Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 188 ____________________________ 
SAHIBOLMANIN İCMAL DƏYƏRİ (SİD-CCB) ADLI 
XƏRCİN AŞKARA ÇIXARILMASI 
 
Yuxarıda  qeyd  edilənlər  göstərir  ki,  gözəgörünməz  və 
nəzarət edilməyən xərclər təşkilatın (müəssisənin) informasiya 
sistemlərinə çəkdiyi xərclərin 70%-ni təşkil edir. Bəs bu xərcin 
30 faizi nələrdən ibarətdir? 
Tədqiqatlar  göstərmişdir  ki,  ümumi  xərcin  16%-i 
boşdayanmalara,  32%-i müşayiətetməyə,  12%-i  inzibatçılığa, 
9%-i  modernləşdirməyə,  1%-i  ixtisasartırmaya,  20%-i 
avadanlığa, 9%-i proqram təminatına və 1%-i öyrətməyə sərf 
olunur (şəkil 26-ya nəzər sal).  
 
 
Şəkil 26. İnformasiya sistemlərinə çəkilən xərclərin xüsusi 
çəkiləri 
 
Xərclərin  bu  cür  paylanmasının  nələrə  səbəb  olduğunu 
aydınlaşdırmağa çalışaq. Həm gözəgörünməz, həm də nəzarət 
edilməyən  xərclərdə  səbəblə  nəticə  bir-birindən  ayrılmış 
vəziyyətdədir. Buna görə də informasiya sistemləri xidmətinin 
Boşdayanma
Müşayiət
İnzibatçılıq
Modernləşdirmə
İxtisasartırma
Avadanlıq
Proqram təminatı
Öyrətmə


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 189 ____________________________ 
rəhbərliyi  bilmir  ki,  qəbul  edilən  qərarların  qiyməti  təşkilat 
üçün nədən ibarətdir. 
Bu  xərclərin  daha  bir  sirri  də  ondan  ibarətdir  ki,  ilkin 
xərclər aydın, istismar xərcləri gizli olduğundan, müəssisə ilkin 
xərcin minimumuna həvəslənib istismar xərclərinin içində itib-
batacağının fərqinə vara bilmir. 
Beləliklə,  təşkilatın  idarəetmə  uçotunun  ənənəvi  modeli 
informasiya  sistemlərinə  çəkilən  xərclərin  yalnız  əyani 
hissəsini uçota alır. Bu isə, deyildiyi kimi, iqtisadi tələdir. 
Bu problemin həlli üçün sahibolmanın icmal dəyəri (SİD-
CCB)  modeli  işlənib  hazırlanmışdır.  Bu  modelin  köməyi  ilə 
müəssisənin  xərcləri  rəqiblərin  xərcləri  ilə  müqayisə  edilir  və 
xərclərin  azaldılması  üçün  tədbirlər  görülür.  Müxtəlif 
istehsalçıların  hazırladığı  proqram  təminatlarının    SİD-CCB 
kriteriləri  üzrə  müqayisəsi  maraqlı  məqamları  aşkarlamışdır. 
Sahibolmanın  icmal  dəyəri  modeli  həmçinin,  müşayiətedici 
xidmət  resurslarının  kafiliyinə  qiymət  vermək  üçün  istifadə 
edilir. 
Resursların  kafiliyi  bir  tərəfdən,  müşayiətə  və 
inzibatçılığa 
çəkilən 
xəclərin, 
digər 
tərəfdən 
də, 
boşdayanmalara  görə  ödəmələrlə  bağlı  itkilərin  müqayisəsi 
yolu  ilə  qiymətləndirilir.  Müşayiətedici  xidmət  resursu  kafi 
deyilsə,  müşayiət  xərcləri  az,  boşdayanma  itkiləri  çox 
olacaqdır.  
Sahibolmanın  icmal  dəyəri  modelinin  sonrakı  inkişafı 
faktorlu  sahibolmanın  icmal  dəyəri  modelinin  yaranması  ilə 
nəticələnmişdir.  Bu  model  aşağıdakı  verilənlər  əsasında 
qurulur: 

 
Təşkilatın  (müəssisənin)  ölçüsü,  sahəvi  aidiyyəti  və 
coğrafi yerləşməsi; 

 
Təşkilatda işçi yerlərinin sayı və quruluşu; 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 190 ____________________________ 

 
Tətbiq edilən texnoloji platformaların tərkibi və onların 
qarşılıqlı fəaliyyətinin mürəkkəbliyi; 

 
Biznes-proseslər,  informasiya  sistemləri  xidmətinin 
təşkili və texnologiyası; 

 
İşçi  heyətinin  ixtisası  və  motivasiya  (Sübutlar,  dəlillər, 
əsaslar) səviyyəsi; 

 
Biznes-istifadəçilərin servisin səviyyəsinə qarşı tələbləri. 
Faktorlu  sahibolmanın  icmal  dəyəri  modeli  təşkilatın 
bütün  informasiya  sistemlərinin  sahibolmanın  icmal  dəyərini 
daha  sadə  ölçülən  və  proqnozlaşdırılan  kəmiyyətlərə  əsasən 
proqnozlaşdırmağa  imkan  verir.  Aydındır  ki,  təşkilatın  ölçüsü 
böyük, işçi yerlərinin sayı çox, müxtəlif texnoloji platformalar 
(Müxtəlif  tip  avadanlıqlar,  əməliyyat  sistemləri,  tətbiqi 
proqramlar  və  s.)  çox  və  biznes-istifadəçilərin  xidmətə  qarşı 
tələbləri  yüksək  olduqca  sahibolmanın  icmal  dəyəri  yüksək 
olacaqdır. 
Biznes-proseslərin, 
informasiya 
sistemləri 
xidmətinin  təşkili  və  texnologiyası  və həmçinin,  işçi  heyətinin 
ixtisası  və  motivasiyası  səviyyələri  yüksək  olduqca  isə 
sahibolmanın  icmal  dəyəri  aşağı  olacaqdır.  Statistik  verilənlər 
kifayət  qədər  olduqda  müvafiq  reqressiya  tənliklərindən 
istifadə  etmək  olur.  Bu  halda  biznes-proseslərin  və  ya 
istifadəçilərin  ixtisası  və  motivasiya  səviyyələri  kimi  keyfiyyət 
göstəriciləri  xüsusi  ballar  sistemi  ilə  ölçülür (Bu ballar sistemi 
ABŞ-da  yaradılmış 
Gartner Group  adlı  məsləhətçi  şirkət 
tərəfindən hazırlanmışdır). 
Bununla  yanaşı,  sahibolmanın  icmal  dəyəri  modelinin 
praktiki  tətbiqi  onun  bir  sıra  problemlərinin  olduğunu 
aşkarlamışdır.  Bunlardan  biri  müqayisə  edilən  təşkilatların 
müqayisəyəgələnliyi problemidir. Çünki eyni informasiya 
sistemi  müxtəlif  təşkilatlarda  müxtəlif  məsələlərin  həllində 
istifadə oluna biləndir.  


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 191 ____________________________ 
Rəqabət  aparan  sənaye  qərarlarını  sahibolmanın  icmal 
dəyəri  modeli  birmənalı  qiymətləndirə  bilmir.  Çünki  formal 
tələblə  faktiki  tələb  üst-üstə  düşmür  (Məsələn,  formal  olaraq 
hər  ikisi  professor  elmi  vəzifəsini  daşısa  da,  Texniki 
Universitetin professoru ilə İncəsənət Universitetinin professoru 
eyni şkalada müqayisəyə gəlmir).  
Bu nöqsanlar FN  (fəaliyyət  növü)  -  modeli  ilə  aradan 
qaldırılır. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə