Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 208 ____________________________ 

 
Dəyişikliklərin 
reallaşdırılmasının 
planlaşdırılması. 
informasiya  texnologiyaları  infrastrukturunda  layihədə 
nəzərdə tutulan dəyişikliklərin aparılmasında həm layihə 
komandası,  həm  də  müşayiət  xidmətinin  işçi  heyəti 
iştirak edir. 
  
RELİZLƏRİN İDARƏ EDİLMƏSİ PROSESİ 
 
Reliz (
release)  dedikdə,    testləşdirilən  və  mövcud 
mövqelərlə  birlikdə  tətbiq  edilən  yeni  və  ya  dəyişdirilmiş 
konfiqurasiya mövqeləri nəzərdə tutulur. 
Relizlərin  idarə  edilməsi  prosesinin  məqsədi  müəyyən 
keyfiyyət 
səviyyəsinin 
saxlanması 
şərtində 
aparılmış 
dəyişikliklərin  razılaşdırılmasının  təmin  edilməsindən  ibarədir. 
Bu  baxımdan  relizlərin  idarə  edilməsi,  əslində,  komplektliyin 
idarə  edilməsidir.  Komplektlik  dedikdə,  işin  bütün  tərəflərinin 
nəzərə alındığı ifadə edilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 209 ____________________________ 
MÜRƏKKƏB İNFORMASİYA 
SİSTEMLƏRİNİN TƏTBİQİNİN STANDART 
METODİKALARI 
 
Müəssisə  miqyasında  informasiya  sistemlərinin  tətbiqinə 
əsaslanan reinjiniriq layihəsi yüksək risk səviyyəsi ilə istismar 
edilən  çox  mürəkkəb  işdir.  Buna  görə  də  standart  metodi-
kalardan istifadə edilməsi məqsədəuyğundur.  
Hal-hazırda  belə  metodikalara  həm  müvafiq  proqram 
təminatı istehsalçıları (məsələn, 
SAP, Oracle), həm də aparıcı 
məsləhətçi 
konsaltinq 
firmaları 
(məsələn, 
PricewaterhouseCoopers, Accenture  –  keçmiş  Andersen 
Consulting) malikdir. 
SAP firmasının Accelerated SAP adlı standart metodikası 
tətbiq üzrə aşağıdakı üstünlüklərə malikdir: 
1.İşlərin  şablon  planı.  Burada  söhbət  marşrut 
xəritəsindən  (
roadmap)  gedir.  Bu  xəritədə  verilmiş  sistemin 
tətbiqi  üzrə  görüləcək  işlərin  mümkün  qədər  tam  siyahısı 
iyerarxik  qaydada  təsvir  edilir.  İşlərin  real  planı  lazımsız 
addımların  marşrut  xəritəsindən  çıxarılması  ilə  yaradılır.  Bu, 
layihə  planında  bu  və  ya  digər  vacib  işin  yaddan  çıxması 
riskini minimuma endirir.  
2.Layihənin  real  həcmi  nəzərə  alınmaqla,  işlərin 
əməktutumu  barədə  verilənlər  (məlumat).  Bu informasiya 
layihə  üçün  ayrılmış  müəssisə  resurslarından  çıxış  edərək 
tərtib edilən layihə büdcəsi və layihə planı üzrə müddətləri və 
xərcləri (dəyəri) müəyyən etməyə imkan verir.  
3.Layihənin təşkilati struktur şablonları. Təşkilati struktur 
şablonları  dedikdə,  təşkilati  vahidlərin  siyahısı  və  funksiyaları 
nəzərdə  tutulur.  Nəticədə  yanlış  təşkilati  struktur  yaranması 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 210 ____________________________ 
riski  aradan  qalxır  və  bu  və  ya  digər  strukturun  seçilməsinin 
əsaslandırılması asanlaşır.  
4.Layihə 
sənədləri 
şablonları. 
Şablon 
sənədin 
məzmununa  qoyulan  tələbləri  və  onun  razılaşdırılması  və 
təsdiqi mexanizmlərini əks etdirir.  
5.Aparat  vasitələrinə  texniki  tələblərin  hesablanması 
metodikası.  Bu,  verilmiş  serverlər  sinfi  üçün  prosessorun 
lazımi  sürətini  (cəldişləməsini),  operativ  yaddaşın  həcmini, 
disk məkanını və s. hesablamağa imkan verir. 
Standart  tətbiq  metodikası,  bir  qayda  olaraq,  proqram 
təminatının  işlənib  hazırlanmasının  ardıcıl  pilləli  –  kaskadlı 
(şəlalə, enerji mənbələri) və spiralvari modellərin birgə istifadə 
edilməsini  nəzərdə  tutur.  Layihənin  ilk  mərhələləri  daha  çox 
kaskadlı  modellə  reallaşdırılır.  Kaskadlı  model  konseptual 
layihənin  (Konseptual  layihə  bəzən  texniki  layihə  də  adlanır) 
dayanıqlılığını  təmin  edir.  Quraşdırma  mərhələsi  daha  çox 
spiralvari texnologiya ilə davam etdirilir. 
  
SƏRRAST MARKETİNQ-MENECMENTƏ ƏSASLA-
NAN “MÜŞTƏRİYÖNÜMLÜ” SİSTEMDƏ MARKETİNQ 
İNFORMASİYASININ ÇOXÖLÇÜLÜ TƏSVİRİNİN 
METODİKİ ƏSASLARI 
 
Şirkətlərin 
strateji 
məqsədləri 
adətən 
mövcud 
seqmentlərdə 
mövqeyin 
qorunmasına 
və 
möhkəmləndirilməsinə,  həmçinin  məhsul  yeridilişi  üçün  yeni 
seqment axtarışına yönəldilir. 
Bazarın 
idarə 
edilməsi 
prosesinin 
təşkilində 
seqmentləşdirmə  əsas  problem  kimi  qarşıya  çıxır.  İş 
burasındadır  ki,  bir  qayda  olaraq,  istənilən  şirkət,  resurs 
məhdudiyyəti  üzündən,  bütün  bazara  deyil,  yalnız  onun  bir 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 211 ____________________________ 
hissəsi  üçün  işləyə  bilir.  Buna  görə  də  bazarın  elə  hissəsi 
(seqmenti)  seçilməlidir  ki,  şirkətə  daha  çox  gəlir  gətirsin. 
Bunun  üçün  bazarı  diqqətlə  öyrənmək,  onu  seqmentlərə 
bölmək,  həmin  seqmentlərin  gəlirlilik  səviyyəsini  təyin  etmək, 
daha çox gəlir verən seqmentə yönəldilmiş idarəetmə strategi-
yası qurmaq tələb olunur. Seqmentləşdirmə üçün istehlakçıların 
formal təsviri üsulları və riyazi analiz metodları tətbiq edilir. Bu 
sahədə  faktor  və  klaster  təhlili  metodları  daha  geniş  tətbiq 
edilir.  
Klaster  təhlilinin  əsasını  obyektlərin  əlamətlər  üzrə 
təsnifləşdirilməsi  metodları  təşkil  edir.  Təsnifat  nəticəsində 
oxşar  obyektlər  klasteri  yaranır.  Lakin  hər  klasteri  seqment 
adlandırmaq  olmaz.  Klasterlərin  sabitliyi,  idarəedici  təsirlərə 
qarşı  həssaslığı,  bu  klasterdə  işləmək  üçün  resursların  yetərli 
olması və s. kimi bir sıra semantik xarakterli şərtlər ödəndikdə 
klaster  seqmentə  çevrilir.  Klaster  təhlilinin  ən  mühüm  üstün 
cəhəti  onun  universallığıdır.  Belə  ki,  klaster  təhlili  istənilən 
təbiətli  obyektləri  təsnifləşdirməyə  imkan  verir.  Ciddi  riyazi 
təhlil  modeli  (dəyişənlərin  sonlu  sayı,  formal  oxşarlıq  ölçüsü) 
daha  obyektiv  təsnifat  aparmağa  imkan  verməklə  bərabər, 
bəzən ilkin oxşar istehlakçı qruplarında əyani olmayan cəhətləri 
də aşkara çıxara bilir.  
Lakin  münasibətlərin  sərrast  marketinq-menecmenti 
baxımından, klaster təhlili bir sıra nöqsanlara malıkdir.  
Əvvəla, dəyişənlərin və ya onların dəyişmə diapazonlarının 
dəyişməsi  baxımından,  təhlil  proseduru  çox  sərtdir  və 
prosedurların 
normallaşdırılmasının 
təkrarlanmasını 
və 
məsələnin  tamamilə  yenidən  proqramlaşdırılmasını  tələb  edir. 
Bu  sərtlik  kütləvi  marketinq  məsələlərində  seqmentləşdirmə 
üçün elə bir maneçilik törətmir. Çünki bu halda yalnız birvaxtlı 
və  ya  uzun  fasiləli  təhlil  aparılır.  Sərrast  menecmentdə  isə 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə