Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 182 ____________________________ 
şəraitdə  bu  əlaqə  itdi. 
İkincisi,  köhnə  informasiya  sistemləri 
dəqiq  sərhədləri  olan  biznes-prosesin  ayrı-ayrı  addımlarını 
avtomatlaşdırırdı.  Yeni  şəraitdə  avtomatlaşdırma  biznes-
prosesin bütün əməliyyatlarını əhatə etməklə yanaşı, həm də 
birmənalı  deyildir. 
Üçüncüsü,  yeni  modeldə  informasiya 
sistemləri  layihələrin  sayı  kəskin  artdı.  Xüsusi  ölçmələr 
sisteminin  yaradılması  ilə  əlaqədar  olaraq  hər  bir  yeni  layihə 
üzrə  ayrıca  konsaltinq  tədqiqatları  aparmaq  mümkün  olmadı. 
Dördüncüsü, informasiya sistemləri yeni modeldə biznes üçün 
daha  böyük  əhəmiyyət  kəsb  etdi.  Bu,  təşkilatda  hesablayıcı 
texnikanın  kəskin  şəkildə  artmasına  səbəb  oldu  ki,  bunun  da 
nəticəsində  nasaz  texnikanın  boşdayanmaları  ilə  bağlı  itkilər 
artdı.  Bu  itkilərin  qiymətləndirilməsi  iqtisadçılar  qarşısında 
problemə çevrildi. 
 
İNFORMASİYA SİSTEMLƏRİNİN ÖMÜR TSİKLİ 
 
İnformasiya 
sistemlərinə 
çəkilən 
xərclərin 
hesablanmasında informasiya sistemlərinin ömür tsikli anlayışı 
müəyyənedici  rol  oynayır. 
İnformasiya  sistemlərinin ömür 
tsikli  dedikdə,  onun  tətbiqi  momentindən  istismardan 
çıxarılma  momentinədək  keçdiyi  təkamül  müddəti  nəzərdə 
tutulur. İNSİ adı altında həm yalnız aparat vasitələri(məsələn, 
lokal  şəbəkə  serveri və  ya  elektron  poçt  serveri), həm yalnız 
proqram təminatı (bu təminatın bütün növləri), həm də aprat 
və  proqram  vasitələrinin  iri  kompleksləri  (məsələn,  müasir 
müəssisənin idarə edilməsi sistemi) başa düşülə bilir. 
İNSİ-nin ömür tsikli bir-neçə fazadan ibarətdir: 

 
B
aşlanğıc  faza  –  sistemin  tətbiq  ediləcəyi  sahə  təyin 
edilir, 
məhdudiyyət 
şərtləri 
müəyyənləşdirilir, 
layihələşdirici  komanda  və  layihənin  infrastrukturu  – 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 183 ____________________________ 
rəhbər  orqanı,  nizamnaməsi,  standartları  və  s. 
formalaşdırılır; 

 
D
əqiqləşdirmə  fazası  –  bu,  yeni  İNSİ  layihəsinin 
tətbiqinin  planlaşdırılması  işlərinin  aparılması  və  layihə 
üzrə  texniki  layihənin  (Buna  konseptual  layihə  də 
deyilir)  işlənib  hazırlanması  fazasıdır  ki,  bu  da  texniki 
layihənin təsdiqi ilə başa çatır; 

 
Q
uraşdırma  fazası  –  bu  faza  yeni  sistemin  yaradılması 
və  testləşdirilməsi  işlərini  əhatə  edir  və  inteqrasiya 
edilmiş test protokolunun təsdiqi ilə bitir; 

 
G
enişləndirmə  (açılma)  fazası  –  bu fazada sistem 
tirajlaşdırılır,  istifadəçilər  və  müşayiətedicilər  üçün 
nəzərdə  tutulan  sənədlər  hazırlanır,  son  istifadəçilər 
öyrədilir.  Bu  faza  sistemin  istismara  qəbulu 
protokolunun imzalanması ilə sona çatır; 

 
İ
stismar  fazası  –  bu,  son  istifadəçilərin  sistemdə 
işləməsi,  informasiya  sistemləri  xidməti  əməkdaşlarının 
müşayiətedici  və  reqlamentləşdirilmiş  işlər  üzrə 
inzibatçılıq  fəaliyyəti  və  ola  bilsin  ki,  sistemin  müxtəlif 
növ  modernləşdirilməsi  aparılan  fazadır.  Bu  faza 
sistemin  istismardan  çıxarılması  barədə  qərarın  qəbulu 
ilə başa çatır; 

 
İ
stismardan  çıxarma  fazası  –  bu,  verilənlərin  mövcud 
sistemin əvəzinə qurulan sistemə köçürülməsi fazasıdır. 
Bu  faza,  adətən,  yeni  sistemin  tətbiqi  layihəsinin  bir 
hissəsini təşkil edir. 
İnformasiya  sistemləri  xərclərinin  təhlilinə  müasir 
yanaşmanın 
prinsipial 
momenti 
xərcləri 
informasiya 
sistemlərinin ömür  tsiklinə  bağlamaqdır.  Bu  yanaşmada 
informasiya  sistemləri  xərclərini  ilkin  və  istismar  xərclərinə 
ayırırlar. 
İlkin  xərclər  dedikdə,  başlanğıc,  dəqiqləşdirmə, 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 184 ____________________________ 
quraşdırma  və  genişləndirmə  fazalarındakı  xərclər, 
istismar 
xərcləri  dedikdə  isə,  sistemin  istismarı  fazasndakı  xərclər 
nəzərdə  tutulur.  İnformasiya  sistemləri  xərcləri  illik,  rüblük, 
aylıq  hesablanır.  İlkin  xərclər  informasiya  sistemlərinin ömür 
tsikli üzrə bərabər paylanır. Məsələn, informasiya sistemlərinin 
ilkin xərcləri 360 min dollardırsa, istismar fazası 3 ildirsə, illik 
istismar  xərci  120  min  dollar,  aylıq  istismar  xərcləri  10  min 
dollar təşkil edir. İstismar xərcləri il, rüb, ay üzrə orta qiymət 
kimi hesablanır. 
 
GÖZƏGÖRÜNMƏZ XƏRCLƏR 
 
İdarəetmə  uçotunun  ən  ciddi  problemlərindən  biri 
informasiya infrastrukturuna çəkilən xərclərin uçotudur. Çünki 
burada  3  vacib  xərc  qrupları  üzrə  məlumat  mövcud  deyildir. 
Bunlardan biri, istifadəçilərin boşdayanması ilə, ikincisi, istifa-
dəçilərin özünü dəstəkləməsi ilə, üçüncüsü, istifadəçilərin bir-
birini qarşılıqlı dəstəkləməsi ilə bağlı itkilərdir.  
Xərclərin 
bu 
kateqoriyasına 
aid 
verilənlərin 
“gözəgörünməzliyi”  heç  də  o  demək  deyil  ki,  bu  xərclər 
təşkilatın  xərclərinin  ümumi  məbləğınə  daxil  olmur.  Ənənəvi 
uçot  sistemində  (Ənənəvi  uçot  dedikdə,  informasiya 
texnologiyaları  infrastrukturuna  çəkilən  xərclərin  təhlilində 
sahibolmanın  icmal  dəyəri  (SİD)  modelindən  (модель 
совокупной  стоимости  владения  -CCB)  istifadə  edilməyən 
xərclər  uçotu  sistemi  nəzərdə  tutulur.  Qeyd  edək  ki, 
gözəgörünməz  və  nəzarət  edilməyən  xərclər  anlayışları  yalnız 
konkret  idarəetmə  uçotu  sisteminə  nəzərən  məna  daşıyır) 
xərclərə  dair  məlumatlar  işçi  qüvvəsinə  çəkilən  xərclərin 
tərkibində uçota alınır. Təşkilatda istismar xərclərinin bir növü 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə