Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə62/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 229 ____________________________ 
 
 
 
Şəkil 33. Kub ölçülərində məhsul həcmlərinin regionlar üzrə 
aqreqatlaşdırılmış dəyişilmələri
 
 
Səviyyələr  ölçülərlə  eyni  vaxtda  yaradılır  və  ölçülərin 
müəyyən  edilməsində  iştirak  edən  sütunlara  əsaslanır.  Ölçülər 
iyerarxiyası ölçü üzvləri çoxluqları sırasından və bu çoxluqların 
bir-birinə nəzərən yerləşməsindən ibarətdir.  


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 230 ____________________________ 
Verilənlərin əldə edilməsi modelindəki ölçü üçün iyerarxiya 
model  düyünlərinin  strukturundan  ibarətdir.  Piramidaşəkilli 
iyerarxiya  elə  təşkil  edilir  ki,  iyerarxiya  üzrə  yuxarıdan  aşağı 
hərəkət  etdikdə  daha  xırda  ölçülərə  keçilir.  Məsələn, 
COĞRAFİYA  ölçüsü  KONTİNENT,  ÖLKƏ,  ŞƏHƏR  səviyyələri 
sırası  kimi  iyerarxiyaya  malikdir.  Bu  iyerarxiyada,  məsələn, 
Avropa yüksək, Almaniya orta, Berlin aşağı səviyyə ölçüsüdür.  
Baxılan 
OLAP-sistem 
ölçülərin 
tarazlaşdırılmış, 
tarazlaşdırılmamış  və  qismən  tarazlaşdırılmış  iyerarxiyaları  ilə 
də  işləməyə  imkan  verir.  Tarazlaşdırılmış  iyerarxiyada  bütün 
ölçü  şaxələri  öz  səviyyələrinə  enir.  Tarazlaşdırılmamış 
iyerarxiyada  şaxələr  müxtəlif  səviyyələr  enir.  Qismən 
tarazlaşdırılmış iyerarxiyada isə şaxələrdən heç olmazsa, biri öz 
səviyyəsinə  enməmiş  olur.  Bu  sistem,  həmçinin,  müxtəlif 
iyerarxiyalara  aid  ölçülərlə  də  işləyə  bilir.  Bu  ölçülər  kubdakı 
verilənlərin  alternativ  təsvirini  almaq  üçündür.  Məsələn,  VAXT 
ölçüsü iki iyerarxiyada – adi təqvim iyerarxiyasında və maliyyə 
ili  iyerarxiyasında  verilə  bilir.  Bu  halda  VAXT  ölçüsünə 
VAXT.TƏQVİM və VAXT.FİKSAL kimi dəqiqləşdirmələr edilir. 
Səviyyə,  ölçü  iyerarxiyasının  elementi  olmaqla,  ölçünü 
yuxarıdan  aşağı  (aqreqatlaşdırılmışdan  xırdalaşdırılmışa)  təsvir 
edir.  Səviyyələr  yalnız  ölçülər  üçündür.  Səviyyələr  ya  ölçü 
cədvəllərinin sütunlarına, ya da ölçü üzvlərinin xassələrinə görə 
təyin  edilir.  Səviyyə  təyin  edilərkən  iyerarxiyaya  daxil  edilən 
ölçü  üzvləri  və  onların  bir-birinə  nəzərən  yerləşməsi  bəlli 
olmalıdır. Səviyyələr ölçülərlə eyni zamanda yaradılır.  
Obyektlərdən  biri  də  ölçmələrdir.  Ölçmələr  kuba  daxil 
olandır və kubla eyni zamanda yaradılır. Şəkil 34 və cədvəl 10-
da İl, Rüb, Ay kimi üç səviyyədən ibarət olan Təqvim ölçüsünə 
nümunə verilmişdir. 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 231 ____________________________ 
 
 
Şəkil 34. Təqvim kub ölçüsünə nümunə kimi 
 
Ölçünün  tipindən  asılı  olaraq,  səviyyəni  3  üsulla  təyin 
etmək  olur.  Müntəzəm  ölçü  üçün  ölçü  cədvəlindən  səviyyə 
üzvünü  və  ya  komponentini  müəyyən  edən  sütun  seçilir. 
Əcdad-törəmə tipli ölçü üçün ölçü cədvəlindən iki sütun seçilir. 
Birinci  sütun  ölçü  üzvünü  müəyyən  edir.  İkinci  sütun  bu  ölçü 
üzvlərinin əcdadını təyin edir. Cədvəlin hər sətrində bu iki sütun 
əcdad-törəmə  əlaqəsini  identifikasiya  edir.  Bütün  əlaqələr 
kombinasiyası  ölçü  iyerarxiyasını  əmələ  gətirir.  Ölçü  üzvlərinin 
identifikatorlarını  saxlayan  sütun  bütün  ölçü  üzvlərini  əhatə 
edir.  Virtual  ölçü  üçün  ölçü  üzvlərinin  xassələri  ya  digər 
ölçüdən, ya da digər ölçü cədvəlinin sütunundan seçilir. 
 
 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 232 ____________________________ 
Cədvəl 10. 
 
Təqvim parametrləri üzrə ölçülərin seçilməsi 
 
İl 
Rüb 
Ay 
2009 

Yanvar 
2009 

Fevral 
2009 

Mart 
2009 

Aprel 
2009 

May 
2009 

Iyun 
2009 

Iyul 
2009 

Avqust 
2009 

Sentyabr 
2009 

Oktyabr 
2009 

Noyabr 
2009 

Dekabr 
 
Verilənlər bazasındakı cədvəllər çoxluğu ölçü və ölçmələri 
qurmaq üçün təməl təşkil edir. Bu çoxluğa kubun sxemi deyilir. 
Kubun  hər  sxemi  faktiki  verilənlərin  bir  cədvəlini,  ölçülərin  isə 
bir  neçə  cədvəlini  özündə  birləşdirir.  Ölçmələri  kubun  faktiki 
verilənlər  cədvəlindəki  sütunlardan,  ölçüləri  isə  ölçülər 
cədvəlinin sütunlarından alırlar. 
Şəkil  35  və  cədvəl  11-də  kubun  sxemi  üçün  nümunə 
verilmişdir. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 233 ____________________________ 
 
 
Şəkil 35. “Ulduz” tipli mal yeridilişi marşrutlarının kub sxemi 
 
Kubun xanası, adətən, faktiki verilənlər cədvəlinin bir neçə 
sətrindən alınır. Məsələn, Hava nəqliyyatı, Afrika, 1-ci rüb kimi 
ölçü üzvləri üçün kub xanası faktiki verilənlər cədvəlinin (cədvəl 
11) aşağıdakı sətrlərindən yaranır. 
 
Cədvəl 11. 
Mal yeridilişi marşrutu ölçüsünün seçilməsinə nümunə 
 
Hesab_
İN 
Marşrut
_İN 
Haradan
_İN 
Vaxt_İN 
Çəki 
Tarix 
3554790 



40 
Yan-19-06 
3516987 



15 
Yan-10-06 
3572673 



34 
Yan-27-06 
3600974 



45 
Fev-02-06 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə