Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 199 ____________________________ 
İNFORMASİYA TEXNOLOGİYALARININ 
İNKİŞAFI LAYİHƏLƏRİ VƏ 
TƏŞKİLATLARIN YENİDƏN QURULMASI 
 
İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAF 
LAYİHƏSİ ANLAYIŞI VƏ LAYİHƏLƏRİN NÖVLƏRİ 
 
Həm  layihə,  həm  də  proses  (Biznes-proses  nəzərdə 
tutulur)  anlayışının  təməlində  işlər  ardıcıllığı  təsəvvürü 
dayanır.  Layihə  ilə  proses  arasında  fərq  ondadır  ki,  prosesdə 
işlər ardıcıllığı təkrarlanır, layihədə isə işlər ardıcıllığı unikaldır. 
Layihə  unikal  məhsulların  və  ya xidmətlərin  yaradılması  üçün 
nəzərdə  tutulan  müvəqqəti  təşkilatdır.  Məhsulların  və  ya 
xidmətlərin  unikallığı  layihənin  icrası  gedişində  ardıcıl 
dəqiqləşdirmələri şərtləndirir. Məhsul və ya xidmətin unikallığı 
heç  də  o  demək  deyil  ki,  o,  yoxdan  (sıfırdan)  yaradılır. 
Mövcud  məhsul  və  ya  xidmət  də  unikal  ola bilir. Lakin bu 
unikallıq məhsulun və ya xidmətin layihələşdirilməsini nəzərdə 
tutur.  Beləliklə,  layihə  ya  mövcud  olmayanın  yaradılması,  ya 
da  mövcud  olandan  imtina  edilməsi  ilə  bağlı  işlərin  unikal 
ardıcıllığıdır. 
Layihə  çərçivəsində  yaradılan  məhsul  və  ya  xidmət 
təşkilatın  müştərilərinin  istehlakı  üçün  (xarici  məhsul  və  ya 
xidmət), yaxud təşkilatın öz bölmələrinin və ya əməkdaşlarının 
istehlakı  üçün  (daxili  məhsul  və  ya  xidmət)  nəzərdə  tutula 
bilər.  Bu  fikir  qarşılıqlı  əlaqəli  məhsullar  və  ya  xidmətlər 
sistemi  üçün  də  doğrudur.  Layihə  çərçivəsində  yaradılan 
məhsullar (xidmətlər) sisteminə layihənin 
məqsədi deyilir.  


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 200 ____________________________ 
Əgər  layihənin  məqsədi  informasiya  texnologiyaları 
servisidirsə,  bu  halda  söhbət  informasiya  texnologiyalarının 
inkişafı  layihəsindən  gedir.  Məsələn,  korporaiv  informasiya 
sisteminin  tətbiqi  informasiya  texnologiyalarının  inkişaf 
layihəsi  hesab  edilir.  Bir  və  ya  bir-neçə  proses  üçün  tətbiq 
edilən 
ITIL/ITSM  layihəsi  bu  qəbildəndir.  Mövcud  proqram 
əlavələrinin  yeni  serverə  köçürülməsi  də  informasiya 
texnologiyalarının inkişaf layihəsidir.  
Beləliklə, layihənin məqsədi də unikaldır. Layihənin digər 
xüsusiyyəti  başlanma  və  başaçatma  tarixlərinin  müəyyən 
olmasıdır.  Başaçatma  dedikdə,  həm  layihənin  məqsədinə 
uğurla  nail  olunması,  həm  də  müxtəlif  səbəblərdən  layihənin 
bağlanması  nəzərdə  tutulur.  Layihədən  fərqli  olaraq  prosesin 
başaçatması planlı tarixə malik olmur.  
Layihə prosesdən fərqli olaraq xüsusi ayrılmış resurslara 
malik  olur.  Layihə  resursu  dedikdə,  insanlar,  büdcə,  material 
resursları  –  binalar,  informasiya  texnologiyaları  vasitələri, 
nəqliyyat,  rabitə  və  s.  nəzərdə  tutulur.  Resurslar  müəssisə 
rəhbərliyinin  müvafiq  qərarlarına  əsasən  ayrılır.  Bu  qərarlar 
resursları “xüsusi ayrılmış” edir.  
Bütün  bu  qeyd  edilənlər  layihənin  ikili  xarakterli 
olduğunu  göstərir.  Belə  ki,  layihə,  bir  tərəfdən,  müəyyən 
məqsədli,  müddətli  və  resurslu  müvəqqəti  təşkilatdır,  digər 
tərəfdən  isə  məqsədi,  müddəti  və  resursu  təyin  edən 
müəssisənin  bir  hissəsidir.  Bu  ikili  xarakter  layihənin  təsvirini 
də  ikili  edir.  Yəni  layihə,  bir  onun  reallaşmasına  təsir  edən 
mühit  əhatəsində  mövcud  olan  struktur  kimi,  bir  də  iqtisadi 
məzmunu olan proses kimi təsvir edilir. 
Layihənin  icrasına  təsir  edən  müəssisədaxili  proseslər 
layihəyə  nəzarət  prosesləri  adlanır.  Layihənin  daxili  təşkili  ilə 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 201 ____________________________ 
bağlı  prosedurlar  isə 
layihənin  idarə  edilməsi  prosedurları 
adlanır.
 
 
İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAF 
LAYİHƏLƏRİNİN NÖVLƏRİ 
 
İnformasiya  texnologiyalarının  inkişaf  layihələri  olduqca 
cürbəcürdür.  Layihələrin  və  proseslərin  idarə  edilməsi 
prosedurlarının  əksəriyyəti  layihənin  hansı  sinfə  aid 
olmasından asılıdır. Buna görə də layihə mühitini və layihənin 
idarə 
edilməsini 
təsvir 
etməzdən 
əvvəl 
layihələri 
təsnifləşdirmək lazımdır.  
İlk  növbədə  layihələr  təşkilatda  törətdiyi  dəyişikliklərin 
miqyasına görə təsnifləşdirilir. Bu əlamətə görə:  
1.Biznes-proses  əməliyyatlarının  avtomatlaşdırılması 
layihələri; 
2.Biznes-prosesin təkmilləşdirilməsi layihələri; 
3.Biznes-prosesin reinjinirinqi layihələri; 
4.Biznesin restrukturlaşdırılması layihələri fərqləndirilir. 
Biznes-proses 
əməliyyatlarının 
avtomatlaşdırılması 
layihələri  biznes-prosesini  dəyişdirmir. Bu layihələr  adətən 
ERP-sistemin bir və ya bir-neçə cədvəli ilə reallaşdırılır. 
Biznes-prosesin  təkmilləşdirilməsi  layihələri  prosrsləri 
avtomatlaşdırmaqla yanaşı, yeni sənədlər, yeni qaydalar daxil 
etməklə prosesləri müəyyən qədər dəyişdirir. 
Biznes-prosesin reinjinirinqi  layihələri  biznes-prosesin 
aparılması  üçün  tamamilə yeni  əməliyyatlar  yığımı  təklif  edir. 
Bu layihələr adətən bir və ya bir-neçə korporativ informasiya 
sistemləri  vasitlələri  ilə,  ilk  növbədə  isə  ERP-sistemlərlə 
reallaşdırılır.  Bu  halda  bir  əməkdaş  qat-qat çox informasiya 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə