29
Səhər baxışı zamanı adamların yerində olması, zahiri görkəmi və şəxsi gigi
yena qaydalarına riayət etmələri yoxlanılır. Bölük növbətçisi tibbi yardıma ehti
yacı olanları briqada tibb məntəqəsinə göndərmək üçün “Xəstələrin qeydiyyat
kitabı”na yazır.
Ayaqların və alt paltarlarının
vəziyyəti, adətən, yatmazdan qabaq yoxlanılır.
Günün nizam qaydalarına görə müəyyən edilmiş vaxtda axşam gəzintisi,
sonra isə axşam yoxlaması keçirilir. Bölüyün baş çavuşu
“Farağat” komandası
verib yoxlanışı keçirir. Yoxlanışın əvvəlində o, göstərdikləri qəhrəmanlığa görə
adları bölüyün siyahısına əbədi yazılanların adlarını çağırır.
Bu adlar çağırıldıqda birinci taqım komandirinin müavini məlumat verir:
“Azərbaycanın Milli Qəhrəmanı, (hərbi rütbəsi və soyadı) Vətənin azadlığı uğ-
run da döyüşlərdə qəhrəmancasına həlak olmuşdur”. Bundan sonra bölüyün baş
çavuşu şəxsi heyəti siyahı ilə yoxlayır.
Soyadı çağırılan şəxs
“Mən” cavabını verir. Yerində olmayanların əvəzinə
manqa komandiri cavab verir. Məsələn:
“Ezamiyyətdədir”,
“Məzuniy yət dədir”.
Axşam yoxlanışı qurtardıqdan sonra bölüyün baş çavuşu səhərisi gün üçün
naryadı elan edir. Müəyyən olunmuş saatda
“Yat” siqnalı verilir.
Səhər baxışından və axşam yoxlanışından sonra bölük növbətçisi hərbi
hissə növbətçisinə baxışda (yoxlanışda) olmayanlar haqqında məlumat verir.
Tədris məşğələləri
Tədris məşğələlərində və təlimlərdə bütün şəxsi heyət iştirak etməlidir. Məş
ğələlərdən yalnız xidmət naryadında olanlar azad edilirlər. Xəstə olduqlarına
görə çöl məşğələlərindən azad olunmuş əsgər və çavuşlarla sinif məşğələsi
təşkil olunur. Məşğələlər günün nizam qaydaları ilə müəyyən edilmiş saatlarda
başlayır və qurtarır.
Məşğələlərə getməzdən əvvəl manqa komandirləri və taqım komandiri
müavinləri tabeliklərində olanların formaya uyğun geyindiklərini və silahlarının
dolu olmasını yoxlayırlar.
Məşğələlər və atışlar qurtardıqdan sonra istifadə olunmamış döyüş sursatı
və gilizlər təhvil verilir, silahlar təmizlənir.
Səhər yeməyi, nahar və şam
Əsgərlər və çavuşlar yeməkxa
naya geyimləri və ayaqqabıları təmiz
lənmiş, bölüyün baş çavuşunun və ya
onun göstərişi ilə taqım komandiri
müavinlərindən birinin komandası altında sıra ilə gəlirlər.
Yeməkxanada qida qəbulu zamanı qaydaqanuna riayət edilməlidir.
Baş geyimində,
şineldə və xüsusi
geyimdə qida qəbulu qadağandır.
LAYİHƏ
31
5. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN
SIRA NİZAMNAMƏSİ
Sıra hazırlığı Çağırışaqədərki hazırlıq fənninin vacib tərkib hissə sidir. O,
gənclərin intizamlı, mütəşəkkil, səliqəli və təmkinli olmasını təmin edir. Bu fənn
şagirdlərdə böyüklərə qarşı nəzakət, ədəb və hörmət hisləri aşılayır, cəldlik,
dözümlülük, tapşırığı tez və dəqiq yerinə yetirmə baca rığı formalaşdırır.
Sıra hazırlığında əldə olunan bilik və bacarıqlar taktiki hazırlıq, atəş
hazırlığı və başqa fənlərin mənimsənilməsində də mühüm rol oynayır.
Sıra üsulları və hərəkətlərinin döyüş hazırlığında rolu nədən iba rətdir?
Hərəkətdə dönmələr
Addımla hərəkətdə dönmələr
“Sağa – DÖN”,
“Yarımsağa – DÖN”,
“Sola –
DÖN”,
“Yarımsola – DÖN”,
“Geriyə – MARŞ” komandaları ilə yerinə yetirilir.
Sağa və yarımsağa dönmək üçün icra komandası sağ ayağın yerə basıl
ması ilə eyni vaxtda verilir. Bu komanda ilə sol ayaqla bir addım ataraq sol aya
ğın pəncəsi üstündə dönməklə eyni vaxtda sağ ayağı irəli ataraq yeni istiqa
mətdə hərəkət edilməlidir.
Sola və yarımsola dönmək üçün icra komandası sol ayağın yerə basılması
ilə eyni vaxtda verilir. Bu komanda ilə sağ ayaqla bir addım atılır, sağ ayağın
pəncəsi üstündə dönməklə eyni vaxtda sol ayaq irəli atılır və yeni istiqamətdə
hərəkət edilir.
Geriyə dönmək üçün icra komandası sağ ayağın yerə basılması ilə eyni
vaxtda verilir. Bu komanda ilə sol ayaqla bir addım da atılır, sağ ayağı yarım
addım irəli və bir qədər sola qoymaqla hər iki pəncə üstündə, qolları ayaqların
yanına sıxaraq, sol çiyin üstündə cəld dönülür, sol ayaqla hərəkət yeni istiqa
mətdə davam etdirilir. Dönmələr vaxtı qolların hərəkəti addımın taktına uyğun
olmalıdır.
Silahla sıra üsulları və hərəkətlər
Silahla sıra duruşu silahsız sıra duruşu ilə eynidir. Silahla duruşda avto
matın
“Qayışda” vəziyyətində lüləsinin ağzı yuxarı, qatla nan qundaqlı avtoma
tın lüləsi ağzı aşağı vəziyyətdə saxlanılır, sol əlin barmaqları bitişik vəziyyətdə
və orta barmaq şalvarın tikişi üzərinə qoyulur, əlin ovucu tam ayağa yapışdırılır.
LAYİHƏ