında  bir  və  ya  bir-neçə  biznes-prosesin köklü 
surətdə dəyişdirilməsini nəzərdə tutur. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə