Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 196 ____________________________ 
Servisin  əlçatanlığı  həmçinin  müşayiətetmə  xidməti 
mütəxəssislərinin  sayına  da  təsir  edir.  Bundan  əlavə, 
əlçatanlıq  və  bununla  əlaqəli  olan  etibarlılıq  tətbiq  edilən 
avadanlıqların  və  proqram  təminatının  mürəkkəbliyinə  təsir 
göstərir. Servisin əlçatanlığına yüksək tələblər irəli sürüldükdə, 
bir qayda olaraq, 
imtinayadavamlılıq qərarları qəbul edilir. Bu 
halda  avadanlıqların  əsas  komponentlərinin  təkrarlanması 
(ehtiyatlandırılması)  həyata  keçirilməli  və  yükün  ehtiyat 
avadanlığa  keçirilməsinə  imkan  verən  proqram  təminatı 
olmalıdır.  Bu  qərarlar  isə  həm  tətbiq,  həm  də  istismar 
mərhələsində əlavə xərc tələb edir. 
Servisin  məhsuldarlığı  tətbiq  edilən  avadanlığın  və 
proqram təminatının mürəkkəbliyinə və dəyərinə təsir edir.  
Servisin  miqyası  tətbiq  edilən  avadanlığın  və  proqram 
təminatının  mürəkkəbliyinə  və  servisin  müşayiət  edilməsi 
işlərinin həcminə birbaşa təsir edir.  
Servisin  məzmunu  daha  çox  servisin  əlçatanlığına, 
səviyyəsinə  və  məhsuldarlığına  biznesin  tələblərini  müəyyən 
edir. 
Beləliklə,  servisin  bütün  parametrləri  informasiya 
sistemlərinin xərclərinə birbaşa və dolayı təsir edir. Buna görə 
də  müəssisənin  informasiya  sistemləri  infrastrukturuna 
sahibolmanın  icmal  dəyəri  informasiya  texnologiyaları 
servislərinin  tərkibindən  və  onların  parametrlərindən  birbaşa 
asılıdır. 
İnformasiya 
texnologiyaları 
servislərinin 
tətbiqi 
prioritetlərinin  seçilməsində  informasiya  sistemlərinin  istifadə 
edilməsindən  əldə  edilən  gəlir  çox  mühüm  rol  oynayır.  Gəlir 
də,  xərc  kimi,  informasiya  texnologiyaları  servislərinin 
tərkibindən  və  parametrlərindən  birbaşa  asılıdır.  İnformasiya 
sistemlərindən istifadənin iqtisadi səmərəliliyinin, başqa sözlə, 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 197 ____________________________ 
maliyyə nəticələrinin qiymətləndirilməsi ayrı-ayrı servislər üzrə 
gəlir və xərclərin müqayisə edilməsi yolu ilə həyata keçirilir. 
İnformasiya  texnologiyaları  servislərinə  çəkilən  xərclərin 
təhlilində rast gəlinən əsas çətinlik informasiya texnologiyaları 
servisləri ilə informasiya sistemləri xidmətləri arasında mövcud 
olan  cürbəcür  və  mürəkkəb  qarşılıqlı  əlaqələrdir.  Belə  ki,  bir 
tərəfdən,  bir  resurs  müxtəlif  servislərdə  istifadə  edilir,  digər 
tərəfdən  də,  bir  servisin  həyata  keçirilməsində  müxtəlif 
resurslar  iştirak  edir.  Bütün  bunlar  isə  ayrı-ayrı  konkret 
xərclərlə  bağlıdır.  Məhz  buna  görə  xərclər uçotunun 
fəaliyyət 
növləri  üzrə  aparılması  metodikası  tətbiq  edilir. Bu, fəaliyyət 
növü modeli adlanır. Bu modelin (metodikanın - Nümunə kimi, 
xərclərin  aylıq  səviyyəsi  seçilmişdir)  əsas  anlayışları 
aşağıdakılardan ibarətdir: 

 
Xərc  obyekti  (Cost  Object).  Fəaliyyət  növü  modelində 
bu,  xərci  hesablanan  son  məhsul  və  ya  xidmətdir. 
İnformasiya  sistemləri  xidmətinin  son  məhsulu 
informasiya texnologiyaları servisidir.  

 
Resurs  (Resource)  dedikdə,  informasiya  sistemləri 
xidmətində istifadə edilən ixtiyari istehsal amili nəzərdə 
tutulur.  

 
Fəaliyyət  növü  (activity  -  ingiliscə,  funksiya,  fəaliyyət) 
dedikdə, xərc obyektini almaq üçün insan və ya maşınla 
icra edilən əməllər məcmusu başa düşülür. 
Fəaliyyət  növü  modeli  xərc  obyektlərini,  resursları  və 
fəaliyyət növlərini təkcə dəyər ifadəsi ilə deyil, həm də natural 
ölçülərdə  uçota  almağı  nəzərdə  tutur.  Məsələn,  “Baş  kitab” 
servisi  üçün  ölçü  aparılan  mühasibat  müxabirləşməsi 
(Бухгалтерская  проводка), “Elektron poçt” servisi üçün 
çatdırılmış  (alınmış  və/və  ya  göndərilmiş)  xəbərlər, 
“İstifadəçilərin sorğularının emalı” xidməti üçün ölçü istifadəçi 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 198 ____________________________ 
sorğusu,  “İnsidentlərin  həlli”  xidməti  üçün  iş  naryadı, 
“Reqlamentli işlər” xidməti üçün isə əməliyyat hesab edilir. Bu 
natural ölçülər toplusu 
fəaliyyət növlərinin istifadə intensivliyi 
amilləri  və  ya  sadəcə,  istifadə  amilləri  (Activity Drivers) 
adlanır.  Fəaliyyət  növü  seçilərkən  çalışırlar  ki,  bir  fəaliyyət 
növü çərçivəsində resurs xərcləri bircins olsun. Buna görə də 
reqlamentli işləri daha xırda qruplara bölmək lazım gəlir.  
Heyət  resursunun  istehlakı  iş  vaxtı  ilə,  serverlərin 
istehlakı  isə  prosessorun  və  ya  yaddaşın  yüklənməsi  faizi  ilə 
ölçülür  ki,  burada  da  daha  “zəif”  (azimkanlı)  elementin 
yüklənməsi  əsas  götürülür.  Rabitə  kanalının  istehlakı  kanalın 
yüklənmə  faizi  ilə,  sistem  proqram  təminatının  istehlakı  isə 
sistem resurslarının məşğulluq faizi ilə ölçülür. Bu göstəricilər 
toplusu 
resurs  sərfi  amilləri  (Resource Drivers)  adlanır. 
Düzgün  təyin  edilmiş  resurs  sərfi  amilləri  fəaliyyət  növündən 
istifadə  intensivliyi  amili  vahidinə  düşən  konkret  resursun 
istehlakını  ölçməyə  imkan  verir.  Resurs  sərfi  və  fəaliyyət 
növündən istifadə intensivliyi amilləri toplusu 
sərfiyyat amilləri 
adlanır. 
Resurslar,  fəaliyyət  növləri  və  xərc  obyektləri  arasında 
əlaqə 
uyğungəlmə  yolu  (Assignment Paths)  ilə  qurulur. 
Uyğungəlmə  yolu  göstərir  ki,  xərc  obyekti  hansı  fəaliyyət 
növləri  tərəfindən  istehlak  edilir  və  verilmiş  fəaliyyət  növü 
hansı  resursları  istehlak  edir.  Yəni  uyğungəlmə  yolu  “xərc 
obyekti  - fəaliyyət növü” və “fəaliyyət növü - resurs” kimi iki 
əlaqəni  təsvir  edir.  Verilmiş  xərc  obyektindən  çıxan 
uyğungəlmə  yolu  göstərir  ki,  bu  xərc  obyekti  hansı  fəaliyyət 
növlərini  və  hansı  resursları  istehlak  edir.  Verilmiş  fəaliyyət 
növündən  keçən 
uyğungəlmə  yolu  göstərir  ki,  bu  fəaliyyət 
növü məhz hansı resursları istehlak edir.
 
 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə